“Putinin Ermənistana nifrəti və onu cəzalandırmaq istəyi göz önündədir” - GƏLİŞMƏErmənistan Milli Təhlükəsizlik Xidməti ölkədə hakimiyyəti ələ keçirməyi cəhd edən cinayətkar dəstənin planının üstünü açıb.

İstintaq Komitəsinin məlumatına görə, aktiv əməliyyat tədbirləri zamanı təxminən 30-a yaxın axtarış aparılıb, dindirilmələr nəticəsində yeddi nəfərin şəxsiyyəti hələlik müəyyən edilməyən digər şəxslərlə birlikdə hakimiyyəti zorla ələ keçirməyə hazırlaşdıqlarına dair sübutlar toplanıb.

İstintaq orqanları iddia edir ki, şübhəlilər 2024-cü il ərzində Ermənistan vətəndaşlarını, eləcə də Qarabağdan olan erməniləri Rusiyada üç aylıq hərbi təlim keçmək və ağır silahların yeni növlərindən istifadə vərdişlərinə yiyələnmək, Ermənistana qayıtdıqdan sonra isə döyüş növbəsini yerinə yetirmək adı altında ayda təxminən 220 min rubl mükafat müqabilində cinayətkar fəaliyyətə cəlb ediblər. Lakin sonradan məlum olub ki, qruplaşmanın təşkilatçılarının məqsədi hərbi təlim yox, Ermənistanda hakimiyyəti ələ keçirmək olub. Cəlb edilənlərin bəziləri çevrilişdə iştirakdan imtina edərək, Ermənistana qayıdıblar.

“Otuza yaxın axtarış və dindirmədən sonra Ermənistan vətəndaşları S.Q., A.E., A.Q., habelə Dağlıq Qarabağın keçmiş sakinləri A.M və A.S. S., şəxsiyyətləri hələlik istintaq tərəfindən müəyyən edilməyən digər şəxslərlə qabaqcadan əlbir olaraq, Ermənistanda hakimiyyəti zorakılıqla ələ keçirmək üçün şərait hazırladıqları barədə məlumat əldə olunub”, - İstintaq Komitəsinin bəyanatında deyilir.

7 nəfər barəsində cinayət işi başlanıb, onlardan 3-ü həbs edilib, 4-ü barəsində isə axtarış elan olunub.

Aydındır ki, bu informasiya Ermənistan rəhbərliyinin icazəsi olmadan ictimaiyyətə açıqlana bilməzdi.

Bu arada Ermənistanın baş naziri Nikol Paşinyan Ümumerməni Forumunda çıxışı zamanı bəyan edib ki, KTMT Ermənistanın təhlükəsizliyinə, onun gələcək mövcudiyyətinə və suverenliyinə təhdidlər yaradır.

"Ermənistan KTMT-də iştirakını dondurub, çünki bu struktur respublikanın suverenliyinə təhdidlər yaradıb", - Paşinyan bildirib. Ermənistanın baş naziri vurğulayıb ki, Ermənistan KTMT ilə münasibətlərdə “dönüş olmayan nöqtəyə” yaxındır.

Amma ən qəribəsi odur ki, o, İrəvanın nə Rusiya, nə də Avrasiya İqtisadi İttifaqı ilə iqtisadi əlaqələri kəsmək niyyətində olmadığını əlavə edib.

Bu, mahiyyət etibarı ilə o deməkdir ki, Ermənistan anti-Rusiya sanksiyalarından yan keçmək üçün Moskvaya kömək etməkdə davam edəcək və bu köməyin tempi daha da artacaq.

Xatırladaq ki, Rusiya baş nazirinin müavini Aleksey Overçuk 2024-cü ilin sonuna qədər Rusiya Federasiyası ilə Ermənistan arasında ticarət dövriyyəsinin 14-16 milyard dollara çata biləcəyini bəyan edib. Bu isə iki dəfədən çox artım deməkdir. 2023-cü ildə Ermənistan-Rusiya ticarət dövriyyəsinin 56% artdığını nəzərə alsaq, bu tendensiyanın güclənməkdə davam etdiyi aydındır.

Qəribə ziddiyyət ortaya çıxır. Paşinyan bir tərəfdən Ermənistanda çevriliş hazırlayan Rusiyapərəst qüvvələri həbs edir, KTMT əleyhinə növbəti kəskin bəyanatla çıxış edir, sonra isə çıxış tonunun dəyişmədən Rusiya və Kremlin yaratdığı Aİİ ilə iqtisadi əlaqələri kəsmək fikrində olmadığını bəyan edir. Bundan başqa, o, Kazanda keçiriləcək BRICS sammitinə də gedəcək. Bütün bunlardan sonra Paşinyanın əslində nəyə can atdığını və onun xarici siyasət istiqamətinin nədən ibarət olduğunu anlamaq çox çətindir.

