Nabran ərazisində meşə ətrafı sahənin məişət tullantıları ilə çirkləndirilməsi və tullantıların qalaqlanması barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan və sosial şəbəkədə yayılan video məlumat dərhal Nazirliyin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, məişət tullantılarının qalaqlandığı ərazinin Nabran bələdiyyəsinə məxsus olduğu müəyyən edilib. Əraziyə baxış zamanı 500 m2 sahənin tullantılarla çirkləndirildiyi faktı təsdiqini tapıb. Zibillik sahə operativ olaraq ETSN-nin əmədaşlarının nəzarəti ilə Nabran bələdiyyəsi tərəfindən təmizlənib.

Tullantıların idarə olunması qaydalarının pozulmasına görə akt və protokol tərtib olunaraq Nabran bələdiyyəsinin sədri Qutrət Qədimov vəzifəli şəxs qismində 2500 manat məbləğində cərimə edilib. Gələcəkdə belə hallara yol verilməməsi üçün ona icrası məcburi olan məcburi göstəriş verilib.

ETSN ətraf mühitin qorunması, təbiəti mühafizə və tullantıların idarə olunması sahəsində əsil vətəndaş mövqeyi nümayiş etdirərək Nazirliyin işinə dəstək göstərən hər bir şəxsə təşəkkürünü bildirir.

18 Aprel 2025 Azərbaycanda yeni fırıldaq növü yayılıb: "Kabus toxunuşu" - DİQQƏT
18 Aprel 2025 İtkin şəhidimiz dəfn olundu - FOTOLAR
18 Aprel 2025 Sabah 22 dərəcə isti oIacaq
18 Aprel 2025 Səhhəti pisləşən qaziyə yol polisi kömək etdi - Video
18 Aprel 2025 Hikmət Mirzəyevə ağır itki
18 Aprel 2025 Xankəndinin Baş planı hazırlanır
18 Aprel 2025 Həccə getmək niyə bizdə baha, qonşu ölkələrdə ucuzdur? - AÇIQLAMA
17 Aprel 2025 Kartdan pul oğurlanır: banklar heçmi məsuliyyət daşımır?
17 Aprel 2025 Şamaxı-Qonaqkənd avtomobil yolu zərər gördü – Təcili bərpa işləri başlanılıb
17 Aprel 2025 2 milyard manat ayrılır – Bu şəxslərin maaşı artırıla bilər
17 Aprel 2025 ADY-nin bütün qatarları qrafik üzrə hərəkətini davam etdirir.
17 Aprel 2025 Kamaləddin Qafarov: “Azərbaycan-Gürcüstan əməkdaşlıq əlaqələri daim genişlənir”
16 Aprel 2025 “Qatarların hərəkət cədvəlində hər hansı dəyişiklik yoxdur” - ADY
16 Aprel 2025 "Bağırov" körpüsündə qoyulan məhdudiyyət aradan qaldırıldı
16 Aprel 2025 DİN əlavə polis naryadları cəlb edib - Video
16 Aprel 2025 Qatarların hərəkəti bərpa olundu - Yenilənib
16 Aprel 2025 Hava şəraitinə görə dərslər dayandırılacaq? - RƏSMİ
16 Aprel 2025 Operativ tədbirlər görülür - DİN - Foto
16 Aprel 2025 Yağışlı Bakının yollarında sıxlıq var - Siyahı
16 Aprel 2025 Dövlət orqanları hərəkətə keçdi - Video

Xəbər lenti