Tanınmış türkiyəli aktyor Cüneyt Arkın (əsl adı  Fahrettin Cüreklibatır) vəfat edib.

"NTV" xəbər verir ki, aktyor 84 yaşında həyatla vidalaşıb.

 Xatırladaq ki, Yeşilçamın unudulmaz sənətçisi Cüneyt Arkın 1937-ci ildə anadan olub. Əsl adı Fahrettin Cüreklibatur olan aktyor İstanbul Universitetinin Tibb fakültəsini bitirib. 1963-cü ildə “Artist” jurnalının təşkil etdiyi kino rəssamları müsabiqəsinə qatılıb və birinci mükafata layiq görülüb. Karyerasında dönüş nöqtəsi 1963-cü ildə hərbi xidmətdə olarkən 1-ci Hava Reaktiv Bazasında rejissor Halit Refiqlə tanış olmasıdır.

Əsgərliyi başa çatdıqdan sonra 1964-cü ildə Halit Refiqin çəkdiyi "Qurbet Kuşları" filmi ilə kinoya addım atıb.
1964-cü ildə Tibb fakültəsində tanış olduğu Gülər Mocanla ailə həyatı qurub və 1966-cı ildə qızları Filiz dünyaya gəlib.
O, Türkan Şoray, Hülya Koçyiğit, Fatma Girik və Filiz Akınla onlarla filmdə rol alıb.
Romantik filmləri ilə tanınsa da, əsl şöhrətinə Malkoçoğlu filmi ilə çatıb. O, kaskadyorlardan istifadə etməyi tamaşaçını aldatmaq kimi gördüyündən filmlərində aksiyon səhnələrii özü canlandırıb.
Arkın 1970-ci ildə ikinci dəfə ailə həyatı qurub. Bu evlilikdən onun Murat və Kaan adlı iki oğlu dünyaya gəlib.
Murat Arkın da atasının yolunu davam etdirərək aktyor olub.

 

 

 

 

 

Müğənni Dəniz Firudinli yeni xəbərlə gündəmə gəlib.

İştirak etdiyi məclislərdən birində sənətçiyə gözlənilməz hədiyyə və xeyli pul göndərilib.

 Firudinli ona təqdim edilən hədiyyə və pul qarşısında təəccübünü gizlədə bilməyib. Sənətçinin hədiyyəsi səhnəyə gətirildikdən sonra ona təqdim edilən pul da hesablanıb. Firudinliyə göndərilən vəsaitin 5000 AZN olduğu açıqlanıb. 

Xatırladaq ki, ötən gün sosial şəbəkələrdə sənətçiyə bahalı villanının hədiyyə edilməsi ilə bağlı məlumatlar yayılmışdı.

ARB TV-nin “O Üz” verilişinin bu dəfəki buraxılışı Əməkdar artist Rəhman Rəhmanovun rəhmətə gedən oğlu İlhama həsr olunub. 

Əməkdar artist ölən oğlunu görmək xəyalı ilə yaşadığını və onu hər zaman gözlədiyini deyib. Aktyorun bu arzusunu “O Üz” komandası reallaşdırıb. Belə ki, bir anda həyatını itirən oğlunu qarşında görən əməkdar artistin vəziyyəti pisləşib. Aktyor göz yaşı tökərək mistik otağın qarşında “Hanı mənim balam?” deyib fəryad etdi. 

 

 

Əməkdar artist Bəhram Bağırzadənin paylaşdığı video sosial mediada narazlıqla qarşılanıb.

Sənətçi əlilliyi olan şəxsi mobil telefonu vasitəsilə çəkən zaman etiraz reaksiyası alıb. Lakin B.Bağırzadə “çəkmə, lazım deyil, başına dönüm” sözlərinə etinasız yanaşıb və israrla onun "məsləhət verməsini" istəyib.

Sənətçinin bu videosu birmənalı qarşılanmayıb və aktyor ciddi tənqid hədəfinə tuş gəlib.

Narazılıqdan sonra B.Bağırzadə videonu sosial şəbəkə hesablarından silib.

"Rejissor evi ala bilmir, kirayəni tapa bilmir. Nəzərə alsaq ki, bu qədər iş, fəaliyyət və onun alternativləri ilə çoxdan alınmalıydı. Praktik olaraq mümkün deyil".