Rusiyalı analitik, Demokratik Seçim siyasi partiyasının həmsədri, “Liberal Missiya” Fondunun (Moskva) idarə heyətinin üzvü Sergey Javoronkov bununla bağlı fikirlərini Pressklub.az-la bölüşüb.

Onun sözlərinə görə, Ermənistan (xüsusən də onun hökuməti) iki əks tendensiya ilə üzləşib. “Bir tərəfdən Putinin Ermənistana nifrəti və onu Sarqsyanla Koçaryanın rəhbərlik etdikləri Qarabağ klanını devirdiyinə görə cəzalandırmaq istəyi göz qabağındadır. Koçaryanın həbsdə olduğu müddətdə Putinin iki dəfə onu bayram münasibətilə təbrik etməsi Rusiya diplomatiyasında kifayət qədər qəribə təcrübədir. Bu onun Rusiya prezidentinə nə qədər yaxın olmasının göstəricisidir. Putin məhz buna görə də 2020-ci il müqaviləsini açıq şəkildə pozaraq, münaqişənin yenidən qızışdığı bir vaxtda “sülhməramlılara” heç nə etməməyi əmr etmişdi”, - politoloq qeyd edib.

Digər tərəfdən, o deyir ki, əvvəllər Ermənistan ixracatının təqribən 35%-i Rusiya Federasiyasının payına düşürdüsə, indi təkrar ixracat hesabına bu rəqəm 40%-ə yüksəlib. Bu ixracat əsasən kənd təsərrüfatı mallarıdır ki, Rusiya Federasiyası onu asanlıqla əvəz edə bilər. “Ermənistan bu ixracatı itirmək istəməz. Bundan başqa, aydındır ki, hazırda Cənubi Qafqaz Qərb ölkələri üçün prioritet istiqamət deyil, oradan gələn köməyin artacağına ümid etmək olmaz. Ona görə də, Ermənistan hakimiyyəti üçün bu ixracatı qoruyub saxlamaq vacibdir. Onların bunun üçün təsir rıçaqları var - Ermənistandakı Rusiya bazalarının ləğvi təhlükəsi. Onların praktiki olaraq əhəmiyyəti azdır, lakin Rusiya hakimiyyəti üçün onlar mental baxımdan əhəmiyyətlidir. Və beləliklə, Rusiya ilə “soyuq sülh” vəziyyəti qorunur. Bununla yanaşı, daxili siyasi məsələlərdə Qarabağ münaqişəsindəki məğlubiyyətin məsuliyyətini Rusiya Federasiyasının üzərinə qoymaq vacibdir və bunun əsassız olduğunu da söyləmək olmaz. Strateji baxımdan isə bu administrasiya zamanı Ermənistan tədricən Qərbə doğru istiqamətlənəcək”, - Javoronkov hesab edir.
Vardanyanın Bakıda tutulması Paşinyanın da işinə yarayır... - GÖRÜNƏNİ BUDUR...Bakıda həbsdə olan milyarder Ruben Vardanyan Ermənistanın baş nazirinin son mətbuat konfransı zamanı ona ünvanladığı bəyanata cavab verib. Bu barədə Ruben Vardanyanın ofisi məlumat yayıb. Ruben Vardanyan ailəsi ilə söhbətində bəyanatla bağlı mövqeyini ictimaiyyətə açıq formatda bölüşməyi xahiş edib.
Erməni milyarder bildirib ki, əgər baş nazirin onunla bağlı hər hansı sualı olubsa, 2022-ci ilin noyabrında Vardanyan qondarma “dövlət naziri” vəzifəsini icra etdiyi zaman ona müraciət edərdi: “İstənilən halda mən indi də onun istənilən sualına cavab verməyə hazıram”.
Vardanyan bildirib ki, 2018-ci ilin yazında 4 nəfərlə birgə Paşinyanla ilk dəfə görüşəndə ona deyib ki, 3 prinsipinə həmişə sadiq olacaq: “Mən və tərəfdaşlarım Ermənistan siyasətinə qarışmaq istəmirik və etməyəcəyik.
Biz Ermənistan hakimiyyəti ilə münasibətimizdən asılı olmayaraq xeyriyyə işləri görürük”.
Vardanyan deyib ki, onun yanaşmasını dəyişə biləcək yeganə məsələ Qarabağın taleyidir.
“2020-ci il hadisələri mənim üçün dönüş nöqtəsi oldu, mən bunu həmişə açıq və ardıcıl şəkildə bildirdim”.
Vardanyan qeyd edib ki, fikir ayrılıqlarına baxmayaraq, sülh və işıqlı gələcək qura biləcəklərinə inanır.
Qeyd edək ki, Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb Bakıya gətiriləndən sonra Vardanyanın missiyası iflasa uğramışdı. Lakin son vaxtlar onun adının erməni cəmiyyətində tez-tez hallandırılması Paşinyanı narahat etməyə başlayıb.
Erməni ekspertləri tərəfindən Rusiya və onun Ermənistandakı 5-ci kalonunun payızda baş nazirə qarşı Vardanyan kartından istifadə edəcəyinə dair fikirlər səsləndirilir. Ehtimal edilir ki, xunta rejiminin əsas nümayəndələri hesab olunan Robert Koçaryan, Serj Sarkisyandan Paşinyanı devirmək üçün istifadə etməyin artıq mümkün olmadığını dərk edən Qarabağ erməniləri bu dəfə son ümid kimi Vardanyandan istifadə etməyi qərara alıblar. Görünür, Ermənistan Baş naziri Paşinyanın son günlər ciddi narahatlıq keçirərək davranışını tamamilə dəyişməsi də qarşıdakı illərdə onu gözləyən təhlükənin miqyasının böyüklüyündən xəbər verir.

