![]() |
|
ABŞ prezidenti Co Bayden Ağ Evdə demokrat qubernatorlarla qapalı görüşdə keçmiş Amerika lideri Donald Trampla teledebatda uğursuz çıxışından sonra tibbi müayinədən keçib.
Bu barədə “Politico” yazıb.
Nəşrin yazdığına görə, Bayden keçən həftə tibbi müayinədən keçib və özünü yaxşı hiss edir.
Dövlət başçısının iş qrafiki ilə tanış olan mənbə qeyd edib ki, Bayden çox güman soyuqdəymə əlamətləri ilə bağlı adi tibbi müayinəsindən keçib.
Onun sözlərinə görə, buraya ciddi yoxlamalar daxil olmayıb.
Belarus Ukrayna ilə sərhəddə nüvə başlıqlı raketləri daşıya bilən “İsgəndər” operativ-taktiki raket komplekslərini yerləşdirib.
Bunu Belarus lideri Aleksandr Lukaşenko özü bəyan edib.
Lukaşenko bu addımını Ukrayna hərbçilərinin Belarus sərhədlərinə yaxın ərazidə fəallığının artması ilə izah edib.
"Bu səbəbdən də “Polonez” və “İsgəndər” raket sistemləri Ukrayna ilə sərhədə göndərilib. Onların hansı döyüş sursatı olduğunu siz də bilirsiniz”, - Lukaşenko deyib.
O eyni zamanda əlavə edib ki, bundan əlavə olaraq Belarus və Rusiyanın Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə qüvvələri yüksək döyüş hazırlığı vəziyyətindədir.
Lukaşenko Ukraynanı sərhəddə qarşıdurma törətmək cəhdləri ilə bağlı xəbərdarlıq edib. “Hər hansı “qırmızı xətt” yoxdur. Əvvəlcədən müəyyən edilmiş hədəflərə bütün növ silahlarla zərbələr endiriləcək. Biz bunu edəcəyik”, - Lukaşenko vurğulayıb.
Lukaşenko onu da bildirib ki, belə bir hadisə baş verərsə, bu, ukraynalılar üçün çətin olacaq. "Ona görə də ukraynalılardan xahiş edərdim ki, odla oynamasınlar. Bu, çox təhlükəlidir”, - Lukaşenko qeyd edib.
İsrail son 30 ildə Fələstinin İordan çayının qərb sahilindəki 1270 hektarlıq ərazini öz dövlət ərazisi elan edib.
Kommersant" xəbər verir ki, bu ərazilərin İsrailin tərkibinə keçməsi rəsmi Təl-Əvivin iyunun 25-də imzaladığı və iyulun 3-də dərc olunan bəyannaməsində qeyd olunub.
Bununla bağlı Şalom Axşav hüquq müdafiə təşkilatı sənədə istinadən bildirib ki, bu, İsrailin son 30 ildə ilhaq etdiyi və öz ərazisnə qatdığı ən böyük Fələstin ərazisidir.
Hüquq müdafiəçiləri qeyd ediblər ki, 1270 hektar əraziyə daxil olan ərazinin əhəmiyyətli hissəsi əvvəllər beynəlxalq ictimaiyyət tərəfindən qoruq və hərbi təyinatlı yanğın zonası kimi müəyyən edilib. Elan edilmiş dövlət torpaqları artıq fələstinlilərin şəxsi mülkiyyəti hesab edilmir və onlar ondan istifadə imkanından məhrumdurlar. İsrail bu torpaqları ancaq israillilərə icarəyə verir.
Qeyd edək ki, İordan çayının qərb sahilinin böyük hissəsi Fələstin Muxtariyyətinin nəzarəti altındadır.
"Bütün dünya əmindir ki, Fransanın hazırkı Prezidenti Emmanuel Makron sonda bəlkə də kiminsə düşündüyündən tamamilə fərqli nəticələrə gətirib çıxaran tələsik addımlar atır".
Bu barədə "Caliber" "Youtube" kanalının süjetində deyilir.
"Bu cür uğursuz təşəbbüslərin bütün nümunələrini bir araya toplamaq və saymaq çətindir. Makronun Fransa dövlətinin başında olduğu müddətdə, xüsusən də Azərbaycanla Ermənistan arasında 44 günlük müharibədən sonra nə qədər qarışıqlıq yaratdığı barədə az yazılmayıb.
Bəzən elə təsəvvür yaranır ki, bu ölkənin prezidenti artistik şəkildə rola girərək, "Bəxtsiz" filmində möhtəşəm rol oynayan istedadlı həmyerlisi Pyer Rişarın uğurlarına görə əzab çəkir", - deyə süjetdə qeyd olunub.
"Biz HƏMAS-ın terrorçu ordusunun məhv edilməsi mərhələsinin sonuna yaxınlaşırıq və onun qalıqlarına qarşı zərbələr davam edəcək".
"Bu barədə İsrailin baş naziri Benyamin Netanyahu məlumat verib.
“Biz bütün məqsədlərimizə nail olacağıq: girovlarımızın qaytarılması, HƏMAS-ın hərbi və inzibati imkanlarının aradan qaldırılması və Qəzza zolağının təhlükəli olmamasının təmin edilməsi. Bizim çox geniş cəbhəmiz var və əminəm ki, biz düşmənlərimizi məğlub edə bilərik”, - Netanyahu vurğulayıb.
Suriyada sülhə xidmət edəcək əlavə addımların atılması mümkündür
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“Qonşu Suriyada 13 ildən artıqdır davam edən və 1 milyon insanın həyatına son qoyan münaqişənin siyasi həllini tapmağa çox çalışdıq. Sülhə və əmin-amanlığa xidmət edəcək əlavə addımların atılması mümkündür”, - Ərdoğan vurğulayıb.