![]() |
|
İranın 1936-cı ildə tədqiq edilməsi üçün ABŞ-yə göndərdiyi Əhəmənilər (Fars) İmperiyası (e.ə. 550-330) dövrünə aid 1100 ədəd tarixi lövhə ölkəyə qaytarılıb.
Bu barədə İran dövlət televiziyası məlumat yayıb.
Bildirilib ki, Əhəmənilər dövrünə aid 1100 tarixi lövhələr prezident Məsud Pezeşkiyanın təyyarəsi ilə İrana gətirilib.
Geri qaytarılan tarixi əsərlər haqqında məlumat verən mədəni irs, turizm və əl işləri nazirinin müavini Əli Darabi deyib ki, bu əsərlər 1932-ci ildə Persepolis ətrafında aparılan arxeoloji qazıntıları zamanı aşkar edilib və 1936-cı ildə tədqiqat məqsədilə xaricə aparılıb.
O əlavə edib ki, geri qaytarılan lövhələrdə iranlıların Əhəmənilər dövründəki həyatını təsvir edən mövzular əks olunub, mixi və elam əlifbası ilə yazılıb.
İsrailin müdafiə naziri Yoav Qalant şimal cəbhəsində yeni əməliyyatlara başlandığını təsdiqləyib.
Bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Nazir bildirib ki, İsrail radikal “Hizbullah” hərəkatının hərbi infrastrukturuna zərbələr endirməkdə davam edəcək.
"İsrail sakinlərinin evlərinə təhlükəsiz qayıtmasını təmin etmək üçün əlavə tapşırıqlarımız var", - Qalant vurğulayıb.
ABŞ Rusiyanın bir vətəndaşına və Cryptex ödəniş sisteminə qarşı sanksiyalar tətbiq edib. Bu haqda məlumatlar ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin saytında yerləşdirilib.
Rusiyalı Sergey İvanova kiberməkanda çirkli pulların yuyulması sxemində iştirak edir. Bundan əlavə, Sent Vinsent və Qrenadalarda qeydiyyatdan keçmiş və Rusiyada fəaliyyət göstərən kriptovalyuta birjası Cryptex sanksiya siyahısına salınıb.
ABŞ Dövlət Departamenti həmçinin İvanovun, eləcə də barəsində sanksiyalar tətbiq olunmayan Timur Şahmametovun həbsinə və ittiham olunmasına səbəb olacaq məlumatlara görə 10 milyon dollar mükafat elan edib. Onların “beynəlxalq mütəşəkkil cinayətkarlıqda iştirak etməyə cəhd etdikləri” bildirilir. Məlumata görə, Şahmametov "oğurlanmış kredit kartı məlumatlarının və şəxsi məlumatların" satışı üçün platformanın yaradıcısıdır.
Qeyd edək ki, Rusiya sanksiyalı malların idxalı zamanı ABŞ-ın ikincili sanksiyaları ilə üzləşməmək üçün kriptovalyutalardan istifadə etməyə başlayır. Artıq ölkədə müvafiq hüquqi baza da formalaşdırılır. Belə görünür ki, ABŞ bu cəhdin qarşısını almaq üçün indidən hərəkətə keçib.(musavat.com)
Ermənistanla Azərbaycan arasında sülh nəinki mümkündür, hətta tamamilə əldə edilə bilər.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, buna bir neçə amil kömək edir.
Əsas addımlardan biri avqustun 30-da Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası üzrə komissiyaların birgə işi haqqında imzalanmış saziş olub. Paşinyan vurğulayıb ki, bu, tərəflərin imzaladıqları ilk ikitərəfli sənəddir. O, həmçinin qeyd edib ki, tərəflər 1991-ci il Alma-Ata Bəyannaməsindən sərhədlərin müəyyən edilməsində əsas prinsip kimi istifadə etmək barədə razılığa gəliblər ki, bu da ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması deməkdir.
Paşinyan vurğulayıb ki, növbəti addım sülh müqaviləsinin imzalanması və tam dövlətlərarası əməkdaşlığın qurulması olacaq. Ermənistan Bakı ilə sülh sazişinin artıq razılaşdırılmış maddələrini imzalamağı və qalan bəndləri sonra müzakirə etməyi təklif edir.
“Bütün məsələləri dərhal həll edən heç bir sülh sazişi yoxdur, hətta saziş imzalandıqdan sonra da ölkələr yeni sazişlər bağlamağa və əlavə razılaşmalar əldə etməyə davam edə bilərlər”, - baş nazir izah edib.
Türkiyənin qurucusu Mustafa Kamal Atatürk hələ 1920-ci ildə yazmışdı ki, Qafqaz divarı yıxılmalıdır, əks halda Ankara müdafiə oluna və inkişaf edə bilməz.