Siyasi şərhçi Elçin Xalidbəyli isə “Sherg.az”a açıqlamasında deyib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan və erməni milyarder Ruben Vardanyan arasındakı qarşıdurma şəxsi maraqlardan və bu iki şəxsin siyasi hədəflərindən qaynaqlanır:


“Vaxtı ilə Ruben Vardanyan Azərbaycanın Qarabağ bölgəsinə Rusiya tərəfindən göndərilmişdi. Qarabağ ermənilərinə rəhbərlik edən bu şəxs Azərbaycan ərazilərində təxribat törətməklə məşğul idi. Rusiyanın təxribat emisarı rolunu oynayan Vardanyan Qarabağda nüfuz qazandıqdan sonra ondan Ermənistanda hakimiyyət dəyişikliyinə nail olmaq üçün istfadə ediləcəyinə dair fikirlər səsləndirilirdi. Böyük ehtimalla Ermənistanın Baş naziri Nikol Paşinyan da Rusiyanın Vardanyanla bağlı planlarından xəbərdar idi. Onun Vardanyana qarşı münasibəti, onun barəsindəki açıqlamaları da onu göstərir ki, baş nazir erməni milyarderin Azərbaycanda həbsdə saxlanılmasından olduqca məmnundur. Lakin buna paralel olaraq da Vardanyana qarşı olan kinini gizlətmədən ondan intiqam almaq istəyini büruzə verir”.

E.Xalidbəylinin sözlərinə görə, Paşinyanla Vardanyanın siyasi maraqları toqquşsa da, hələlik onların siyasi meydanda üz-üzə gəlmək imkanları məhduddur. 2026-cı ildə Ermənistanda keçiriləcək parlament seçkilərinə hazırlaşan Paşinyanın başı hələlik baş nazir postunu qorumağa qarışıb. Azərbaycanda saxlanılan Ruben Vardanyanın gələcək taleyi isə müəmmalıdır.
turkiyede-telim-teyyaresi-qezaya-dusdu

Türkiyənin Bursa şəhərində təlim təyyarəsi qəzaya uğrayıb.

“TRT Haber” xəbər verir ki, hadisə nəticəsində təyyarədə olan 2 pilot həlak olub.

Qəza ilə bağlı araşdırma başladılıb.

israil-ordusu-hizbullahin-obyektlerine-zerbe-endirdi

İsrail ordusu Livanda “Hizbullah” hərəkatının obyektlərinə zərbələr endirib.

“Bu barədə məlumatı “Walla” portalı yayıb.

Bildirilib ki, İsrailin Müdafiə ordusu hücumlara hazırlıq əlamətləri müşahidə etdiyindən hərəkatın obyektlərini vurub.

erdogan-nyu-yorkda-pasinyanla-goruse-biler

Nyu-Yorkda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilə bilər.

Bu barədə məlumatı “RİA Novosti” yayıb.

Məlumata görə, Ərdoğanın, həmçinin Ukrayna Prezidenti Volodimir Zelenki, iranlı həmkarı Məsud Pezeşkian, Almaniya Kansleri Olaf Şoltsla da danışıqlar aparması planlaşdırılır.

Xatırladaq ki, Türkiyə prezidenti BMT Baş Assambleyasının iclasında iştirak etmək üçün ABŞ-də səfərdədir.

SEPAH generalından hədə: Azərbaycana, yoxsa Pezeşkiana? - NƏ BAŞ VERİR?SEPAH-dan Azərbaycana qarşı növbəti dəfə təhdid xarakterli bəyanat səsləndirilib.

SEPAH generalı Ərdəbilin İran parlamentindəki keçmiş millət vəkili Mənsur Həqiqətpur özünün "X" hesabında Qafqazın 17 şəhərinin İrana qaytarılması üçün ölkədə ümumxalq hərəkatının yaradılmasına çağırıb. SEPAH generalı Rusiyanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyini sərt tənqid edib və bunun İranın maraqları üçün qəbuledilməz olduğunu bildirib:

"Cənab Putin Zəngəzur dəhlizi ilə bağlı İranın milli mənafeyinə zidd mövqe tutub. Tarixə nəzər salsaq görərik ki, bu dəhliz Moskvanın təhlükəsizliyini təmin etmək üçün SSRİ tərəfindən qurulub”.

