Tehranda öldürülən HƏMAS lideri İsmail Haniyə kim idi?

Fələstinli siyasətçi və Fələstin Milli Administrasiyasının mübahisəli keçmiş baş naziri İsmayıl Haniyə 1963-cü ildə Qəzza zolağındakı Elşati qaçqın düşərgəsində anadan olub.

Ailəsi 1948-ci ildə Ərəb-İsrail müharibəsi zamanı Aşkelon şəhərindən qaçaraq qaçqın vəziyyətinə düşüb.

1987-ci ildə Qəzza İslam Universitetini bitirib. O, 1989-cu ildə Birinci Müqavimət Hərəakatında iştirak etdiyi və HƏMAS üzvü olduğu üçün həbs edilib.

1992-ci ildə azad edildikdən sonra o, İsrail tərəfindən Cənubi Livana deportasiya edilib, İslami Cihad və HƏMAS üzvlərindən ibarət qrupa qoşulub.

O, 1993-cü ildə yenidən Qəzzaya qayıdıb.

1999-2004-cü illərdə HƏMAS-ın baş katibi Şeyx Əhməd Yasinin aparat rəhbəri vəzifəsində çalışıb. 2005-ci ilin dekabrında keçirilən və 2006-cı il yanvarın 25-də təkrarlanan Fələstin Qanunvericilik Şurasına seçkilərdə HƏMAS lideri Xalid Məşəl Dəməşqdə sürgündə olduğuna görə seçki siyahısına başçılıq edib.

HƏMAS-ın 132 yerdən 74-nü qazandığı seçkilər nəticəsində 16 fevral 2006-cı ildə Haniyə HƏMAS-ın baş nazirliyə namizədi elan edilib.

Fevralın 19-da o, ABŞ və İsrailin müqavimətinə baxmayaraq, Fələstin prezidenti Mahmud Abbas tərəfindən baş nazir təyin edilib.

O, 2006-cı ilin oktyabrında Qəzzada Fəth və HƏMAS üzvləri arasında toqquşma zamanı maşın karvanına hücumdan sağ çıxıb. Haniyə 2007-ci ilin mayında İsrailin evinə atdığı raket hücumundan da sağ çıxıb.

2007-ci ilin iyununda Qəzza zolağında HƏMAS və Fəth arasında münaqişə pik həddə çatdıqda, o, Fələstin prezidenti Mahmud Abbas tərəfindən tutduğu vəzifədən uzaqlaşdırılıb.

Haniyənin 13 övladı var. 2009-cu ildə ailə Şimali Qəzza zolağında Əl-Şati qaçqın düşərgəsində yaşayıb.

Ən maraqlısı odur ki, Haniyənin bacıları Xolidiya, Laila və Sabah İsrail vətəndaşıdır və İsrailin cənubundakı Tel əs-Sabidə yaşayırlar. Haniyənin bacılarının övladlarının bəzisi hazırda İsrail ordusunda xidmət edib.

Digər məqam isə ondan ibarətdir ki, Haniyənin qızı 2014-cü ildə İsrail-Qəzza müharibəsindən sonra Təl-Əvivdəki İsrail xəstəxanalarının birində müalicə alıb.

Son Qəzza-İsrail savaşında Haniyə 3 oğlunu və 4 nəvəsini itirib.

Hadisə aprelin 10-da İsrail ordusu Qəzzanın qərbindəki Əl-Şati şəhərindəki Qaçqın Düşərgəsinin sakinləri və yaxınları ilə Fitr bayramını qeyd etməyə gedən HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Hanyəinin ailə üzvlərinin çoxunun olduğu maşını vurub.

Hücum zamanı Haniyə 3 oğlu və 4 nəvəsini itirib.

"ABŞ-ın dəstəyi ilə dövlət çevrilişinə cəhd olub"

Ultra sağçı müxalifətin ABŞ və müttəfiqlərinin dəstəyi ilə Venesuelada dövlət çevrilişinə cəhd etdiyi bildirilir.

Bunu Venesuelanın müdafiə naziri Vladimir Padrino Lopez deyib.

“Biz hazırda imperialist qüvvələr - Şimali Amerika imperializmi və onun müttəfiqləri tərəfindən dəstəklənən sağ ekstremistlərin dövlət çevrilişinə cəhdinin şahidi oluruq.”, - deyə Lopez bildirib.

Mətbuat konfransında çıxış edən Lopez daha sonra sözlərinə belə davam edib:

“Çevrilişin qarşısını almaq üçün prezident Nikolas Maduro hərəkətə keçib. Biz də onunla birlikdə xalqın və bütün demokratik qurumların da dəstəyi ilə müdaxilə edirik. Biz bu dövlət çevrilişini bir daha yatırmaq niyyətindəyik. Venesuela xalqının və ordumuzun qarşısında dayana biləcək heç kim yoxdur.”

"Qlobal istiləşmə indi başlamayıb" - Alim başlanğıc nöqtəsini açıqladı

Qlobal istiləşmə tendensiyası 100 ildən artıqdır ki, kütləvi sənayeləşmənin və bəşər sivilizasiyasının urbanizasiyasının başlanğıcı ilə üst-üstə düşür.

