Zelenskinin "qələbə planı" gizli saxlanılacaq- Yermak açıqladı

"Ukraynalılara Zelenskinin "qələbə planı"nın artıq amerikalılara məlum olan gizli məqamları göstərilməyəcək".

Bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak deyib. 

Onun sözlərinə görə, planın ABŞ-da təqdimatından sonra o, Ukrayna cəmiyyətinə göstəriləcək. Bununla belə, bəzi müddəalar bağlı qalacaq.

“İctimaiyyətə çıxan hər şeyi təkcə biz deyil, düşmən də eşidir. Və buna görə də, təbii ki, bu planın bəzi təfərrüatları bağlı saxlanılacaq. Ancaq bilirsiniz ki, bu planın düşmən ərazisində həyata keçirilməsi vacibdir”, - deyə Ukrayna prezidentinin ofisinin rəhbəri bildirib.

Liderlərdən biri də öldürüldü - HƏMAS-a ŞOK zərbə

HƏMAS hərəkatın liderlərindən biri Şərif Əbu Əl-Əminin öldüyünü elan edib.

"Report" bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, o, İsrail Ordusunun endirdiyi zərbələr nəticəsində Livanın cənubunda ölüb.

Onun HƏMAS rəhbər şəxslərindən biri olduğu bildirilir.

Netanyahu İsrailin Yaxın Şərqdə güc balansını dəyişdiyini bəyan edib

“Yəmən və Livandakı zərbələr indi Yaxın Şərqdə güc balansını dəyişən İsrailin gücünü göstərir.

“Report” xəbər verir ki, bu fikri İsrailin Baş naziri Benyamin Netanyahu bəyan edib.

“Biz Qəzzada HƏMAS-ı məğlub etdik, onun komanda zəncirinin çoxunu məhv etdik, Hizbullaha güclü zərbə vurduq, Nəsrullahı məhv etdik, biz sistematik olaraq onun yüksək səviyyəli komandirlərini, o cümlədən bu gün Livandakı digər komandirləri sıradan çıxarırıq.

Paralel olaraq bir müddət əvvəl İsrail Müdafiə Qüvvələri Yəməndə düşmənlərimizə yenidən zərbələr endirib. Hər kəs əhatə dairəsini görür, hamı hədəflərə atılan atəşi görür, hamı bizə hücum edənlərin verdiyi əvəzi görür ”, - deyə o qeyd edib.

Baş nazirin sözlərinə görə, onun ölkəsi hazırda yeddi cəbhədə müharibə apararaq böyük, lakin eyni zamanda çətin dövrlərdən keçir:

“Gözəl günlərdir, çünki biz Yaxın Şərqdəki strateji reallığı dəyişirik. Dəyişən güc balansı İsrailin qalib gəlməsi ilə bölgəmizdə yeni ittifaqlar ehtimalını da meydana gətirir. Düşmənlərimiz və dostlarımız yenidən İsraili güclü, qətiyyətli, qüdrətli ölkə kimi görürlər”.

TƏCİLİ: Moskvada DƏHŞƏTLİ PARTLAYIŞ, binalar yandı – bina sakini özünü pəncərədən ATDI

Hizbullah təkzib etdi - "Xəbərlər əsassızdır..."

Paşinyan xəbərdarlıq etdi: Rusiya “sehri” bitir, azalacaq…

Həsən Nəsrullahın yerinə bu şəxs keçdi

Bakı metrosunda problem: sərnişinlər düşürüldü

“Zelenski elə bir iş görüb ki...” - Kiyevdə ona “hücum” etdilər

ABŞ hərəkətə keçdi - Bu bölgədə hərbi kontingentini artırır

Moskvada yaşayış binasında 8 partlayışdan sonra güclü yanğın başladı...

İsrail Yəmənə yenidən zərbələr endirib

"ABŞ Ukraynanın uğur qazanması üçün əlavə tədbirlər üzərində işləyir" - Entoni Blinken

Rusiyanın Baş naziri Ermənistana işgüzar səfərə gedəcək

Trampın kürəkənindən İsrailə ÇAĞIRIŞ: "İrana hücum edin!"

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 09.10-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Səhər Xəbər” verilişində izləyə bilərsiz.

Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

İran və Rusiya yeni müqavilə imzalayacaq- Danışıqlar gedir

İran və Rusiya qaz müqaviləsi üzrə danışıqlar aparır.

Bunu İslam Respublikasının energetika naziri Abbas Əliabadi deyib.

“Neft Nazirliyindən verilən məlumata görə, müqavilə üzrə danışıqlar hələ də davam edir”, - Əliabadi bildirib.

Onun sözlərinə görə, nüvə sahəsində də əməkdaşlıq davam edir. Hazırda İran “Rosatom”un iştirakı ilə Buşehr atom elektrik stansiyasının ikinci və üçüncü enerji bloklarını tikir.

