![]() |
|
İyulun 27-si Şimali Koreyanın şimal rayonlarına rekord dərəcədə güclü leysan yağıb, Amnok çayının suyunun səviyyəsi təhlükəli həddi xeyli keçib. Nəticədə Sinuiju şəhəri və Phenyan-Punkto əyalətinin Uiju mahalının 5 mindən çox sakini daşqın təhlükəsi olan ərazilərdə təcrid olunub.
“Qafqazinfo”nun Koreya Mərkəzi Xəbər Agentliyinə istinadən məlumatına görə, ölkə lideri Kim Çen In iyulun 28-i həmin ərazilərə baş çəkib. O, güclü yağışdan zərər çəkmiş və daşqın təhlükəsi ilə üzləşmiş rayonların sakinlərinin xilas edilməsinə və təxliyəsinə şəxsən rəhbərlik edib.
Bildirilir ki, o, məsul qurumları belə fövqəladə hallara hazırlıq prosesində yol verdikləri səhlənkarlıqlarına görə tənqid edib. Qeyd edib ki, yerli hakimiyyət orqanları lazımi səviyyədə bir dənə də olsun xilasedici texnika ehtiyatı saxlamayıb və buna görə də ordunu cəlb etməli olublar. Bundan başqa, məsul məmurların təxliyənin baş verdiyi ərazilərdə əhali ilə bağlı dəqiq məlumatı olmayıb. Kim Çen Inın sözlərinə görə, xilas edilənlərin sayı yerli hakimiyyət orqanlarının məlumatlarını xeyli ötüb.
Məlumata görə, KXDR liderinin əmri ilə Koreya Xalq Ordusunun Hərbi Hava Qüvvələrinin helikopterləri və Hərbi Dəniz Qüvvələrinin xilasedici gəmiləri əməliyyata cəlb edilib.
Venesuelanın hazırkı dövlət başçısı Nikolas Maduro respublikada keçirilən prezident seçkilərində qalib gəlib.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, siyasətçi üçüncü altıillik müddətə seçilib.
Belə ki, bülletenlərin 80%-nin hesablamasından sonra Maduro seçicilərin 51,2% səsini qazanıb. Onun əsas rəqibi Edmundo Qonsales isə 44,2% səs toplayıb.
Qeyd edək ki, N. Maduro 2013-cü ildən respublikaya rəhbərlik edir.
Şərqi İngiltərə Universiteti və Plimut Dəniz Laboratoriyasının britaniyalı alimləri sübut ediblər ki, Antarktidanı əhatə edən Cənub Okeanı atmosferdən güclü karbon qazı (CO2) uducu rolunu oynayır.
Tədqiqat "Science Advances" (SciAdv) elmi jurnalında dərc olunub.
Hava və dəniz arasında CO2 mübadiləsinin birbaşa ölçülməsindən istifadə edərək komanda Antarktida ətrafındakı okeanın əvvəlki hesablamaların proqnozlaşdırdığından 25% daha çox CO2 çıxardığını müəyyən edib.
Məlumatlar 2019 və 2020-ci illərdə baş verən təxminən 175 gün davam edən elmi ekspedisiya zamanı toplanıb. Daha sonra COVID-19 pandemiyası səbəbindən tədqiqat uzun müddətə dayandırılıb.
Nəticələr göstərib ki, Cənubi Okean yay aylarında havadan çoxlu miqdarda karbon çıxarır. Müəlliflərin fikrincə, karbon qazının udulması ilə bağlı əvvəlki təxminlər suyun yuxarı qatında temperaturun dəyişməsi və digər dəyişikliklər səbəbindən lazımi səviyyədə qiymətləndirilməyib.
Tədqiqatçılar qeyd ediblər ki, Cənubi Okeanın udma qabiliyyətini daha dəqiq təhlil etmək üçün qış dövründə məlumat toplamaq lazımdır. Lakin qütb bölgəsinə daxil olmaqda çətinliklər səbəbindən buna nail olmaq çətindir.(Qaynarinfo)
Fransanın paytaxtı Paris və onun ətraf ərazilərini əhatə edən İl-de-Frans bölgəsində olimpiya obyektlərinin yaxınlığında cinayətlərin, o cümlədən hücum və oğurluqlar artıb.
Bu barədə Fransa Daxili İşlər Nazirliyinin statistik xidmətinin iyulun 15-dən iyulun 21-dək olan dövrü əhatə edən və ötən həftənin göstəriciləri ilə müqayisəni əks etdirən hesabatında deyilir.
Sənədə əsasən, bu ərazilərdə dövlət məmurlarının təhqir edilməsi və onlara hücumların sayı əvvəlki həftə ilə müqayisədə 20%, zorakılıq xarakterli oğurluqlar 12%, davalar 11%, narkotik istifadəsi 3% daha çox qeydə alınıb.
O da qeyd olunub ki, olimpiya obyektlərinə bitişik ərazilərdən kənarda avtomobillərlə bağlı oğurluqların sayı 8% artıb. Vurğulanıb ki, bu rəqəmlər yekun deyil və şikayətlər həmişə cinayət baş verəndən dərhal sonra verilmədiyi üçün sonradan yoxlanıla bilər. Törədilmiş cinayətlərin sayı barədə də dəqiq məlumat verilmir.
Paris Polis Prefekturası, öz növbəsində, 2024-cü ilin birinci yarısı üçün statistik məlumatları dərc edərək cinayətlərin sayında “görünməmiş azalma” olduğunu qeyd edib.
Beləliklə, guya zorakılıq hadisələri 3%, quldurluq və oğurluqlar isə ümumilikdə 8% azalıb. İlin əvvəlindən nəqliyyatda oğurluq halları isə 11,2% azalıb. Qeyd olunub ki, iyulun 26-na planlaşdırılan Olimpiya Oyunlarının açılış mərasimi ərəfəsində Paris küçələrində polis və jandarm patrullarının gücləndirilməsi “çəkindirici amil”ə çevrilib.(Report)
Rumıniya ərazisinə PUA hissələrinin düşməsi ilə bağlı məlumatlardan sonra Rusiyanın bu ölkəyə məqsədli şəkildə zərbə endirdiyini düşünmürük.
Bu barədə NATO nümayəndəsi Fərəh Dahlalla deyib.
"NATO Rusiyanın alyans ərazisinə qəsdən hücum əlaməti görmür" - deyə alyans rəsmisi bildirib.
O bildirib ki, NATO son günlərdə hava patrullarının sayını artırmaqla hava məkanındakı vəziyyətə nəzarəti artırıb.
Qeyd edək ki, Rumıniya Müdafiə Nazirliyi ölkənin şimal-şərqindəki Tulça qraflığında, Ukrayna ilə sərhəd yaxınlığında düşmüş PUA qalıqlarının axtarışının aparıldığını açıqlamışdı.
Cənab İvanişvili prezidentliyə namizəd olmaq qərarına gəlsə, əminəm ki, o, Gürcüstan tarixinin ən yaxşı prezidenti olacaq.
"Bu sözləri mediaya açıqlamasında Gürcüstan ədliyyə naziri Rati Breqadze milyarder, Gürcü Arzusunun qurucusu Bidzina İvanişvilinin prezidentliyə namizəd olub-olmayacağı haqda sualı cavablandırarkən deyib.
Qeyd edək ki, Gürcüstanda prezident parlament üzvləri tərəfindən seçilir.