ƏHALİYƏ XƏBƏRDARLIQ: Karantin qaydaları yenidən sərtləşdirilə bilər
"Karantin rejminin yumşaldılması və sərt qadağaların aradan qaldırılması insanlarda məsuliyyətsizlik yaratmamalıdır. Çünki virus hələ bitməyib və ciddi təhlükə qalmaqdadır".

Xezerxeber.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Baş epidemioloqu İbadulla Ağayev deyib.

O bildirib ki, dövlət tərəfindən atılan qətiyyətli addımlar nəticəsində xüsusi karantin rejimi dövründə yoluxma hallarının sayı minimuma endirildi, ölüm halları çox aşağı səviyyədə oldu. Ancaq qaydalar yumşaldıldıqdan sonra yeni yoluxma hallarının sayı artıb, əldə edilən pozitiv nəticə artıq itməyə başlayıb.

Bunun da əsas səbəbi insanların özlərinin və yaxınlarının sağlamlığına biganə yanaşmalarıdır. Halbuki insanlar qaydaların yumşaldıldığı bu günlərdə daha məsuliyyətli olmalı, virusla mübarizədə bəzi tədbirləri həyat tərzlərinə çevirməli, şəxsi gigiyenalarına xüsusi diqqət yetirməlidirlər.

İbadulla Ağayev deyib ki, son günlər virusa yoluxanların sayı durmadan artır. Əgər bu tendensiya davam edərsə, dövlət yenidən karantin qaydalarını sərtləşdirməli olacaq.

Xüsusilə bu günlərdə ictimai yerlərdə, iaşə obyektlərində daha diqqətli olmaq lazımdır.

İcra başçısı bacanağını özünə köməkçi təyin etdi
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov işdən çıxarılan müavinə vəzifə verib.

Unikal.org xəbər verir ki, İlqar Abbasovun əmri ilə Yolçiyev Etibar Səlim oğlu Şirvan Şəhər İcra Hakimiyyəti başçısının köməkçisi təyin edilib.

Qeyd edək ki, E.Yolçiyev başçının bacanağıdır və  İlqar Abbasov Suraxanı rayon icra Hakimiyyətinin başçısı olarkən müavini olub.

Bu ölkə Azərbaycanla sərhəddini açdı
Çernoqoriya hökuməti iyunun 1-dən etibarən bir sıra ölkə vətəndaşlarına karantinə riayət etmədən və koronavirus testindən keçmədən ölkəyə gəlmələrinə icazə verir.

"Qafqazinfo" xəbər verir ki, bu barədə "Vijesti" yazıb.  

Nəşr qeyd edir ki, bazar ertəsindən etibarən ölkəyə Azərbaycan, Albaniya, Avstriya, Bolqarıstan, Danimarka, Misir, Finlandiya, Gürcüstan, Xorvatiya, Çexiya, İslandiya, İsrail, Latviya, Litva, Lüksemburq, Macarıstan, Monako, Almaniya, Norveç, Slovakiya, Sloveniya, İsveçrə və bir sıra digər dövlətlərdən turistlər gələ bilərlər.<ins'>

Çernoqoriyanın İctimai Səhiyyə İnstitutunda (İJZ) bəyan ediblər ki, ölkələrin seçimi Aİ-nin tövsiyələrinə əsaslanır. Turistlərin gəldiyi ölkələrdə koronavirusa yoluxanların sayı 100 min əhaliyə 25 nəfərdən az olmalıdır.  

Qeyd edək ki, mayın ortalarında Çernoqoriya hökuməti ölkədə koronavirus pandemiyasının tam nəzarət altında olduğunu açıqlamışdı. Ona görə də mayın 18-dən hotellər, çimərliklər, ticarət mərkəzləri, restoranlar və kafelər açılıb. Hökumət ümid edir ki, turizmi avqust-sentyabr aylarında artıq tamamilə bərpa etmək mümkün olacaq.

Bu ay 10 gün qeyri-iş günü var
İyun ayında iki bayramın olması istirahət günlərinin sayını artırıb.

 "Qafqazinfo" xəbər verir ki, bu ay ilk olaraq 15 İyun - Milli Qurtuluş Gününü qeyd edəcəyik. Daha sonra isə 26 İyun - Silahlı Qüvvələr Günüdür.

