AzTV-nin əməkdaşı koronavirusdan dünyasını dəyişdi

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin operatoru 74 yaşlı Abasağa İmanov koronavirusdan dünyasını dəyişib.

Televiziyadan  verilən məlumata görə, veteran operator 60 yaşı ötmüş bütün digər əməkdaşlar kimi artıq 1 aya yaxındır TV-yə gəlməsə də, qəflətən evdə özünü pis hiss edib. 6 gün idi ki, xəstəxanada müalicə alan A.İmanov bu gün dünyasını dəyişib. 

AzTV kollektivi Abasağa İmanova  Allahdan rəhmət diləyir, yaxınlarına başsağlığı verir!

Sərt karantinlə bağlı vacib açıqlama — Yumşaldılma olacaq, hazır olun (RƏSMİ)


"Karantin rejimi çox ciddi əhəmiyyət kəsb edir, çünki bu tədbirlər insanlar arasında yoluxma sayının artmasına imkan vermir".

Bu sözləri baku.ws-ə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov bildirib.
O əlavə edib ki, yumşaldılma tədbirlərinə gediləcək və bu tədbirlərə hamı hazır olmalıdır:

"Kafelər, restoranlar, digər ictimai iaşə obyektləri, "mall"lar, çimərliklər - hamısı hazır olmalıdır ki, təlimatlar və sanitar gigiyenik normalara mütləq şəkildə riayət edilsin. Əks təqdirdə yenə yoluxma sayında artım müşahidə olunacaq. Dövlət yenə məcbur olacaq ki, yenidən karantin tədbirlərinin sərtləşdirilməsinə getsin. Çünki burada insan sağlamlığından söhbət gedir.

Eyni zamanda biznes sahibləri bütün hazırlıq işlərini görməli və vətəndaşlardan istər nəqliyyat, istər metro, istərsə də supermarketlərdə tələb etməlidir ki, sanitar gigiyenik normalara riayət etsinlər. Supermarket bunu etmədikdə, alış-verişə gedən insanlar yoluxacaq və ailə üzvlərini də yoluxduracaq".
Azərbaycanda karantin rejimi dayandırıla bilər — MİLLƏT VƏKİLİ


"Hazırda sağalma nisbəti yoluxmadan daha çoxdu. Əgər karantini tamamilə dayandırsaq, ciddi problemlər yarana bilər. Müalicələrin effektivliyinin artdığı, tendensiya sağalmağa doğru getdiyi bir vaxtda karantini tamamilə dayandırmaq bizi geri aparar. Amma təbii ki, bunun həlli yolu var. Türkiyənin təcrübəsindən istifadə edə bilərik. Türkiyədə hər bir yer açıldı, amma bir şərtlə ki, ciddi nəzarət tətbiq olunsun. Hamı maskadan, əlcəkdən və dezinfeksiya vasitələrdən istifadə etsin. Bu şərtləri yerinə yetirməklə Azərbaycanda da karantini ləğv etmək olar".
Bu sözləri redaktor.az-a millət vəkili Jalə Əhmədova deyib. O bildirib ki, karantin uzandıqca günəmuzd işləyən insanların ciddi problemləri yaranır:

"Artıq neçə aydır iş yerləri bağlı olduğu üçün günəmuzd işləyən insanların çox böyük problemləri yaranıb. Hətta 190 manatı ala bilməyən insanlar da var. Çünki adlarında torpaq sahəsi və s var. Bəlkə də həmin vətəndaş heç o ərazidən istifadə etmir, amma buna görə yardım ala bilmir. Bu isə insanlarda böyük aqressiya yaradır. Düşünürəm ki, karantini müəyyən şərtlər daxilində dayandırmaq olar. Sadəcə Post Patrul Xidməti, polislər, Daxili Qoşunlar və s. vəziyyətə ciddi nəzarət edə, şəhərdə reydlər təşkil edə bilərlər ki, hamı maskadan stifadə etsin. Belə olsa, çox yaxşı olar. Vətəndaşların da özlərində məsuliyyət güclü olmalıdır".
Çimərliklər açılır? — Baş infeksionistdən AÇIQLAMA


“Gördüyünüz kimi son günlər virusa yoluxmada müsbət dinamika müşahidə olunur. Əgər dinamika bu cür davamlı olsa və Azərbaycanın digər bölgələrində də bu müşahidə olunarsa , yəqin ki, müəyyən yumşalmalar nəzərdə tutulacaq”.
Bunu “Ölkə.Az”a açıqlamasında Azərbaycanın baş infeksionisti Cəlal İsayev sərt karantin rejimində nəzərdə tutulan yumşalmalar haqqında danışarkən bildirib.

