Türkiyədə suriyalılara qarşı etirazlar davam edir - Video
Türkiyənin Kayseri şəhərində suriyalı bir şəxsin azyaşlı qıza təcavüz etməsi ilə bağlı yayılan məlumatlardan sonra ölkənin bir sıra şəhərlərində suriyalılara qarşı etirazlar davam etdirilir.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, ötən gecə bu cür aksiyalar Hatay, Qaziantep, Konya və Urfa kimi şəhərlərdə baş tutub.

Bildirilir ki, yerli sakinlər Kayseridə olduğu kimi həmin şəhərlərdə də suriyalılara məxsus əmlak və obyektlərə zərər vurublar.

Qeyd edək ki, Türkiyədə suriyalılara qarşı etirazlar iyunun 30-u axşam saatlarından başlayıb. Buna səbəb Kayserinin Melikgazi bölgəsində 26 yaşlı suriyalı bir şəxsin 7 yaşlı digər suriyalı azyaşlı qıza təcavüz etməsi ilə bağlı iddiaların yayılması olub.

Hadisədən sonra cinayət işi başladılıb və hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Təcavüzlə bağlı iddialar şəhər sakinlərinin narazılığına səbəb olub və onlar gecə boyu suriyalılara məxsus mağaza və avtomobillərə zərər vurublar. Ölkənin daxili işlər naziri Ali Yerlikaya hadisələrlə bağlı 67 nəfərin saxlanıldığını açıqlayıb. Eyni zamanda, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan baş verənləri qəbuledilməz adlandırıb.

Türkiyədəki bu hadisələrin ardınca Suriyanın şimal-qərbində etiraz aksiyaları keçirilib. Belə ki, El-Bab, Azez və El-Rai bölgələrində onlarla şəxs Türkiyəyə aid yük avtomobillərini saxlayaraq sürücülərdən ölkələrinə geri dönmələrini tələb ediblər. Bəzi etirazçılar avtomobillərin şüşələrini sındırıb, küçələrdə və xidməti binaların önündəki Türkiyə bayraqlarını endirilməsini tələb ediblər.
Fəxrəddin Qoca işdən çıxarıldı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iki naziri dəyişib.

“Qafqazinfo” xəbər verir ki, Türkiyə liderinin müvafiq Sərəncamı “Rəsmi Qəzet”də dərc olunub.

Sənədə əsasən, ölkənin səhiyyə naziri postunda Fəxrəddin Qoca Kamal Memişoğlu ilə əvəzlənib.

Ətraf mühit və şəhərsalma naziri Mehmet Özhasekinin yerinə isə, 2018-2023-cü illərdə bu vəzifəni daşıyan Murat Kurum təyin edilib.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyənin səhiyyə naziri Fəxrəddin Qocanın istefa verməsi ilə bağlı məlumat yayılsa da, sonradan bu xəbər öz təsdiqini tapmamışdı.
Ankara son anda İrəvanla danışıqdan imtina etdi

Bu gün Türkiyə-Ermənistan sərhədində iki ölkə nümayəndələrinin görüşü nəzərdə tutulsa da, son anda görüşdən imtina edilib.

erməni mediası xəbər verir ki, görüşün baş tutmamasının səbəbkarı Ankaradır. Ankara son anda İrəvanla görüş keçirməkdən imtina edib. Bu səbəbdən də iyulun 2-nə sərhəddə planlaşdırılan görüş təxirə salınıb.

“Son anda Türkiyə tərəfi görüşdən imtina etdi. Qərarın rəsmi səbəbləri açıqlanmayıb”, - mənbə erməni mediasına açıqlayıb.
Şahramanyanın maşınını buna görə alıbmışlar

Ermənistanın İstintaq Komitəsi iyunda Qarabağ separatçıların sonuncu “rəhbəri” Samvel Şahramanyanın xidməti avtomobilinin müsadirə edilməsinin səbəbini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, komitə “Sputnik Ermənistan”ın sorğusuna cavab olaraq bildirib ki, Şahramanyanın avtomobili narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı başladılan iş çərçivəsində müsadirə edilib.

Qeyd olunub ki, burada söhbət “Toyota Camry” markalı avtomobildən gedir.

Xatırladaq ki, iyunun 21-də Ermənistan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı dəstələri Qarabağ separatçılarının İrəvandakı nümayəndəliyinin darvazasını sındırıb, Samvel Şahramanyanın xidməti avtomobilini müsadirə ediblər. Buna cavab olaraq, Tavuş yeparxiyasının rəhbəri, müxalif “Vətən naminə Tavuş” hərəkatının lideri Baqrat Qalstanyan öz “Lexus” markalı avtomobilini Şahramanyana hədiyyə edib.
Makron hakimiyyəti ilə vidalaşır

İyunun 30-da Fransada keçirilən növbədənkənar parlament seçkilərində prezident Emmanuel Makronun liderlik etdiyi mərkəzçi partiyası 20,3% səs toplayaraq üçüncü yerlə kifayətlənməli olub.