Qaynarinfo xəbər verir ki, bu barədə coğrafiya elmləri namizədi, atmosfer fizikası və geokosmos üzrə mütəxəssis Denis Pişniak "Qlavkom"a müsahibəsində bildirib.

Onun sözlərinə görə, 1850-ci ili iqlim dəyişikliyinin başlanması üçün kifayət qədər şərti tarix hesab etmək olar.

"Temperatur əyrisinin həqiqətən kəskin yüksəldiyi 1900-cü illərdən fərqli olaraq, o zaman temperaturun dəyişməsi böyük rol oynamadı. Demoqrafik amil öz rolunu oynadı: 1880-1890-cı illərdə əhalinin artımı başladı, sənayeləşmə davam etdi, faydalı qazıntıların, xüsusən də kömürün kütləvi istifadəsi ilə müşayiət olundu", deyə alim bildirib.

Pişniak vurğulayıb ki, məhz 19-20-ci əsrlərin əvvəllərində atmosferə əhəmiyyətli miqdarda zərərli tullantılar daxil olmağa başlayıb. Və buludların əmələ gəlməsinə və nəticədə planetin temperatur rejiminə təsir edən təkcə kömür deyil, həm də digər çirkləndiricilərdir.

"Əgər istixana qazlarından danışsaq, birinci yerdə təbii ki, karbon qazı, həm də metan və ozon dayanır. Həddindən artıq su buxarının formalaşması öz rolunu oynayır, çünki su buxarı özü artıq istixana effekti yaradır və sonra da buludlara çevrilir. Bulud örtüyü isə planetin səthinə radiasiya proseslərinə (günəş istiliyinin daxil olması) qeyri-müəyyən və qeyri-xətti təsir göstərir. Həmçinin, buludların əmələ gəlməsi havadakı aerozol çirklərindən, his və turşuların mövcudluğundan çox asılıdır və bu proses hələ də tam başa düşülmür", deyə alim əlavə edib.

"HƏMAS” lideri İsmayıl Haniyə Tehranda öldürülüb - RƏSMİ

"HƏMAS"ın Siyasi Bürosunun rəhbəri İsmayıl Həniyyə Tehrandakı iqamətgahında sui-qəsd nəticəsində öldürülüb.

İslam İnqilabı Keşikçiləri Korpusu və HƏMAS hadisənin baş verdiyini təsdiqləyib.

Qeyd olunur ki, Həniyyə İranın yeni prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirakından sonra İsrail tərəfindən onun Tehrandakı iqamətgahına reyd olub.

Reyd nəticəsində İsmayıl Həniyyə və onun bir cangüdəni həlak olub.

Xatırladaq ki, 13 iyul 2024-cü ildə İsrailin Baş naziri Benyamin Netanyahu bütün HƏMAS rəhbərliyini hədələmişdi.

İran Trampa sui-qəsd cəhdində iştirak edib? - ABŞ kəşfiyyatı açıqladı

“ABŞ kəşfiyyat orqanlarında İranın Respublikaçılar Partiyasının builki prezident seçkilərində real namizədi Donald Trampa qarşı sui-qəsd cəhdində iştirakı barədə məlumat yoxdur”.

Bu barədə ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) direktor müavini Pol Ebbeyt bildirib.

Senatın Ədliyyə Komitəsi, Daxili Təhlükəsizlik və Hökumət İşləri Komitəsi qarşısında dinləmələrdə çıxış edən FTB rəsmisi deyib: “Bununla bağlı İran da daxil olmaqla, yerli və ya xarici sui-qəsdçilərin olması barədə heç bir məlumatımız yoxdur. Mən açıq şəkildə bildirmək istəyirəm ki, bizdə bununla bağlı heç bir sübut yoxdur.

Qeyd edək ki, ABŞ-ın Pensilvaniya ştatında keçmiş prezident, Respublikaçılar Partiyasının builki prezident seçkilərində real namizədi Donald Trampa qarşı sui-qəsd təşkil olunub.

Hadisə Batler şəhərində seçicilərlə görüş zamanı baş verib. Çıxışı başlayandan bir neçə dəqiqə sonra Donald Trampa atəş açılıb və güllə onun qulağına dəyib

Paşinyan Pezeşkian və Xamenei ilə görüşdü: Nələr müzakirə edildi...

“Xalqlarımızın çoxəsrlik dostluğu, sıx tarixi və mədəni əlaqələri ikitərəfli əməkdaşlığın daha da inkişafı üçün əsasdır. Biz birgə səylərlə dialoqumuzu davam etdirməyə və ikitərəfli əməkdaşlığın gündəliyini daha da dərinləşdirməyə hazırıq”.

Bunu İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkian Ermənistan baş naziri Nikol Paşinyanla görüşündə deyib.

O, İranın dost Ermənistanla siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrin daim inkişafına önəm verdiyini qeyd edib.
Pezeşkian regionda sülh və sabitliyin bərqərar olması üçün ardıcıl səylərin vacibliyini vurğulayıb.