M. Həqiqətpur Qacar hakimiyyətinin Çar Rusiyası ilə imzaladığı razılaşmaların ləğv olunmasını və Qafqazın 17 şəhərinin İrana qaytarılmasına çağırıb.

“Keçmiş razılaşmalar ləğv ediləcəyi təqdirdə Qafqazın 17 şəhəri İrana qaytarılmalıdır", - deyə M. Həqiqətpur bildirib.

Xatırladaq ki, M. Həqiqətpur Azərbaycan Respublikasına qarşı qərəzli mövqeyi ilə tanınır. O, 1992-ci ildə Azərbaycan İslam Partiyası funksionerlərindən Hacı Əlikram Əliyevi, Hacı Vaqif Əliyevi və Hacı Hacağa Nuriyevi İrana dəvət edərək, Tehran şəhərindəki “Mərmər” otelində, habelə, Şimrandakı iqamətgahında Azərbaycanda islam inqilabı həyata keçirilməsi üçün məxfi əməkdaşlığa cəlb etmişdi. Həqiqətpur bununla yanaşı, Qarabağda döyüş təcrübəsi keçmiş gənclərin qanunsuz yolla İrana aparılaraq, Azərbaycanda dövlət çevrilişi məqsədilə ideoloji və hərbi hazırlıq keçmələrini təşkil etmişdi.

Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu “Cümhuriyət” qəzetinə açıqlamasında qeyd edib ki, H. Həqiqətpur və SEPAH-ın bir çox rəsmilərinin anti-Azərbaycan bəyanatları İranla qonşuluq münasibətlərinə ciddi ziyan vurur:

“Əslində biz növbəti dəfə heç bir tarixi gerçəkliyi əks etdirməyən, eləcə də nə yaxın qonşuluğa, nə də diplomatik etikaya sığan bəyanatın şahidi olmaqdayıq. Lakin diqqəti çəkən başqa bir məqam var. Diqqət edərsinizsə, İsrail birbaşa İran və ya onun dəstəklədiyi proksilərə qarşı nə zaman ciddi əməliyyat icra edirsə, cənub qonşumuzun gündəminə ya Azərbaycanla, ya da Zəngəzurla bağlı hədələyici açıqlamalar gətirilir.

Bir növ daxili auditoriyanın fikri başqa xəyali hədəfə yönləndirilir. Biz bu cür sxemi həm Suriyada İsrail səfirliyi hədəf alındıqda, həm HƏMAS lideri İsmayıl Haniyə Tehranın mərkəzində qətlə yetirilənə, həm də indi, Livanda “Hizbullah”a yönəlik əməliyyat həyata keçirildikdən sonra izləyə bilərik.

Vurğulamaq istərdim ki, bu media texnologiyası ayrı-ayrı ölkələr tərəfindən beynəlxalq jurnalistikada zaman-zaman tətbiq edilir və məlum sxemdir. Başqa bir məqam isə ondan ibarətdir ki, bu tip açıqlamalar ölkələrimiz arasındakı münasibətlərə də təsir edir.

Ələlxüsus indi, yeni seçilmiş Prezidentin Azərbaycan, Türkiyə və Pakistanla birgə layihələrin həyata keçirilməsi imkanlarını nəzərdən keçirdiklərini söyləməsi fonunda belə açıqlamanın səslənməsi müəyyən suallar doğurur. Görünür, daxildə islahatçı prezidentin yalnız Qərb deyil, həm də Cənubi Qafqaz siyasətiylə bağlı razılaşmayan mühafizəkar qüvvələr bu formada öz narazılıqlarını büruzə verirlər. Bu cür açıqlamalar Pezeşkiana bir mesaj kimi də nəzərdən keçirilə bilər”.

Politoloq Oqtay Qasımov isə vurğulayıb ki, İranın Zəngəzur dəhlizi ilə bağlı maraqları var:

“Burada üç səbəb var. Birinci səbəb sözsüz ki, siyasidir. Tehran Asiya ilə Avropanı birləşdirəcək nəqliyyat kommunikasiyalarının öz ərazisindən keçməsini, həmin kommunikasiyalara öz nəzarətini istəyir. İkincisi, yaxın gələcəkdə Asiyanı Avropa ilə birləşdirəcək kommunikasiyalar üzərindən 10 milyon tondan çox yükün keçirilməsi nəzərdə tutulur.

