Bakının mərkəzində kanalizasiya yola axıdılır:  "Azərsu" hara baxır? - VİDEO
Yola çirkab sularının axıdılması qadağandır

Paytaxtın Səbail rayonunda yaşayan sakinlər yola axıdılan çirkab suları ilə bağlı redaksiyamıza şikayət ünvanlayıb. Avtosfer.az xəbər verir ki, Salyan şossesində (20-ci sahəyə gedən yolda - Səbail rayon DYP Şöbəsinin qarşısından Jurnalistlər binasınadək) sakinlər hər gün eyni mənzərə ilə üzləşir. Belə ki, adıçəkilən yolda kanalizasiya və digər çirkab suları yolun hərəkət hissəsinə axıdılır. Bu isə həmin yoldan istifadə edən piyadaların və sürücülərin narahatlığına səbəb olur. Sürücülər qeyd edir ki, avtomobillərini yuduzdurub həmin yoldan istifadə edən kimi yenə də çirklənir. Piyadalar isə yolu çirkab sularının içi ilə keçməyə məcbur olurlar. Bu isə gigiyenik qaydalara da ziddir.

Su təhcizatı və tullantı suları haqqında qanunun 34-cü maddəsinin 1-ci hissəsinin s) bölməsində Azərsu ASC-nin öhdəlyinə düşən məsələlərdən biri də, "kanalizasiya sistemlərindən ətraf mühitə tullantı sularının sızmasını aradan qaldırmaq və əvvəlcədən qarşısını almaq üçün tədbirlərin görülməsi" düşür. Lakin görünən mənzərədən aydın olur ki, Azərsu ASC üçün bu qanunun tələbləri keçərli deyil. 

İnzibati Xətalar Məcəlləsinin 352.0.10-cu maddəsində "suvarma, sənaye, çirkab və kanalizasiya sularının avtomobil yoluna və yağış sularının avtomobil yolundan kənarlaşdırılması üçün tikilmiş kanalizasiya sisteminə, suyu kənara axıdan qurğulara və yolboyu torpaq sahəsinə axıdılmasına, avtomobil yollarının təhkim və qorunma (mühafizə) zolaqlarının, yol örtüyünün çirkləndirilməsinə" görə fiziki şəxslər otuz manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə nəzərdə tutulub.

 

Müxtəlif tarixlərdə çəkilən videogörüntüləri sizə təqdim edirik.

 

29 Aprel 2025 Mayın 1-dən QÜVVƏYƏ MİNİR
29 Aprel 2025 “Bakı Metropoliteni” QSC-də Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr edilmiş tədbir keçirilib
29 Aprel 2025 Sökülən evlərə görə təzminat belə hesablanır
29 Aprel 2025 Bakıdakı məşhur restoranlar cərimələndi - Siyahı
29 Aprel 2025 Vətəndaşlar polis rəislərinə birbaşa müraciət edəcəklər - Video
29 Aprel 2025 FHN və ADY birgə təlim keçirdi - Video
29 Aprel 2025 Artilleriya bölmələri ilə döyüş atışları keçirildi
28 Aprel 2025 Xocalı şəhərinə növbəti köç karvanı yola salınıb
28 Aprel 2025 Görkəmli oftalmoloq alim Zərifə Əliyevanın anadan olmasından 102 il ötür
25 Aprel 2025 Prezidentin Fərmanı: ADY təhlükəli yüklərin daşınmasında artıq lisenziya və icazə almadan fəaliyyət göstərə biləcək
25 Aprel 2025 Aprelin 26-da 32 dərəcə isti olacaq
25 Aprel 2025 Azərbaycanda bu gündən hava pisləşir
24 Aprel 2025 Leyla Əliyeva Çin Milli İnsan Genomu Mərkəzində olub
24 Aprel 2025 Səhiyyə Nazirliyi MƏLUMAT YAYDI - Aprelin 27-dən mayın 3-dək...
24 Aprel 2025 Tələbələrimiz qondarma “erməni soyqırımı” ilə bağlı tədbiri ləğv etdirdilər
23 Aprel 2025 Nəzarətsiz heyvanların qatarların qarşısına çıxması təhlükəsizliyi riskə atır, həmçinin qrafikdə gecikmələrə səbəb olur
23 Aprel 2025 AQTA-da ŞOK istefa - Zaur Kərimov vəzifəsindən getdi
23 Aprel 2025 Kamaləddin Qafarov: “Azərbaycan-Çin əməkdaşlığı Avrasiya üçün mühüm əhəmiyyətə malikdir”
22 Aprel 2025 Sabah 29° isti olacaq
22 Aprel 2025 Ölkə üzrə aprel ayının pensiya ödənişi yekunlaşıb

Xəbər lenti