![]() |
|
Bu il iyulun 15-dən 24-dək Ermənistan ərazisində keçirilən ABŞ-Ermənistan hərbi təlimləri Cənubi Qafqazda regional təhlükəsizlik kontekstində ciddi suallar yaradır.
Bu barədə "Caliber" "YouTube" kanalının süjetində məlumat verilib.
Süjetdə qeyd olunur ki, bu təlimlərin beynəlxalq sülhməramlı əməliyyatlarda iştirak etmək üçün erməni birləşmələrinin döyüş hazırlığını artırmaq kimi rəsmi bəyan edilmiş məqsədləri ABŞ hərbi texnikasının iştirakı fonunda şübhəli görünür.
Açıq mənbələrdən alınan məlumatlara əsasən, İrəvanın Zvartnots hava limanında ABŞ-nin "M1296 Stryker Dragoon (ICVD)" döyüş maşınının "C-17 Globemaster III" hərbi-nəqliyyat təyyarəsindən boşaldılması qeydə alınıb. Sonradan həmin maşın Ermənistanın Armavir şəhərindəki poliqonda görünüb. Qeyd etmək lazımdır ki, "M1296 Stryker Dragoon" piyadaların daşınması və atəş dəstəyinin təmin edilməsi üçün nəzərdə tutulmuş müasir döyüş maşınıdır.
Daha ətraflı videoda:
İran öz uran ehtiyatlarını artırmağa davam edir və bu, nəzəri cəhətdən nüvə silahı yaratmaq üçün kifayət edə bilər.
Bu barədə "Reuters" Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rüblük hesabatına istinadən məlumat yayıb.
Məlumata görə, sözügedən ehtiyatlarla 4 atom bombası yaradıla bilər.
Təşkilat həmçinin qeyd edib ki, İran bəzi ərazilərdə uran izlərinin mənşəyini heç vaxt izah etməyib.
Bundan əvvəl BAEA-nın rəhbəri Rafael Qrossi Tehranın agentlikdən bir neçə müfəttişini geri çağırmaq qərarından təəssüfləndiyini bildirib. Qrossi qeyd edib ki, o, İrana səfər etmək və ölkə hakimiyyəti ilə dialoq qurmaq niyyətindədir.(Report)
Qərb uzun müddətdir ki, Paşinyanın yerinə alternativ namizəd axtarışındadır.
Bunu siyasi strateq Vigen Akopyan deyib.
O hesab edir ki, nə vaxtsa onlar Ermənistanın baş nazirinə növbədənkənar seçkilər təşkil etməyi məsləhət görəcəklər və bu seçkilərdə Paşinyanın yerinə namizədlər meydana çıxacaq.
Onun fikrincə, Qərb anlayır ki, Paşinyan hakimiyyəti faktiki olaraq onların tələblərini təmin etmək iqtidarında deyil.
“Onlara təkcə danışan və ya KTMT-dən çıxmaq barədə bəyanat verən Paşinyan deyil, həm də KTMT-dən çıxmaq istiqamətində konkret hərəkət edən adam lazımdır”, - o qeyd edib.
Ukraynanın Kurskdakı diqqət yayındıran hərbi əməliyyat manevri uğursuz oldu.
Bu barədə Forbes yazır.
Qeyd edilir ki, Kiyevin Kursk əməliyyatı Rusiyanın Ukrayna ərazisindəki əməliyyatlarını dayandıra bilmədi, əksinə, rus qoşunları ölkənin şərq cəbhəsində hücumu nəinki davam edir, həm də sürətlənir. "Ukrayna ordusunun isə şərq cəbhəsində mövqeləri qorumaq və möhkəmləndirmək üçün yetərincə qüvvəsi yoxdur.
Donetskdə Pokrovski yaşayış məntəqəsini ələ keçirməklə Rusiya Ukraynanın bütün şərq cəbhə xətti boyunca müdafiəsini zəiflədə bilər. Bu, Rusiyanın daha geniş hücumuna və nəticədə Donetsk bölgəsini tam işğalına gətirib çıxara bilər”, - Forbes yazıb.
Bildirilib ki, əgər Kiyevin Kursk əməliyyatının məqsədi rus qoşunlarını şərqdən yayındırmağa və Rusiya qüvvələrinin Donetskdən geri çəkilməsinə köçürülməsinə xidmət edirdisə, o zaman bu planı baş tutmamış hesab etmək olar. "Əgər belədirsə, o zaman Kiyevin Kursk əməliyyatı uğursuz oldu", - Forbes yazıb.
Nəşr onu da əlavə edib ki, əksinə, Kursk əməliyyatı bölgədə Ukrayna qüvvələrinin çatışmazlığını daha da pisləşdirib.
Moskvanın Bakı ilə İrəvan arasında əlaqələrin açılması ilə bağlı mövqeyi hamıya məlumdur.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Zəngəzur dəhlizi”nin tikintisi ideyası və Tehranın bu məsələ ilə bağlı mövqeyini şərh edərkən deyib.
“Biz ondan çıxış edirik ki, müvafiq razılaşmalar həm Azərbaycanın, həm Ermənistanın, həm də regiondakı qonşu dövlətlərin Rusiya, Türkiyə və İranın da maraqlarına cavab verən şəkildə həllini tapacaq", - Zaxarova bildirib.
