![]() |
|
İran parlamentinin deputatı Rusiyanı Ermənistan və Azərbaycanın işlərinə qarışmasını qəbuledilməz hesab edib.
İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Fəda Hüseyn Mələki Rusiyanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyini tənqid edərək, Rusiyanın bu dəhlizlə bağlı iddialarının İran xalqı və parlamenti üçün qəbuledilməz olduğunu bildirib. "Bu baxımdan İran Xarici İşlər Nazirliyi bununla bağlı Rusiyaya sərt xəbərdarlıq etməlidir", - o qeyd edib.
O eyni zamanda bildirib ki, bu gün İran Ukraynadakı müharibədə Rusiyanın tərəfini tutmaqda ittiham olunduğu bir zamanda Moskva isə öz növbəsində İranın üç adasının (Böyük və Kiçik Tunbs və Əbu Musa ) Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) aid hesab edir.
İranı deputatin sözlərinə görə, Rusiya Azərbaycan və Ermənistanın işlərinə qarışır ki, bu da İran üçün qəbuledilməzdir və onlara xəbərdarlıq edilməlidir.
Floridada ABŞ prezidentliyinə namizəd Donald Trampa qarşı sui-qəsd törətməkdə şübhəli bilinən şəxsin kimliyi açıqlanıb.
“Qafqazinfo” “Fox News”a istinadən xəbər verir ki, sözügedən şəxs Rayan Uesli Rutdur.
Məlumata görə, Rut hadisə zamanı Trampdan 270-450 metr məsafədə olub. O, avtomatın lüləsini “Trump International Golf Club” qolf klubunun hasarından keçirib.
Məxfi Xidmət əməkdaşları Ruta atəş açsa da, o, hadisə yerindən qaçıb. Polis daha sonradan onu saxlayıb. Rutun atəç açdığı silah isə qolf sahəsinin yaxınlığında kolluq ərazisindən aşkar edilib. Onun üzərində iki bel çantası və “GoPro” kamerası aşkar edilib.
Xatırladaq ki, Florida ştatında Trampa qarşı növbəti sui-qəsd cəhdi olub. Hadisə keçmiş prezidentin qolf klubunun qarşısında baş verib. Atışma zamanı Tramp xəsarət almayıb.
İyulun 13-də də Pensilvaniya ştatında eks-prezidentə sui-qəsd cəhdi olmuşdu. Bu zaman o qulağından yaralanmışdı.
2023-cü ilin noyabr ayında Qəzza zolağında 3 israilli girov ölməsi böyük ehtimalla İsrail ordusunun onların olduğu rayona zərbə endirməsi ilə əlaqədar olub.
Axar.az xəbər verir ki, bu barədə İsrail ordusunun (ÇAXAL) məlumatında deyilir.
Bildirilib ki, sözügedən məsələ ilə bağlı istintaq yekunlaşıb və nəticələri sentyabrın 15-də həlak olanların yaxınlarına təqdim edilib.
“İstintaqın nəticəsi 2023-cü il noyabrın 10-da HƏMAS-ın Şimal Briqadasının komandiri Əhməd əl-Qandurun öldürülməsi ilə nəticələnən hava hücumu zamanı hər üç şəxsin ölməsi ehtimalının yüksək olduğunu göstərir”, - bəyanatda deyilir.
Qeyd edək ki, sentyabrın 10-da İsrail televiziyasının “12-ci kanal”ı İsrail ordusunun endirdiyi zərbə nəticəsində üç girovun - Nik Beyser, Ron Şerman və Elia Toledanonun öldüyü barədə informasiya yayıb və bu barədə məlumat İsrail ordusu tərəfindən aylarla gizlədilib.
Ordu isə bu iddiaları təkzib etmiş, istintaqın hələ yekunlaşmadığını açıqlamışdı.
Türkiyə ordusu Suriya və İraqda əməliyyat keçirib.
“Bu barədə Türkiyə Milli Müdafiə nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, Türkiyə ordusu əməliyyatlar çərçivəsində 3 terrorçunu zərərsizləşdirib.
Suriyanın şimalında “Fərat Qalxanı” bölgəsində aşkarlanan 2 PKK/YPG, İraqın şimalında isə “Pəncə Kilid” əməliyyatı bölgəsində aşkarlanan 1 PKK terrorçusu zərərsizləşdirilib.
İsrail hərbçiləri Qəzza bölgəsinin Beyt-Xanun şəhərində radikal Fələstin HƏMAS hərəkatının silahlı qanadının qərargahına zərbə endirib.
Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Qeyd edilir ki, qərargah Beyt-Xanunda "Raazi eş-Şua" məktəbi kimi istifadə olunan kompleksin daxilində yerləşdirilib və HƏMAS-ın nəzarət və idarəetmə mərkəzi kimi tanınır.
Bura həmçinin İsrail müdafiə qüvvələrinə və dövlətin özünün ərazisinə qarşı raket hücumlarının planlaşdırılması və həyata keçirilməsi üçün əməliyyat sığınacağı kimi istifadə olunub.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Krımın Ukraynanın nəzarətinə qaytarılması ilə bağlı bəyanatına münasibət bildirib.
Bu barədə “Kommersant” xəbər verir.
Peskovun sözlərinə görə, Rusiya və Türkiyə bu məsələdə tamamilə razılaşmırlar, lakin Rusiya tərəfi öz mövqeyini Türkiyə tərəfinə çatdırmaqda davam edir:
“Eyni zamanda, türkiyəli dostlarımıza və həmkarlarımıza öz nöqteyi-nəzərimizi, mövqeyimizi izah etməyə davam etmək üçün məqsədyönlü cəhdlərdən əl çəkmirik. Ümid edirik ki, bu, zaman keçdikcə Ankaraya bizi daha yaxşı başa düşməyə, arqumentlərimizi daha yaxşı qiymətləndirməyə və razılaşmağa imkan verəcək”.
Xatırladaq ki, sentyabrın 11-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan IV Krım Platforması Sammitində yayımlanan videomüraciətində bildirmişdi ki, Krımın Ukraynaya qaytarılması beynəlxalq hüquq tələb edir və Rusiya-Ukrayna münaqişəsinə Ukraynanın suverenliyi əsasında son qoyulmalıdır.
44 günlük müharibədən sonra Ermənistanda böyük miqdarda silah-sursat yoxa çıxıb.
Bunu baş nazir Nikol Paşinyan hökumətinin iclasında bəyan edib.
Paşinyan əlavə edib ki, bu mövzu bir neçə dəfə müzakirə edilib. "Məsələ hətta Təhlükəsizlik Şurasında da müzakirə olunub".
O əlavə edib ki, bu məslənin araşdırılması ilə bağlı Daxili İşlər Nazirliyinin rəhbərinə tapşırıq verib.
Paşinyan onu da bildirib ki, qeyri-qanuni silahların axtarışı ilə bağlı metodologiyaya yenidən baxılmalıdır. "İstifadə etdiyimiz metodologiya artıq yeni çağırışlara cavab vermir", - o vurğulayıb.
İranın cənub-şərqində Sistan-Bəlucistan əyalətinin Mircave rayonunda naməlum silahlı şəxslərin sərhədçiləri atəşə tutması nəticəsində 3 İran əsgəri həyatını itirib.
Bu barədə İRNA məlumat yayıb.
Məlumata görə, Pakistan sərhədindəki Mircave rayonunda avtomobildə olan naməlum şəxslər sərhədçilərin maşınına atəş açıb.
Atəş nəticəsində biri leytenant olmaqla 3 İran əsgəri şəhid olub, 1 mülki vətəndaş yaralanıb.
Ermənistanın Meğri yolunun (Zəngəzur dəhlizi) bağlanması məsələsini müzakirə etməkdən imtina etməklə, həm regional logistika inteqrasiyası perspektivini pozur, həm də Rusiya və İranın regionda təsirini gücləndirir.
Bunu keçmiş separatçı Samvel Babayan öz məqaləsində yazıb.
Babayanın fikrincə, Ermənistanın Meğri yolundan (Zəngəzur dəhlizindən-red) imtina etməsi nəticəsində Gürcüstan Çin, Rusiya, Mərkəzi Asiya və Azərbaycanı Türkiyə ilə birləşdirən quru əlaqəni təmin edən əsas regional tranzit ölkə olaraq qalacaq.
Babayan hesab edir ki, Ermənistan Meqri yolunu açarsa, o zaman Gürcüstan tranzit gəlirlərinin əhəmiyyətli hissəsini itirəcək.
ABŞ Venesuelanın bir qrup rəsmi şəxsinə sanksiya tətbiq edib.
Bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatında deyilir.
Bildirilib ki, yeni sanksiya Prezident Nikolas Maduronun komandasından 16 şəxsə şamil edilib.
Sanksiya siyahısına daxil edilənlər arasında Milli Seçki Şurası, Ali Ədliyyə Tribunalı və Milli Assambleyanın rəhbərlərinin adları da var. Sanksiya ABŞ-ın bu ilin iyulunda Venesuelada keçirilmiş prezident seçkilərinin nəticələrini tanımaması ilə bağlıdır.