![]() |
|
Pakistanda qumbaraatanlarla silahlanmış silahlı şəxslər ötən gün ölkənin şərqindəki Pəncab əyalətində polis karvanını pusquya salıblar.
Bu barədə Pakistanın Pəncab əyalətinin hakimiyyət orqanları məlumat yayıb.
Polisə hücum nəticəsində ən azı 11 polis həyatını itirib, 7 polis isə yaralanıb.
Hələlik heç bir silahlı qruplaşma polisə hücuma görə məsuliyyəti üzərinə götürməyib.
Polis bölgədə fəaliyyət göstərən quldurların axtarışı üçün boş ərazidə patrul xidməti apararkən pusquya düşüb.
Prezident Putin Ukrayna ordusunun Kursk bölgəsinə hücumuna cavab verməsi barədə qərar qəbul edib.
Bunu Rusiyanın ABŞ-dəki səfiri Anatoli Antonov deyib.
O deyib ki, Rusiya rəhbərliyi Ukrayna ordusunun Kursk vilayətində hücumuna cavab vermək qərarına gəlib.
“Sizə səmimi qəlbdən deyirəm ki, Rusiya prezidenti Vladimir Putin qərar qəbul edib”, - diplomat bildirib.
Diplomat Kiyevin bu hücumuna görə “ağır cəza” alacağına əmin olduğunu bildirib.
Bundan əlavə, səfir bildirib ki, Moskva Ukrayna ordusunun Kurskdan çıxarılmasını Vaşinqtonla məsləhətləşmək niyyətində deyil.
Bir gün əvvəl isə səfir Antonov deyib ki, Birləşmiş Ştatlar istəsə, bir "barmaq hərəkəti" ilə Ukrayna ordusunun Kurskdakı əməliyyatlarını dayandıra bilər. O deyib ki, Kiyev Vaşinqtonun razılığı olmadan heç nə edə bilməz.
ABŞ-nin vitse-prezidenti Kamala Harris prezident seçkilərində qalib gələcəyi təqdirdə dünyanın ən güclü ordusunu yaratmağa söz verib.
“Report” xəbər verir ki, o, bu barədə Çikaqoda Demokratlar Partiyasının Milli Qurultayında, “The New York Times” qəzetinin yayımladığı çıxışı zamanı bildirib.
"Ali Baş komandan kimi mən Amerikanın həmişə dünyanın ən güclü, ən ölümcül ordusuna sahib olmasını təmin edəcəyəm", - Harris deyib.
Prezidentliyə namizəd həmçinin İsrail, Ukrayna və NATO müttəfiqlərini dəstəkləməyə söz verib.
Harris respublikaçı rəqibi Donald Trampı Amerika demokratiyası üçün ciddi təhlükə yaradan qeyri-ciddi adam adlandırıb.
Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədəki güclü meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik göstərilməsi məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi yanğınsöndürmə əməliyyatını davam etdirir.
FHN-dən verilən xəbərə görə, ötən gün ərzində təyyarə Bolu-Gerede istiqamətində meşədəki yanğınla mübarizə tədbirlərinə cəlb olunub.
Hazırda yanğınsöndürmə əməliyyatı davam etdirilir.
Afrikanın bir neçə ölkəsində İnternetin işində problem yaranıb.
Buna səbəb qitəni Avropa ilə birləşdirən ACE sualtı kabelinin bir hissəsinin qırılmasıdır.
Hadisədən sonra Liberiyada son 24 saat ərzində internetdə ciddi fasilələr yaranıb. Liberiya Telekommunikasiya İdarəsinin yaydığı məlumata görə, araşdırmalar ACE kabelinin bir seqmentinin qırıldığını üzə çıxarıb.
Qana, San-Tome və Prinsipi və Cənubi Afrikada da pozuntular müşahidə olunur.
Qırmanın səbəbi hələ müəyyən edilməyib. Kabelin təmiri üçün tədbirlər görülür. Bəzi operatorlar alternativ informasiya magistralları ilə işləməyə keçiblər.
ACE 2012-ci ilin dekabrında istismara verilib. Avropanın 24 ölkəsinə və Afrikanın qərb və cənub sahillərinə xidmət göstərir. Uzunluğu 17 min km-dir.(Musavat.com)
Berlinin yaxınlığında, Qrünhayda (Brandenburq federal torpağı) ABŞ-ın elektrik avtomobilləri istehsalçısı “Tesla” zavodunun tikintisi zamanı təxminən 500 min ağac kəsilib.
