Naxçıvanda koronavirusla bağlı dərman ehtiyatı yaradıldı
Naxçıvan Muxtar Respublikasında tibb personalının fərdi mühafizə vasitələrindən (maskalardan) istifadə etməsi təmin olunub, dərman preparatlarının, dezinfeksiyaedici maddələrin, həmçinin tibb personalı üçün fərdi mühafizə vasitələrinin ehtiyatı yaradılıb.

Muxtar Respublikanın Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən  verilən məlumata görə, xəstəlik hallarının ölkəyə gətirilməsinin qarşısının alınması məqsədilə hava limanının tibbi heyəti tərəfindən muxtar respublikaya gələnlər arasında xəstəliyə şübhəli bilinən şəxslərdə müayinə və termometriya müşahidəsi təşkil edilib. Xəstəlik müşahidə edilərsə, onların hospitalizasiyası, karantinə alınması və stasionar müalicəyə götürülməsinə şərait yaradılıb. Gömrük-keçid məntəqələrinə yaxın olan səhiyyə müəssisələrində izolyatorlar ayrılıb. 

Bildirilib ki, məktəb həkimləri tərəfindən mövsümi respirator xəstə­lik əlamətləri müşahidə olunan şagirdlər ərazi üzrə poliklinikalara yönləndirilir. Eləcə də tibb otaqlarının zəruri tibbi vasitələr ilə təchiz olunmasına nəzarət artırılıb.

Ümumtəhsil və peşə məktəblərində tədris prosesi mart ayının 4-dən 9-dək dayandırıldığından təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər gücləndirilib. Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzi, onun rayon təşkilatları hazırda bütün təhsil müəssisələrində sanitar-gigiyenik vəziyyəti nəzarətdə saxlayırlar.

Naxçıvan Şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin həkim-epidemioloqu, epidemioloq köməkçiləri, dezinfektor təlimatçıları mövsümi virusların yayılma ehtimalına qarşı şəhər orta məktəblərində dezinfeksiya işləri aparırlar. Bu tədbir uşaq bağçalarında, musiqi məktəblərində, kolleclərdə, ali təhsil müəssisələrində də həyata keçirilir.

Martın 10-dək Naxçıvan Regional Peşə Tədris Mərkəzi, lisey və kolleclər, uşaq bağçaları, musiqi və idman məktəbləri, ali təhsil müəssisələri, avtobus və dəmiryol vağzalları, hava limanı, şəhər məscidləri və mərasim zalları, muzey və kitabxanalar da dezinfeksiya tədbirləri ilə əhatə olunacaq.

Tibb müəssisələrində sanitariya-gigiyena, əks-epidemik rejimlərin tələblərinin yerinə yetirilməsi və dezinfeksiya tədbirlərinin həyata keçirilməsi işinin gücləndirilməsi, kəskin respirator virus infeksiyasına şübhəli xəstələrin, xüsusən uşaqların və yaşlı əhalinin hospitalizasiyası üçün xüsusi palataların ayrılması və təchiz olunmasının təmin edilməsi üçün müvafiq tədbirlər görülüb.

Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzi, onun şəhər və rayon təşkilatları tərəfindən əhalinin sıx məskunlaşdığı yerlərdə profilaktik tədbirlər mütəmadi olaraq həyata keçirilir.

29 Aprel 2025 Mayın 1-dən QÜVVƏYƏ MİNİR
29 Aprel 2025 “Bakı Metropoliteni” QSC-də Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr edilmiş tədbir keçirilib
29 Aprel 2025 Sökülən evlərə görə təzminat belə hesablanır
29 Aprel 2025 Bakıdakı məşhur restoranlar cərimələndi - Siyahı
29 Aprel 2025 Vətəndaşlar polis rəislərinə birbaşa müraciət edəcəklər - Video
29 Aprel 2025 FHN və ADY birgə təlim keçirdi - Video
29 Aprel 2025 Artilleriya bölmələri ilə döyüş atışları keçirildi
28 Aprel 2025 Xocalı şəhərinə növbəti köç karvanı yola salınıb
28 Aprel 2025 Görkəmli oftalmoloq alim Zərifə Əliyevanın anadan olmasından 102 il ötür
25 Aprel 2025 Prezidentin Fərmanı: ADY təhlükəli yüklərin daşınmasında artıq lisenziya və icazə almadan fəaliyyət göstərə biləcək
25 Aprel 2025 Aprelin 26-da 32 dərəcə isti olacaq
25 Aprel 2025 Azərbaycanda bu gündən hava pisləşir
24 Aprel 2025 Leyla Əliyeva Çin Milli İnsan Genomu Mərkəzində olub
24 Aprel 2025 Səhiyyə Nazirliyi MƏLUMAT YAYDI - Aprelin 27-dən mayın 3-dək...
24 Aprel 2025 Tələbələrimiz qondarma “erməni soyqırımı” ilə bağlı tədbiri ləğv etdirdilər
23 Aprel 2025 Nəzarətsiz heyvanların qatarların qarşısına çıxması təhlükəsizliyi riskə atır, həmçinin qrafikdə gecikmələrə səbəb olur
23 Aprel 2025 AQTA-da ŞOK istefa - Zaur Kərimov vəzifəsindən getdi
23 Aprel 2025 Kamaləddin Qafarov: “Azərbaycan-Çin əməkdaşlığı Avrasiya üçün mühüm əhəmiyyətə malikdir”
22 Aprel 2025 Sabah 29° isti olacaq
22 Aprel 2025 Ölkə üzrə aprel ayının pensiya ödənişi yekunlaşıb

Xəbər lenti