![]() |
|
Kronovirus (COVİD-19) infeksiyasının Hacıqabul rayonu ərazisində yayılmasının və törədə biləcəyi fəsadların qarşısının alınması istiqamətində profilaktik tədbirlərin həyata keçirilməsi davam etdirilir. Avqust ayının 14-də yaradılmış xüsusi mobil qruplar və hüquq mühafizə orqanları əməkdaşları ölkədə davam edən karantin rejimi ilə əlaqədar koronovirus infeksiyasının qarşısının alınması üçün şəhər ərazisində ictimai iaşə, ticarət obyektlərində reyd keçirib.
Reyd zamanı obyekt sahibləri, satıcılar və alıcılarla maarifləndirici söhbətlər aparılıb, onlara xəstəliyin yayılmasının qarşısının alınması üçün tibbi maskalardan istifadə edilməsinə, sosial məsafənin qorunmasına və şəxsi gigiyena qaydalarına düzgün riayət edilməsinə həmçinin karantin dövründə stolüstü oyunların istifadə edilməməsi tövsiyə olunub.
Mobil qruplar tərəfindən sakinlər arasında toy, nişan, ad günləri tədbirləri və yas mərasimlərin təşkili ilə bağlı maarifləndirici söhbətlər aparılıb.
Doqquzillikdən kolleclərə qəbulda illik təhsil haqları bir neçə kollec üzrə artırılıb.
Bu barədə təhsil eksperti Elçin Əfəndi qeyd edib.
Ekspert illik təhsil haqqı qalxan dövlət və özəl kolleclərin siyasını açıqlayıb:
Dövlət Kollecləri üzrə:
1. ADİU-nun nəzdində Maliyyə-iqtisad Kolleci – 900 manat (ötən il 700 manat);
2. Bakı Dövlət İqtisadiyyat və Humanitar Kolleci – 600 manat (ötən il 500 manat);
3. Bakı Qida Sənaye Kolleci – 800 manat (ötən il 600 manat);
4. ATU nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci – 800 manat (ötən il 700 manat);
5. ADNSU nəzdində Bakı Neft-Energetika Kolleci – 800 manat (ötən il 700 manat).
Özəl kolleclər üzrə:
1. Bakı Biznes və Kooperasiya Kolleci – 1100 manat (ötən il 950 manat);
2. Qərbi Kaspi Universitinin nəzdində olan Kollec – 890-1190 manat (ötən il 600-700 manat)
AMEA Rəyasət Heyətinin qərarı ilə Əməkdar mühəndis Vasif Bilal oğlu Abbasov AMEA “Yüksək Texnologiyalar Parkı” MMC-nin direktoru vəzifəsinə təyin edilib. AMEA Yüksək Texnologiyalar Parkında (YTP) keçirilən tədbirdə Vasif Abbasov kollektivə təqdim olunub.
YTP-dən "Ölkə.Az"a bildirilib ki, tədbiri giriş nitqi ilə açan AMEA Rəyasət Heyəti aparatının İşlər idarəsinin müdiri professor Elton Məmmədov V. Abbasovu kollektivə təqdim edərək onun şəxsi keyfiyyətləri, idarəçilik təcrübəsindən bəhs edib. O, Vasif Abbasovun öz zəngin idarəçilik təcrübəsi ilə YT Parkın fəaliyyətinin genişləndirilməsinə nail olacağına, bu vəzifənin öhdəsindən layiqincə gələcəyinə, qurumun inkişafına mühüm töhfələr verəcəyinə əminliyini ifadə edib və ona fəaliyyətində uğurlar arzulayıb.
Həmçinin, E. Məmmədov YT Parkın fəaliyyətinin Elmlər Akademiyası üçün əsas prioritet istiqamətlərdən birini təşkil etdiyini vurğulayaraq, son zamanlar YT Parkda əhəmiyyətli işlərin icra olunduğunu bildirib.
