Bakı Şəhər İcra Hakimiyyəti və Ekologiya v­ə Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə Nizami Rayon İcra Hakimiyyətində geniş müşavirə keçirilib.

 

İH-dən Axar.az-a verilən məlumata görə, daxil olmuş məlumata görə şəhərin müxtəlif rayonlarında fəaliyyət göstərən ictimai iaşə obyektləri, restoran, kafe, şadlıq sarayları tərəfindən atmosferi tullantılarla çirkləndirmə, yerləşdikləri ərazilərdə, xüsusilə sakinlərin kütləvi istarahət yerlərində ətraf mühitə ziyan vurmaları və vətəndaşların haqlı narazılıqlarına səbəb olan amillərə yol vermələri hallarının sayı artıb. Bununla əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti və Ekologiya v­ə Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə Nizami Rayon İcra Hakimiyyətində geniş müşavirə keçirilib.

Müşavirədə qeyd olunub ki, ictimai iaşə obyektləri, restoran, kafe, şadlıq sarayları tərəfindən atmosferə tüstü buraxmaqla çirkləndirilir, həmçinin obyektlərin yerləşdiyi ərazilərdə ətraf mühitə ziyan vurulur, bəzi yerlərdə yaşıllıqlar məhv edilir, ağacların kəsilməsinə və ya qurumasına yol verilir. Obyektlərin yerləşdikləri ərazilərdə, xüsusən şənbə və bazar günlərində qoxu ilə müşayiət olunan tüstü yayılır ki, bu da insanlarda diskomfort yaradır, vətəndaşlar tərəfindən çoxsaylı şikayət və narazılıqların daxil olmasına səbəb olur. Bu obyektlərin fəaiyyətləri və insanların rahatlıqları arasında ziddiyətləri aradan qaldırmaq üçün həmin müəssisələrdə müvafiq təmizləyici cihazlar quraşdırılması təklif edilib.

Yaxın vaxtlardan etibarən Bakı Şəhər İcra Hakimiyyəti və Ekologiya v­ə Təbii Sərvətlər Naz­irliyinin əməkdaşları ilə birgə reydlərə başlanacaq, sakinlərin rahatlığını pozan, narahatçılıq yaradan iaşə obyektləri və sadlıq sarayları ilə bağlı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcək.

18 Aprel 2025 Azərbaycanda yeni fırıldaq növü yayılıb: "Kabus toxunuşu" - DİQQƏT
18 Aprel 2025 İtkin şəhidimiz dəfn olundu - FOTOLAR
18 Aprel 2025 Sabah 22 dərəcə isti oIacaq
18 Aprel 2025 Səhhəti pisləşən qaziyə yol polisi kömək etdi - Video
18 Aprel 2025 Hikmət Mirzəyevə ağır itki
18 Aprel 2025 Xankəndinin Baş planı hazırlanır
18 Aprel 2025 Həccə getmək niyə bizdə baha, qonşu ölkələrdə ucuzdur? - AÇIQLAMA
17 Aprel 2025 Kartdan pul oğurlanır: banklar heçmi məsuliyyət daşımır?
17 Aprel 2025 Şamaxı-Qonaqkənd avtomobil yolu zərər gördü – Təcili bərpa işləri başlanılıb
17 Aprel 2025 2 milyard manat ayrılır – Bu şəxslərin maaşı artırıla bilər
17 Aprel 2025 ADY-nin bütün qatarları qrafik üzrə hərəkətini davam etdirir.
17 Aprel 2025 Kamaləddin Qafarov: “Azərbaycan-Gürcüstan əməkdaşlıq əlaqələri daim genişlənir”
16 Aprel 2025 “Qatarların hərəkət cədvəlində hər hansı dəyişiklik yoxdur” - ADY
16 Aprel 2025 "Bağırov" körpüsündə qoyulan məhdudiyyət aradan qaldırıldı
16 Aprel 2025 DİN əlavə polis naryadları cəlb edib - Video
16 Aprel 2025 Qatarların hərəkəti bərpa olundu - Yenilənib
16 Aprel 2025 Hava şəraitinə görə dərslər dayandırılacaq? - RƏSMİ
16 Aprel 2025 Operativ tədbirlər görülür - DİN - Foto
16 Aprel 2025 Yağışlı Bakının yollarında sıxlıq var - Siyahı
16 Aprel 2025 Dövlət orqanları hərəkətə keçdi - Video

Xəbər lenti