![]() |
|
İsrailin Livana hücumu Yaxın Şərqdəki vəziyyəti tamamilə dəyişib. Artıq ABŞ və İsrailin Yaxın Şərqdə əsas hədəflərindən biri Türkiyənin olduğu bildirilir.
Bununla bağlı "haber7"yə açıqlama verən İstanbul Topkapı Universitetinin müəllimi Cihat Yaycının sözlərinə görə, İsrailin bölgədəki hücumlarının son hədəfi Türkiyədir.
Bunun səbəblərini açıqlayan Cihat Yaycı deyib ki, burada hədəfin böyük İsrailin vəd edilmiş torpaq olduğunu görməmək mümkün deyil. "Çünki İsraildə Vəd edilmiş Torpaqlar Nazirliyi var. Bu onlar üçün dövlət siyasətidir. Mən hələ zamanında dedim ki, İsrail özünümüdafiədən istifadə edərək hücumun coğrafiyasını genişləndirəcək. Livan və Suriyaya girəcək. Belə oldu", - o qeyd edib.
O bildirib ki, burada Türkiyə üçün ən böyük təhlükə Suriyanın şimalında məskunlaşan YPG/PKK terror təşkilatıdır: "Bundan sonra növbəti hədəf Türkiyədir. Suriyanı bu və ya digər şəkildə böldülər. İndi Türkiyənin 22 əyaləti terror təşkilatı PKK-nin hədəfindədir. Yəni PKK İsraillə bərabərdir. Bunu anlamayan kordur", - o qeyd edib.
Yaycı onu da əlavə edib ki, İranın İsrailə raket hücumu prosesin sürətlənməsinə təkan verəcək.
Terror və təhlükəsizlik mütəxəssisi Coşqun Başbuğ isə bildirib ki, İranın raket hücumu ilə İsrailə bölgədə işğal siyasətini genişləndirmək üçün yeni imkanlar açıldı.
O bildirib ki, İsrail yaxın zamanlarda bölgədə fərqli yerləri vuracaq. "Əgər bu Suriya, Livan və İraqda baş verərsə, İran əvvəllər olduğu kimi bununla da ABŞ və İsrailin yolunu açmış olacaq. Türkiyənin məsuliyyət daşıyacağı bir teatra yenidən baxmış olacağıq", - Başbuğ qeyd edib.
Belarus Prezidenti Aleksandr Lukaşenko noyabrda COP29 iqlim konfransının keçiriləcəyi Bakı şəhərinə gəlmək planlarını təsdiqləyib.
Bu barədə BELTA məlumat yayıb.
Donlad Tramp İsrail və İran arasındakı yaranan son gərginliklə bağlı mövqeyini açıqlyaraq, baş verənləri çox pis hadisə kimi dəyərləndirib.
Trampın sözlərinə görə, əgər o, ABŞ prezidenti olsaydı, hadisələr belə bir həddə çatmazdı.
"Görünür, prosesi başa çatdırmalıdırlar. Bu durum məktəb həyətində dalaşan iki uşağa bənzəyir", - Tramp qeyd edib.
Tramp əlavə edib ki, bəzən nə baş verdiyini görmək lazımdır. "Amma bu gün gördükləriniz dəhşətli bir müharibədir. Bunun sonu necə olacaq?", - o vurğulayıb.
ABŞ prezidenti Co Bayden İsrailə cavab raket hücumunu həyata keçirən İrana qarşı yeni sanksiyalar tətbiq edəcəklərini açıqlayıb.
Ağ Evin bəyanatına əsasən Bayden G7 liderləri ilə yeni sanksiyalar da daxil olmaqla İrana qarşı digər atılacaq addımlar da müzakirə ediləcək.
"Prezident Bayden və G7 ölkələri İranın İsrailə hücumlarını birmənalı şəkildə pisləyir. Bu gün prezident Bayden, İranın İsrailə qarşı qəbuledilməz hücumunu müzakirə etmək və İranın hücumuna, o cümlədən yeni sanksiyalar da daxil olmaqla cavab tədbirlərini koordinasiya etmək üçün G7-yə qatılıb", - açıqlamada deyilir.
ABŞ və G7-nin İsrailin təhlükəsizliyinə sadiqliyinin vurğulandığı görüşdə Yaxın Şərqdə gələcək proseslə bağlı qiymətləndirmələrin aparıldığı bildirilib.
Mən bu tribunadan dəfələrlə bəyan etmişəm ki, Qarabağ məsələsi bir çox ölkələrin istifadə etdiyi kəndir kimi Ermənistanın boynunda asılı vəziyyətdə olub.