Makronun adamları Bakıda istintaqa cəlb olunub - Şok detallar

Britaniya araşdırmaçı mətbu orqanı olan “flaremagazine.co.uk” “E.Makronun adamları Azərbaycanda istintaq altındadır?” başlıqlı yazı yayımlayıb.

Məqalədə Makronun sarayında cərəyan edən beynəlxalq korrupsiya prosesləri və aidiyyəti şəxslərin ifşa olunaraq Azərbaycanda məsuliyyətə cəlb edildiyi kimi yeni sensasion fakt açıqlanıb.

Həmin məqaləni təqdim edirik:

“26.09.24

Milyarderlərə beynəlxalq sanksiyaların tətbiqinin bəzi hallarda onlara maddi məqsədlərlə təzyiq edilməsi ilə bağlı olduğu, sonradan onlarla yüksək siyasi dairələr arasında gizli sövdələşmələr edildiyi ilə bağlı iddialar zamanla səsləndirilib.

Bu mövzuda son vaxtlar qabarmaqda olan bir iş xüsusilə diqqət çəkir.

2018-ci ildə Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədov dünyanın ən bahalılarından olan “Luna” adlı məşhur yaxtasının Dubay şəhərində həbsdən azad edilməsi və gələcəkdə də özünün və əmlaklarının sanksiyalardan qorunması ilə bağlı Fransa Prezidenti E.Makronun mühafizə xidmətinin rəisi Aleksandre Benalla ilə danışıqlar aparıb və A.Benalla 6.140.000 ABŞ dolları məbləğində ilkin rüşvət müqabilində bu məsələni aidiyyəti səviyyələrdə həll edəcəyini öz öhdəsinə götürüb.

Qarşılıqlı razılığa uyğun olaraq, F.Əhmədov həmin pulun yarısını A.Benallanın “BANK OF AFRICA UNITED KINGDOM PLC SC PAR”-ın Fransa filialında açılmış bank hesabına və A.Benallanın adamı, onun kimi Mərakeş əsilli Fransa vətəndaşı olan Anass Derrazın “AL HİLAL BANK”-da açılmış bank hesabına köçürüb.

F.Əhmədovun təsərrüfatının bir hissəsi Azərbaycanda olduğundan göstərilən tranzaksiya əməliyyatları Azərbaycanın daxili təhlükəsizlik orqanlarının diqqətini cəlb edib və onlar araşdırmalardan sonra bu faktla bağlı cinayət işi başlayıblar.

Həmçinin, məlum olur ki, daha əvvəl Fransanın özündə A.Benallanın barəsində olan məşhur cinayət işi üzrə bu hissə ört-basdır edilib.

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq orqanı A.Benallanın törətdiyi cinayətdə iştirakı olan, “xüsusi xidmətləri”nə görə sonradan Fransanın ən nəhəng su və kanalizasiya sistemləri çəkilişlərini həyata keçirən  beynəlxalq şirkəti - “Saur” şirkətinin vitse-prezidenti vəzifəsinə yüksəlmiş A.Derrazı Bakıda cinayət məsuliyyətinə cəlb edərək, barəsində ev dustaqlığı növündə qətimkan tədbiri seçib.

Fotoda Anass Derraz

475764
 

A.Derraz bununla bağlı Fransanın Azərbaycandakı səfirliyinə müraciət etsə də, səfirlik müraciətlərinin ardı-arası kəsilməyən A.Derrazı müdafiə etməkdə acizlik nümayiş etdirir.

A.Derrazın müdafiəçilərinə məlum olur ki, Fransanın aidiyyəti qurumlarına cinayət işinin detalları ilə bağlı Azərbaycan tərəfinin rəsmi hüquqi sorğusu daxil olsa da, sorğuya cavab verməli olan həmin qurumlar məsələnin mahiyyətinə görə çətin vəziyyət qarşısında qalıblar.

Onlar daha çox beynəlxalq sanksiyada olan şəxslərdən rüşvət alınması mövzusunun ictimailəşməsinin doğuracağı nəticələrdən ehtiyatlanır.

Yaxında uzunmüddətli beynəlxalq qalmaqala çevriləcəyi görünən mövzunu xüsusi diqqətlə izləyirik.”

Qeyd edək ki, bütün fotoşəkillərdə Makronun bilavasitə yanında olan məşhur Aleksandre Benalla Makronun şəxsi mühafizəsinə rəhbərlik edib, Fransa Prezidenti Administrasiyası rəhbərinin müavini olub.

475766

Benalla Makrona qarşı etiraz aksiyalarında özbaşına olaraq polis formasında jurnalistlərə zorakılıqdan tutmuş, işdən azad edildikdən sonra belə Fransa diplomatik pasportu ilə təmin edilməsinədək çoxsaylı cinayət əməlləri ilə rəsmən cinayət məsuliyyətinə məruz qalsa da, Fransada “görünməz əl” onu məsuliyyətdən qoruyub (hətta beynəlxalq silah alqı-satqılarında şəxsən iştirak edib).