AZƏRTAC xəbər verir ki, Almaniyada zavodun tikintisi çoxlu mübahisələrə və ciddi etirazlara, eləcə də yaşıl iqtisadiyyatın inkişafı ilə bağlı güzəştlərin müzakirəsinə səbəb olub. Bu barədə Britaniyanın “The Guardian” qəzeti yazır.
“Tesla”nın sahibi İlon Mask yerli polisi “solçu etirazçıları” buraxdığına görə tənqid edib.
“Kayrros” ekoloji kəşfiyyat şirkətinin məlumatına görə, peyk görüntüləri 2020-ci ilin martından 2023-cü ilin mayına qədər bu sahədə 329 hektar meşə sahəsinin kəsildiyini göstərir. Bu, təxminən 500 min ağaca bərabərdir.
May ayından bəri iqlim hərəkatının fəalları yaxınlıqdakı düşərgədə ağac evləri zəbt edərək və əraziyə hücum etməyə cəhd edərək zavodun planlaşdırılan genişləndirilməsinə etiraz edirlər. Mart ayında bir qrup elektrik dirəyini yandırıb, zavodda istehsal prosesini bir neçə gün dayandırıb.
“Turn Off Tesla-s Tap” şirkəti alyansının nümayəndəsi Karolina Drjevonun sözlərinə görə, təhlillər göstərib ki, şirkətin elektromobil istehsalı təbiətin yerli məhvinə, eləcə də metal hasilatına görə qlobal ziyana səbəb olub. "Almaniyanın ən quraq bölgələrindən birində artıq ətraf mühitin çox hissəsi məhv edilib", - deyə o bildirib. “Meşələrin genişlənməsinin və beləliklə, daha da məhv edilməsinin və qorunan içməli su zonasına təhdidin qarşısını almaq lazımdır”.
“Kayrros”un baş analitiki Antuan Half bildirib ki, itirilmiş ağaclar təxminən 13 min ton CO2-yə bərabərdir.
İyul ayında Brandenburq Ətraf Mühit Nazirliyi “Tesla” zavodunun istehsalı iki dəfə artıraraq ildə 1 milyon avtomobilə çatdırmaq planını təsdiqləyib.
ABŞ Ermənistanın nüvə sahəsində əməkdaşlığa dair “123 Agreement” razılaşmasına qoşulmaqla bağlı müraciətini nəzərdən keçirir.
“Qafqazinfo” Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı ABŞ Dövlət departamentinin nümayəndəsi yayıb.
Bildirilir ki, sözügedən razılaşmaya qoşulmaq Ermənistana ABŞ-nin mülki nüvə enerjisi texnologiyalarını əldə etmək imkanı verəcək.
Departament danışıqların detallarını açıqlamasa da, Ermənistanın müraciətinə diqqət ayrıldığı qeyd olunub.
ABŞ-nin federal qanununa əsasən, digər ölkələrə nüvə texnologiyalarının verilməsi üçün ABŞ-nin Atom Enerjisi Agentliyi barədə qanunun 123-cü bölməsini imzalamaq tələb olunur. ABŞ 2022-ci ilə qədər 48 ölkə və ərazi ilə bu cür razılaşma imzalayıb.
ABŞ-də Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp iddia edir ki, Birləşmiş Ştatların silah-sursatı yoxdur, çünki Vaşinqton hər şeyi Ukrayna da daxil olmaqla, müttəfiqlərinə verir.
APA xəbər verir ki, Tramp bunu Şimali Karolinada tərəfdarları qarşısında çıxış edərkən deyib.
“Hazırda silah-sursatımız yoxdur. Bilirsiniz, biz onların hamısını Ukraynaya və müxtəlif başqa ölkələrə vermişik. Biz hər şeyi onlara vermişik. Anbarlarımız boşdur”, - Tramp qeyd edib.
Qırğızıstan prezidenti Sadır Japarov dağlarda istirahət edənlərin qoyub getdiyi zibilləri yığıb və vətəndaşları ondan nümunə götürməyə çağırıb.
“Görün təbiətimiz necə də gözəldir, su, dağlar, şam ağacları... İstirahətdən sonra zibilləri torbalara yığıb, şəhərdə konteynerlərə atmaq lazımdır.
Təbiəti qoruyaq, bir-birimizə nəzarət edək, maarifləndirək, nümunə olaq. Heç kim xaricdən gəlib bizim üçün zibil yığmayacaq. Gəlin, bir günlük yaşamayaq. Məsuliyyətsiz insanların istirahətdən sonra zibil atdıqlarını görsəniz, lütfən, onları toplayın”, - deyə prezident bildirib.