İranlı deputat: Kremlin Zəngəzur planı Tehranın Ağ Evlə münasibətlərinə imkan verməməkdir 

Zəngəzur dəhlizi Putinin İranın yeni hökuməti ilə Ağ Ev arasında münasibətlərin qurulmasının qarşısını almaq məqsədi daşıyan hücumudur.

Bu barədə İran parlamentinin xarici və təhlükəsizlik siyasəti komissiyasının keçmiş rəhbəri Heşmətullah Fəlahətpişe sosial media hesabında yazıb
O yazıb ki, xəbər axınlarının səs-küyündə Rusiyanın Zəngəzur dəhlizi ilə İran sərhədini bağlamaq planını da unutmayaq.

“Əvvəlki hökumət sövdələşməni Rusiyanın Ukraynadakı maraqları naminə qurban verdi. Yeni hakimiyyət Moskva ilə birtərəfli dostluq siyasətinin tələsinə düşməməlidir.

Zəngəzur dəhlizi Putinin İranın yeni hökuməti ilə ABŞ arasında kommunikasiya kanallarının formalaşması ehtimalının qarşısını almaq məqsədi daşıyan ilkin hücumudur”, - deyə o yazıb.

Moskvada insanlar şokda - PUA hücumu - ANBAAN VİDEOUkrayna tərəfinin Rusiyanın müxtəlif  vilayətlərinə, o cümlədən  paytaxt Moskvaya hücumu ciddi fəsadlara yol açıb. Moskva sakinləri PUA hücumu nəticəsində dəhşətli anlar yaşadığından gecəni küçələrdə keçirməli olublar.

 PUA hücumu zamanı Moskva vilayətinin Ramenskoye şəhərində  çoxmərtəbəli binada yanğın baş verib. Nəticədə  102 mənzilli binanın 54 mənzilinə ziyan dəyib. Onlaırn bir çoxu dağılıb və ya yanıb. Moskva vilayətinin qubernatoru Andrey Vorobyov gecə saatlarındaca hadisə yerinə gəlməli olub.

 Jukov hava limanına düşən PUA nəticəsində yanğın baş verib.
Verilən xəbərə görə, hücum zamanı 46 yaşlı qadın ölüb.

Qeyd edək ki, RF Müdafiə Nazirliyi gecə saatlaırnda Ukrayna tərəfinin 144 PUA-sını zərərsizləşdirib. Onlardan 20-si Moskva üzərində zərərsizləşdirilib.
soyqu-ukrayna-ile-danisiqlarin-sertini-aciqladi

“Ukrayna Silahlı Qüvvələri Rusiya ərazisindən çıxarılmayana qədər Moskva Kiyevlə danışıqlar aparmayacaq”.

Bunu “Rossiya-24” telekanalına müsahibəsində Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu deyib.

“Ukrayna Silahlı Qüvvələrini ərazimizdən çıxarmayana qədər təbii olaraq onlarla heç bir danışıqlar aparmayacağıq”, - deyə Şoyqu qeyd edib.

Moskvaya və Rusiyanın digər şəhərlərinə PUA hücumları olub, iki nəfər ölüb 

Bu gecə Rusiyanın paytaxtı da daxil olmaqla bir sıra bölgələrdə PUA hücumu olub. Ukraynanın Moskva və Moskva vilayətinə hücum cəhdi zamanı ən azı 14 PUA hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub.

Ramenskoye şəhərində PUA hücumu zamanı 9 yaşlı uşaq və 46 yaşlı qadın ölüb. Daha bir nəfər isə yaralanıb.

Moskva meri Sergey Sobyanin yerli vaxtla saat 02:32-dən etibarən rəsmi “Telegram” kanalında paytaxt istiqamətində hərəkət edən pilotsuz təyyarələrlə bağlı bir sıra məlumatlar paylaşıb.

Moskva vilayətinin qubernatoru Andrey Vorobyov Moskva vaxtı ilə saat 05:23-də hava hücumundan müdafiə qüvvələrinin Podolsk, Ramenskoye, Lyubertsı, Domodedovo və Kolomna rayonlarında 14 pilotsuz təyyarənin vurulduğunu bildirib.

PUA hücumları nəticəsində Ramenskdə yaşayış binalarına ziyan dəyib. Lyublino rayonunda isə 11-12-ci mərtəbələrdəki mənzillər yanıb. 9 yaşlı uşaq dünyasını dəyişib.

Digər PUA isə Ramensk şəhərinin Vısokovoltnaya küçəsindəki evə dəyib. Nəticədə 9-cu mərtəbədəki mənzilə ziyan dəyib. Hadisə zamanı bir nəfər yaralanıb.

Paytaxt istiqamətinə hücum edən PUA-lardan biri Jukovski hava limanı ərazisinə düşüb. PUA hücumları ilə bağlı Moskvanın Şeremetyevo, Domodedovo və Jukovski hava limanlarında uçuşlar təxirə salınıb və ya ləğv edilib.