Bu da ciddi maliyyə vəsaiti deməkdir. İran bu maliyyə vəsaitlərinə göz dikib. Üçüncüsü, Tehran çox yaxşı bilir ki, Zəngəzur dəhlizinin açılacağı təqdirdə Azərbaycan-Türkiyə İttifaqı daha da möhkəmlənəcək, o cümlədən Türkiyənin Cənubi Qafqaz və Mərkəzi Asiyada geosiyasi və geoiqtisadi təsir imkanlarını artıracaq. İran hakimiyyəti bundan çox dərin narahatlıq keçirir. SEPAH rəsmilərinin bəyanatları məhz buna söykənib”.
"İslam Şengeni"nin yaradılması nə dərəcədə realdır?

İran prezidenti kimi ilk səfərini İraqa edən Məsud Pezeşkian qonşu ölkədə bir sıra maraqlı və müzakirələrə səbəb olan açıqlamaları ilə yadda qalıb. Buraya İslam ölkələri ilə əməkdaşlığın genişləndirilməsi, "İslam Şengeni"nin yaradılması kimi məsələlər də daxildir.

Bəs "İslam Şengeni"nin yaradılması nə dərəcədə realdır?

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

İslam ölkələri arasında sərhəd nəzarətinin ləğvinin tərəfdarı olduğunu deyən İran prezidentinin fikrincə, bu, Qərbin tətbiq etdiyi sanksiyaları neytrallaşdırmağa kömək edə bilər. "İslam Şengeni" ideyasının orijinal ideya olduğunu tam da söyləmək olmaz. Ondan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da İslam ölkələri arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyindən danışıb. O, "İslam Şengeni"ni yox, əsasən hərbi əməkdaşlığı nəzərdə tutub. Bəs İran Prezidentinin istinad etdiyi Şengen zonası nədir? Qeyd edək ki, Şengen zonası ilə bağlı iki saziş imzalanıb.

Birinci Şengen müqaviləsi 1985-ci il 14 iyun tarixində beş Avropa ölkəsi arasında bağlanıb. Müqaviləni Fransa, Qərbi Almaniya ilə yanaşı, Benilüks ölkələri olan Belçika, Niderland və Lüksemburq imzalayıblar. 1990-cı il 19 iyun tarixində Şengen Müqaviləsinin Tətbiq Konvensiyasının imzalanması ilə razılaşma qüvvəyə minib. Müqavilə Lüksemburq, Fransa və Almaniyanın sərhədlərinin kəsişdiyi yer olan Lüksemburqun Şengen şəhərində imzalandığına görə həmin şəhərin adı ilə adlandırılıb. Şengen zonası üzrə ikinci müqavilə isə Mos çayının ortasındakı Kraliça Mari-Astrid adlı gəmidə imzalanıb. Şengen zonasına hazırda Almaniya, Avstriya, Belçika, Bolqarıstan, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İspaniya, İsveç, İtaliya, Latviya, Litva, Lüksemburq, Macarıstan, Malta, Niderland, Rumıniya, Polşa, Portuqaliya, Slovakiya, Sloveniya, Yunanıstan, həmçinin İslandiya, İsveçrə, Lixtenşteyn, Norveç daxildir. Bəhs olunan zona müqaviləyə qoşulan Avropa dövlətində daxili vizasız hərəkəti təmin edən şərti ərazidir. Şengen zonası daxilində hərəkət edənlər üçün sərhəd yoxlanışı tələb olunmur və səyahətçilər vahid ölkə prinsipi ilə hərəkət etmək imkanına malikdirlər.

Daha çox siyasi məqsədlər var

Avropa Şengen sistemi modelinin İslam dünyasında qurulması təsadüfi sayıla bilməz. Məlumdur ki, İran başladığı nüvə proqramına görə ABŞ və digər Qərb dövlətlərinin tətbiq etdikləri sanksiyalar altındadır. Qadağalar İranın zəngin karbohidrogen ehtiyatlarını dünya bazarlarına çıxarmaq imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırıb və bu səbəbdən ölkənin sosial-iqtisadi durumu pisləşib. Bu gün İranda kəskin maliyyə çatışmazlığı müşahidə edilir. Rəsmi Tehran hətta ən zəruri layihələrin reallaşdırılmasına investisiyalar yönəltməkdə çətinlik çəkir. Bütün bunlar azmış kimi, indi də İran Rusiyaya ballistik raketlər satmaqda günahlandırılır. Artıq ABŞ və digər Qərb dövlətləri tərəfindən rəsmi Tehrana qarşı yeni sanksiyaların anonsu edilib. Yeni sanksiyalar paketinin tətbiqindən sonra İranda iqtisadi-sosial vəziyyətin daha da ağırlaşması qaçılmaz hala gələcək. Bunu düşünən Məsud Pezeşkian çıxış yolunu müsəlman ölkələri ilə ticarət əlaqələrini genişləndirməkdə görür. Onun qənaətinə görə, İslam dünyasında Şengen zonasının yaradılması İran və digər müsəlman ölkələri üçün Qərbdən gələn sanksiyaların fəsadlarından qorunmaq imkanı yaradacaq.

