Üçüncü Dünya müharibəsi olacaq - Tramp

Ukrayna ordusunun Rusiyanın Kursk vilayətində keçirdiyi hərbi əməliyyatlar Üçüncü Dünya müharibəsinə gətirib çıxara bilər.

Axar.az bildirir ki, bunu Respiblikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp deyib.

"Baxın, Ukraynada nə baş verir. Rusiyaya doluşublar. Üçüncü Dünya müharibəsi olacaq", - Tramp bildirib.

İngiltərənin Ukraynada savaşan robot döyüş itləri - VİDEO

Britaniya Ukraynaya döyüş meydanında əsgərlərə kömək edən və rus əsgərlərini qorxudan robot “döyüş itləri” verib.

Bu robot itlər çox yüksək səviyyədə hərəkətlilik və çevikliyə malikdirlər və münaqişəli mühitlərdə çox yaxşı nəticə göstərirlər. 

İt robotlar qarşılaşdığı maneələri keçməklə və açıq ərazilərdə rahat hərəkət etməklə yüksək əməliyyat səmərəliliyinə malik olduqlarını sübut ediblər. İkinci nəsil "British Alliance" itləri (BAD2) adlanan bu robotlar uzaqdan zondlama texnologiyası və infraqırmızı termal görüntüləmə istifadə edərək çətin ərazilərdə hərəkət etmək və avadanlığın çatdırılması və ya kəşfiyyat kimi bir sıra müharibə zamanı tapşırıqlarını yerinə yetirmək üçün döyüş sahəsinə daxil ola bilirlər.

Ukrayna qüvvələrində 30-dan çox bu itlərdən var. Bu itlərin birinin istehsal dəyəri təxminən 9000 dollardır və "Brit Alliance" bu robotları Ukrayna qüvvələrinin rəyi əsasında yeniləməyi vəd edir.

Bu itlər saatda 14,5 kilometrdən çox sürətlə hərəkət edə bilirlər. Eyni zamanda, beş saat ərzində üç kilometrdən çox məsafəni qət etməyə davam edə bilərlər.

Bu robotların gələcəkdə əsgərlərin həyatını xilas etmək kimi digər vəzifələri də yerinə yetirməsi gözlənilir.

Robot itlər dronlarda olmayan üstünlüklərə malikdirlər, məsələn, yaxşı manevr qabiliyyəti və yerüstü hərəkətlilik onları döyüş meydanında çox vacib element halına gətirir.

 

Rusiyada hava limanlarına uçuşlar dayandırıldı - Hücum gözlənilir

Ukraynanın PUA hücumu təhlükəsi olduğundan Kazan və Nijnekamsk hava limanlarında məhdudiyyətlər tətbiq edilib.

Bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin məlumat yayıb.

Bildirilir ki, hər iki hava limanı təhlükəsizlik səbəbindən uçuşlarlar həyata keçirmədiyi kimi, təyyarələri də qəbul etmir.

Avqustun 28-i səhər saatlarında Kazan hava limanında da məhdudiyyətlər tətbiq edilib. Moskva vaxtı ilə saat 7:00-dan etibarən təyyarələri qəbul etmir və göndərmir. Uçuşlar Samara və Ulyanovska istiqamətləndirilib.

Qeyd edək ki, iyulun sonunda da həmin hava limanlarının fəaliyyəti məhdudlaşdırıldı.

İyunun 3 və 10-da Kazan hava limanı uçuşlar üçün bağlanıb.

Aprel və may aylarında Tatarıstan bir neçə dəfə PUA hücumlarına məruz qalıb.

Cavad Zərif Pezeşkiandan üzr istədi – Vəziyyət dəyişir

İranın keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif yenidən İranın vitse-prezidenti vəzifəsinə qayıdıb.

O bu barədə X (tvitter) sosial şəbəkəsində yazıb.

Zərifinin sözlərinə görə, yeni hökumətin tərkibinin demək olar ki, 70 faizi bu şəffaf və ekspertlərin təklifləri əsasında formalaşıb.

O, daha sonra yazıb:

"İnşallah, nöqsanları aradan qaldırmaqla bu üsul qanuniləşəcək. Prezidentlə diqqətlə fikirləşib məsləhətləşdikdən sonra və onun yazılı sərəncamlarına uyğun olaraq bundan sonra da Prezidentin strateji məsələlər üzrə müavini kimi öz vəzifələrimi layiqincə yerinə yetirəcəyəm. Rəhbərliyin görüşünə gecikdiyim üçün üzr istəyirəm”.

Qeyd edək ki, Zərif avqustun əvvəlində strateji məsələlər üzrə vitse-prezident təyin edildikdən 10 gün sonra istefa verib.

O, istefasının səbəblərini belə açıqlamışdı:

“Mən dəfələrlə demişəm ki, prezidentin hökumət üzvlərini seçmək hüququ var, idarəetmə şurası və komitələri isə məsləhətçi orqanlardır. Mənə bu təşəbbüsdə iştirak etmək şərəfini bəxş etdikləri üçün onlara minnətdaram. Təbii ki, işimin nəticəsi məni qane etmir.