Bundan başqa hava hücumundan müdafiə qüvvələri Bryansk vilayəti üzərində 59 PUA-nın məhv edildiyini açıqlayıb. Regionun rəhbəri Aleksandr Boqomazın “Telegram” kanalında verdiyi məlumata görə, itki və dağıntı yoxdur.

Tula bölgəsi üzərində isə iki PUA məhv edilib.

Lipetsk vilayətinin başçısı İqor Artamonov məhv edilən pilotsuz təyyarələrin sayını göstərmədən PUA hücumları ilə bağlı məlumat verib.

Kaluqa vilayətində hava hücumundan müdafiə qüvvələri gecə saatlarında Jukovski, Maloyaroslavetsk və Dzerjinski rayonlarında 7 PUA-nı məhv edib. İlkin məlumatlara görə, tələfat və infrastruktur dağıntıları olmayıb.

Simonyan çaşqınlıq içindədir: Azərbaycana güclü ordu nəyə lazımdır?

Azərbaycan Ordusunun gündən-günə artan gücü Ermənistan parlamentinin spikeri Alen Simonyanı çaşdırır.

Oxu.Az xəbər verir ki, o, hətta ölkəmizin ordusunu gücləndirməsindən narazılığını ifadə edib.

"Mən başa düşmək istəyirəm ki, Azərbaycan kiminlə müharibəyə hazırlaşır. Axı Ermənistanla münaqişə üçün bu qədər silah-sursat qətiyyən lazım deyil", - deyə Simonyan bildirib.

Tehranın Zəngəzur dərdinin əsas səbəbi - Erməni ekspert

Zəngəzur dəhlizinin İran və Rusiya üçün əhəmiyyət miqyası çox fərqlidir.

Bunu politoloq Aleksandr İskəndəryan deyib.

Ekspertin fikrincə, Zəngəzur dəhlizi doğrudan da İran üçün çox vacib məsələdir.

“Bunun səbəbləri, ümumiyyətlə, az-çox aydındır. Bəli, İranın vəziyyəti ümumiyyətlə yaxşı deyil. Onun şərq tərəfində İranın çox pis münasibətləri olduğu Əfqanıstan və Pakistan var. Qərbdə isə İraq və Türkiyə. Hər iki halda, yumşaq desək, vəziyyət iranlılar üçün çətindir. Cənub, yəni Fars körfəzinin ərəb ölkələri haqqında isə ümumiyyətlə danışmağa dəyməz. Hər şey çətindir. İranın, əslində, Azərbaycanla ciddi, böyük problemləri var. Ona görə də bu çox kiçik sərhəd İran üçün lazım olduğundan daha çox əhəmiyyət kəsb edir. Onlar üçün Ermənistan kiçik ölkə olsa da, bu 40 km-lik məsafə çöx böyük önəm daşıyır”, - erməni politoloq qeyd

Zəngəzur dəhlizinin Rusiya üçün o qədər əhəmiyyət kəsb etmədiyini qeyd edən ekspert inanmır ki, Rusiya bunun üçün İran və Azərbaycanla mübarizə aparmağa hazırdır.

“Rusiya buna qarşı deyildi. O, əvvəldən fikirləşmirdi. Doğrudan da, 9-10 noyabr müqavilələrində bu bənd var.

İran və Rusiyanın bu mövzuda bir-birinə ciddi şəkildə qarşı çıxacağını təsəvvür etmək mənim üçün çətindir. Yenə deyirəm, bu, Rusiya üçün birinci dərəcəli məsələ deyil və çətin ki, belə bir şeyə görə Rusiyanın həm İranla, həm də Azərbaycanla münasibətləri korlansın. Ancaq bunun ətrafında bir növ oyun var. Düşünürəm ki, müşahidə etdiyimiz bəzi toqquşmalar var. İran heç bir şəkildə Ermənistanla əlaqəsini kəsmək istəmir”, - İskəndəryan vurğulayıb.

Sonda ekspert onu da əlavə edib ki, Zəngəzur dəhlizinin əhəmiyyəti çox şişirdilib və buna ehtiyac yoxdur.

Türkiyədə cəsədi tapılan qızcığazla bağlı DƏHŞƏTLİ DETALLAR

Türkiyənin Diyarbəkir vilayətinin Bağlar rayonunda cəsədi tapılan 8 yaşlı Narin Güran adlı qızcığazla bağlı tükürpədici detallar üzə çıxıb.

Baku.ws xəbər verir ki, hadisə ilə bağlı aparılan istintaq çərçivəsində 24 nəfər saxlanılıb.

Saxlanılanlar arasında azyaşlının anası, atası, 2 böyük qardaşı və 3 əmisi də var.