Avropa qurumlarının əli ilə sanksiya tətbiq edilmiş milyarderlərdən Parisə rüşvət tranzaksiyaları sənədlərinin ictimailəşdirilməsi Fransa tarixi üçün uzunmüddətli beynəlxalq korrupsiya ləkəsi olacaq.

475767475768

Həşim Safiəddin “Hizbullah”ın yeni baş katibi seçilib

Həşim Safiəddin əmisi oğlu Həsən Nəsrullahın ölümündən sonra “Hizbullah”ın yeni baş katibi seçilib.

APA xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Bundan öncə Həşim Safiəddin hərəkatın icra şurasının rəhbəri vəzifəsində çalışıb.

Pezeşkian Nyu-Yorkdan 1100 tarixi lövhəni ölkəsinə qaytarıb

Prezidenti Məsud Pezeşkian Nyu-Yorkdan 1100 tarixi lövhəni ölkəsinə qaytarıb.

Report xəbər verir ki, lövhələr bizim eradan əvvəl V əsrdə Əhəmənilər imperiyasının hökmdarı I Daraya məxsus olub.

Lövhələrin qaytarılması İranın Xarici İşlər və Mədəni İrs nazirlikləri ilə ABŞ-nin Çikaqo Universiteti və ABŞ Prezidentinin hüquq şöbəsi arasında intensiv danışıqlardan sonra baş verib.

Bu lövhələr çox vaxt mixi yazı ilə elam və ya aramey dillərində yazılıb. Müxtəlif forma və ölçülərdədir. Mövzuları əsasən resursların idarə edilməsi, yollar, sosial münasibətlər, əsas həyat ehtiyacları, əməkhaqqı və Əhəməni cəmiyyətinin iqtisadiyyatı ilə bağlıdır.

Məsud Pezeşkian BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak etmək üçün ABŞ-nin Nyu-York şəhərində səfərdə olub. O, səfərdən dönərkən həmin tarixi abidələri ölkəsinə gətirib.

Ermənistanda dəhşət: morqlarda qalan 88 hərbçi kimdir? - 4 il sonra sirlər açılır

44 günlük müharibədə məhv edilən erməni hərbçilərindən 88-i hələ də dəfn olunmayıb.

Bu barədə “Joxovurd” qəzeti Ermənistan Səhiyyə Nazirliyinə istinadən yazır.

Qəzet qeyd edir ki, müharibədən 4 il keçsə də, 88 hərbçinin cəsədi hələ də müxtəlif morqlarda qalır: “Onların DNT-si müəyyən edilib, lakin dəfn olunmayıblar. Buna səbəb hərbçilərin validenylərinin DNT müayinəsinin nəticələrini qəbul etməkdən imtina etmələridir. Validenylər DNT identifikasiyasının məlumatlarının reallığa uyğun gəlmədiyini düşünürlər”.

Erməni hüquqşünas Taquhi Tovmasyan da bildirib ki, nəticələr reallığa uyğun deyil.

“Misal üçün, bir valideynə üç əl veriblər, deyirlər ki, bu üç əl sənin oğlunundur, götür basdır. Başqa bir valideynin oğlunun boyu 182 santimetr olub, oğlan 43 ölçülü ayaqqabı geyinib, lakin onlara 160 santimetr boyu olan insanın DNT İD-ni veriblər. Bəzi valideynlər var ki, övladları ilə bağlı nəhəng araşdırma aparıb, onların məlumatları ilə istintaqın məlumatları üst-üstə düşmür”, - o bildirib. (Publika.az)

Bu atalar sözü həm bizdə, həm də Azərbaycanda var – Paşinyan

"Biz qonşularımız Azərbaycan və Türkiyə üçün bütün regional marşrutları açmağa hazırıq. "Sülhün kəsişməsi" layihəsi bunu əhatə edir, gələcəyə yönəlib".

Globalinfo.az bildirir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan BMT-nin 79-cu sessiyasındakı çıxışında deyib.

O, regional kommunikasiyaların üçüncü tərəfin nəzarəti olmadan açılacağını bildirib:

"Bunlar ölkələrin yurisdiksiyası, suverenliyi və ərazi bütövlüyünü hörmətlə yanaşılması, qarşılıqlı prinsip və hörmət əsasında baş verməlidir. Ermənistan öz ərazisindən keçid və daşınmanı təhlükəsiz şəkildə təmin etməyə hazırdır.

Ümumiyyətlə, mənfi mesajlar vermək istəmirəm. Bir erməni atalar sözü var: "Yaxşı deyək, yaxşı olsun". Bu o deməkdir ki, adətən müsbət şeylərdən danışanda yaxşı hadisələr baş verir. Əminəm ki, bu söz Azərbaycan, Türkiyə, Gürcüstan və İranda da var. Onlar bunu özlərininki kimi qəbul edirlər".

Xəbər lenti