Kamaləddin Qafarov: “Azərbaycan Mərkəzi Asiya  ölkələri ilə uğurla əməkdaşlıq edir”“Bu il BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) yaradılmasının 25-ci ildönümü qeyd olunur. Təşkilata sədrlik edən Azərbaycan bu münasibətlə SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşünü keçirmək təşəbbüsü ilə çıxış etmişdir. Zirvə görüşünün keçirilməsi ilə əlaqədar Azərbaycanın təşəbbüsü Mərkəzi Asiya ölkələrinin rəhbərləri tərəfindən dəstəklənmiş və cari ilin noyabr ayının 24-də SPECA-nın ilk Sammiti Bakıda, Heydər Əliyev Mərkəzində keçirilmişdir. Məlum olduğu kimi Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan artıq uzun müddətdir ki, bir-biriləri ilə bir sıra çoxtərəfli formatlarda uğurla əməkdaşlıq edirlər. Yeni tərkibdə keçirilən Zirvə görüşü də ölkələrimiz arasında iqtisadi əməkdaşlığın daha geniş formatda inkişafına yol açacaq.”

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin üzvü Kamaləddin Qafarov deyib.


Deputat qeyd edib ki, Azərbaycan, iştirakçısı olduğu bütün beynəlxalq təşkilatlarda olduğu kimi, SPECA-da da xüsusi fəallığı ilə seçilir: “BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı regional inkişafın sürətlənməsinə önəmli töhfələr verən təşkilatdır. Ölkə Prezidenti İlham Əliyevin dəvəti ilə Zirvə görüşündə Gürcüstanın və Macarıstanın Baş nazirlərinin, həmçinin Körfəz Əməkdaşlıq Şurasının Baş katibinin fəxri qonaq qismində iştirak etmələri SPECA-nın beynəlxalq nüfuzunun kifayət qədər yüksək olduğundan xəbər verən məqamdır. Eyni zamanda, fəxri qonaqların bu dəvəti qəbul etmələri ölkəmizin təşkilatda effektiv fəaliyyətinin nəticəsi kimi qiymətləndirilməlidir. Möhtərəm dövlət başçımız Sammitdəki çıxışında Azərbaycanın BMT Baş Assambleyasında SPECA-nın 25 illiyi ilə əlaqədar qəbul edilmiş qətnaməni alqışladığını və BMT-nin himayəsi altında təsis edilmiş SPECA Etimad Fonduna 3,5 milyon ABŞ dolları məbləğində vəsait ayıracağını bəyan etməklə ölkəmizin təşkilatda oynadığı rolun önəmini bir daha qeyd etmiş oldu.”

K. Qafarov Azərbaycanın iqtisadi uğurlarının ölkəmizin beynəlxalq mövqelərinin getdikcə möhkəmlənməsini şərtləndirən əsas amillərdən olduğunu vurğulayaraq deyib: “Ölkə Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, SPECA-ya üzv dövlətlər son 25 ildə öz suverenliyini möhkəmləndirmiş, beynəlxalq aləmin dəyərli üzvü olmuş və iqtisadi cəhətdən sürətlə inkişaf edən ölkələrə çevrilmişlər. Bu ölkələrdə sülh, sabitlik, əmin-amanlıq hökm sürür, inkişaf, quruculuq prosesləri uğurla gedir. O cümlədən, Azərbaycanın güclü iqtisadiyyatı ölkəmizə müstəqil xarici siyasət kursu həyata keçirmək imkanı yaradır. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət sayəsində ölkəmizdə əlverişli investisiya mühiti formalaşıb. Son 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dollarından çox sərmayə qoyulub ki, bunun da 200 milyard ABŞ dollarına yaxını qeyri-enerji sektorunun payına düşür. Son bir neçə ildə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub. Nəticədə ölkəmiz Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən önəmli nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Məlumdur ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə iqtisadi münasibətlərində aparıcı yeri də məhz nəqliyyat və logistika sahəsi tutur. Bu gün həmin ölkələrdən Türkiyə və Avropa bazarları istiqamətində yüklərin ən etibarlı və sərfəli daşınma marşrutları Azərbaycandan keçir. Vətən müharibəsində əldə olunmuş tarixi Qələbədən sonra Azərbaycanın bu sahədə imkanlarının genişlənməsi, Zəngəzur dəhlizinin reallaşdırılması məsələsi ölkəmizi Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevirib. Buna paralel olaraq son illər Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında iqtisadi əlaqələrin şaxələndirilməsi istiqamətində də mühüm addımlar atılır. Sənaye əməkdaşlığı, maşınqayırma, avtomobil sənayesi, gəmiqayırma, kənd təsərrüfatı, xüsusən də pambıqçılıq, ipəkçilik, bağçılıq və heyvandarlıq sahələrində çoxsaylı layihələr həyata keçirilir. Mehmanxana işi və turizm sahəsində də önəmli sərmayə layihələri ilk icra mərhələsindədir. Bütün bunlar əlaqələrin daha da dərinləşməsinə və möhkələnməsinə xidmət edir” .
29 Aprel 2025 Artilleriya bölmələri ilə döyüş atışları keçirildi
28 Aprel 2025 Xocalı şəhərinə növbəti köç karvanı yola salınıb
28 Aprel 2025 Görkəmli oftalmoloq alim Zərifə Əliyevanın anadan olmasından 102 il ötür
25 Aprel 2025 Prezidentin Fərmanı: ADY təhlükəli yüklərin daşınmasında artıq lisenziya və icazə almadan fəaliyyət göstərə biləcək
25 Aprel 2025 Aprelin 26-da 32 dərəcə isti olacaq
25 Aprel 2025 Azərbaycanda bu gündən hava pisləşir
24 Aprel 2025 Leyla Əliyeva Çin Milli İnsan Genomu Mərkəzində olub
24 Aprel 2025 Səhiyyə Nazirliyi MƏLUMAT YAYDI - Aprelin 27-dən mayın 3-dək...
24 Aprel 2025 Tələbələrimiz qondarma “erməni soyqırımı” ilə bağlı tədbiri ləğv etdirdilər
23 Aprel 2025 Nəzarətsiz heyvanların qatarların qarşısına çıxması təhlükəsizliyi riskə atır, həmçinin qrafikdə gecikmələrə səbəb olur
23 Aprel 2025 AQTA-da ŞOK istefa - Zaur Kərimov vəzifəsindən getdi
23 Aprel 2025 Kamaləddin Qafarov: “Azərbaycan-Çin əməkdaşlığı Avrasiya üçün mühüm əhəmiyyətə malikdir”
22 Aprel 2025 Sabah 29° isti olacaq
22 Aprel 2025 Ölkə üzrə aprel ayının pensiya ödənişi yekunlaşıb
22 Aprel 2025 Həsənrizə daha 20 ailə köçürülür - Fotolar
22 Aprel 2025 Leyla Əliyeva Vyetnamda muzeydə - Fotolar
21 Aprel 2025 Xarici banklar Bakı metrosu üçün kredit ayıra bilər
21 Aprel 2025 Sabah 27 dərəcə isti oIacaq
21 Aprel 2025 Leyla Əliyeva görmə qabiliyyəti məhdud şəxslər üçün məktəbdə - Fotolar
21 Aprel 2025 Leysanda o yolları bağlayın - Merdən çıxış yolu təklifi

Xəbər lenti