|
"Lotto Max" lotereyasına qoyulmuş 7,7 milyon dollar cek-potu Kanada sakini qazanıb.
Trend-in məlumatına görə, bu barədə oyunun təşkilatçısı olan "OLG" şirkətinin nümayəndələri bildiriblər.
Kanada milli lotereya qaydalarına əsasən, mükafatı əldə etmək üçün uduşlu bilet təşkilatçılara təqdim edilməli, qalibin adı isə açıqlanmalıdır.
Qeyd edək ki, Kanada tarixində qazanılmış ən böyük cek-pot (49,5 milyon dollar) 2015-ci ilin oktyabrında "49-dan 6-sı" lotereyasından əldə edilib.