“Əgər müsbət vəziyyət davam etsə, insanlar karantin rejiminə tam əməl etsələr, yumşalmalar avqustun 5-dən də tez bir zamanda, ilk həftədən sonra da ola bilər. Bizə bir az şübhəli qalan vəziyyət keçən həftə orduya, Prezidentə dəstək zamanı keçirilən aksiyadır. Çünki bu xəstəliyin inkubasiya dövrü 3-4 gündən -14 günə qədərdir. Orada ən azından infeksiyanı yüngül formada keçirən 10 % insan var idisə, bu artıq böyük fəsadlara səbəb ola bilər. Bu barədə inkubasiya dövrünü keçdikdən sonra yaranan vəziyyəti nəzərdən keçirib, müəyyən qərarlar veriləcək. Mən karantin rejiminin avqustun 5-nə qədər uzadılmasını dəstəkləyirəm və bildirirəm ki, bu düşünülmüş bir addımdır”,- deyə o, qeyd edib.

Baş infeksionist yaxın zamanlarda çimərliklərə veriləcək icazələrdən də danışıb. O, bildirib ki, hazırda hökümət bu məsələni müzakirə edir və yaxın zamanlarda ictimaiyyətə bu barədə açıqlama veriləcək:
“Bu barədə hazırlıqlar görülür. Artiq 6-7 ictimai çimərlik insanların ixtiyarına buraxılacaq. Bu Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilir. Artıq fövqaladə hallar naziri və Bakı şəhəri İcra hakimiyyətinin başçısı dəniz kənarında olublar və xüsusi plan hazırlanır. Orada da insanlar xüsusi karantin rejiminə riayət edərək rahat şəkildə istirahət edə biləcəklər. Sahildə xüsusi qaydalara əməl edilsə və bu dənizin içində də davam etdirilsə, insanların virusa yoluxma ehtimalları sıfıra bərabər olar. Ona görə mən bu vəziyyətdə əhalini tam diqqətli olmağa çağırıram”.
Sabah Azərbaycanda 41 dərəcə isti gözlənilir

Bakıda və Abşeron yarımadasında iyulun 21-də havanın dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, cənub küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 23-27, gündüz 34-39, Bakıda gecə 25-27, gündüz 36-38 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı - 752 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz təşkil edəcək.

Abşeron çimərliklərində cənub küləyi əsəcək, axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 26-27, Türkan, Hövsan, Sahil, Şıxda isə 27-28 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 22-27, gündüz 36-41, dağlarda gecə 16-21, gündüz 23-28 dərəcə  isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, iyulun 21-də Abşeron yarımadasında isti temperatur diskomfortu və günün bəzi saatlarında durğun hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

Yasamalın icra başçısı gölləri tikinti üçün qurudur

İki ay əvvəl “3 Tac” adlı yaşayış kompleksinin ərasizində olan gölün çirklənməsi haqda yerli sakinlərin şikayətindən sonra bu göl bir müddət ictimayyətin maraq dairəsi olmuşdur. Əraziyə bir çox səlahiyyətli dövlət mütəxəsisləri gəlib, gölə baxış keçirib, çirklənmənin vəziyyəti və gölün gələcək taleyi haqda qərar vermişdilər. Baxış zamanı məlum olmuşdu ki, gölü borular vasitəsi ilə qurutmağa çalışırlar.

Yasamalda yerləşən “Qanlı göl” də tikinti işləri aparılması səbəbindən qurudulur. Yasamal İcra Hakimiyyəti ərazi qazanmaq üçün gölləri qurudur, ekoloji təhlükəyə yol açır.

Xatırladaq ki, keçən il Prezident İlham Əliyevin qərarı ilə bu gölün qorunması və ətrafının abadlaşdırılması ilə əlaqədar sərəncamda verilmişdir, amma aşağıdakı gördüyünüz şəkildə heç nəyə məhəl qoyulmadan və sakinləri xəbər etmədən yenidən gölü məhv edirlər.