Birinci yeri Marin Le Penin liderlik etdiyi Fransanın ifrat sağçı Milli Birlik partiyası qazanıb. Milli Birlik ilk turunda seçicilərin təxminən 34%-ni qazanıb.

İkinci yerdə isə yeni yaradılmış solçu alyans olan Yeni Xalq Cəbhəsi 28,1% səslə qərarlaşıb.

İfrat sağçılarla ittifaqda olmayan mühafizəkar Respublikaçılar Partiyası 10,2 faiz səslə dördüncü yerdə qərarlaşıb.

Seçkinin taleyi birinci turda həll olunmadığından iyulun 7-də keçiriləcək ikinci tura qalıb.

Makron hakimiyyətinin uğursuz xarici və daxili siyasəti onun iqtidarını iflasa gətirib çıxardı. Bu da özünü Makron hakimiyyəti dövründə ölkədə davamlı kütləvi etiraz aksiyları ilə müşayiət olunmasında büruzə verdi. Məhz bu uğursuz siyasətin nəticəsidir ki, Makron hakimiyyəti indi bunun acı nəticəsini yaşayır. Ona görə də xalq bu seçkidə Makron hakimiyyətinə "yox" demək üçün aktiv iştirak etdi. Çünki bazar günü 1986-cı ildən sonra Fransada ən yüksək seçici fəallığı ilə keçirilən seçki prosesi baş tutdu.

Avropa Parlamentinə seçkilərdə ağır məğlubiyyətə uğrayan Makron parlamenti buraxmaqla iqtidarını uzatmağa çalışsa da, nəticəsi olmadı. Əksinə, növbədənkənar parlament seçkilərini keçirməklə hakimiyyətini tamamilə itirmək təhlükəsi ilə üzləşdi.

İyunun 30-da keçirilən parlament seçkilərinin nəticələri ilə bağlı proqnozların dərcindən dərhal sonra Fransa prezidenti Emmanuel Makron seçiciləri iyulun 7-də keçiriləcək seçkilərin həlledici ikinci turunda ifrat sağçıları “blok etməyə” və onun iqtidarını dəstəkləmək barədə çağırış edib. Lakin Makronun bu çarğırışlarının ikinci turun nəticələrinə ciddi təsir edəcəyini gözləmək sadəlöhvlük olar. Onun bu çağırışları sacədə "suda boğulanın saman çöpündən yapışması" zərb misalını xatırladır.

Seçkinin əsas favoriti Milli Birlik Partiyasının lideri Marin Le Pen isə birinci turunu şərh edərkən deyib ki, fransız xalqı onun partiyasını dəstəklənməklə prezident Makronun düşərgəsini “az qala, məhv edib”.

İstənilən halda Makron iqtidarının məğlubiyyəti labüddür və bu proses qaçılmazdır.

Əgər birinci turda ifrat sağçılarla ittifaqa girməyən mühafizəkar Respublikaçılar Partiyası ikinci turda Milli Birlik Partiyası ilə anlaşa bilərsə və ya koalisiyaya daxil olarsa, o zaman Makron iqtidarının sonunu tezləşdirəcək.

İtaliyada yolları su basdı, kəndlərlə əlaqə kəsildi

İtaliyanın şimal regionlarında hökm sürən əlverişsiz hava şəraiti bir sıra fəsadlar törədib.

Axar.az xəbər verir ki, aramsız leysan yağışları Valle De Aosta və Piedmont bölgələrdə daşqınlara səbəb olub. Kiçik çayların məcrasından çıxması nəticəsində bəzi evləri su basıb, yollar və küçələr su altında qalıb. Valle De Aostadakı dövlət əhəmiyyətli avtomobil yolu Dora Baltea çayının daşması səbəbindən nəqliyyatın hərəkəti üçün müvəqqəti bağlanıb. Bəzi körpülər yararsız vəziyyətə düşüb. Bir çox yaşayış məntəqəsinə elektrik enerjisinin verilişində fasilələr yaranıb. Torpaq sürüşməsi nəticəsində dağlıq ərazilərdəki kəndlərlə əlaqə kəsilib.