Globalinfo.az xəbər verir ki, bunu erməni türkşünas Varujan Geqamyan deyib.
Onun sözlərinə görə, Atatürk “Qafqaz divarı” dedikdə şərq cəbhəsində Ankaranın təhlükəsizliyinə təhdid kimi gördüyü Ermənistanı nəzərdə tutub:
“Mustafa Kamal və müttəfiqləri o zaman tam uğur qazana bilməmişdilər. Lakin bu məqsəd heç vaxt unudulmadı, hər zaman əlverişli fürsət gözlənildi. İllər sonra isə fürsət yarandı. 2024-cü ildə “Qafqaz divarı”nın açarları elə onun öz mühafizəçiləri tərəfindən Türkiyəyə təqdim olundu. Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə məhz bunu etdi. Hətta Türkiyə prezidentinin müəllifi olduğu kitab artıq İrəvan hökumətinin masasındadır”.
Ermənistanın baş naziri Nikol Paşinyanın xanımı Anna Akopyan ABŞ-nin birinci xanımı adından təşkil edilən ziyafətdə Türkiyənin birinci xanımı Əminə Ərdoğanla görüşüb.
Bu barədə özü paylaşım edib.
Bundan öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistan baş naziri Nikol Paşinyanla Nyu-Yorkda "Türk evi"ndə görüşüb.
Görüşdən sonra prezident Ərdoğan Paşinyana yazdığı “Daha ədalətli dünya mümkündür” kitabını hədiyyə edib.
"Mən prezident olsaydım, təhdid edən ölkəyə - bu halda həmin ölkə İrandır - onlara deyərdim ki, əgər bu adama hər hansı bir şəkildə zərər versəniz, ən böyük şəhərlərinizi və ölkənizi məhv dərik. Sizi yerlə yeksan edərik".
Belə bir bəyanatla ABŞ-nin keçmiş prezidenti və Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Tramp Şimali Karolinada İranı hədəf alaraq təhdid edib.
Tramp əlavə edib ki, bildiyiniz kimi, mənim həyatıma iki sui-qəsd olub və sui-qəsddə İranın da əli ola da, olmaya da bilər. "Çox güman ki, bunun İranla əlaqəsi var. Amma hələ də bilmirəm", - Tramp deyib.
Prezident Məsud Pezeşkianın BMT-nin 79-cu Baş Assambleyası çərçivəsində Nyu Yorkda səfərdə olduğuna diqqət çəkən Tramp deyib: "Bu arada İran prezidenti ölkəmizdədir və o, böyük bir təhlükəsizlik qüvvəsi tərəfindən qorunur. Buna baxmayaraq, ölkəmizin keçmiş prezidenti və ABŞ-nin növbəti prezidenti olmaq üçün lider namizədi təhdid edirlər".
Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır. Erməni tərəfi Bakıda COP29-a qədər sülh müqaviləsinin artıq razılaşdırılmış maddələrini imzalamağa hazırıq.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan BMT-nin 79 Baş Assambleyası çərçivəsində keçirlən tədbirdə çıxışı zamanı deyib.
Paşinyan rəhbərlik etdiyi hökumətin Cənubi Qafqazda münaqişələrlə bağlı səhifəni bağlamağa və mövcud dinamikanı firavanlıq, sabitlik və sülh naminə əməkdaşlığa çevirməyə sadiq oluduğnu dilə gətirib.
"Biz müsbət impulsdan istifadə etməyə və 1991-ci il Alma-Ata Bəyannaməsini əsas götürərək delimitasiya komissiyalarımız arasında normativ sənədlər əsasında sərhədlərin delimitasiyası prosesini davam etdirməyə hazırıq", - o qeyd edib.
Yaxın Şərqdə total müharibə mümkündür, lakin İsrailin Qəzzada və Livanın "Hizbullah" hərəkatı ilə münaqişələrini həll etmək imkanı da var.
Bunu ABŞ prezidenti Co Bayden ABC telekanalının “The View” verilişində deyib.
“Total müharibə mümkündür, amma düşünürəm ki, hələ də bundan bunun qarşısını almaq üçün imkanlar var. Biz hazırda bütün bölgəni kökündən dəyişdirə biləcək bir həll prosesindəyik”, - Bayden qeyd edib.
“Ermənistan sülh sazişinin artıq razılaşdırılmış maddələrini noyabrda baş tutacaq COP29 iqlim konfransına qədər imzalamağı təklif edir”.
TASS xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan BMT Təhlükəsizlik Şurasının təşkil etdiyi “Sülh naminə liderlik” tədbiri çərçivəsində deyib.
Paşinyan hesab edir ki, bu, sülh prosesinin irəli aparılması üçün stimullaşdırıcı mühit yaratmağa kömək edə bilər.