Bu sözləri tanınmış rejissor Kamal Yaşar “Sabaha saxlamayaq” verilişində “mənzil problemi: necə həll etməli?” mövzusu haqda danışarkən söyləyib.

Kirayə məsələsinə gəlincə isə sənətçi bildirib ki, mənzil tapmaq müşkül işdir:

“Çətinliklər ondan ibarətdir ki, birincisi, tək adama ev verilmir. Tək oğlana, kişi xeylağına ev verilmir. Bunun üçün bir çox səbəblər gətirirlər. Sanki insanlar belə bir təəssürat var ki, məsələn, tək adam gələn kimi axşam orada “köpük şou” keçirdir, nəsə bir parti təşkil edir. Dəfələrlə belə halın şahidi oldum. Buna görə kirayə mənzil götürə bilmədim”.

Kamal Yaşar həmçinin mənzil satın almaqla istəyəndə də bənzər problemlə qarşılaşdığını deyib.

“Məsələn, kirayə mənzillər layihəsi var idi, sadəcə, ərsəyə gəlib çıxandan sonra məlum oldu ki, oradakı şərtlər həddindən artıq ağırdır. Praktik olaraq maaşla pul vermək, sonra dolanışıq üçün müəyyən məbləği saxlamaq mümkün deyil. Olsun ipoteka şərtləri. Hamımız bilirik ki, aylıq ödənişlər çox ağırdır. Qarşıda müəyyən imtiyazlar tanınacaq. Jurnalistlər üçün bu, baş verəcək. Ondan sonra bəlkə ümid etmək olar. Amma orada belə, müəyyən çətinliklər var”.

“Allah məni neçə dəfə qoruyub, saxlayıb. Həyatımda bir neçə dəfə ölümlə üz-üzə gəlmişəm. Yəqin ki, Allahın mənə yazığı gəlib ki, balalarım tək qalar. 90-cı illərin ağrısını, acısını, dəhşətini gözümlə görmüşəm. 1991-ci ildə Gəncənin girəcəyində ermənilərin bomba qoyub partlatdığı Ağdam-Tiflis avtobusunda övladımla birlikdə mən də olmuşam. Oradan 5-6 nəfər sağ çıxdı. Çox ağır yaralandım, bir ilə yaxın yaddaşımı itirdim. İndi həmin yerdə həlak olanların xatirəsinə abidə də qoyulub. Ermənilərin məqsədi Gəncə avtovağzalını partlatmaq idi”

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Fatma Mahmudova deyib. O daha sonra əlavə edib.

“Biz komediya aktyorları adətən həyatımıza əks olan obrazları oynayırıq. Elə bir çətin günüm olub ki, içim qan ağlayıb, amma özüm səhnədə çıxıb tamaşaçıları güldürmüşəm. Tamaşaçıya bizim problemimiz maraqlı deyil, o pul verib bilet alıb. 5 günlük dünyadır, bəzən görürsən ki, bir-birlərinin ətini yeyirlər. Vallah həyat qısadır, olmaz ki, mehriban olasınız? Heç kim bu gündən sabaha zəmanət vermir. Keçmişə qayıtmaq istəmirəm, amma mənim çəkdiklərimi heç kim çəkməyib. Vaxtilə mənə də çox xəyanətlər olunub. Mənə elə bir zərbə vurublar ki, ölən günümə qədər onları bağışlamaram. Övlad acısı da yaşamışam, vətən acısı da. Övladlarıma görə yaşayıram, hər anaya belə övlad qismət olmur. Allah məni bu günlər üçün qoruyub saxladı, 30 ildən sonra gedib Ağdamı da gördüm. Allahıma şükürlər edirəm”, - deyə sənətkar bildirib.

Meyxanaçı Rəşad Dağlı Masallıda həmkarı ilə dəyişmə zamanı “Xomeyni çöküb qalıb, Behcəti naqruskadadı” kimi ifadələr işlətdiyi üçün təhdid olunduğuna görə üzr istəməsi ilə bağlı yayılan iddialara münasibət bildirib.

