"Xaliq Faiqoğlu"nun avtobusları müntəzəm olaraq dezinfeksiya edilir  - FOTO - VİDEO
14 marşrut xətti üzrə 300-ə yaxın avtobus infeksion xəstəliklərə qarşı dezinfeksiya edilib

Xaliq Faiqoğlu” şirkəti istismarında olan müntəzəm marşrut xətləri üzrə xidmət göstərən avtobusların təmizliyinə xüsusi diqqət yetirir. Yol-xeber.az xəbər verir ki, bu məqsədlə əvvəlcədən tərtib edilmiş proqram çərçivəsində nəqliyyat vasitələrinin kimyəvi təmizlənməsi və dezinfeksiyası həyata keçirilib. Belə ki, şirkət tərəfindən son günlərdə dünyada kəskin respirator virusun yayılması səbəbindən qabaqlayıcı tədbirlərə diqqət daha da artırılıb. Avtobusların dezinfeksiya edilməsi intervalı azaldılıb və ixtisaslaşmış şirkət tərəfindən xüsusi məhlullardan istifadə olunmaqla nəqliyyat vasitələri həftənin şənbə və bazar günləri qaraj şəraitində dezinfeksiya olunub. Ümumilikdə şirkətin istismarında olan 14 marşrut xətti üzrə 300-ə yaxın avtobus həm təmas, həm də hava-damcı yolu ilə yoluxan infeksion xəstəliklərə qarşı dezinfeksiya edilib.

Bundan başqa şirkət tərəfindən ixtisaslaşmış mütəxəssislərdən ibarət mobil qruplar yaradılıb. Həmin şəxslər kəskin respirator virus təhlükəsinin mövcud olduğu müddət ərzində günün müxtəlif saatlarında avtobuslara daxil olaraq əl tutacaqlarını, oturacaqların təmas hissələrini, avtobusun salon turbalarını və sair hissələrini insan sağlamlığına ziyanlı olmayan dezinfeksiya vasitələri ilə siləcəklər.

 

29 Aprel 2025 Vətəndaşlar polis rəislərinə birbaşa müraciət edəcəklər - Video
29 Aprel 2025 FHN və ADY birgə təlim keçirdi - Video
29 Aprel 2025 Artilleriya bölmələri ilə döyüş atışları keçirildi
28 Aprel 2025 Xocalı şəhərinə növbəti köç karvanı yola salınıb
28 Aprel 2025 Görkəmli oftalmoloq alim Zərifə Əliyevanın anadan olmasından 102 il ötür
25 Aprel 2025 Prezidentin Fərmanı: ADY təhlükəli yüklərin daşınmasında artıq lisenziya və icazə almadan fəaliyyət göstərə biləcək
25 Aprel 2025 Aprelin 26-da 32 dərəcə isti olacaq
25 Aprel 2025 Azərbaycanda bu gündən hava pisləşir
24 Aprel 2025 Leyla Əliyeva Çin Milli İnsan Genomu Mərkəzində olub
24 Aprel 2025 Səhiyyə Nazirliyi MƏLUMAT YAYDI - Aprelin 27-dən mayın 3-dək...
24 Aprel 2025 Tələbələrimiz qondarma “erməni soyqırımı” ilə bağlı tədbiri ləğv etdirdilər
23 Aprel 2025 Nəzarətsiz heyvanların qatarların qarşısına çıxması təhlükəsizliyi riskə atır, həmçinin qrafikdə gecikmələrə səbəb olur
23 Aprel 2025 AQTA-da ŞOK istefa - Zaur Kərimov vəzifəsindən getdi
23 Aprel 2025 Kamaləddin Qafarov: “Azərbaycan-Çin əməkdaşlığı Avrasiya üçün mühüm əhəmiyyətə malikdir”
22 Aprel 2025 Sabah 29° isti olacaq
22 Aprel 2025 Ölkə üzrə aprel ayının pensiya ödənişi yekunlaşıb
22 Aprel 2025 Həsənrizə daha 20 ailə köçürülür - Fotolar
22 Aprel 2025 Leyla Əliyeva Vyetnamda muzeydə - Fotolar
21 Aprel 2025 Xarici banklar Bakı metrosu üçün kredit ayıra bilər
21 Aprel 2025 Sabah 27 dərəcə isti oIacaq

Xəbər lenti