Əlavə edib ki, Azərbaycanın əsas hissəsini Ermənistan ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikası ilə birləşdirməli olan marşrut bir sıra digər marşrutlarla yanaşı, Azərbaycanda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bağlanması üzrə üçtərəfli işçi qrupu çərçivəsində müzakirə edilir.
"İran rəsmilərinin “Zəngəzur dəhlizi” ideyasından narahatlığını ifadə edən və buna uyğun olaraq bu yanaşmanın, bu münasibətin səbəblərini izah edən bəyanatların şahidi olduq. Mənə elə gəlir ki, siz bu məsələ ilə bağlı Tehranla əlaqə saxlamalısınız”, - Zaxarova qeyd edib.
Xəbər verdiyimiz kimi, Teleqramın yaradıcısı Pavel Durov məhkəmə nəzarəti altında sərbəst buraxılıb.
“Qafqazinfo” xəbər verir ki, “Ria Novosti” agentliyi Durovun azadlıqda ilk görüntülərini yayımlayıb.
O, şəxsi qara maşını ilə Parisdəki məhkəmə binasını tərk edərkən görüntülənib.
Pavel jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib.
Həmin görüntüləri təqdim edirik:
FTB ABŞ-nin keçmiş prezidenti Donald Trampa hücumun motivlərini müəyyən etməyib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS büro nümayəndəsinin bəyanatına istinadən məlumat yayıb.
“FTB aydın motivi müəyyən etməyib”, - büronun yüksək rütbəli məmuru bildirib.
O qeyd edib ki, istintaq davam edir, lakin hələlik şübhəlinin şəriklərinin olmasına dair heç bir sübut yoxdur. Üstəlik, hadisədə xarici dövlətin iştirakını göstərən heç nə yoxdur.
Xatırladaq ki, ABŞ prezidentliyinə namizəd Donald Tramp iyulun 14-də mitinqi zamanı güllələnib.
Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədə güclü meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik göstərilməsi məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi yanğınsöndürmə əməliyyatını davam etdirir.
Bu barədə FHN-dən məlumat verilib.
Bildirilib ki, ötən gün ərzində təyyarə Balıkesir-Edremit istiqamətində meşədəki yanğınla mübarizə tədbirlərinə cəlb olunub.
Hazırda yanğınsöndürmə əməliyyatı davam etdirilir.
Paris məhkəməsi “Telegram” sosial şəbəkəsinin təsisçisi Pavel Durovu əvvəllər ona qarşı irəli sürülən 12 cinayətdən 6-da ittiham edib.
“Report”un məlumatına görə, bu barədə Paris prokurorluğunun məlumatında deyilir.
Söhbət xüsusən də hakimiyyət orqanları ilə əməkdaşlıqdan imtina, uşaq pornoqrafiyasının yayılmasında şəriklik, narkotik alveri, həmçinin mütəşəkkil dəstənin tərkibində dələduzluqdan gedir.
Bunda başqa qeyd olunub ki, Fransız müstəntiqləri “Telegram” sosial şəbəkəsinin məhkəmə sistemi ilə əməkdaşlıq etməməsi səbəbindən 2024-cü ilin fevralında ilkin araşdırmaya başlayıb.
İlkin istintaq 2024-cü ilin fevralında Paris prokurorluğunun göstərişi ilə başlayıb və ilkin istintaq hərəkətləri OFMIN (Yetkinlik yaşına çatmayanların müdafiəsi ofisi) tərəfindən əlaqələndirilib.
Fransa seçicilərinin yarısı sol müxalifətin Emmanuel Makronu ölkə prezidenti səlahiyyətlərindən məhrum etmək üçün parlamentdə prosedura başlamaq niyyətini dəstəkləyir.
“Report” xəbər verir ki, bunu BFMTV kanalının sifarişi ilə “Elabe” sosioloji xidmətinin keçirdiyi ictimai rəy sorğusunun nəticələri sübut edir.
Respondentlərin 49%-i “Tabe olmayan Fransa” sol partiyasının Makronun impiçmentini tələb edən qətnaməni parlamentin Milli Assambleyasına (aşağı palatası) təqdim etmək niyyətini dəstəkləyib, 50%-i isə əleyhinə çıxıb.
Sorğu 27-28 avqust tarixlərində yaşı, cinsi, peşəsi, dini və yaşayış bölgəsi əsasında seçilmiş 18 yaşdan yuxarı min Fransa sakini arasında onlayn rejimdə aparılıb.
Sol müxalifətin nümayəndələri namizədliyi “Yeni Xalq Cəbhəsi” alyansı tərəfindən irəli sürülən iqtisadçı Lusi Kasteni baş nazir postuna təyin etməkdən imtina etdiyinə görə dövlət başçısının impiçmentinə müraciət etmək niyyətlərini açıqlayıblar.
Respondentlərin 63%-i növbədənkənar seçkilərdən 7 həftə sonra Fransada yeni hökumətin formalaşmamasında prezidenti və onun tərəfdarlarını günahlandırır. Sorğuda iştirak edənlərin 74%-i əmindir ki, impiçment cəhdi istənilən nəticəyə gətirib çıxarmayacaq.