Komissiyaların ekspert rəyinə, qadın və gənclərin iştirakına söz verdiyim kimi layiqli şəkildə nail ola bilmədim. Təbii ki, inşallah, hələ də bu boşluğu dolduracaq vitse-prezidentlər var”.

Xatırladaq ki, Zərif 2013-2021-ci illərdə İranın xarici işlər naziri vəzifəsində çalışıb.

Qeyd edək ki, bir neçə gün öncə Məsud Pezeşkian hökumətin formalaşdırılmasındakı çətinlikləri dilə gətirib.

Parlamentdə çıxış edən dövlət başçısı nazir postuna təyinatlarda kadrların olmamasından, təklif etdiklərinin isə təklifi rədd etdiyini açıq şəkildə dilə gətirib.

"Mən birinə nazir vəzifəsi təklif etdim, məsuliyyəti boynuna götürmədi, təklifimi rədd etdi. Bundan sonra məsələni Ayətullah Seyyid Əli Xameneyi ağaya dedim, o həmin adama zəng etdi və dedi: "Dur, gəl bura!"

Xameneyi deyən kimi, dərhal təkliflə razılaşdı... Niyə məni məcbur edirsiz, hər şeyi burada açıb tökəm", - Pezeşkian deyib.

Müharibə döyüş taktikasında inqilab etdi - Medvedyev

Xüsusi hərbi əməliyyat döyüş taktikası haqqında təsəvvürlərdə inqilab etdi və bütün hərb elmini dəyişdirdi.

Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev deyib.

Onun sözlərinə görə, xüsusi hərbi əməliyyat başlayanda hərbi taktika ideyası bugünkündən tamamilə fərqli idi:

"İndi yeni silah növləri və yeni döyüş üsulları yaranıb".

Əminəm ki, Durovun həbsi... - Rusiya səbəbi açıqladı

Teleqram mesencerinin qurucusu Pavel Durovun Fransada həbsində ABŞ hakimiyyətinin əli var.

Belə bir iddia ilə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin çıxış edib.

O hesab edir ki, teleqram ABŞ-nin heç bir təsiri olmayan internet platformalarından biri olsa da, Pavel Durovun Fransada həbsində ABŞ hakimiyyətinin əli var.

Həbsin səbəbini açıqlayan Volodin əminliklə qeyd edib ki, seçkilər ərəfəsində ABŞ prezidenti Co Bayden üçün teleqram platformasına nəzarəti ələ keçirməsi vacibdir.

Xatırladaq ki, Meta-nın qurucusu Mark Zukerberq qeyd edib ki, 2021-ci ildə Bayden administrasiyası Meta-dan bəzi COVID-19 məzmununa, o cümlədən yumoristik və satirik materiala senzura tətbiq etməyə çalışıb.

 

Əminəm ki, Durovun həbsi... - Rusiya səbəbi açıqladı

Teleqram mesencerinin qurucusu Pavel Durovun Fransada həbsində ABŞ hakimiyyətinin əli var.

Belə bir iddia ilə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin çıxış edib.

O hesab edir ki, teleqram ABŞ-nin heç bir təsiri olmayan internet platformalarından biri olsa da, Pavel Durovun Fransada həbsində ABŞ hakimiyyətinin əli var.

Həbsin səbəbini açıqlayan Volodin əminliklə qeyd edib ki, seçkilər ərəfəsində ABŞ prezidenti Co Bayden üçün teleqram platformasına nəzarəti ələ keçirməsi vacibdir.

Xatırladaq ki, Meta-nın qurucusu Mark Zukerberq qeyd edib ki, 2021-ci ildə Bayden administrasiyası Meta-dan bəzi COVID-19 məzmununa, o cümlədən yumoristik və satirik materiala senzura tətbiq etməyə çalışıb.

 

Tramp: Rusiya və Çin bizi məhv edirdi, lakin... 

Noyabrda prezident seçkilərində qalib gələcəyim təqdirdə Rusiya və Çinlə qarşıdurmanı davam etdirmək üçün ABŞ Kosmik Qüvvələrinin Milli Qvardiyasını yaradacağam.

Bunu sabiq Amerika lideri və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Miçiqan ştatının Detroit şəhərində dseçicilərlə görüşündə deyib.

“ABŞ Kosmik Qüvvələrinin əsas döyüş ehtiyatı kimi Milli Kosmik Qvardiyanı yaratmağın vaxtı çatıb. Prezident kimi mən Milli Kosmik Qvardiyanı yaradan tarixi qanunu imzalayacağam”, - Tramp bildirib.

Respublikaçı hesab edir ki, 2019-cu ildə Kosmik Qüvvələrin yaradılmasına göstəriş verməklə Rusiya və Çinin ABŞ-ni qabaqlamasına mane olub: “Rusiya və Çin bizi məhv edirdi, çünki biz kosmosa diqqətimizi yönəltməmişdik. Diqqət yönəltdiyimizdən indi biz liderik”.