O, üzr videosundan bir neçə gün sonra sosial şəbəkə hesabında açıqlama yayaraq bu iddiaları təkzib edib:

“Bir uğursuz qafiyəyə görə söz-söhbət yayılmışdı, mən də bununla bağlı açıqlama vermişdim. Həmin videodan belə təsəvvür yaranıb ki, mən hansısa bir yerdə hədə-qorxu, təhdid altında açıqlama vermişəm. Bu, əsla belə deyil. Mən təhlükəsizliyin təmin olunduğu elə bir ölkənin vətəndaşıyam ki, məni heç kim heç nəyə məcbur edə bilməz. Sadəcə, könüllü, ürəyim istəyib açıqlama vermişəm ki, ortada olan narazılıq aradan qaldırılsın. Bu qədər, anlayışla qarşıladığınıza görə, hər birinizə minnətdaram. Təşəkkür edirəm”.

Zaur Baxşəliyev aparıcısı olduğu verlişdə Şuşa səfəri ilə bağlı bir məsələni diqqətə çatdırıb.

Sfera.az xəbər verir ki, aparıcı Şuşada nənəsinin evini tapdığını bildirib. Lakin həmin əraziyə də digər bəzi yerlər kimi mina təhlükəsi ehtimalına görə daxil olmaq müvəqqəti olaraq qadağan olmasına baxmayaraq, Zaur nənəsinə məxsus evə daxil olmağa cəhd edib.

 Onun bu cəhdi güc strukturlarının əməkdaşları tərəfindən xəbərdarlığa kimi davam edib. Zaur dərhal geri çəkilərək, əraziyə daxil olmaq fikrindən daşınıb.

Videonu təqdim edirik:
 

Əməkdar artist Rafael İsgəndərova ağır itki üz verib.

Aktyorun atası Çərkəz İsgəndərov səhər saatlarında vəfat edib.

Mərhum xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Dünən Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov vəzifəsindən azad edilib və bu vəzifəyə tanınmış teleaparıcı Orxan Fikrətoğlu təyin edilib.

O, təyinatı ilə bağlı özünün “Facebook” hesabında açıqlama yayıb:

“Mən həm Dövlət Turizm Agentliyinə, həm Tahir Əmiraslanova milli irs zəminində yardım etmək fikrindəyəm. Tarixi, diplomatik və siyasi sahədə, əlbəttə ki! Buna ehtiyac var.

Kulinariya ancaq yemək demək deyil. Milli mədəniyyətin bir qoludur və dövlətin yumşaq siyasət yürütdüyü mühüm sahədir. Həyatına hirsli olanların, borcu-zadı olanların, ömürləri boyu gündəmdən kənarda qalanların mənim bu müvəqqəti seçimimlə bağlı ağızdolusu danışmaları əslində gözlənilən idi.

Azərbaycanın bir çox sahələrində intibaha ehtiyac var. Milli kulinariyanın digital formatda yeni TV variantda təqdimatı bütün dünyaya çıxarılacaq. Bu sahənin təhsil mexanizmi, nəhayət ki, qurulacaq. İctimai nəzarət mexanizmləri, şəffaflıq təmin ediləcək. Kulinariya bir çoxlarının fikrində, deyəsən, bozbaşxana kimi şəkillənib. Mən Dövlət Turizm Agentliyinə bu stereotipi dağıtmaqda Tahir Əmiraslanov və digərləri ilə birlikdə kömək edirəm.

Tahir Əmiraslanov hələ də Milli Kulinariya Mərkəzi Assosiasiyasının rəhbəridir. Mən də hər gün İTV-də verilişimi aparıram.

Beşinci kalona xidmət edən, Azərbaycanın inkişafında maraqlı olmayan bəzi boşboğazlara isə “Facebook”da dövlətini və məni sevənlər cavab verirlər. Sakit olun. Mən yemək bişirməyəcəyəm. Heç xəstəliyim səbəbindən yeyə də bilməyəcəm. Əlbəttə ki, kulinariya mənim sahəm deyil. Amma bir vaxtlar kino və TV də mənim sahəm deyildi. Sonralar oldu.

Bacarırsınızsa, bu sahədə bizə kömək edin. Bacarmırsınızsa, kasada qurd axtarmayın. İcazə verin, bütün sahələri salavatlayaq”.

Xəbər lenti