Tədbirdə çıxış edən Vasif Abbasov yeni vəzifəyə təyinatına görə AMEA-nın prezidenti akademik Ramiz Mehdiyevə və Elmlər Akademiyasının Rəyasət Heyətinə minnətdarlığını bildirib, Parka rəhbərlik edəcəyi dövrdə ona göstərilən etimadı doğruldacağını, qurumun fəaliyyətinin gücləndirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini vurğulayıb. O, AMEA Yüksək Texnologiyalar Parkının innovativ layihələri həyata keçirən bir qurum kimi dövlətin bu istiqamətdə siyasətinə dəstək verəcəyini, elmi nəticələrin tətbiqi əsasında rəqabətqabiliyyətli məhsulların istehsalını və dünya bazarına çıxarılmasını əsas hədəf kimi qarşıya qoyan YT Parkda Azərbaycan iqtisadiyyatının davamlı inkişafını təmin etmək üçün bütün lazımi tədbirlərin görüləcəyini diqqətə çatdırıb.
Qeyd edək ki, indiyədək “Yüksək Texnologiyalar Parkı” MMC-nin direktoru postunu Əli Abbasov tuturdu.
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə şəhər ərazisində xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən restoran aşkar edilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şəhərin Heydər Hüseynov küçəsində yerləşən “Miraj” restoranının qaydaları pozaraq, müştəri qəbul etdiyi məlum olub.
İcarə əsasında obyekti işlədən Yaşar Mövsümov barəsində Mingəçevir Şəhər Polis Şöbəsində toplanmış material hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə o, 3 100 manat cərimə edilib.
.
Koronavirus pandemiyası bütün dünyada olduğu kimi, Azərbaycanda da bir çox sahələrin aktiv fəaliyyətini axsatdı. Əhalinin gündəlik qida ehtiyatlarını qarşılamayan, ancaq paltar və s. mallar satışı keçirilən iri ticarət mərkəzləri də müvəqqəti olaraq qapılarını bağladı. Bağlanan belə mərkəzlərdən biri də maşın bazarıdır. Yol-xeber.az saytına müsahibə verən Nəqliyyat üzrə ekspert Elməddin Muradlı Pandemiya dövründə maşın bazarının fəaliyyət göstərən sahələr sırasına daxil edilməli olduğunu qeyd etdi.
“Pandemiya dövründə avtomobil bazarında vəziyyət heç də ürəkaçan olmadı. Avtomobil bazarlarının, avtosalonların fəaliyyətinin dayandırılması, məhdudiyyətlərin tətbiq edilməsi lazımsız idi. Yumşalma dövründə bu məsələlərə diqqət ayrılmalıydı. Çünki avtomobil bazarı açıq havada fəaliyyət göstərir. İnsanlar arasında məsafəni qorumaq, dezinfeksiya işləri aparmaq, sanitar qaydalara əməl etməklə bazarın fəaliyyətini təşkil etmək mümkün idi. Eyni zamanda avtosalonlarda da bu məsələ tənzimlənə bilərdi.”
Elməddin Muradlı pandemiya dövründə avtomobil bazarında qiymətlərin sabit olmadığını bildirdi.
“ Ümumilikdə bazarda bu gün qiymətlər sabit deyil. İnsanlar öz avtomobilini satışa çıxararkən təssüflər olsun ki, alıcıların təsirinə düşürlər. Onlar da hər vasitədən istifadə edib avtomobili dəyərsiz bir vəziyyətə gətirib alırlar. Pandemiyanın ilk aylarında bu proses daha ağır formada gedirdi. Aylarla internet resurslarında satışa qoyulan avtomobillərə yaxın duran olmurdu. Amma hazırda müəyyən dirçəlişlər hiss olunmaqdadır.”
Ekspert Son yumşalma tədbirlərindən sonra avtomobil bazarının inkişafı üçün dövlətin müəyyən güzəştlər etməsini təklif etdi.
