15 avqustda abituriyent İbrahim Əsgərlinin valideynləri mənə müraciət etdi.

Məsələ təəccüb yaratdığı üçün onların öz razılığı ilə Feysbuk səhifəmdə paylaşdım. Məqsəd məndən daha təcrübəli şəxslərdən məsələnin nə yerdə olduğunu öyrənmək idi. Bu məsələ ilə bağlı yazdığım status hələ də qalır.

Axar.az xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov dünən 596 bal topladığı iddia edilən abituriyentin universitetə qəbul olmaması ilə bağlı yaranan qalmaqala aydınlıq gətirərkən deyib. O, DİM əməkdaşının zəng edərək təkzib verməyini tələb etdiyini söyləyib:

“Həmin paylaşımdan bir az sonra DİM-in əməkdaşı əvvəlcə mənə zəng edərək, sonra da mesaj yazaraq təkzib yazmağımı, bu olmayacağı təqdirdə məni məhkəməyə verəcəyini dedi. Bildirdi ki, abituriyentin mənə təqdim etdiyi sənəd fotoşopdur.

Bunun ardınca mən iki dəfə DİM-in bu məsələ ilə bağlı mövqeyini əks etdirən status yazdım. Baxmayaraq ki, DİM tərəfindən mənə təkzib etmək üçün heç bir tutarlı sənəd, sübut təqdim edilməmişdi. Hətta indiyə qədər də mənə abituriyentin həqiqi nəticəsinin neçə olduğu barədə heç bir məlumat verilməyib. Şifahi qaydada deyilən hansısa bir informasiya ilə bağlı təkzib verməli idim?

Bunun ardınca abituriyent və onun valideynləri ilə saat 12-də DİM-in inzibati binasının qarşısında görüşdük. Sonra DİM-in əməkdaşı ilə görüşdük, şifahi qaydada bu sənədin saxta - fotoşop olduğunu bildirdi və bizi saat 15:00-da keçiriləcək mətbuat konfransına dəvət etdi.

Saat 15:00-da DİM-in inzibati binasında həmin abituriyentin ailə üzvlərinin və KİV nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirildi. Burada DİM rəhbəri iddia edir ki, mən təkzib verməmişəm.

Mətbuat konfransı saat 15:00-da başlayıb və mən buna qədər DİM-in mövqeyinin əks olunduğu və KİV-lərdə də gedən iki status yazmışdım.

DİM abituriyentin iddiasının əsassız olduğunu əks etdirən hansısa bir sənəd təqdim etməmişdi ki, o sənəd əsasında mən daha geniş münasibət bildirim. Valideynlər tərəfindən mənə verilmiş istifadəçi adı və parol ilə onun elektron ərizəsinə daxil olmaq mümkün deyildi. Bu barədə də DİM rəhbərliyinə mətbuat konfransında bildirdim.

Bu məsələnin (ümumiyyətlə, təhsillə bağlı istənilən məsələnin) Feysbuk hesabında paylaşılması zamanı təkcə məqsəd sözügedən problemin aydınlaşdırılması idi.

DİM iddia edir ki, onların nüfuzuna xələl gətirmişəm. Məsələ ilə bağlı DİM-in nüfuzuna hansısa bir xələl gətirdiyimi düşünmürəm. Çünki DİM-in mənə abituriyentin həqiqi nəticəsi ilə bağlı rəsmi sənəd təqdim etməməsinə baxmayaraq, onların mövqeyini əks etdirən status yazmışam. Özü də təkrar qeyd edirəm ki, onlar mətbuat konfransı keçirənə qədər bu barədə yazmışam”.

Ekspert mətbuat konfransında baş verənlərlə bağlı KİV nümayəndələrinin hər şeyi olduğu kimi işıqlandırmadıqlarını bildirib:

“Abituriyentin valideynləri bu məsələdə bütün məlumatların onların razılığı ilə verildiyini və mənim hansısa bir maraq və məqsədimin olmadığını, DİM rəhbərinin abituriyentin bəlkə də ümumiyyətlə qəbul imtahanında iştirak etməməsi barədə səsləndirdiyi iddiaları heç bir KİV-də görmədim.

Mətbuat konfransında DİM-in fəaliyyətindəki şəffaflıq, əlçatımlılıq barədə fikrimi bildirdim. Valideynlərin çıxışları və iddiaları da təəssüf ki, KİV-lərdə geniş yer almayıb”.

Qeyd edək ki, təhsil eksperti Kamran Əsədov bir abituriyentin 596 bal toplamasına rəğmən universitetə qəbul olmaması ilə bağlı məlumat paylaşıb. Bundan sonra DİM abituriyentin saxtakarlığa yol verdiyini deyərək, ekspertə təqdim edilən sənədin fotoşop olduğunu bildirib.

18 Aprel 2025 Azərbaycanda yeni fırıldaq növü yayılıb: "Kabus toxunuşu" - DİQQƏT
18 Aprel 2025 İtkin şəhidimiz dəfn olundu - FOTOLAR
18 Aprel 2025 Sabah 22 dərəcə isti oIacaq
18 Aprel 2025 Səhhəti pisləşən qaziyə yol polisi kömək etdi - Video
18 Aprel 2025 Hikmət Mirzəyevə ağır itki
18 Aprel 2025 Xankəndinin Baş planı hazırlanır
18 Aprel 2025 Həccə getmək niyə bizdə baha, qonşu ölkələrdə ucuzdur? - AÇIQLAMA
17 Aprel 2025 Kartdan pul oğurlanır: banklar heçmi məsuliyyət daşımır?
17 Aprel 2025 Şamaxı-Qonaqkənd avtomobil yolu zərər gördü – Təcili bərpa işləri başlanılıb
17 Aprel 2025 2 milyard manat ayrılır – Bu şəxslərin maaşı artırıla bilər
17 Aprel 2025 ADY-nin bütün qatarları qrafik üzrə hərəkətini davam etdirir.
17 Aprel 2025 Kamaləddin Qafarov: “Azərbaycan-Gürcüstan əməkdaşlıq əlaqələri daim genişlənir”
16 Aprel 2025 “Qatarların hərəkət cədvəlində hər hansı dəyişiklik yoxdur” - ADY
16 Aprel 2025 "Bağırov" körpüsündə qoyulan məhdudiyyət aradan qaldırıldı
16 Aprel 2025 DİN əlavə polis naryadları cəlb edib - Video
16 Aprel 2025 Qatarların hərəkəti bərpa olundu - Yenilənib
16 Aprel 2025 Hava şəraitinə görə dərslər dayandırılacaq? - RƏSMİ
16 Aprel 2025 Operativ tədbirlər görülür - DİN - Foto
16 Aprel 2025 Yağışlı Bakının yollarında sıxlıq var - Siyahı
16 Aprel 2025 Dövlət orqanları hərəkətə keçdi - Video

Xəbər lenti