Fevralın 25-də Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 9, səhər 4 dərəcəyədək şaxta olacaq, gündüz 0 dərəcəyə yaxınlaşacaq. Atmosfer təzyiqi normadan yüksək 779 mm civə sütunu, nisbi rütubət 80-90 faiz təşkil edecək. Gecə və səhər yolların buz bağlayacağı ehtimalı var.

Fevralın 25-də Azərbaycanın rayonlarında arabir qar yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti, dağlarda gecə 10-15, gündüz 0-5 dərəcə şaxta olacaq. Gecə və səhər yollar buz bağlayacaq.

Tibbi-meteoroloji proqnoz

Fevralın 25-də Abşeron yarımadasında soyuq temperatur diskomfortu gözlənilməsinə baxmayaraq meteoroloji amillərin zəif tərəddüdü və havanın oksigenlə zəngin olması meteohəssas insanlar üçün müsbət amildir.

Müdafiə Nazirliyi Xocavənd rayonunun Ağdam kəndindən video yayıb. 

Həmin görüntüləri təqdim edirik:

Müdafiə Nazirliyi Vətən müharibəsi zamanı Su-25 qırıcı təyyarələri və döyüş helikopterləri ilə düşmənə vurulan aviazərbələri əks etdirən video yayıb. 

Həmin görüntüləri təqdim edirik:

Vətən müharibəsində işğaldan azad edilmiş torpaqlarımızda Ermənistan ordusunun atıb qaçdığı silah-sursatın aşkar edilməsi istiqamətində tədbirlərdavam etdirilir.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumatda qeyd olunub.

Bildirilib ki, Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş inzibati ərazisində əvvəllər düşmənin səngər və saxlanc yeri kimi istifadə etdiyi qazmalardan xeyli sayda silah-sursatlar aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Belə ki, tədbirlər zamanı erməni hərbçilərin atıb qaçdığı 10 ədəd müxtəlif tipli qumbaraatanlar və onlara məxsus 6 ədəd mərmi, 6 ədəd AK-74 avtomatı, 1 ədəd RPK pulemyotu, 4 ədəd müxtəlif markalı snayper tüfəngləri, 150-dən çox avtomat sandığı, ümumi sayı 10 mindən artıq müxtəlif çaplı patronlar və digər döyüş sursatları aşkar edilərək götürülüb.

İsmayıllı rayonunda Xocalı soyqırımının 29-cı il dönümü ilə bağlı fləşmob təşkil olunub.

Şəhərin mərkəzi küçəsində təşkil edilən fləşmobda Xocalı soyqırımının dəhşətləri, qarlı-şaxtalı havada insanlığa qarşı törədilən cinayətin motivləri yer alıb.

Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin iştirakı ilə Xocalı şəhərinə hücum edərək məqsədyönlü şəkildə qocalar, uşaqlar, hamilə qadınlar da daxil olmaqla, 613 nəfər mülki əhalini xüsusi qəddarlıq və amansızlıqla qətlə yetiriblər. Xocalı şəhəri ağır hərbi texnikadan şiddətli atəşlər nəticəsində yerlə yeksan edilib, əhalinin 150 nəfəri itkin düşüb, 1 275 nəfər əsir götürülərək ağır işgəncələrə məruz qalıb, vəhşicəsinə qətlə yetirilən dinc sakinlərin meyitlərinin üzərində ağlasığmaz həqarətlər edilib.

Bakıda qarlı və çovğunlu hava şəraiti ilə əlaqədar isinməyə ehtiyacı olanlar üçün çadırlar quraşdırılır.

Bu barədə  Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Qeyd olunub ki, bu, İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyi (RİİB) arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində həyata keçirilir.

Memoranduma əsasən, şəhərin müxtəlif 4-5 yerində xüsusi çadırların quraşdırılmasına başlanılıb:

“Hava şəraiti ilə əlaqədar isinməyə ehtiyacı olanlar burada həm isti çay içə, həm yemək yeyə, həm də dincələ biləcəklər. Bunun üçün bütün şərait yaradılacaq. Çadırlar qarlı hava şəraitinin bütün günlərində açıq olacaq. Bu işə nəzarəti RİİB-in könüllüləri və icra hakimiyyətinin əməkdaşları edəcək”.

Bakı Nəqliyyar Agentliyi mövcud hava şəraitində sərnişinlərin yolda qalmaması, onların avtobuslarla daşınması üçün ekspress xətlər üzrə fəaliyyət göstərən avtobusların aralıq dayanacaq məntəqələrində də sərnişin mindirib-düşürməsi qərara alınıb.

Bu barədə BNA sözçüsü Mais Ağayev məlumat verib.

Bildirib ki, bununla əlaqədar Vahid Dispetçer Mərkəzi vasitəsilə ekspress xətt avtobusları sürücülərinə sms məlumatlandırma vasitəsilə göstəriş verilib.

Bu gün saat 10:00-a qədər olan məlumata görə, qarlı hava şəraiti ilə əlaqədar 8 nəfər yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bu barədə "report"un sorğusuna cavab olaraq Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından bildirilib.

Qeyd olunub ki, yaralılardan birinə yerində yardım göstərilib, digərləri xəstəxanaya yerləşdiriliblər.

Gecədən bu saata qədər Bakıda 24 yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Oxu.Az-a açıqlamasında Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

O bildirib ki, hava şəraiti ilə bağlı paytaxtın yolları buz bağlayıb və sürüşmə nəticəsində nəqliyyat vasitələri toqquşub:

“Gecə saatlarından kəskin hava şəraiti ilə bağlı nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaranıb. Bəzi küçə və prospektlərdə, enişli-yoxuşlu döngələrdə maddi zərərlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib. Bu saata qədər paytaxtın inzibati ərazisində 24 yol nəqliyyat hadisəsi qeydə alınıb. Ölən və yaralanan olmayıb”.

“Azərbaycanın bəzi rayonlarda qarın yağması intensiv olacaq”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

O bildirib ki, Bakıda qarın hündürlüyü 5 sm çatıb. Respublika ərazisində əlverişsiz hava şəraiti gün ərzində davam edəcək.

U.Tağıyeva əlavə edib ki, yağıntı fevralın 25-i səhər saatlarından başlayaraq səngiyəcək və tədricən kəsəcək.

Xəbər lenti