Tramp seçiləcəyi təqdirdə ABŞ ordusunun gücləndirilməsinə, o cümlədən dronların, robot texnikasının, süni intellektin inkişafının, hipersəs silahlarının istehsalına böyük həcmdə investisiyalar qoyacağına söz verib.

 

ABŞ səfirliyi: Ermənistana öldürücü silahlar tədarük etmirik

ABŞ nə birbaşa, nə də üçüncü tərəflər vasitəsilə İrəvana öldürücü silahlar tədarük etməyib.

Bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyindən məlumat verilib.

Səfirlikdən bildirilib ki, regionda sabitlik və Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhə nail olmaq ABŞ üçün mühüm əhəmiyyət kəsb edir.

Qeyd edək ki, avqustun 21-də Caliber.az informasiya portalı öz mənbələrinə istinadən yazıb ki, Qərb dövlətləri, o cümlədən ABŞ üçüncü dövlətlərin köməyi ilə İrəvana öldürücü silahlar göndərir. Məlumatda Fransa, Almaniya və ABŞ silahlarının İran vasitəsilə Ermənistana çatdırıldığı vurğulanıb.

Yaxın Şərq uğrunda yeni savaş: Dünyanın yeni nizamı qurulur (ŞƏRH)

"Beynəlxalq hüquq, onu təmsil edən dövlət və qurumların səmimiyyətsizliyindən təngə gəlmiş böyük kütlələr artıq dünyanın hüquqi nizamını dəyişmək qərarına gələ bilərlər".

Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Azər Hüseynov Yaxın Şərq uğrunda yeni savaşın nə vəd edəcəyini şərh edərkən deyib:

"Yaxın Şərqdəki problemlərin həll edilməsinin alqoritmi doğru-düzgün şəkildə müəyyən edilməyib. Beynəlxalq təşkilatlar, xüsusən də Qərbi təmsil edən qurumlar ilk növbədə Yaxın Şərqdə özlərinin maraqları üçün mübarizə aparır", deyə Azər Hüseynov bildirib.

Ekspert qeyd edib ki, Yaxın Şərq üzrə nizamlanma prosesinin humanitar aspekti demək olar tamamilə bərbad vəziyyətdədir:

"Müxtəlif məlumatlara görə, əsasən mülki fələstinlilər olmaqla 180 minə yaxın insan qətlə yetirilib. Onlar arasında çoxsaylı uşaq və qadınlar da var. Belə böyük bir rəqəmin ortada olmasına baxmayaraq, beynəlxalq ictimaiyyəti problemin humanitar aspekti o qədər də narahat etmir. Beynəlxalq ictimaiyyət daha çox problemin geosiyasi və siyasi aspektlərinə diqqət yetirir".

Həmsöhbətimiz düşünür ki, humanitar fəlakətin daha da böyüməsi fonunda isə savaşa Livan, digər ölkə və qurumlar da qoşula bilər:

"Bu isə beynəlxalq razılaşdırılmış sistem kimi fəaliyyət göstərən BMT-nin, beynəlxalq hüququn süqutu deməkdir. Ümumiyyətlə, beynəlxalq hüquq mövcud vəziyyətə Yaxın Şərqdəki proseslər fonunda gəlib çatıb. Osmanlının ortadan qalxması, Paris sülh konfransı, II Dünya müharibəsi və ondan sonra Yaxın Şərqdə İsrail dövlətinin yaradılması, bütün bunlar beynəlxalq münasibətlər sisteminin müasir formasına gətirib çıxarıb".

Konfliktoloq deyib ki, proses belə davam edərsə, Avropa diplomatiyasının rəhbəri Cozep Borrelin narahatlığının da hər hansı bir real təsiri olmayacaq:

"Məsələ ondadır ki, problem humanitar fəlakət problemidir. Beynəlxalq hüquq və onu təmsil edən dövlət və qurumların səmimiyyətsizliyindən təngə gəlmiş böyük kütlələr artıq dünyanın hüquqi nizamını dəyişmək qərarına gələ bilərlər".

Qeyd edək ki, Avropa İttifaqının rəsmisi Cozep Borrel Yaxın Şərqdə vəziyyətin həm region, həm də ondan kənar ərazilər üçün kritik təhlükə həddinə gəlib çatdığını bildirib:

"Mən müharibənin daha kütləvi xarakter almasının qarşısını almaq üçün Livan baş naziri Mikatinin BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin dərhal tətbiqi barədə çağırışını dəstəkləyirəm".

Xatırladaq ki, İsrailin hərbi təyyarələri Livan ərazisinə zərbələr endirib. Ardınca "Hizbullah" İsrailə yüzlərlə raket atıb. Bu fonda İsraildə fövqəladə vəziyyət elan edilib.

Xəbər lenti