Bakıya yenidən heyran olmaqdan çox şadam - Putin

"Bakıda olmaqdan, bu şəhərə yenidən heyran olmaqdan çox şadam".

APA xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən məhdud tərkibli görüşdə bildirib.

O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Bakı şəhərinin inkişafına göstərdiyi böyük diqqət barədə çox eşidib: "Biz Bakını sevirik. Bakı gözəl şəhərdir. Ən əsası isə o elə inkişaf edir ki, bir çox başqa böyük şəhərlər ona həsəd apara bilər. Şəhər uğurlu inkişaf edir və deyərdim ki, regionun vahəsinə çevrilir".

Rusiyanın Ukraynadakı itkilərinin sayı açıqlandı

Rusiyanın Ukraynadakı itkilərinin sayı 600 mini keçib.

Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Facebook sosial şəbəkəsindəki məlumatında deyilir.

Məlumatda bildirilir ki, genişmiqyaslı müharibənin başladığı gündən bəri rus ordusunun 600 mindən çox ölən və yaralananları olub.

Ukraynanı vətəndaş müharibəsi gözləyir - Belik

Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsinə daxil olması Ukrayna üçün xaos və vətəndaş müharibəsi ilə nəticələnəcək.

Bunu Rusiya Dövlət Dumasının deputatı Dmitri Belik deyib.

“Bu gün Kursk vilayətində Ukrayna NATO-nun əsas müttəfiqi statusu üçün imtahan verir. Bəzi ölkələr üçün oxşar imtahanlar onilliklər ərzində xaos və vətəndaş müharibəsi ilə başa çatıb. Ukraynanı da eyni aqibət gözləyir”, - Belik bildirib.(axar.az)

Lukaşenko dövlət başçısı postunu tərk etməyə hazırlaşır

Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, ölkə sakinlərini onun gələcək dövlət başçısı postundan getməsinə hazırlayır.

“Report”un məlumatına görə, bu barədə Belarus lideri “Rossiya” telekanalına müsahibəsində danışıb.

“Mən insanları prezidentlikdən getməyə hazırlayıram, heç bir məyusluq və uğursuzluq olmasını istəmirəm. Biz bu yaxınlarda dəyişikliklər edərək Belarus konstitusiyasını yenidən yaratdıq. Amma biz dəyişiklik istəmirik, çünki bir növ inqilab olsun.

Mən inqilabi deyil, təkamül dəyişikliklərinin tərəfdarıyam. Və bu illər ərzində indi gördüyünüzü qurmaq üçün çox şey etdik. Bəzilərinin xoşuna gəlir, bəzilərinin xoşuna gəlmir, amma ümumiyyətlə insanlar özlərini rahat hiss edirlər”, - deyə o bildirib.

İranın kəşfiyyat nazirindən SENSASİON İDDİA: 30-a yaxın ölkədə “Mossad” casusları...

İranın gücü, təhlükəsizliyi və nüfuzu bu gün dünya siyasətçilərinin diqqətindədir.

“Azad İran” xəbər verir ki, bunu İranın ETTELAAT (kəşfiyyat və təhlükəsizlik) naziri İsmayıl Xətib bu gün parlamentin plenar iclasında deyib.

Onun sözlərinə görə, İran 28 ölkədə “Mossad” casuslarını müəyyən edib.

“Bu gün 53 ölkənin kəşfiyyat xidmətlərinin “İran masası” var və müxtəlif aktorların iştirakı və iş bölgüsü ilə bir çox anti-təhlükəsizlik planları həyata keçirilir. Biz 28 ölkədə “Mossad” casuslarını müəyyən etmişik”, - deyə Xətib iddia edib.

Qeyd edək ki, hazırda İranın kəşfiyyat naziri İsmayıl Xətib 14-cü hökumət tərəfindən parlamentə yenidən eyni vəzifəyə təklif edilib.

Türkiyə həmin 4 terrorçunu bu ölkə ilə sərhəddə MƏHV ETDİ

Türkiyədə terror aktı hazırlamaqda şübhəli bilinən 4 terrorçu İraqla sərhəddə məhv edilib.

Publika.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Əli Yerlikaya "X" sosial şəbəkəsindəki hesabında məlumat verib.

"Türkiyə ərazisində İraqla sərhədi pozan 4 terrorçu Şırnak şəhərinin Uludərə bölgəsindəki Dügün dağı ərazisində zərərsizləşdirilib", - nazir açıqlayıb.

Onun sözlərinə görə, dövlət sərhədini pozan iki pilotsuz aparat Türkiyə Silahlı Qüvvələrinə məxsus PUA vasitəsilə aşkarlanıb.