Beləliklə, bu ay şənbə və bazar günləri də daxil olmaqla, 5 günlük iş həftəsində çalışanlar üçün 10, 6 günlük iş həftəsində çalışanlar üçün isə 6 gün qeyri-iş günü olacaq.

“Mall”lar açıldı, amma satıcılar narazıdır
Xüsusi karantin rejiminin yumşaldılması səbəbi ilə artıq iki gündür etibarən iri ticarət mərkəzlərinin və “Mall”ların fəaliyyəti bərpa olunub.

İki aydan çoxdur ki, qapıları alıcıların üzünə bağlı qalan ticarət mərkəzlərində az da olsa, canlanma hiss olunur. Satıcılar isə qiymətlərin ucuz olmasına baxmayaraq, alıcıların sayının az olmasından narazıdır. 

 

SƏRT KARANTİN QAYIDIR
”Karantin rejminin yumşaldılması və sərt qadağaların aradan qaldırılması insanlarda məsuliyyətsizlik yaratmamalıdır. Çünki virus hələ bitməyib və ciddi təhlükə qalmaqdadır”.

Bunu Səhiyyə Nazirliyinin Baş epidemioloqu İbadulla Ağayev deyib.

O bildirib ki, dövlət tərəfindən atılan qətiyyətli addımlar nəticəsində xüsusi karantin rejimi dövründə yoluxma hallarının sayı minimuma endirildi, ölüm halları çox aşağı səviyyədə oldu. Ancaq qaydalar yumşaldıldıqdan sonra yeni yoluxma hallarının sayı artıb, əldə edilən pozitiv nəticə artıq itməyə başlayıb. Bunun da əsas səbəbi insanların özlərinin və yaxınlarının sağlamlığına biganə yanaşmalarıdır. Halbuki insanlar qaydaların yumşaldıldığı bu günlərdə daha məsuliyyətli olmalı, virusla mübarizədə bəzi tədbirləri həyat tərzlərinə çevirməli, şəxsi gigiyenalarına xüsusi diqqət yetirməlidirlər.<ins'>

İbadulla Ağayev deyib ki, son günlər virusa yoluxanların sayı durmadan artır. Əgər bu tendensiya davam edərsə, dövlət yenidən karantin qaydalarını sərtləşdirməli olacaq.
Xüsusilə bu günlərdə ictimai yerlərdə, iaşə obyektlərində daha diqqətli olmaq lazımdır.

Azərbaycanda koronavirusla bağlı məlumatları “WhatsApp”dan öyrənmək mümkün olacaq


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və yerli startap şirkəti olan Botbox ilə birgə, günün 24 saatı əhalinin koronavirus ilə əlaqədar suallarını cavablandırmaq, həmçinin, tez, etibarlı və rəsmi məlumat vermək üçün “WhatsApp” botunu istifadəyə verib.

“TABIB bot” eyni anda bir milyona qədər istifadəçini əhatə edə və istənilən istifadəçi sorğusuna bir saniyədən az müddətdə cavab verə biləcək.

Həmçinin, gündəlik statistik məlumatlar üçün abunə olmaq mümkündür.

Bu günə qədər bot on mindən çox insan tərəfindən sınaqdan keçirilib və artıq 2 200 abunəçisi var.

“TABIB bot” ilə dialoqa başlamaq üçün “Salam” yazıb +13022020234 nömrəsinə mesaj göndərdikdə, istifadəçilərə COVID-19 haqqında son xəbərlər, statistik məlumatlar, profilaktika tədbirləri və infeksiyanın yayılmasının qarşısını almaq üçün məsləhətlərdən ibarət olan ümumi səhifə təqdim edilir.

COVID-19 ilə bağlı bir sıra mövzular üzrə müxtəlif sual və cavablarla tanış olaraq botdan məlumat əldə etmək çox asandır.

Qeyd olunmalıdır ki, botun diaqnoz və ya müalicə məqsədləri üçün istifadə edilməsi nəzərdə tutulmayıb və o, klinik müayinə və tibb mütəxəssisləri ilə məsləhətləşmələri əvəz etmir.

