Maska taxılması tələb olunan yerlərin
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev "İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanununu imzalayıb. Qanuna əsasən, maska taxılması tələb olunan yerlərdə qaydalara tabe olmayanlar cərimələnəcəklər.

“Ölkə.Az” maska taxılması tələb edilən məkanların siyahısını təqdim edir:

1.1. şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.);

1.2. bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla);

1.3. dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə;

1.4. fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində;<ins'>

1.5. açıq sahəli ofislərdə və istehsalat yerlərində;

1.6. tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə;

1.7. ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə;

1.8. insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda.

Qeyd edək ki, maska taxılması ilə bağlı tələbləri pozan fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər iki yüz manat məbləğində cərimə edilir. Bir il ərzində bu tələblər təkrar pozularsa, fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir”.

Rayonlara getmək istəyənlərin DİQQƏTİNƏ
Şəhərlərarası müntəzəm sərnişindaşıma yenidən bərpa edilə bilər. Ancaq bunun üçün yeni qaydalar müəyyən edilib.

Şəhərlərarası müntəzəm marşrut avtobusları yeni qaydalarla fəaliyyət göstərəcək.

Dövlət Avtomobil Nəqliyyatı Xidməti TƏBİB-in tövsiyələrinə əsasən, avtobusları hazır vəziyyətə gətirib.

Nazirlər Kabineti yanında Operativ Qərargah rayonlararası müntəzəm sərnişindaşımaya qoyduğu məhdudiyyəti ləğv edəcəyi halda avtobuslar yenidən fəaliyyətə başlayacaq. Lakin avtobuslar tam dolu şəkildə səfərə çıxmayacaq.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova "Xezerxeber.az"-a bildirib ki, avtobuslarda fasilə zamanı təmizlik işləri aparılacaq. Bununla yanaşı, maskasız heç bir sərnişin avtobusa buraxılmayacaq.

Nuridə Allahyarova əlavə edib ki, qiymət artımının olmamasına da xüsusi nəzarət olunacaq.

İstanbul-Bakı-İstanbul reysi bərpa edilir
Türkiyənin milli aviadaşıyıcısı “Türk Hava Yolları” şirkəti (THY) İstanbul- Bakı-İstanbul reysini bərpa edir.

Artıq aviabiletlər satışa çıxarılıb. 

“Əgər iyunun 15-də sərhədlər açılsa, THY uçuşları həyata keçirməyə başlayacaq. Sərhədlərin bağlı qalması müddəti uzadılsa, uçuşlar təxirə salınacaq. Amma bilet alanlar heç bir problemlə üzləşməyəcək. Onlar biletlərini geri qaytara və yaxud 2021-ci ilin sonuna qədər istənilən tarixə dəyişdirə biləcəklər", - THY-dən "Report"a bildirilib.

DİN bu dəqiqələrdə AÇIQLAMA YAYDI: Sabahdan etibarən...
Sabahdan polis tərəfindən maska taxmayan vətəndaşlar inzibati qaydada cərimələyəcək.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə ediləcək.<ins'>

Bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.

Sözügedən xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövrü başa çatanadək təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimələnəcək.

Sabah Bakıda 32 dərəcə isti olacaq


Azərbaycanda iyunun 3-nə gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir.

Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-23, gündüz 29-32, Bakıda gecə 20-22, gündüz 30-32 dərəcə olacaq.

Atmosfer təzyiqi normadan aşağı 752 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək.

İyunun 3-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 17-22, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz 19-24 dərəcə olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, iyunun 3-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Nazirlikdən kütləvi ixtisarlarla bağlı — RƏSMİ AÇIQLAMA
 Son günlər bəzi kütləvi informasiya vasitələrində Ağcabədi rayonunun kitabxana sistemində çalışan işçilərin ixtisar ediləcəyi barədə məlumatlar yayılıb.
Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən "Ölkə.Az"a bildirilib ki, bu məlumat həqiqəti əks etdirmir.
"Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəsmi məlumatına əsasən, Ağcabədi rayonunda fəaliyyət göstərən kitabxanalarda əməkdaşların ixtisar edilməsi nəzərdə tutulmayıb", - nazirlikdən qeyd olunub.
Deputat uşaq evlərini TƏNQİD ETDİ
Bu gün uşaq evlərində sovetlər dönəmindəki qaydalar hökm sürür.

Bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov parlamentin bu gün keçirilən növbədənkənar  sessiyasında deyib.<ins'>

Onun sözlərinə görə, sovetlər dönəmində uşaq evlərində olanlar ancaq məktəb yaşlarınadək orada qalırdılar və məktəb yaşına çatdıqda isə onlar internat məktəblərinə yönləndirilirdilər. “Ancaq bu gün internat məktəbində yerlər olmadığında uşaq evlərindəki uşaqlar  orta məktəbə də elə uşaq evlərində getməli olurlar. Onları məcbur olub yaxınlıqdakı məktəblərə gedirlər. Buna baxmayaraq  uşaq evlərindəki ştat cədvəli artırılmayıb. Sovetlər dönəmindəki ştat cədvəli bu gün də qalmaqdadır.  Uşağa baxan tərbiyəçi məcburiyyət formasında məktəbli uşaqlara baxır, onları məktəbə aparıb-gətirirlər. Nəticədə  hər tərbiyəçiyə 25-dək uşaq düşür. Bu da  problemlər yaradılır. Odur ki, uşaq evləri ilə bağlı problemlərə baxılmalıdır”- komitə sədri deyib.

İyunda 190 manat veriləcək?
İyun ayında 190 manatlıq birdəfəlik ödəmənin verilməsi nəzərdə tutulmur.

Azvision.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fazil Talıbov deyib.

O bildirib ki, karantin rejminin yumşaldılması, əmək bazarının canlanması insanlara yenidən öz iş yerlərinə dönməyə imkan verir:

“İnsanlar artıq öz gəlirlərini formalaşdırırlar və qazanclarını əldə edirlər. Vətəndaşlar göndərilən imtina cavablarından haqlı və haqsız narazılıqlarını bildirə bilərlər. Ərizələrə baxılma müddəti var, 1 ay müddətində cavab verilir. Biz bunu daha operativ həyata keçiririk. Bəzi hallarda vətəndaşlar özləri haqqında olan məlumatlardan məlumatsız idilər. Məsələn, insanlar var idi, boşanıb, lakin şəxsiyyət vəsiqəsini dəyişməyib,. Aktiv VÖEN-i olub, amma onu bağlatmayıb. Maşını olub, satıb, adından çıxarmayıb. Bu, şəxslərin data məlumatları düzəlsə də, lakin onlara yenidən 190 manat verilməyəcək. Çünki birdəfəlik ödənişin olduğu 600 min şəxsə artıq bütün ödənişlər edilib”.

F.Talıbov, həmçinin qeyd edib ki, may ayında 3 mindən çox vətəndaş əmək müqaviləsi bağlayıb. Əmək müqaviləsi bağlayarkən həmin şəxslərin işsiz statusu ləğv edilir və 190 manat almır. Vətəndaş 190 manat almaqdansa, daha çox işləmək marağındadır”.

Azərbaycanda daha bir qadağa ləğv olundu
Azərbaycana 90 günədək müddətə səfər etmək istəyən Türkiyə Respublikasının etibarlı ümumvətəndaş pasportuna malik vətəndaşları üçün viza tələbi ləğv edilir.

Bununla bağlı Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsində qeyd edilib. Türkiyə hökuməti bu qərarı yaxın günlərdə təsdiqləyəcək.

Bu barədə REAL-a Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım danışıb.

Orta məktəblərdə hərbi dərsləri bərpa edilsin
"Biz müxalifətçi olduğumuzdan daha çox tənqidi fikirlər səsləndirməliyik. Amma müsbət və təqdirolunası halları da qeyd etmək lazımdır. Əvvəllər qanun layihələrinin təqdimatı komitə sədrlərinin inhisarında idi və indi isə həttaayrı-ayrı komitə üzvləri qanun layihələrini təqdim edirlər. Bu, müsbət haldır”.

“Ölkə.Az” xəbər veri ki, bunu deputat Fazil Mustafa bu gün Milli Məclisin növbədənkənar sessiyasında çıxışı zamanı deyib. Deputat çıxışında eyni zamanda orta məktəblərdə hərbi hazırlıq dərslərinin tədrisini təklif edib.

“Bütün hallarda məktəblərdə Azərbaycan oğlanları hərbi dərs keçməlidir, qızların isə şəfqət bacısı kimi yetişməsinə ehtiyac var. Hansısa məktəbdə əl qumbarası partlayandan sonra məktəblərdə hərbi dərslər yığışdırılıb. Amma bu dərslərin keçirilməsinə ehtiyac var. Biz müharibə şəraitində olan ölkəyik. Əsgərlərin sağlamlıq və savad göstəricisi çox aşağıdır. Biz onsuz da bu məsələni hərb yolu ilə həll edəcəyik. Amma xalqı buna hazırlamaq lazımdır. Bu olmasa, 1918-ci ildə olduğu kimi bəhanə gətirəcəyik ki, hazır deyildik. Buna yol verməmək üçün indidən yetişdirmək lazımdır”.

Xəbər lenti