Ancaq bu ideyanın yaxın perspektivdə reallaşacağı mümkünsüz görünür. Bunu da şərtləndirən bir sıra amillər var. Ekspertlər bildirirlər ki, Pezeşkianın ideyasını perspektivsiz edəcək mühüm səbəb müsəlman ölkələrinin bir-birindən kəskin fərqlənən inkişaf səviyyəsi və daxili təhlükəsizlik məsələləridir. Açıq demək lazımdır ki, bu gün müsəlman ölkələri həm də daxili təhdidlərlə üz-üzədirlər. Bu səbəbdən, İslam ölkələri arasında Şengen zonası bu gün üçün real görünmür. Müsəlman ölkələrinin əksəriyyəti ona hazır deyil.

"Ərəb Şengen"i artıq reallaşır

Bu arada İran Prezidentinin təklifinin reallaşma şanslarını azaldan məqamlardan biri də ərəb dövlətlərinin artıq illərdir öz aralarında vahid gömrük zonası yaradılması ilə bağlı apardıqları danışıqlardır. Son məlumatlara görə, "Ərəb Şengeni" - Körfəz ölkələri üçün vahid viza ilin sonuna kimi tətbiq ediləcək. Hazırda müqavilənin gələcək tərəfləri turistlər üçün ümumi xidmətlər paketini formalaşdırmaq üçün böyük turizm operatorları, otellər və aviaşirkətlərlə məsləhətləşmələr aparırlar. Söhbət altı ölkədə - Bəhreyn, Qətər, Küveyt, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Omanda sərbəst hərəkət hüququ verən vizadan gedir.

"Aurora" Yaxın Şərq şirkətlər qrupunun baş direktoru Oksana Kolomiets bildirir ki, belə bir vizanın tətbiqinin əsas bonusu Səudiyyə Ərəbistanının siyahıda olmasıdır, çünki bu ölkə yaxın vaxtlara qədər Yaxın Şərqin ən qapalı ölkələrindən biri olub. Bu viza ümumilikdə müsəlmanlar üçün əlavə imkanlar açacaq ki, müqəddəs Məkkə və Mədinəyə ziyarətlər sadələşəcək.

Ermənistandan daha bir HƏYASIZLIQ - İndi də bunu tələb edirİşğal dövründə Azərbaycana qarşı saysız və ağlasığmaz bəşəri cinayətlər törətmiş, böyük ziyanlar vurmuş, o sırada ərazimizi minalarla çirkləndirmiş Ermənistan ölkəmizdən həyasızcasına, utanıb-qızarmadan hansısa təzminat almağı xəyal edir. Bu da növbəti fakt. “Artsax ermənilərinin hüquqlarının pozulmasına görə kompensasiya alınması onların geri qaytarılma hüququnun həyata keçirilməsi imkanını heç də istisna etmir.

Əksinə, bu hüquqlar bir-birini tamamlayır”. “Yeni Müsavat”ın məlumatına görə, belə bir cəfəngiyatı Avropa İnsan Haqları Məhkəməsində (AİHM) Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsi Yeqişe Kirakosyan dilə gətirib. “Bu barədə danışmaq hələ tezdir, lakin müvafiq mərhələdə Azərbaycana qarşı kompensasiya tələbi formalaşdırılacaq və hesablamalar aparılacaq”, - Kirtakosyan sayıqlayıb. Onun iddiasına görə, hüquqi mənada Ermənistan vətəndaşlığı əldə edilməsi ermənilərin Qarabağa geri qayıtmaq hüququnun həyata keçirilməsini mümkünsüz etmir. “Ola bilsin ki, vətəndaşlıq verilməsi məcburi köçkünlərin fərqləndirilməsi məsələsini gündəmə gətirə bilər, lakin bu insanları müəyyən etmək çox asandır və vətəndaşlıqdan asılı olmayaraq geri qayıtmaq hüququ mümkündür”.

Erməni mediası həmçinin yazıb ki, guya 17 noyabr 2023-cü ildə Beynəlxalq Ədalət Məhkəməsi ermənilərin Qarabağa geri qaytarılma hüququnu müəyyən edən müvəqqəti qərar qəbul edib. Guya qərarda bildirilir ki, Azərbaycan geri qayıtmaq istəyən ermənilər üçün təhlükəsiz şəraitin yaradılması üçün tədbirlər görməyə borcludur. Bu erməni iti nə sərsəmləyir görəsən, Azərbaycan Qarabağdan könüllü köç etmiş, bir çoxunun da cinayət dosyesi olan erməniləri qeydi-şərtsiz geri qaytarıb yerbəyer etməli, üstəlik də onlara təzminat ödəməlidirmi? Doğrudan da oğru elə bağırdı ki... Bəs Azərbaycanın Ermənistana qarşı haqlı iddialarına nə vaxt baxılacaq? O sırada rəsmi Bakı işğal dövründə dəymiş zərərə görə İrəvana təzminat tələbinin həcmini müəyyən edibmi?