Hadisə yerindən dörd tüfəng, iki mobil telefon, bir lazer sayğacı, iki tapança, üç maqazin, akkumulyator və ərazinin xəritəsi götürülüb.

Ermənistanda İSTİ PAYIZ ANONSU... - NƏ BAŞ VERİR?

Bunu Ermənistanın keçmiş müdafiə naziri general-mayor Arşak Karapetyan deyib.
“Xalqımız bilməlidir ki, Rusiya olmasaydı, nə birinci, nə üçüncü respublika olardı. Hətta erməni quberniyası belə olmazdı. Öz tarixini unutmaq olmaz. Necə oldu ki erməni quberniyasından Ermənistan SSR yaradıldı? Necə oldu ki, sonra müstəqil Ermənistan dövləti yarandı? Bizi silirdilər və indi də silə bilərlər. Biz ermənilər anlamalıyıq ki, biz kimik”, – A.Karapetyan bildirib.

Arşak Karapetyan qeyri-ciddi adam olduğunu bildirən politoloq Natiq Miri “Sherg.az”a vurğulayıb ki, onun zabit olaraq da əhəmiyyəti yoxdur:

“Karapetyanın Ermənistan ordusuna ciddi şəkildə xeyiri dəyməyib. Eyni zamanda o məğlubiyyət generalıdır. Sadəcə təsadüfi olaraq Ermənistan ordusunun başına gətirilmişdi. Bəlkə də Karapetyan Ermənistan rəhbərliyinin ən böyük səhvlərindən biri idi. O bu açıqlaması ilə Rusiyanın casus şəbəkəsinə bağlı şəxs olduğunu ortaya qoyur. Sual yaranır ki, ermənilərin kimliyini heç kimi dəyərləndirən bir zabit Ermənistan etnosu adına nəyis' iddia edə bilərmi? Karapetyan bütün erməni etnosunu Rusiyanın vassalı hesab edir. Eyni zamanda bu statusda qalmağı özləri üçün şərəf sayır. Bir sözlə Karapetyan Rusiya qarşısında öz nökərliyini bildirir. Belə açıqlamaların əsas hədəfi növbəti dəfə hazırlanan payız dalğasına görə ictimai rəyi hökumət əleyhinə cəlb etməkdən ibarətdir. Digər tərəfdən bəziləri Nikol Paşinyanı torpaqları satmaqda ittiham edir, bəziləri isə onu Azərbaycan prezidenti İlham Əliyevin əmirlərini yerinə yetirən dövlət başçısı kimi təqdim göstərir. Hətta Nikol Paşinyanı "antixiris şeytan" adlandıranlar da var. Bunların hamısı payızda bəşər övladı olan erməniləri etiraz mitinqinə cəlb etmək üçün həyata keçirilir. Amma Arşak Karapetyanı heç kəs dinləməyəcək".
 
qezzada-bu-gune-qeder-115-korpe-olub

İsrail ilə HƏMAS hərəkatı arasında müharibə başlayandan bəri Qəzza zolağında 115 körpə ölüb.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi məlumat yayıb.

Məlumata görə, ölənlərin hamısı 8 aydan kiçik olub. Onların arasında ölüm zamanı yaşı bir aydan az olan 48 nəfər (42 %) var.

Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib. Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb. Hazırda döyüşlər davam edir.

NATO-nun Rusiya ilə savaş planı reallığa çevrilir: Kremlin Avropadakı hədəflərinin "fəlakət xəritəsi" də yayıldı

Həm NATO, həm də Rusiya Ukrayna savaşından kənar birbaşa hərbi toqquşmaları qətiyyən istisna etmir, ona görə də, genişmiqyaslı savaş strategiyası da artıq hazırlanıb... Bu isə o deməkdir ki, Ukrayna savaşının qlobal savaşa çevrilmə ehtimalı indi daha inandırıcıdır və hətta bu, ən yaxın vaxtlarda faciəvi reallığa çevrilə bilər...

Ukrayna savaşı artıq mövcud başlanğıc sərhədlərini açmış oldu. Bir müddət öncəyə qədər bu, o qədər də inandırıcı görünmürdü. Hətta bunun heç vaxt mümkün olmayacağını isbat etmək üçün müəyyən arqumentlər də gündəmə gətirilirdi. Xüsusilə də, Rusiyanın hərbi potensialının daha üstün olması barədə ehtimallar ön plana çıxarılırdı. Və bununla da Ukrayna savaşının yalnız Rusiyanın nəzarətində qalacaq bir müharibə modeli olduğu vurğulanırdı.

