|
Bir neçə gündür ki, ölkədə mavi qaz ( propan) qıtlığı yaşanır.
Bu barədə “Qafqazinfo”ya həm paytaxtdan, həm də rayonlardan çoxsaylı müraciətlər daxil olub. Onlar bildirir ki, yanacaqdoldurma məntəqələrində avtomobillərinə vurdurmaq üçün qaz tapmırlar. Həmçinin məişətdə işlədilən qaz balonlarını da doldura bilmirlər.
“Qafqazinfo” məsələ ilə bağlı SOCAR-la əlaqə saxlayıb. SOCAR-dan bildirilib ki, problem onlarlıq deyil. Dövlət Neft Şirkəti yanacaqdoldurma məntəqələrini lazımı səviyyədə mavi qazla təmin edib.
Problemin səbəbini öyrənmək üçün Məişət Maye Qaz MMC ilə əlaqə saxladıq. Onlar məsələ barədə məlumatlı olduqlarını vurğuladılar.
Qeyd etdilər ki, hər il avqust ayında avadanlıqların istismar müddəti bitir. Ona görə də ehtiyac yarandığı halda yeniləri ilə əvəz edilir. Bu il isə işlərə iyul ayından başlanılıb. Ona görə də bir neçə gündür ki qıtlıq yaşanır. Hazırda işlər davam edir. Yaxın 3-4 gün ərzində işlər yekunlaşacaq və məsələ öz həllini tapacaq.
***
Məişət Maye Qaz QSC-dən “Qafqazinfo” ilə yenidən əlaqə saxlayaraq bildirilib ki, Azərbaycanda işığın sönməsi ilə əlaqədar şirkətin zavodunda problem yaranmışdı. Bu problem artıq tam olaraq dünəndən etibarən öz həllini tapıb. Satış hazırda normal şəkildə həyata keçirilir.
Bu gün Yasamal rayonu İsmayıl bəy Qurtqaşınlı küçəsində yerləşən "Altes Plaza" yaşayış və biznes mərkəzində yanğın baş verib.
“Qafqazinfo” Lent.az-a istinadən xəbər verir ki, hadisə səhər saat 10 radələrində baş verib. Hadisə yerinə bir neçə yanğınsöndürmə briqadası cəlb edilib.
Yanğından Mühafizə Xidmətindən bildirilib ki, binanın damından tüstü qalxıb, lakin açıq alov müşahidə edilməyib.
Yanğın artıq söndürülüb. Hadisə binanın 3-cü mərtəbəsində yerləşən restoranın şaxtasında baş verib. Şaxtaya toplanmış tullantıların alovlanması nəticəsində binanın damından qatı tüstü çıxıb və insanlar oradan təxliyyə edilib.
Ukraynanın paytaxtı Kiyev şəhərinin mərkəzində dünya şöhrətli müğənni və bəstəkar, SSRİ Xalq Artisti Müslüm Maqomayev adına parkın təntənəli açılış mərasimi olub.
“Qafqazinfo” xəbər verir ki, açılış mərasimində Azərbaycan və Ukraynanın mədəniyyət nazirləri Əbülfəs Qarayev və Yevgeni Nişuk, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov və başqaları iştirak ediblər.
Əvvəlcə Əbülfəs Qarayev, Yevgeni Nişuk, Aleksandr Spasibko və Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev parkın rəmzi açılışını bildirən lenti kəsiblər.
Qonaqları salamlayan Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı və tövsiyəsi əsasında şəhərin mənzərəli yerində belə bir park salınıb.
Kiyevin mərkəzində belə bir parkın açılmasının tarixi hadisə olduğunu qeyd edən nazir Əbülfəs Qarayev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə parkın açılışı ilə bağlı ölkəmizdən böyük nümayəndə heyəti iştirak edir.
“Bu park kiyevlilər və şəhərin qonaqları üçün gözəl istirahət məskəni olacaq. Parkda Müslüm Maqomayevin heykəli şəhərə xüsusi gözəllik verir. Müslüm Maqomayev dünya xalqlarının sevimlisi olub”, - deyə nazir bildirib.
Gəncə olayları ilə bağlı həbs edilənlərdən biri illər öncə “Cümhuriyyət” qəzetinin baş redaktoru Rəfail Becanovu təhqir edərək, hədələyib.
Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat sektorunun müdiri polkovnik Hikmət Xudiyevin APA-ya müsahibəsi.
Bu il havaların daha isti keçməsi ilə əlaqədar olaraq ölkə ərazisindəki ilanların sayı artıb.