Ermənistan 30 illik işğal dövründə Azərbaycan ərazilərini təkcə zəbt etməklə kifayətlənməyib, həm də dövlətimizə külli miqdarda maddi ziyan vurub. Tarixi-mədəni abidələrimizi, ekologiyamızı məhv edib. Yeraltı və yerüstü təbii sərvətlərimiz beynəlxalq və humanitar hüququn prinsiplərinə zidd olaraq düşmən tərəfindən talanıb İrəvana və digər xarici ölkələrə daşınıb. Şirin su hövzələri kimyəvi tullantılarla çirkləndirilib, bulaqlar qurudulub, müalicəvi əhəmiyyətli bütün məkanlar ya dağıdılıb, ya da onun məhsulları Ermənistan brendi kimi xaricə satılıb. Nadir və qiymətli meşə fondumuz məhv edilib. Vətən müharibəsindən öncə müəyyən mənbələrdə Ermənistanın Azərbaycana vurduğu zərərin məbləği 820 milyard dollar kimi göstərilirdi. İqtisadçılar yeni tətbiq ediləcək hesablama metodologiyasının nəticəsi olaraq bu zərərin 1.2 - 1.3 trilyon dollara yaxın bir məbləğ olacağını düşünürlər.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə “Yeni Müsavat”a qeyd etdi ki, birincisi, Ermənistan bu məsələdə böyük ehtimalla “Çıraqov qardaşları” işinə istinad edəcək. Onun sözlərinə görə, Azərbaycan bu prosesi Avropa Məhkəməsində udub: “Orada qeyd olunur ki, Ermənistan ordusu tərəfindən ərazilər işğal edildikdən sonra onlar yaşamaq hüquqlarını itiriblər. Bundan İrəvan presedent kimi istifadə edəcəksə, yanlış addım atmış olacaq. Çünki Azərbaycan başqa dövlətin ərazisini işğal etməyib. Ona görə də Azərbaycan ərazisində yaşamaq hüquqları ilə bağlı qaydalar var”. Hüquq müdafiəçisi vurğuladı ki, işğaldan sonra Qarabağa köçən ermənilərin yaşamaq və əmlak haqlarını tələb etmək haqqı yoxdur. Əgər 50-60 il əvvəl orada yaşayıblarsa və antiterror əməliyyatından sonra Qarabağdan gediblərsə qayıda bilərlər. Bunun üçün gərək Azərbaycan vətəndaşlığını qəbul etsinlər. Ona görə Ermənistan çox mənasız addım atıb və İrəvan sülh müqaviləsinin imzalanmasını uzatmaq üçün belə lazımsız bəyanatlar səsləndirir. Bu da erməni məkridir. Bütün hallarda Avropa Məhkəməsində nəticə əldə edə bilməyəcəklər, çünki arqumentləri əsaslı deyil".

Siyasi Hüquqların Müdafiə Mərkəzinin rəhbəri Xəzər Teyyublu onların yaşamaq və əmlaklarına sahiblənmək hüquqları ilə bağlı konkret şərtlər olduğunu yada saldı. Onun sözlərinə görə, əvvəla Azərbaycan möhlət verməlidir ki, bir il ərzində Xankəndidəki mülkünə qayıtmaq istəyən erməni qərar versin və vətəndaşlığı qəbul edərək həyatını burada davam etdirsin: “Bu baş vermədikdə isə dövlət həmin mülkiyyətləri milliləşdirə bilər. Onların kadastr və reyestr işi aparılmalı, həmin əmlaklar dövlətin rəfinə verilməlidir. Yəni biz uzun illər gözləyə bilmərik ki, hansısa Aşotun yaşadığı mənzil istifadəsiz qalsın. Gəlmək istəyirsə, ”Laçın" keçidinə yaxınlaşıb Ermənistan pasportunu cırıb tullasın, Azərbaycanın erməniəsilli vətəndaşı kimi Ağdərədə, yaxud Xocavənddəki evində yaşasın. Ona görə bu məsələ qaldırılmalıdır. Ermənilər qayıtmayacağı halda, dövlət bu evləri keçmiş məcburi köçkünlərə paylaya bilər".

