![]() |
|
2018-ci ilin yanvar-oktyabr aylarında Bakıda ticarət dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz artaraq 15 milyard 966,3 milyon manat olub.
Trend-in məlumatına görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,3 faiz artaraq 7 milyard 237,5 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3,0 faiz artaraq 8 milyard 728,8 milyon manata bərabər olub.
İstehlak məhsullarının 24,2 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 62,4 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 13,4 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.
Hesabat dövründə elektron qaydada pərakəndə ticarət şəbəkəsində 30,4 milyon manatlıq və ya 2017-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 17,4 faiz az istehlak məhsulları satılıb. Satışın bu növü vasitəsilə qeyri-ərzaq məhsulları realizə olunub.
![]() ![]() ![]() ![]() |
Son günlər Azərbaycanın bir sıra rayonlarında canavar, tülkü, çaqqal sürülərinin insanlara və ev heyvanlarına hücum edirlər. Xüsusən Lənkəran, Astara rayonunda bu heyvanların hücumu nəticəsində 40-dan çox insan xəsarət alıb.
Dövlət Statistika Komitəsindən Unikal.og-a bildirilib ki, 2015-ci ildə 16 981 canavar var idisə, son statistik göstəriciyə görə, hazırda bu heyvanların sayı 10031-ə düşüb.
Bununla belə, 2017-ci ilin əvvəlində 22 619 tülkü var idisə, son statistik göstəriciyə görə, bu heyvanların sayı isə 19 509-a enib.
Yalnız çaqqalların sayında artım qeydə alınıb. Belə ki, 2000-ci ilin sonlarında ölkədə 2931 çaqqal var idisə, son statistik göstəriciyə görə, bunların sayı 48200-ə yüksəlib.
Rəqəmlərdən göründüyü kimi, son iki il ərzində Azərbaycanda tülkülərin sayında 3110, çaqqalların sayında isə 6950 azalma qeydə alınıb.
Mütəxəssislər bildirir ki, canavar və tülkülərin sayında azalmanın əsas səbəbi onların öldürülməsidir. Belə ki, bu heyvanların hücumlarının qarşısını almaq üçün əksər vaxtlarda canavar və tülkülər insanlar tərəfindən öldürülür.
Qeyd edək ki, Azərbaycan "Vəhşi təbiətin qorunması” konvensiyasına qoşulub və üzərinə öhdəlik götürüb. Bu səbəbdən ölkədə canavar ovu birmənalı şəkildə qadağan edilib. Amma, buna baxmayaraq canavar, tülkü ovuna o halda icazə verilir ki, insan həyatına təhlükə yaratsın, təsərrüfata ziyan vursun. Bu zaman insan özünümüdafiə məqsədi ilə canavarı vura bilər. Yalnız bu halda həmin şəxs cərimə olunmur. Yaxud canavardan ziyan görən şəxs nazirliyin yerli ekologiya idarəsinə müraciət edir. Müraciət əsasında idarə həvəskar ovçular qrupu yaradaraq təsərrüfata və ya insanlara ziyan vurmuş canavarı ovlamaq göstərişi verir.
“Şahdağ” Turizm Mərkəzində 2018-2019-cu il qış mövsümü dekabrın 1-dən etibarən açıq elan edilib.
Bu barədə Axar.az-a turizm mərkəzindən məlumat verilib. Bildirilib ki, Şahdağda otellər turistlərin istifadəsinə verilsə də, qış əyləncələri hələlik fəaliyyət göstərmir:
“Mərkəzdəki qış əyləncələri dekabrın 15-dən turistlərin istifadəsinə veriləcək. Onların yeni qiymətləri isə dekabrın 15-nə kimi təyin ediləcək. Hazırda mərkəzimizdə qar yoxdur. Süni qar isə yalnız mənfi dərəcədə mümkün ola bilər”.
Kerç boğazında baş verənləri “Normandiya Formatı”nda müzakirəyə çıxarmaq istəyirəm.
Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Pyotr Poroşenko "Frans 24"ə açıqlamasında deyib.
O bildirib ki, bununla bağlı Almaniya kansleri Angela Merkel təklif irəli sürüb:
“Şübhəsiz ki, müşavirlər səviyyəsində belə müzakirədə iştirak edəcəyik. Gündəmdə olan məsələdir. Yəni, əsgərlərimizin və gəmilərinin təhvil verilməsi üçün Kerç boğazının açılmasını Rusiyadan istəyəcəyik”.
