Həkim: “Avtobusların dezinfeksiya edilməsi çox müsbət addımdır”
Əgər karantin olsa işlər daha genişmiqyasda aparılar

Koronavirus infeksiyasına qarşı qabaqlayıcı tədbirlər çərçivəsində ölkəmizdə bir sıra sahələr kimi ictimai nəqliyyat sahəsi də nəzarətdə saxlanılır. Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən marşrut xətləri üzrə avtobuslarda dezinfeksiya işləri həyata keçirilir.

Həkim-terapevt Afət Zeynalova Avtosfer.az-a verdiyi açıqlamada bu kimi qabaqlayıcı tədbirlərin lazımlı olduğunu qeyd edib: “Bu virus təmasla keçir. Həm havadan damcı yolu ilə, həm də müxtəlif əşyaların üzərində olan tüpürcək vasitəsilə insanlar bu virusa yoluxa bilər. İctimai nəqliyyatda əl tutacaqları və digər hissələr dezinfeksiya edilir ki, virusun keçiricilik faizi azaldılsın. Bu məqsədlə müxtəlif qurumlar dövlət tərəfindən lazımı dezinfeksiya edici maddələrlə təchiz olunub və onlara müəyyən tapşırıqlar verilib. Eyni zamanda avtobuslarda da dezinfeksiya işləri aparılır. Bu, çox müsbət addımdır və belə də olmalıdır. Bakıda hələ ki, karantin olmadığına görə, genişmiqyaslı işlər aparılmır. Sadəcə qabaqlayıcı tədbir kimi bu dezinfeksiya işləri həyata keçirilir. Əgər karantin olsa işlər daha genişmiqyasda aparılar”.

Nəqliyyat üzrə ekspert Rəşad Quliyev qeyd edib ki, bu kimi dezinfeksiya işləri hər gün aparılmalıdır: “Corona virus adı ilə tanınan COVİD-19a qarşı bütün dünyada mübarizə aparıldığı kimi Azərbaycanda onlardan geri qalmır. Əhalinin sıx olan yerlərində qoruyucu maskalardan istifadə və ictimai nəqliyyatda aparılan dezinfiksiya işləri əlbəttə ki, təqdirəlayiqdir. Hazırda bu virus Avropa ölkələrində də yayılıb. Məsələn, Almaniyada 16 böyük vilayətdən artıq 10-da, bu virusa yoluxmuş insanlarda adı çəkilən xəstəlik müəyyən edilib. Lakin Almaniyada ajotaj və panika Azərbaycandakı qədər yüksək deyil. İctimai nəqliyyatda dezinfeksiya işləri ölkədə hər hansı xəstəlik olmasa da belə aparılır. Çünki adından göründüyü kimi ictimai nəqliyyat məhz ictimaiyyətin istifadəsi üçün olduğundan hər gün işə başlamamışdan öncə parkdan çıxan avtobus, tramvay və ya qatarlarda bakteriyalara qarşı profilaktik tədbirlər görülərək dezinfiksiya işləri aparılır”.

 

Qeyd edək ki, Koronavirus (Covid-19) xəstəliyinin yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativliyini təmin etmək məqsədilə Bakı Nəqliyyat Agentliyində qərargah yaradılıb. Bununla yanaşı, Bakı Nəqliyyat Agentliyinin (012) 404-79-95 nömrəli "Qaynar xətt"i fəaliyyətə başlayıb. Eyni zamanda, paytaxtın inzibati ərazisində müntəzəm sərnişindaşıma xətlərində fəaliyyət göstərən avtobuslar dezinfeksiya edilir. Son bir neçə gündə 1500-ə yaxın avtobusda dezinfeksiya işləri aparılıb. Dezinfeksiya tədbirlərinin davamlı olaraq aparılması ilə bağlı daşıyıcılarla görüş keçirilib və müvafiq tapşırıqlar verilib. Həmçinin, “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində dezinfeksiya tədbirlərinin sayı artırılıb.

29 Aprel 2025 Artilleriya bölmələri ilə döyüş atışları keçirildi
28 Aprel 2025 Xocalı şəhərinə növbəti köç karvanı yola salınıb
28 Aprel 2025 Görkəmli oftalmoloq alim Zərifə Əliyevanın anadan olmasından 102 il ötür
25 Aprel 2025 Prezidentin Fərmanı: ADY təhlükəli yüklərin daşınmasında artıq lisenziya və icazə almadan fəaliyyət göstərə biləcək
25 Aprel 2025 Aprelin 26-da 32 dərəcə isti olacaq
25 Aprel 2025 Azərbaycanda bu gündən hava pisləşir
24 Aprel 2025 Leyla Əliyeva Çin Milli İnsan Genomu Mərkəzində olub
24 Aprel 2025 Səhiyyə Nazirliyi MƏLUMAT YAYDI - Aprelin 27-dən mayın 3-dək...
24 Aprel 2025 Tələbələrimiz qondarma “erməni soyqırımı” ilə bağlı tədbiri ləğv etdirdilər
23 Aprel 2025 Nəzarətsiz heyvanların qatarların qarşısına çıxması təhlükəsizliyi riskə atır, həmçinin qrafikdə gecikmələrə səbəb olur
23 Aprel 2025 AQTA-da ŞOK istefa - Zaur Kərimov vəzifəsindən getdi
23 Aprel 2025 Kamaləddin Qafarov: “Azərbaycan-Çin əməkdaşlığı Avrasiya üçün mühüm əhəmiyyətə malikdir”
22 Aprel 2025 Sabah 29° isti olacaq
22 Aprel 2025 Ölkə üzrə aprel ayının pensiya ödənişi yekunlaşıb
22 Aprel 2025 Həsənrizə daha 20 ailə köçürülür - Fotolar
22 Aprel 2025 Leyla Əliyeva Vyetnamda muzeydə - Fotolar
21 Aprel 2025 Xarici banklar Bakı metrosu üçün kredit ayıra bilər
21 Aprel 2025 Sabah 27 dərəcə isti oIacaq
21 Aprel 2025 Leyla Əliyeva görmə qabiliyyəti məhdud şəxslər üçün məktəbdə - Fotolar
21 Aprel 2025 Leysanda o yolları bağlayın - Merdən çıxış yolu təklifi

Xəbər lenti