Bakının quru, tozlu və az yağmurlu bir yer olduğunu nəzərə alsaq hər bir su hövzəsi qızıl dəyərindədir. Əvvəllər işbazlar tikinti xətrinə ağacları qurban edirdilər indi isə sıra göllərə gəlib çatıb.

Metro stansiyalarından birinə Polad Həşimovun adının verilməsi ilə bağlı

İyulun 12-dən Tovuz istiqamətində gedən döyüşlərdə Azərbaycan ordusunun 12 hərbi quluqçusu şəhid olub.
Şəhid olanların arasında general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev də var. Qeyd edək ki, Azərbaycan xalqı ilulun 14-də şəhərin müxtəlif ərazilərində orduya dəstək yürüşləri təşkil etmişdi. Bundan əlavə bir çox sosial şəbəkə iştirakçıları metro stansiyalarına şəhidlərin adının verilməsini təklif edirlər.
Bununla bağlı konkret.az-a danışan "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, bu, yalnız Nazirlər Kabinetinin səlahiyyətinə daxil olan məsələdir. Adların verilməsi və dəyişdirilməsi Nazirlər Kabinetinin müstəsna səlahiyyətindədir. "Bakı Metropoliteni" QSC-nin adla bağlı təklif vermək səlahiyyəti yoxdur. Yəni, bu məsələlər yalnız Nazirlər Kabinetində müzakirə oluna və qərar verilər bilər. Düşünürəm ki, insanlarımız bununla bağlı təkliflərini Nazirlər Kabinetinə də ünvanlamalıdırlar".

“Mall”lar açılır

"Karantin rejimi çox ciddi əhəmiyyət kəsb edir, çünki bu tədbirlər insanlar arasında yoluxma sayının artmasına imkan vermir".
Bu sözləri Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov bildirib.

O əlavə edib ki, yumşaldılma tədbirlərinə gediləcək və bu tədbirlərə hamı hazır olmalıdır:
"Kafelər, restoranlar, digər ictimai iaşə obyektləri, "mall"lar, çimərliklər - hamısı hazır olmalıdır ki, təlimatlar və sanitar gigiyenik normalara mütləq şəkildə riayət etsin. Əks təqdirdə yenə yoluxma sayında artım müşahidə olunacaq. Dövlət yenə məcbur olacaq ki, karantin tədbirlərinin sərtləşdirilməsinə yenidən getsin. Çünki burda insan sağlamlığından söhbət gedir.

Eyni zamanda biznes sahibləri bütün hazırlıq işlərini görməli və vətəndaşlardan istər nəqliyyat, istər metro, istərsə də supermarketlərdə tələb etməlidir ki, sanitar gigiyenik normalara riayət etsinlər. Supermarket bunu etmədikdə, alış-verişə gedən insanlar yoluxacaq və ailə üzvlərini də yoluxduracaq".(baku.ws)

Karantin qaydalarını pozan 983 nəfər cərimələnib

Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Goranboy, Göygöl, Samux, Siyəzən və Şəki rayonları ərazisində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə 19.07.2020-ci il saat 00:00-dan 20.07.2020-ci il 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 919 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə isə həmin Məcəllənin 211.2-ci maddəsi ilə 64 nəfər olmaqla ümumilikdə 983 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, qeyd olunan müddət ərzində Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan 35-i rayon, 45-i paytaxt istiqamətinə olmaqla 80, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 30-u rayon, 55-i paytaxt istiqamətinə olmaqla 85, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 60-ı rayon, 60-ı paytaxt istiqamətinə olmaqla 120 avtomobil geri qaytarılıb, ümumilikdə 285 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.

Bu tarixlərdə bütün ictimai nəqliyyat işləməyəcək

Xəbər verdiyimiz kimi, Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarında isə mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq 2020-ci il 5 avqust saat 06:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi davam edəcək.
Həmçinin xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda aşağıdakı tarixlərdə həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti dayandırılacaq:

25 iyul saat 00:00-dan 27 iyul saat 06:00-dək;


1 avqust saat 00:00-dan 3 avqust saat 06:00-dək.


Qeyd edək ki, Bakı metrosunun fəaliyyəti 4 iyul saat 00:00-dan 5 iyul saat 06:00-dək dayandırılıb. (demokrat.az)

Xəbər lenti