Cəsədi tapılan Narin Güranla bağlı məhkəmə tibbi ekspertizanın ilkin rəyi açıqlanıb. Rəyə əsasən, Narinin boynunda boğulma izi olub, 15 gün suda qalıb və ayağı sındırılıb.

Qeyd edək ki, azyaşlının cansız cəsədi jandarma qrupları tərəfindən İftutmaz kəndi yaxınlığındakı çayda tapılıb.

Gürcüstanda zəlzələ oldu

Gürcüstanın cənubunda 4,1 maqnitudalı zəlzələ baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı ölkənin Milli Seysmik Monitorinq Mərkəzi yayıb. 

Yeraltı təkanlar Dmanisi şəhərində qeydə alınıb.

Zəlzələnin episentri paytaxt Tbilisidən 49 kilometr məsafədə yerləşib. 

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.

"İmperiya fantaziyaları üçün qurbanlar..." - Ostin Rusiyanın itkilərini açıqladı

Ukraynada müharibə davam edir və Rusiya Vladimir Putinin imperiya fantaziyaları ucbatından böyük itkilər verir. Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı zamanı 350 minə yaxın rus əsgəri öldürülüb və ya yaralanıb. 

Qaynarinfo xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin Almaniyadakı aviabazada keçirilən Ukraynanın müdafiəsi üzrə təmas qrupunun (Ramşteyn-24) iclasının əvvəlində deyib.

ABŞ-ın müdafiə naziri əmin edib ki, "50-yə yaxın xeyirxah məramlı ölkədən ibarət koalisiya Ukraynanı dəstəkləmək üçün vahid və möhkəm qalacaq. Və bu gün biz Ukraynaya dəstəyimizi artırmaq üçün daha da səylə çalışacağıq”, - Ostin bildirib.

O əlavə edib ki, bu gün Ramşteyn formatında görüş dinamik bir vaxtda keçirilir. "Ukrayna döyüş meydanında təşəbbüsü ələ keçirməkdə davam edir. Ukrayna qoşunları hazırda Rusiyanın Kursk vilayətində əməliyyat keçirir. Kremlin işğalçı ordusu indi öz ərazisində müdafiəyə qalxır. Amma biz bilirik ki, Putinin qəzəbi dərindədir. Moskva Ukraynanın şərqində və xüsusilə Pokrovsk ətrafında hücumlarını davam etdirir. Putin öz qoşunlarını yenidən Kursk bölgəsinə yerləşdirəcək. Kreml Ukrayna şəhərlərini bombalamağa və Ukraynanın mülki əhalisini hədəfə almağa davam edir. Bu, insanı qəzəbləndirir", - Ostin deyib.

Eyni zamanda, ABŞ Müdafiə Nazirinin əlavə etdiyi kimi, "Rusiya Vladimir Putinin imperiya fantaziyaları ucbatından böyük itkilər verir”. Onun məlumatlarına görə, Putinin Ukraynaya genişmiqyaslı işğalına başladıqdan sonra 350 mindən çox rus əsgəri həlak olub və yaralanıb. 24 fevral 2022-ci ildən Ukrayna Silahlı Qüvvələri 32 Rusiya gəmisini batırıb, məhv edib və ya zədələyib. Ukraynalılar rusları Krımdan bütün vacib gəmiləri geri çəkməyə məcbur edib. Rəsmi bildirib ki, ukraynalılar Rusiyanın 97 döyüş təyyarəsini də məhv edib.

Tramp Putinə əsəbiləşdi: Nə deyəcəyimi bilmirəm

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp demokrat rəqibi Kamala Harrisi dəstəkləyən Vladimir Putinin sözlərinə necə reaksiya verəcəyini bilmədiyini bəyan edib.

Bunu Donald Tramp Nyu York İqtisadi Klubda çıxışı zamanı qaldırıb.

“Putin danışdı. Kamalanı dəstəklədi... Bu barədə dəqiq nə deyəcəyimi bilmirəm. Bilmirəm, incimişəm, yoxsa o mənə yaxşılıq edib”, – Tramp deyib.

Sentyabrın 5-də cənab Putin deyib ki, ABŞ-də keçiriləcək seçkilərdə Kremlin favoriti hazırkı prezident Co Bayden olub. "Bununla belə, o, prezidentlik yarışından imtina edib və vitse-prezident Kamala Harrisi dəstəkləməyə çağırıb. Kreml bunu edəcək", - Rusiya prezidenti əmin edib. Onun sözlərinə görə, xanım Harrisin ifadəli və əcaib gülüşü sanki hər şeyin yaxşı olduğunu göstərir.

Ağ Evin Putinə cavabında isə bildirilib ki, əgər Vladimir Putin ABŞ-dəki prezident seçkiləri ilə bağlı danışmağı dayandırsa, minnətdar olardıq.

Xəbər lenti