Mülki müdafiə qüvvələri axtarış-xilasetmə əməliyyatlarını davam etdirir. Regiona dəyən ziyanın qiymətləndirilməsinə başlanılıb.

time-jurnali-baydeni-bele-tenqid-etdi

Xəbər verdiyimiz kimi, iyulun 27-də ABŞ-də seçkiöncəsi 81 yaşlı hazırkı Prezident Co Baydenlə 78 yaşlı sabiq Prezident Donald Tramp arasında CNN-in Atlantadakı baş qərargahında ilk debat keçirilib.

“Qafqazinfo”nun məlumatına görə, debatdan sonra ölkənin nüfuzlu “Time” jurnalı üz qabığı ilə diqqətləri üstünə çəkib. Belə ki, Baydenin teledebat zamanı fikrini izah edə bilməməsi, həyəcanlı halda debatdan ayrılması diqqətlərdən qaçmayıb.

Jurnal Co Baydenin fotosunu “Panika” başlığı ilə dərc edib. “Time” nəşri bununla da Amerika liderinin Trampla debatdakı uğursuzluğuna münasibət bildirib.

Xatırladaq ki, noyabrın 5-də ABŞ-də prezident seçkiləri keçiriləcək. Tramp Respublikaçılar partiyasının, Bayden isə Demokratların namizədi kimi seçkilərdə iştirak edəcək.

81 yaşlı Co Bayden və 78 yaşlı Donald Tramp ABŞ tarixində prezident seçkilərində ən yaşlı namizədlərdir.

Yeganə milyarder türk qadın: Ölkəmizə də sərmayə qoyur

ABŞ-ın "Forbes" biznes jurnalı 2023-cü il üçün milyarderlərin siyahısını dərc edib. Qeyd olunur ki, 2022-ci illə müqayisədə milyarderlərin sayı 141 nəfər artaraq 2871 nəfərə çatıb. Onlardan 369-u qadın milyarderdir.

Publika.az xəbər verir ki, "Forbes"in siyahısında yalnız bir nəfər türk qadın - "Agrotech"in sahibi, milyarder Humeira Gökçen Keskin də yer alıb.

Onun sərvəti 1,1 milyard dollardır. Qeyd edək ki, “Agrotech” kənd təsərrüfatı, qida sahəsində fəaliyyət göstərir və Türkmənistan, Azərbaycan, Qırğızıstan, Qazaxıstan və Kiprə sərmayə yatırır.

Qeyd edək ki, dollar milyarderləri siyahısına Türkiyədən 27 nəfərin daxil olduğu bildirilir.

Milyarderlər siyahısında ötən il 1-ci yerdə olan LVMH brendinin baş direktoru Bernard Arnault başçılıq edir, 2-ci yerdə 195 milyard dollar sərvətlə İlon Mask, 3-cü yerdə isə 194 milyard dollarla Ceff Bezos gəlir.

Bu ölkədə də TikTok qadağan edildi

Kosovo hökuməti “kibertəhlükəsizliyi artırmaq” məqsədilə Çin sosial media platforması TikTok-un dövlət qurumlarında quraşdırılmasını, istifadəsini və istismarını qadağan etmək qərarına gəlib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda  Kosovo hökumətinin bugünkü kabinet iclasında səsvermə keçirilib.

Qərarı hökumətə təqdim edən Kosovo daxili işlər nazirinin müavini Bardhyl Dobra bildirib ki, tətbiq “kiber təhlükəsizliyi artırmaq” məqsədilə qadağan edilib.

Dobra əlavə edib ki, qəbul edilən qərar ölkənin Kibertəhlükəsizlik Qanununa və müttəfiq ölkələrin gördüyü tədbirlərə uyğundur.

Təklif kabinet üzvləri tərəfindən yekdilliklə qəbul edilib.

İravunk: Paşinyan ətrafının telefonlarını dinləyir

“Gözəl təbəssümü və qayğısız velosiped sürməsi ilə komandasına və Ermənistan cəmiyyətinə tam arxayın olduğunu göstərməyə çalışan Nikol əslində öz kölgəsindən belə şübhələnməyə başlayıb”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu məlumat Ermənistanın müxalif “İravunk” qəzetində yer alıb.

Gələn məlumatlara görə, Paşinyan hüquq-mühafizə orqanlarının rəhbərlərinə partiyanın bütün üzvlərinin telefonlarını dinləməyi tapşırıb.

Xüsusilə, o, öz şeflərinin adına and içən üzvlərdən şübhələnməyə başlayıb, lakin bu andlar artıq onun üçün bir qəpik də dəyər kəsb etmir.

Şayiələrə görə, “Nikol indi öz fədailərini yalnız həyat yoldaşı Anna Akopyanın “məsləhətlərindən” sonra seçir”,- deyə yazıda qeyd olunub.

Xəbər lenti