“Hazırda avtosalonlara az-az insanlar gəlir. Düşünürəm ki, avtomobil sahəsinə pandemiyanın təsiri bir neçə ay davam edəcəkdir. İnsanlar avtomobil almağa tərəddüdlə yanaşırlar. Çünki heç kim bilmir ki, pandemiya nə vaxt bitəcək, normal həyata nə vaxt qayıdacağıq. Vaxtı ilə bahalı avtomobil almaq həvəsində olan şəxslər, bu gün daha ucuz və ekonom avtomobil axtarır. Burada iqtisadi amillər özünü aydın göstərir. Dövlət tərəfindən avtomobil bazarının inkişafına müəyyən imkanlar yaradıla bilər. Burada gömrük və vergi rüsumlarının azaldılması və ya 2017-ci il səviyyəsinə qaytarılması arzuolunandır. Bununla bağlı hökumətə dəfələrlə təkliflər də verilib.”
Elməddin Muradlı avtomobil sahəsində ciddi maliyyə imkanlarının olduğunu diqqətə çatdırdı.
"Dövlət tərəfindən də müəyyən dəstək nümayiş etdirilsə avtomobil bazarındakı vəziyyəti ilin sonuna qədər düzəltmək olar. Əks halda bu proses gələn ilin ortalarına qədər zəif formada özünü göstərəcəkdir. Amma nəzərə almaq lazımdır ki, bu sahədə çox ciddi maliyyə imkanları var və bu imkandan da dövlət bəhrələnə bilər."
Pandemiya ölkə ərazisində avtomobillərin satışına mənfi təsir göstərsə də, ölkəyə idxal edilən avtomobillərin sayı azalmamışdır.
“Xarici ölkələrdən Azərbaycana gətirilən maşınların sayı azalmayıb, idxal hələ davam edir. Xüsusən bunu avtosalonlar, böyük diller şəbəkələri həyata keçirir. Ancaq alıcılıq qabiliyyəti olduqca aşağıdır.”
Bu gün koronavirus infeksiyasından qorunma qaydalarına riayət etməklə Aqrar Xidmətlər Agentliyinin və Abşeron rayon Texniki nəzarətin təşkili sektorunun əməkdaşları Abşeron və Binəqədi rayonları ərazisində reyd keçirib.
Agentlikdən Avtosfer.az-a verilən məlumata görə, reyd zamanı 50-dən çox mexaniki nəqliyyat vasitəsi saxlanılıb. Nəticə olaraq 3 sürücüyə inzibati protokol tərtib olunub. 15 ədəd texniki baxışdan yayınmış texnika aşkarlanaraq texniki baxışa cəlb edilib, 1 ədəd etibarlılıq müddəti bitmiş sürücülük vəsiqəsindən istifadə edərək texnikanı idarə edən sürücü aşkarlanıb. Dövlət qeydiyyatına alınmış, lakin dövlət qeydiyyat nişanı gizlədilərək idarə edilən bir neçə texnika saxlanılıb və yerindəcə dövlət nömrə nişanı təyin olunan yerə bərkidilməsi təmin olunub. Reydlərin mütamadi keçirilməsinə baxmayaraq təəssüf ki, hələ də çox sayda qayda pozuntusuna rast gəlinir.
Aqrar Xidmətlər Agentliyi mexaniki nəqliyyat vasitələnin sahiblərindən və sürücülərindən müvafiq qanunvericiliyə riayət etmələrini tələb edir.
Orxan
Bu gün müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi başlayır.
Təhsil Nazirliyindən verilən məlumata görə, bu mərhələdə 46 228 namizəd iştirak hüququ qazanıb.
Qeyd edək ki, bu gün Fizika və Fransız dili fənlərindən test imtahanı keçiriləcək.
Namizədlərə ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim ediləcək.
İmtahanlar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair” metodiki göstərişləri nəzərə alınmaqla imtahan iştirakçıları üçün hazırlanmış təlimata uyğun təşkil ediləcək.
İmtahana gələn namizədlərin şəxsi səhifələrində qeyd olunacaq vaxtdan 1 saat əvvəl imtahan təşkil edilən mərkəzdə olmaları zəruridir. Namizədlər tibbi maskada olmalı, şəxsiyyəti təsdiq edən sənədin əslini və şəxsi səhifədən çıxarışı özləri ilə gətirməlidirlər.
Xüsusi karantin rejimi qaydalarına uyğun olaraq 15 avqust gecə 00:00-dan 17 avqust səhər saat 06:00-dək müntəzəm və ekspres xətlər üzrə avtobusların fəaliyyəti dayandırılacaq.