Məsud Pezeşkian İran üçün regionda sülhün qorunmasının əsas əhəmiyyət kəsb etdiyini qeyd edərək əlavə edib ki, Tehran bütün məsələlərin dialoq yolu ilə həllini zəruri hesab edir.

Paşinyan isə öz növbəsində bildirib ki, bu səfər Ermənistan-İran münasibətlərinin dərinləşməsinə və əməkdaşlığın ən yüksək səviyyədə möhkəmləndirilməsinə sadiq olduqlarına dəlalət edir.

O eyni zamanda İranın Ali rəhbəri Seyid Əli Xamenei ilə də görüşüb. Görüşdə ikitərəfli və regional məsələlər müzakirə edilib.

Paşinyan İrana getdi 

Ermənistan Baş nazir Nikol Paşinyan İrana işgüzar səfərə gedib.

Onun İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkianla görüşü olacaq.

Bundan sonra Nikol Paşinyan İran prezidentinin rəsmi andiçmə mərasimində iştirak edəcək.

Bitkoinin dəyəri qızılı keçəcək - Tramp

ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd olan Donald Tramp qatıldığı kriptovalyuta sammitində iddialı açıqlamalar verib.

O, prezident seçiləcəyi təqdirdə bitkoinin qiymətinin qızılı keçəcəyini iddia edib.

"ABŞ planetin kriptovalyuta paytaxtı və dünyanın bikoin super gücü olacaq. Bitkoin və kriptovalyuta bazarı hər zamankindən daha çox yüksələcək", - deyə Tramp bildirib.

Trampın sözlərindən sonra bitkoin təqribən 2 min dollar dəyər itirib. Aparıcı kriptovalyutanın dəyəri 68 500 səviyyəsindən 66 900 səviyyəsinə enib.

Zəngəzurda “həyəcan siqnalı”: əhali sığınacaqlara yığılır

Ermənistan Sünik (Zəngəzur - red.) və Tavuşda əhaliyə xəbərdarlıq, sığınacaqlara enmə və ərazidən təxliyə əməliyyatlarının təşkili ilə bağlı təlimlər keçirir.

Globalinfo.az xəbər verir ki, təlimlərin iyulun 29-u saat 10:00 ilə 15:00 arası baş tutacağı açıqlanıb.

İlk olaraq Tavuş rayonunun Berd bələdiyyəsinin Azərbaycanla sərhəddə yerləşən Artsvaberd qəsəbəsində təlim üçün həyəcan siqnalı verilib.

Həmçinin Zəngəzurun Mehri qəsəbəsinin Alvank, Karçevan, Nrnadzor, Şvanidzor, Vahravar, Vardanidzor və Taştun ərazilərində də təlimlərin keçiriləcəyi bildirilir.

Həyəcan siqnalı işlə salınan zaman əhalinin təşvişə düşməməsi üçün xəbərdarlıq edilib.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin Kəlbəcər və Laçın təxribatından sonra bu təlimlər diqqət çəkir.

Qalmaqal böyüyür: Parisin biabırçılığına görə reklamlar dayandırıldı - FOTO

2024-cü il Paris Olimpiya Oyunlarının açılış mərasimində iz buraxan “Son Şam yeməyi” parodiyasına reaksiyalar davam edir.

Canlandırma zamanı LGBTQ elementlərinin daxil edilməsi xristian dünyasında reaksiyalara səbəb olub.

ABŞ-nin texnologiya nəhəngi “C Spire” nümayişdən Olimpiya reklamlarını dayandırdıqlarını açıqlayıb:

“C Spire” Olimpiadanın bir hissəsi olmaq üçün çox çalışan idmançılarımızı dəstəkləyir. Lakin Paris Olimpiadasının açılış mərasimlərində “Son şam yeməyi”nin ələ salınması bizi şoka saldı. “C Spire” olaraq biz reklamlarımızı Olimpiadadan çıxarırıq”.

Fransız Katolik Kilsəsi də baş verənlərə səssiz qalmayıb:

"Təəssüf ki, bu mərasimdə xristianlığı ələ salan səhnələr yer alıb və bu vəziyyətdən dərin təəssüf hissi keçiririk" – kilsənin açıqlamasında bildirilib.

“Tesla” və “SpaceX”in sahibi İlon Mask X-də etdiyi paylaşımda performansın "xristianlara qarşı son dərəcə hörmətsizlik" olduğunu deyib və o, xristianlığın təsir gücünü itirdiyini bildirib.

“Dailymail” qəzetinin yazdığına görə, “Paris-2024” açılış mərasiminin rəsmi videosu kəskin tənqidlərə görə yutub kanalkından silinib.

Qeyd edək ki, “Sonuncu şam yeməyi” XV əsrdə Milanda Leonardo da Vinçi tərəfindən, Lodoviko Sforsa və onun xanımı Beatriçe d'Este üçün yaradılmış divar rəsmidir.

Xristianların inancına görə, bu şam yeməyi zamanı İsa on iki həvarisindən birinin ona xəyanət edəcəyini və onu satacağını bildirmişdi.

 

 

 

 

Xəbər lenti