Ancaq həmin dövrdə dəfələrlə bu mövqenin yanlış olduğunu sübuta yetirən arqumentlər də sadalanmışdı. Belə davam edərsə, Ukrayna savaşının əvvəl-axır daha geniş areala yayıla biləcəyi barədə kifayət qədər inandırıcı xəbərdarlıq mesajları da verilmişdi. Üstəlik, bu halda, baş verə biləcək olduqca təhlükəli proseslər barədə də müəyyən mülahizələr müzakirəyə çıxarılmışdı. Və bu, onu göstərir ki, Ukrayna savaşı nə vaxtsa, ümumiyyətlə, nəzarətdən tamamilə çıxa bilər.

Onu da qeyd etmək lazımdır ki, indi artıq vaxtilə kəskin müzakirə və mübarizə mövzusu olan situasiya yaranmağa başlayıb. Belə ki, Ukrayna savaşı öz əvvəlki arealını artıq aşıb. Müharibə poliqonuna indi Rusiya ərazisi də daxil olunub. Kreml üçün nə qədər gözlənilməz olsa da, hərbi əməliyyatlar Rusiya ərazisinə sıçrayıb. Rusiya ordusu isə ölkənin sərhədlərinə nəzarəti yenidən bərpa etməkdə ciddi çətinliklərlə üzləşib. Və Kreml çaşqın vəziyyətdə olmaqla yanaşı, həm də çarəsiz görünür.

Belə anlaşılır ki, Ukrayna savaşı nəhayət, bu müharibəni ssenarilışdirənlərin planlarına uyğun istiqamət almağa yönəlib. Hər halda, indi müharibə həm Rusiya ərazisinə sıçrayıb və Kreml yeni situasiyaya tamamilə hazırlıqsız yaxalanıb. Yəni, Kremlin savaş poliqonunda situasiyanı öz xeyrinə dəyişməyə nail olması üçün artıq xeyli zaman və əlavə hərbi potensial, eləcə də, maliyyə-iqtisadi resursların sərf olunmasına ehtiyac yanacaq. Halbuki, Kremlin ixtiyarında hazırda belə hərbi və iqtisadi potensialın olduğu bir qədər şübhə doğurur. Və bu baxımdan, Qərb siyasi dairələri yaxın aylarda gələcəyə yönəlik planlarını dəqiqləşdirmək üçün əlavə zaman qazanmış kimi görünürlər.

Maraqlıdır ki, ABŞ və Qərb Ukrayna savaşını ssenariləşdirərkən daha uzaqgedən hədəflərə malik olduqlarını da qətiyyən göstərmirdilər. Hər halda, Qərbdə bu savaşla kifayətlənməyəcəkləri açıq-aşkar nəzərə çarpırdı. Xüsusilə də, Ukrayna savaşından sonrakı mərhələyə əsasən iki variant üzərindən - Rusiyanın məğlubiyyəti və qələbəsinə bağlı ehtimallardan yanaşılırdı. Çünki savaşın başlanğıc mərhələsində bu variantlardan hansının reallığa daha yaxın olduğunu müəyyən etmək mümkün deyildi. Və bu səbəbdən də Qərbin ehtiyat variantları artıq mövcud idi.

Məsələ ondadır ki, Qərbin əsas strateji hədəfləri məhz Rusiyanın hərbi məğlubiyyətinə bağlı ehtimal üzərində qurulub. Qərb siyasi dairələri Ukrayna savaşı vasitəsilə zəiflədilərək, Rusiyanın sərhədləri daxilinə sıxışdırılmış Kreml hədəfinə can atır. Bu halda, Qərbin Rusiya ilə bağlı problemləri böyük ölçüdə sıradan çıxarılmış ola bilər. Yəni, beynəlxalq məkanda Kremlin siyasi iradəsinin əhəmiyyətsiz faktora çevrilməsi də mümkündür. Və bu, o deməkdir ki, Qərb Rusiyanı dünyada hegemonluq rəqabətində görmək istəmir.

Ancaq Rusiyanın Ukrayna savaşında hərbi qələbəsi Qərb üçün əsl fəlakət variantı hesab olunur. Çünki bu halda, Kreml ABŞ və Qərbə Rusiyanın siyasi iradəsini diqtə etmək şansı qazana bilər. Ümumiyyətlə, Rusiyanın Ukrayna savaşında qələbəsi ABŞ və bütövlükdə isə NATO-nun strateji məğlubiyyəti anlamına da gələ biləcək ssenaridir. Üstəlik, bu ssenari reallaşarsa, Avropa məkanı tamamilə Rusiyanın təsir dairəsinə də düşə bilər. Və Kreml "qoca qitə"dən üzləşəcəyi istənilən müqavimət cəhdinə dərhal Rusiyanın Avropaya hərbi müdaxiləsi ilə cavab vermək imkanı qazanardı.