Hüquq müdafiəçisi söylədi ki, ikincisi, Ermənistan bu mövzuda imitasiya edir, ermənilərin geri qayıtmaq fikri yoxdur: “Əvvəla, qalmaq istəsəydilər, getməzdilər. İndi gediblərsə, bir il sonra kim qayıdar? Başqa məsələ, ötən həftə Fransanın xarici işlər naziri elan etdi ki, 29 milyon avro Qarabağdan gedən ermənilər üçün ayrılacaq. Hələ USAİD və başqa fondlar da onlara maliyyə nəzərdə tutur. Bu halda, kim Qarabağa qayıdar? Sadəcə, Ermənistan beynəlxalq müstəvidə Azərbaycana qarşı piar aparır, guya ermənilər qovulub, yaşamaq hüququnu itirib, əmlakından məhrum olublar. Bunlar blefdir, qalıb yaşaya bilərdilər və ən yüksək səviyyədə təhlükəsizlik qarantiyası var idi. Hətta indi Qarabağda gedən təmir-bərpa işlərində işləyəcək, maaş alacaqdılar. O baxımdan Avropa Məhkəməsi vəsatəti təmin edə bilməz. Həmçinin, Qarabağın azərbaycanlı sakinləri də işğal dövründə dağıdılan əmlaklarına, vurulan ziyana görə fərdi qaydada Avropa Məhkəməsinə ərizə göndərə bilərlər”.
Kreml o xəbərləri saxta adlandırdı

“Ermənistanda bəzi siyasi xadimlərdən eşitdim ki, hakimiyyəti ələ keçirmək əsl demokratiyadır”.

“Qafqazinfo” xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə Ermənistanda dövlət çevrilişinə cəhddə Rusiya izinin axtarılmasını şərh edərkən deyib.

“Bir sıra erməni rəsmilərinin Ermənistan İstintaq Komitəsinin dövlət çevrilişinə cəhdin qarşısının alınması, orada hansısa rus izini tapmağa çalışması barədə mesajlar yaymaq cəhdləri absurddur və onlar heç bir tənqidə məhəl qoymurlar”, - Zaxarova bildirib.

O, dəfələrlə qeyd edib ki, Rusiya Qərbdən fərqli olaraq, digər ölkələrin daxili işlərinə qarışmır.

“Təəssüf ki, bəzi yerli dairələr rusofobik əhval-ruhiyyənin təbliğinə can atan qərblilərin hiyləgər taktikasını mənimsəyir”,- o əlavə edib.

Ermənistan elektrik şəbəkələrini Rusiyanın inhisarından çıxarmaq üçün hərəkətə keçdi... - “Hraparak”Ermənistanın hakim “Vətəndaş sazişi” partiyasının Milli Assambleyqdakı fraksiyası dünən parlamentdə “elektrik enerjisi təchizatı sahəsində mövcud problemlər və onların həlli yollarını” müzakirə edib. Müzakirələrə Ərazi idarəetmə naziri Qnel Sanosyan, Dövlət Xidmətlərini Tənzimləmə Komissiyasının sədri Qaregin Baqramyan da dəvət olunub.

Moderator.az xəbər verir ki, bu haqda səhər saatlarında “Hraparak” məlumat yayıb.

“Təxminən 10 gün əvvəl “VS” onları qapalı formatda müzakirə üçün yenidən Milli Assambleyaya çağırıb. Əvvəl yazmışdıq ki, hökumət Rusiya vətəndaşı Samvel Karapetyanın rəhbəri olduğu “Taşir qrupu”ndan Ermənistan elektrik şəbəkəsinin alınması məsələsini müzakirə edir. Son zamanlar elektrik enerjisinin tez-tez kəsilməsi və anti-Rusiya əhval-ruhiyyəsi bu prosesə kömək edir. Əvvəlcə “VS”-in təşəbbüs qrupunun iclasında məsələ qaldırdılar ki, nə üçün Rusiya vətəndaşı Ermənistanın elektrik şəbəkələrini idarə etməlidir, bu, onun monopoliyasında olmalıdır, sonra Baqramyan və Sanosyanı dəvət etdilər. Baqramyan arqumentlər təqdim edib. O deyib ki, dövlət dəstəyinə, elektrik şəbəkələrinə subsidiya verilməsinə ehtiyac var ki, köhnəlmiş infrastrukturları dəyişdirsinlər. Halbuki, əslində, hökumət bütün yolu getməyə qərar verib. İndi isə “Ermənistan elektrik şəbəkələri”ni sahibindən almaq üçün açıq müzakirə təşkil ediblər və bunu qanunverici orqan vasitəsilə edirlər. Dünən “VS” fraksiyasının rəhbəri Hayk Konjoryan canlı yayıma çıxıb və vətəndaşlardan öz səhifəsinə elektrik enerjisi ilə bağlı problemlər barədə yazmağı xahiş edib”, - deyə erməni nəşri bildirib.

Xatırladaq ki, erməni əsilli Rusiya oliqarxı Samvel Karapetyanın “Taşir” qrupu 2015-ci ildən, yəni hələ Serjik Sərkisyanın hakimiyyətdə olduğu vaxtdan Ermənistan elektrik şəbəkələrini alıb.

Aydın görünür ki, Ermənistan hökuməti fəal şəkildə ölkənin elektrik şəbəkələrini də Rusiyanın inhisarından çıxarmağa çalışır.

Xəbər lenti