"Övladına 400 minlik toy edən məmurun qızı, əlbəttə, gecə barlarda yatmalıdır..."

Yenisabah.az xəbər verir ki, bu sözləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. Bakıda gecə saatlarında "Location" klubda baş verən partlayış barədə danışan Hacıyev bunun cəmiyyətdə qıcıq yaratdığını deyib:

"Əlbəttə, bu partlayış hamımızı üzür. Orada yaralananlar var. Hər halda Azərbaycanda bu tip gecə klublarının olması birmənalı qarşılanmır, hətta ora başqa cür də müraciət edirlər. Orada ancaq varlılar ola bilər, sizin, bizim kimi kasıblar heç çörək almağa pul tapmırıq. Ona görə də bu cür yerlərdə məmur təbəqəsinin övladları daha çox olur, gecələr evlərinə yığılmırlar, ən pozğun insanların hamısı elə yerlərdə toplaşır".

Gecə klubunda yaralananların arasında sabiq məmur övladlarının da olmasına diqqət çəkən siyasətçi belə deyib:

"Onların hamısı harınlamış insanlar, onların ailələrinin övladlarıdır. Gecə saat 3-də gedib barda oturur, başqa işlərlə, narkomaniya ilə məşğul olurlar, getdikləri barlarda nəşə çəkirlər. Bu çox ciddi məsələdir. Azərbaycanda siyasi sabitliyi pozmaq istəyən güclər var, onlar əldə milyardları olan varlılardır, Azərbaycanın pulunu sümürüb-talayan məmur övladlarıdır. Arxa tərəfdə göstəriş verirlər ki, vəziyyəti gərginləşdirək, ölkədə qarşıqlıq düşsün. Belə bir vəziyyətdir. Bu vəziyyətdən çıxmaq üçün də yenə millətimizin birliyi lazımdır.

Kasıb təbəqə nə etməlidir? Onlar görür ki, Azərbaycan xalqının varını-dövlətini sümürənlər bir hissəsini xaricdə xərcləyir, bir hissəsini də bu cür gecə barlarında səpələyir. Buna görə onlarda qıcıq yaranır. Bu partlayış təbii ki, xoşagələn hal deyil, biz bundan üzülürük, amma ələxüsus da Ramazan ayının girdiyi gündə gecə saat 3-də o bar niyə açıq olmalıdır?! Ümumiyyətlə, məmur təbəqəsi, onların xanımları, övladları Azərbaycanda sabitliyin pozulması üçün əlindən gələni edirlər. Mən buna çox pis baxıram. Gəlin, hamımız ölkə prezidentinə kömək edək ki, ölkədə siyasi sabitlik nəzarətdən çıxmasın. Hər halda, bu barədə yoxlamalar gedir, prokurorluq müəyyən açıqlamalar verib, lakin düşünürəm ki, nə qədər ki, Azərbaycanda harınlamış təbəqə var, bununla məsələ bitməyəcək.

Övladına 400 minlik toy edən məmurun qızı, əlbəttə, gecə barlarda yatmalıdır. Hamısı belədir".

Onun sözlərinə görə, dövlət idarələrində çalışan məmurların var-dövləti əllərindən alınmalıdır:

"Dövlət idarələrində işləyənlərin əllərində nə varsa, maaşları istisna olmaqla alınmalıdır. Bu zaman sabitlik olacaq. Bu olmasa mümkün deyil, yalandan "Hər şey əladır" deməklə olmur, bilirik ki, elə deyil. Bu da kasıb xalqda qıcıq yaradır. Millətin bir hissəsi acdır, şəhid ailələrinin durumu ağırdır. Qazilərimiz yeməyə çörək tapmırlar, bəzi məmurların övladları da gecə barlarda xarici vətəndaşlarla eyş-işrət yaşayırlar. Buna qarşı ciddi tədbir görülməlidir".

07 Aprel 2025 Cem Yılmaz 16 milyonluq səhifəsini bağladı
06 Mart 2025 Ağadadaş Ağayevə hökm oxunub - YENİLƏNİB
06 Mart 2025 “Survivor”dan qayıdan kimi həbs olunacaq
27 Fevral 2025 Emin Ağalarov dəymiş ziyanı açıqladı: 150-200 milyon dollardır
22 Fevral 2025 Ədalət Şükürovun 470 minlik avtomobili - FOTO
16 Yanvar 2025 Ad günündə vəfat etdi, ölümü ilə müzakirələr yaratdı - Çimnaz haqqında bilmədikləriniz...
11 Yanvar 2025 Turabinin də ABŞ-dəki evi yanıb kül oldu
10 Yanvar 2025 Los-Ancelesdəki yanğın azərbaycanlı müğənninin oğlunun evinə yaxınlaşır
07 Yanvar 2025 Azər Baxşəliyev əməliyyatdan könüllü imtina edibmiş - RƏSMİ AÇIQLAMA
02 Yanvar 2025 Azər Baxşəliyev vəfat etdi
23 Dekabr 2024 Dünyaca məşhur tiktoker Məkkədə…
20 Dekabr 2024 Gözəllik uğrunda canından olanlar: İki uşaq anası Aybəniz, 22 yaşlı model Leyla, 17 yaşlı Aygül
05 Dekabr 2024 “Dronu DSX yox, başqa hərbi birləşmələr vurub”
03 Dekabr 2024 Meyxanaçı Xəyyam Əhmədlinin dəfn yeri və vaxtı açıqlandı
22 Noyabr 2024 Damla polisə çağırılıb - Köməkçisi AÇIQLADI
11 Noyabr 2024 Mehmet Ali Ərbil saxlanıldı, Sərdar Ortaç axtarışa verildi - Cinayət işi
31 Oktyabr 2024 Toyların ən bahalı müğənniləri: 20 min manat istəyən də var – SİYAHI
24 Oktyabr 2024 Əməkdar artist Qarabağ Universitetində dərs DEYƏCƏK
22 Oktyabr 2024 Nadir Qafarzadənin evini su basdı - Video
21 Oktyabr 2024 Emin qaziyə “See Breeze“dəki mənzili təqdim etdi - Video

Xəbər lenti