Avqust ayının sonuna qədər hər həftənin şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.
Qeyd edək ki, xüsusi karantin rejimi avqustun 31-dək uzadılıb.
Baku TV bu taksilərin özəllikləri ilə tanış olub.
Altı nəfərlik sərnişindaşıma qabiliyyəti olan bu salonun bir oturacağının özəlliyi var. Belə ki fiziki qüsurlu şəxslər həmin bu oturacaq vasitəsilə rahatlıqla taksidən enə bilərlər. Yeni taksilərdə sərnişinlərlə yanaşı, sürücülərin də rahatlığı nəzərdə tutulub.
Bu taksilər ətraf mühitə və ekologiyaya ziyanın sıfıra enməsinə səbəb olacaq. Elektriklə işləyən bu taksilərin cərayanını xüsusi yanacaqdoldurma məntəqələri ilə yanaşı, ev şəraitində də artırmaq mümkündür. Bu taksilər düz 130 km yolu elektriklə çalışır. Daha sonra rejimini dəyişmək mümkündür.
Qeyd edək ki, yeni taksilər artıq bu gündən etibarən hissə-hissə paytaxt sakinlərinin xidmətinə verilib.
Xəzərə axıdılan tullantı suları təkrar su ehtiyatı kimi istifadə edilə bilər.
Bunu trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Dövlət Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov deyib.
Onun sözlərinə görə, bu sular həm yaşıllıqların suvarılması, həm də texnologiyaların işlədilməsi üçün istifadə edilə bilər.
ETSN-in artıq bu təcrübədən istifadə etdiyini açıqlayan nazirlik rəsmisi qeyd edib ki, Abşeron yarımadasının bəzi ərazilərində təsərrüfat mənşəli tullantı suları təmizlənərək yaşıllıqların suvarılmasında istifadə edilir.
Xəzərin hələ də müəyyən ekoloji problemlərlə üz-üzə olduğunu deyən M.Qənbərov bildirib ki, hazırda bu dənizi ən çox neft, yəni karbohidrogen hasilatında əmələ gələn lay sularının bir qismi, eyni zamanda təsərrüfat, məişət mənşəli tullantı suları ilə çirklənməyə məruz qalır: "İndi lay sularının həcmi müəyyən qədər azalıb. Amma dəniz suyu yenə də neft ləkələri ilə müşahidə edilir".
Agentlik sədri əlavə edib ki, bu gün Abşeron yarımadasının şimal, şimal-qərb hissəsində mərkəzləşdirilmiş kanalizasiya sistemi yoxdur. Bundan başqa, bu gün yağış sularının idarəolunması üçün Bakı buxtasına istiqamətlənmiş 19 km-lik məsafədə kanallarla hələ də təsərrüfat, məişət mənşəli tullantı suları axıdılır: "Bu gün Xəzər dənizi yalnız Xəzər sahilindəki obyektlərlə çirklənmir. Xəzər dənizinin Yalamadan Astaraya qədər olan hissəsində 130-dan çox su axarı var".
M.Qənbərov hesab edir ki, tullantı sularının Xəzərə axıdılmaması üçün yeni salınan, getdikcə genişlənən yaşayış sahələrində mərkəzləşdirilmiş kanalizasiya sistemləri olmalı, mövcud təmizləyici qurğuların şəbəkəsi genişləndirilməli, istehsal gücü artırılmalı, ehtiyac duyulan ərazilərdə yeni təmizləyici qurğular quraşdırılmalıdır. Bununla yanaşı, karbohidrogen istehsalında yaranan lay suları idarə edilməli, onlar axarlar vasitəsilə Xəzərə axıdılmamalıdır.
Agentlik sədri bunu da əlavə edib ki, Xəzərə tullantı axıdan fiziki və hüquqi şəxslərə qarşı inzibati qaydada cərimə tətbiq edilir. Xəzərin çirklənməsinə səbəb olan idarə və müəssisələrə dəfələrlə xəbərdarlıq edilib. Həmin qurumlara lazımi tədbirlərin görülməsi üçün vaxt da verilib.