Qeyd edək ki, Rusiya 25 noyabrda Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus 3 gəmiyə hücum edib. Silahlı hücumdan və tarandan sonra gəmilər zəbt edilib və yedəyə alınaraq 24 əsirlə birgə Kerç limanına aparılıb.
Hücum zamanı 6 Ukrayna hərbçisi yaralanıb.
Azərbaycanda qeyri-maddi mədəni irs nümunələrinin dövlət reyestri layihəsi hazırlanacaq.
Trend-in məlumatına görə, bu, Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin zərfində öz əksini tapıb.
Sənədə əsasən, bu məsələ 2019-2022-ci illər üzrə qaçqınlar və məcburi köçkünlər üzrə dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilib.
Digər prioritetlər qoruqların ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin pasportlaşdırılması, müasir tələblərə cavab verən məlumat bazasının yaradılması olacaq.
Bununla yanaşı, tarix və mədəniyyət qoruqlarının sərhədlərinin müəyyən edilməsi və xəritələrinin hazırlanması nəzərdə tutulur.
Bakıda piyada zolağının qarşısı dəmir məhəccərlərlə hasara alınıb. Nəticədə piyada zolağından istifadə edən vətəndaşlar ya məcbur qalıb məhəccərlərin üzərindən tullanmalı olur, ya da yolun hərəkət hissəsindən keçirlər. Bəzi piyadalar isə məcbur qalıb yolun hərəkət hissəsindən istifadə edir. Nəticədə də onların həyatı üçün təhlükə yaranır.
"Xəzər Xəbər"in məlumatına görə, söhbət Nəsimi rayonu, 3-cü mikrorayon dairəsindən gedir.
Məlum olub ki, ərazinin dəmir məhəccərlərlə hasara alınmasını Bakı Nəqliyyat Agentliyinin əməkdaşları həyata keçiriblər.
Qurumun mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, əraziyə yenidən baxış keçiriləcək və problem tezliklə həll olunacaq.
Dünya ölkələri vətəndaşlarının digər dövlətlərə vizasız giriş prinsipi üzrə illik təsnifatının hazırlanması ilə məşğul olan "Passport Index" pasportların növbəti reytinqini açıqlayıb.
Report xəbər verir ki, reytinqə görə dünyanın ən nüfuzlu pasportu BƏƏ-nin hesab olunub.
Dubay əmirliyinin rəhbəri şeyx Məhəmməd bin Raşid əl Maktum bu məlumatı alqışlayaraq öz Tvitter mikrobloqunda bunları yazıb:
"Dünya öz qapılarını BƏƏ xalqının üzünə açır".
Siyahıda ikinci yeri Sinqapur və Almaniya tutub. Bu ölkələrin vətəndaşları 166 dövlətə vizasız gedə bilirlər. Üçüncü yerdə Danimarka, İsveç, Finlandiya, Lüksemburq, Fransa, İtaliya, Niderland, İspaniya, Norveç, ABŞ və Cənubi Koreya qərarlaşıb. Bu adıçəkilən ölkələrin vətəndaşları 165 digər dövlətin ərazisinə vizasız giriş-çıxış edə bilirlər.
Azərbaycan reytinq siyahısında ötən illə müqayisədə 5 pillə irəliləyərək 65-ci yerdən 60-cı yerə yüksəlib. Belə ki, 2017-ci ildə Azərbaycan vətəndaşları 63 ölkəyə vizasız səyahət edə bildikləri halda, bu il onları sayı 71-ə çatıb. Azərbaycan 60-cı yeri Namibiya, Keniya və Kuba ilə bölüşür.
Reytinqə görə sıravi Azərbaycan vətəndaşları 34 ölkəyə vətəndaşlıq pasportu ilə gedə bilirlər. Digər 37 ölkənin isə sərhədində Azərbaycan vətəndaşlarına avtomatik viza verilir ki, bu da faktiki olaraq bu ölkələrə getmək üçün əvvəlcədən viza almaq tələb etmir.
Qonşu dövlətlərdən Rusiya 38 (116 ölkə), Gürcüstan və Türkiyə 39 (hər ikisində 115 ölkə), Ermənistan 63 (68 ölkə), İran isə 87-ci yerdə (42 ölkə) mövqe tutub.