Təbii ki, Qərbdə bu variantın reallaşma ehtimalından ciddi əndişə duyulur. Ona görə də, Ukrayna ordusunun hazırda Rusiya ərazisində hərbi əməliyyatlar keçirməsi Qərbdə müəyyən mənada, gələcək planlara əminlik yaradıb. Halbuki, Qərb siyasi dairələrinin Rusiyanın qələbəsinə yönəlik ən arzuolunmaz varianta da artıq hazır olduqları qətiyyən şübhə doğurmur. Belə ki, bəzi məlumatlara görə, NATO Şərqi Avropa regionunda genişmiqyaslı hərbi əməliyyatlar üçün yetərli sayda canlı qüvvə və döyüş texnikası cəmləşdirib.

Üstəlik, NATO Rusiyanın Qərb sərhədlərinə topladığı hərbi kontingenti ehtimal olunan savaşa hazırlamaq üçün bir neçə genişmiqyaslı hərbi təlimlər də keçirib. Bununla da Kremlə NATO-nun Rusiyaya qarşı müharibəyə hazırlaşmaqda olması barədə açıq xəbərdarlıq mesajı verilib. Və Kreml üçün belə mesajların kifayət qədər arzuolunmaz xarakter daşıdığı isə Rusiya siyasi dairələrinin reaksiyalarından açıq-aşkar müşahidə olunur.

Məsələ ondadır ki, Kreml Rusiya və NATO arasında hərbi toqquşmaların olmasında qətiyyən maraqlı deyil. Çünki Kremldə anlayırlar ki, Rusiyanın NATO-ya qalib gəlmə şanslarına yalnız sadəlövhlər inanar. Hər halda, NATO-nun kənardan dəstək verdiyi Ukrayna ordusu ilə qarşıdurmaya çətinliklə duruş gətirən Rusiyanın bu hərbi-siyasi alyansla birbaşa toqquşmaya tab gətirməsi real görünmür. Bu isə o deməkdir ki, Kreml mümkün olduğu qədər bu təhlükədən Rusiyanı yayındırmağa məcburdur. Və Ukrayna ordusunun Rusiya ərazisinə belə rahatlıqla girə bilməsindən sonra bu, daha da açıq şəkildə etiraf edilə biləcək bir reallıqdır.

Bütün bunlara baxmayaraq, NATO kimi, Rusiya da ehtiyat variantların hazırlanmasına ehtiyac duyur. Qərb siyasi dairələrinin iddialarına görə, Kremlin NATO ilə savaş strategiyası artıq hazırlanıb. Həmin strategiya hələlik daha çox Avropa ölkələrinə uzaqmənzilli ballistik raketlər ilə dəqiq zərbələrin endirilməsini ön planda tutur. Qərb siyasi dairələri iddia edirlər ki, Kreml ilk növbədə Avropa ölkələrinin həyati əhəmiyyət daşıyan strateji obyektlərini hədəfə almağı planlaşdırır. Və bununla da, "qoca qitə"də həyat şərtlərinin, eləcə də, Rusiyaya müqavimət imkanlarının iflic edilməsinə ümid bəslənilir.

Göründüyü kimi, hər iki tərəf artıq Ukrayna savaşından kənar toqquşmaları istisna etmir. Ona görə də, həm NATO, həm də Rusiya birbaşa toqquşmaların baş verəcəyi təqdirdə, genişmiqyaslı savaş strategiyası da hazırlayıb. Bu isə o deməkdir ki, Ukrayna savaşının qlobal savaşa çevrilmə ehtimalı indi daha inandırıcı görüntülər alıb. Və hətta Ukrayna savaşının öz arealını genişləndirməsi ilə bu, ən yaxın vaxtlarda reallığa çevrilə bilər.(Yeni Müsavat)

ÜST-nin baş direktoru meymunçiçəyi ilə bağlı ölkələrə çağırış edib

“Mpox (meymunçiçəyi) virusunun daha yoluxucu variantının İsveçdə qeydə alınması bu virusun təsirinə məruz qalan ölkələrin ona qarşı birgə mübarizəsinin vacibliyini vurğulayır”.

APA xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adanom Qebreisus “X” hesabında bildirib.

O, bütün ölkələri “nəzarəti gücləndirməyə, məlumatları paylaşmağa və virusun yayılmasını daha yaxşı başa düşmək üçün birgə işləməyə, vaksinləri paylaşmağa və beynəlxalq narahatlıq doğuran ictimai səhiyyə ilə bağlı fövqəladə hallardan çıxarılmış dərsləri cari epidemiyanın həllində tətbiq etməyə” çağırıb.

Xəbər lenti