Bunu Ermənistan Baş naziri Nikol Paşinyan müxalifətçi deputatların sualını cavablandırarkən deyib.
Onun sözlərinə görə, 2016-cı ilin avqust ayından danışıqlar masasında olan qarşılıqlı kompromislər isə ondan ibarət idi ki, Ermənistan olmamalıdır. "Ermənistanın boynundakı kəndiri çəkib haradasa yaxın bir yerə bağlamaq lazımdır", - o qeyd edib.
Baş nazir bildirib ki, Ermənistan indi bu kəndirdən xilas olub: "Biz öz tariximizlə bağlı həqiqətləri, həm keçmiş, həm də yaxın tarix bilməliyik və imperiya tarixinin məntiqindən kənara çıxmalıyıq. Müstəqil dövlət tarixinin məntiqi var”.
İranın ali lideri Əli Xameneyi İsrailin hücumu nəticəsində öldürülməzdən bir neçə gün əvvəl Hizbullahın baş katibi Həsən Nəsrullaha Livanı tərk etməsi barədə xəbərdarlıq edib.
Bu barədə "Reuters" agentliyinə üç İran mənbəsi məlumat verib.
Onlar Xameneyinin İsrail agentlərinin Tehranın yüksək hökumət dairələrinə sızma ehtimalı ilə bağlı narahatlığına işarə ediblər.
“Mən şəxsi qərarımla sülh sazişinin sənədləri ilə sizlərə tanış olmaq imkanı verdim. Hər şeyi oxudunuz, sonra sosial şəbəkələrdə reallıqla heç bir əlaqəsi olmayan yazılar yazdınız".
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deputat Artsvik Minasyanın müxalifət deputatlarının sülh müqaviləsi layihəsinin təfərrüatları ilə tanış olmasına qadağa qoyulmasının səbəbi ilə bağlı sualını cavablandırarkən deyib.
"Bunlar sizin siyasi maraqlarınıza əsaslanan manipulyasiyalar idi. Ona görə də mən qadağan etdim və doğru da etdim. Gəlin, mətnləri oxuyun və sonrada başlayın nağıl danışmağa. Və biz sakit oturaq?”, - Paşinyan bildirib.
Dünyanın ən böyük və ən güclü qeyri-nüvə raketi hazırlanıb.
Sfera.az xəbər verir ki, Cənubi Koreya “Hyunmoo-5” adlı qısa mənzilli ballistik raketini təqdim edib. O, döyüş başlığı bir neçə tona çatan nəhəng anti-bunker raketidir.
“Defense Express”in məlumatına görə, bu raket 20 metr uzunluğunda gövdəyə və 8 ton ağırlığında döyüş başlığına malikdir.
“Hyunmoo-5” dünyanın ən güclü qeyri-nüvə silahıdır. Raket döyüş başlığının çəkisinin azaldılması heabına 5500 kilometrə qədər məsafəni qət edə bilər. “Hyunmoo-5” raketinin uçuş sınaqları 2024-cü ilin yayında həyata keçirilib. O, yeraltı obyektləri məhv etmək üçün nəzərdə tutulub. Bu güclü raketi yaratmaq üçün Cənubi Koreya 30 ildən çox vaxt sərf edib. Bunun üçün xarici texnologiyalar öyrənilib və ABŞ-nin bəzi məhdudiyyətləri aradan qaldırılıb.
İsrail bir neçə gün ərzində İranın hücumuna cavab verəcək.
Bu barədə "Axios" İsrail rəsmilərinə istinadən bildirir.
Qeyd edilir ki, bu dəfə İsrailin cavab tədbirləri daha əhəmiyyətli olacaq.
"Hücum İslam Respublikasının neft və digər strateji obyektlərinə, o cümlədən İranın hava hücumundan müdafiə sistemlərinə və nüvə obyektlərinə yönələ bilər. Həmçinin “Həmas Siyasi Bürosunun rəhbəri Haniyənin Tehranda öldürülməsi ilə nəticələnən əməliyyata bənzər gizli əməliyyatlar” da mümkündür", - deyə nəşr yazıb.
Ötən gecə İranın İsrailə atdığı raketlər Türkiyə səmasında da görülüb.
Türkiyə mətbuatı xəbər verir ki, raketlər Türkiyənin Mersin rayonunun sahil bölgələrində yaşayan insanlar tərəfindən görüntülənib.
Qeyd edək ki, ötən gecə İran 1 saat ərzində İsrilə 500-ə yaxın ballitik raketlər atıb.