Yol-xeber.az" xəbər verir ki, Hazırda Bakı metropoliteni gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Keçidlər və açıq hava sahələri müntəzəm təmizlənir – buzlanmaya qarşı qum və duz səpilir!

Qatarlar qrafikə uyğun hərəkət edir – yubanma yoxdur!

İşçi heyət tam gücü ilə çalışır – sərnişinlərə fasiləsiz xidmət göstərilir!

Platformalar daim nəzarətdədir – təhlükəsizlik təmin edilir!
Depo yollarında yoldəyişdirici qurğular qardan təmizlənir və qatarların fasiləsiz hərəkəti üçün açıq saxlanılır!