Bot, dünyadakı bütün Azərbaycan vətəndaşları üçün əlçatandır.
Bu rayonun prokuroru vəzifəsindən azad edildi
Prokurorluq orqanlarının kadr korpusunun peşəkarlıq və mənəvi keyfiyyətlərinə görə işçilərlə komplektləşdirilməsi istiqamətində işlər davam etdirilir.

Bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Belə ki, Baş prokuror cənab Kamran Əliyevin imzaladığı müvafiq əmrlərlə Bakı şəhər prokurorunun ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Tural Aslanov və Bakı şəhər prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru Həsən Mahmudov tutduqları vəzifədən azad edilərək Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin böyük prokuroru, Baş Prokurorluğun Kadrlar idarəsinin prokuroru Elxan Novruzov isə tutduğu vəzifədən azad edilərək Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin prokuroru vəzifələrinə təyin edilmişlər. 

Bundan başqa, Baş prokurorun imzaladığı digər əmrlə Neftçala rayon prokuroru Aydın Əliyev tutduğu vəzifədən azad olunmuşdur. 

Birlikdə yaşamadığı şəxslə cinsi əlaqədə olanlar cərimələnəcəklər — Koronavirusa görə - FOTO 
Eyni evdə yaşamayan şəxslərin cinsi əlaqədə olması illeqal hesab olunacaq.

Milli.Az bildirir ki, Britaniyada koronavirusla mübarizə çərçivəsində sosial izolyasiya tədbirləri gücləndirilib. Bu ölkədə birlikdə qalmayan şəxslərin bir-biri ilə cinsi əlaqədə olması, öpüşməsi və ya hər hansı təmas karantin qaydalarının pozulması kimi qiymətləndiriləcək.

Bu gündən etibarən birlikdə yaşamadığı şəxslə həmin evdə intim əlaqədə olanlar cərimələnəcəklər. Qərarın qəbul olunmasına səbəb kimi koronavirusun yayılmasının qarşısını almaq göstərilir. Belə ki, hökümət bu qərarla müxtəlif insanların eyni qapalı məkanda yaxın ünsiyyətinin qarşısını almaq istəyir.
Bundan əlavə, insanların bir evdə əsassız yerə toplaşması da qadağan edilib. Qaydaların tənzimlənmə mexanizmi barədə məlumat verilmir.

Ümumdünya Səhiyyə Təşkilatının bugünkü statistikasına əsasən, Birləşmiş Krallıqda 274762 insan koronavirusa yoluxub. 38 mindən çox insan Covid-19 səbəbi ilə vəfat edib
Qəzalı vəziyyətdə olan binaların sakinlərinə
Deputat Xəzər və Pirallahı rayonlarındakı qəzalı vəziyyətə olan binalar problemini qaldırdı.

Bu gün Xəzər və Pirallahı rayonunda 6 minədək qəzalı vəziyyətdə olan bina var, ancaq həmin problem öz həllini tapmır. Bunu deputat Rauf Əliyev  Milli Məclisin ilk növbədənkənar sessiyasında deyib.

 Onun sözlərinə görə. qəzalı evlərin mini Pirallahı rayonunun, 5 mini isə Xəzər rayonu ərazisindədir. “ Düzdür, bu gün Heydər Əliyev Fondu və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Xəzər və Pirallahı rayonları ərazisində -  Buzovna, Qala, Zirə qəsəbələrində  qəzalı vəziyyətdəki binalarda yaşayan insanlar üçün mənzillər tikilib və təhvil verilib. Bu proses davam etməkdədir. Ancaq burada digər bir problem var. Bu da ondan ibarətdir ki,  binaları qəzalı vəziyyətdə olan insanlar siyahıya düşməlidir, ancaq bunu edə bilmirlər. Səbəb də FHN-nin həmin insanlaırn evlərinin qəzalı vəziyyətdə olması ilə bağlı rəy verməməsidir. Çünki həmin evlərə rəy verilməsi üçün FHN-ə müəyyən vəsait köçürməlidir ki, bu vəsait nə vətəndaşda,  də RİH-də var. Gərək  müvafiq qurumlar vəsaiti köçürsünlər ki, FHN qəzalı vəziyyətdə olan binalarla bağlı rəy versin”.

Xəbər lenti