![]() |
|
“Bu gün biz təsdiq edə bilərik ki, Krımda dislokasiya olunmuş rus hərbçiləri Ukrayna ərazisinə, o cümlədən Kiyevə zərbə endirmək üçün İran istehsalı olan PUA-lardan istifadə ediblər”
"Bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.
“Bizdə olan məlumata görə Krımda olan İran hərbçiləri bu əməliyyatda Rusiyaya kömək ediblər” – deyə Kirbi əlavə edib.
Kirbi bildirib ki, rəsmi Vaşinqon Rusiyanın İrandan müasir silahlar, o cümlədən “yer-yer” tipli raketlər ala biləcəyindən narahatdır.
“Google” şirkəti Azərbaycanın işğaldan azad olunan rayonlarının adlarının istifadəçilərə erməni dillində təqdim olunmasını ləğv edib.
Bu barədə paylaşımı öz feysbuk səhifəsində texnobloqer Fərid Pərdəşünas edib.
“Nəhayət 2 illik mübarizənin sonunda “Google” - Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Qubadlı, Zəngilan, Cəbrayıl adlarından erməni adlandırmasını yığışdırdı. Azərbaycandan daxil olan istifadəçilər üçün digər yerlər də ingiliscə göstərsə də, qlobal IP ilə hələ də Şuşa, Hadrut, Xankəndi, Əsgəran, Ağdərə kimi ərazilərimiz ikili erməni adları ilə verilir.
Ermənilərin hələ də yaşadıqları hissələr nisbətən başadüşülən olsa da, Hadrut və Şuşanın ikili adla qalması əsassız görünür”.
O əlavə edib ki, iki ildə Azərbaycanın əsas dövlət qurumları ilə birgə “Google”a müraciətlər ediblər.
“Birinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən 777, İkinci Qarabağ müharibəsində isə 217 nəfər itkin düşüb”.
“Qafqazinfo” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan öz rəsmi tviter hesabında yazıb.
Onun sözlərinə görə, cari ilin sentyabrında iki ölkə sərhədində son eskalasiya zamanı isə 29 erməni itkin düşüb.
Avropa İttifaqının müşahidəçi missiyası artıq Ermənistanda öz işinə başlayıb.
Qafqazinfo xəbər verir ki, bu barədə məlumatı Ermənistanın “Hraparak” qəzeti yayıb.
Məlumata görə, missiyanın üzvləri bir neçə gün əvvəl Ermənistana gəlib və oktyabrın 17-si ölkənin müdafiə naziri Suren Papikyanla görüş keçiriblər.
Missiyanın bu gün öz yerləşəcəkləri ərazilərə doğru hərəkət etdiyi iddia olunub.
Qəzet missiya nümayəndələrinin aparıldığı avtomobillərin görüntülərini də paylaşıb.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan, Fransa Prezidenti Emmanuel Makron və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında oktyabrın əvvəli Praqada baş tutan danışıqların yekununda Ermənistan-Azərbaycan sərhədi yaxınlığında Ermənistan ərazisinə Avropa İttifaqının 40 nəfərdən ibarət mülki missiyasının göndərilməsi barədə qərar qəbul olunub. Missiya müvəqqəti xarakter daşıyır və 2 aydan çox davam etməyəcək.
ABŞ-dakı məhkəmə prosesində fransız sement istehsalçısı “Lafarge”nin İŞİD terror təşkilatına yardım göstərdiyini etiraf edib.
ABŞ Ədliyyə Nazirliyindən verilən yazılı açıqlamaya görə, Fransa şirkəti Nyu-Yorkun Bruklin şəhər federal məhkəməsində iddiaçı tərəflə razılığa gəlib.
Cinayətini etiraf edən “Lafarge” 777,78 milyon dollar cərimə ödəməyə razılaşıb.
Şirkətdən verilən yazılı açıqlamada, “Lafarge” və onun törəmə şirkəti Suriyada terrorçuların törətdikləri bir sıra əməllərə görə məsuliyyəti öz üzərinə götürüb. Sement istehsalçısı baş verənlərdən çox təəssüfləndiyini bəyan edib.(oxu.az)
Tehran və Moskva 2022-ci ilin sonuna qədər hərtərəfli əməkdaşlıq sazişi imzalayacaq.
"Bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib.
"Bu müqavilə ilin sonuna qədər Tehranda və ya Moskvada imzalanacaq", - nazir bildirib.
Qeyd edək ki, bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin iranlı həmkarı İbrahim Rəisi ilə Səmərqənddə keçirdiyi görüşdə İranla yeni saziş üzərində aparıılan işin son mərhələdə olduğunu açıqlamışdı.
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan dövləti və xalqını təbrik edib.
“Nazir təbrikini tviterdə paylaşıb.
“Müstəqilliyinin Bərpası Günü münasibətilə Can Azərbaycanı səmimi qəlbdən təbrik edirəm. Biz türklər hür doğduq,hür yaşayarıq”, - o bildirib.
Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski ölkəmizi 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.
“Ukraynalı səfir bu barədə öz feysbuk hesabında paylaşım edib.
“Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev vaxtilə demişdi ki, “Müstəqillik yolu qədər çətin yol yoxdur”. Hələ uzaq 1995-ci ildə deyilən bu sözlər peyğəmbərcəsinə söylənmiş oldu və təkcə Azərbaycan üçün deyil. Dost Azərbaycan xalqını Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edirik! Sülh, əmin-amanlıq və çiçəklənmə arzu edirik!”, - deyə paylaşımda qeyd olunub.
İranın pilotsuz uçan aparat sistemlərinin Rusiya tərəfindən Ukraynadakı hərbi və mülki hədəflər üçün istifadə edilir.
“Star” qəzeti xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel deyib.
“Rusiya operatorları bu sistemlərdən istifadə etmək üçün təlim keçmək məqsədilə İrana gediblər. Bu sistemlərin hərbi və mülki hədəflərə qarşı istifadə edildiyinə dair geniş sübutlar var”, - deyə o bildirib.
İran və Rusiya arasında dərinləşən müttəfiqliyin yaratdığı təhlükənin region və dünya ölkələri tərəfindən yaxından izlənilməli olduğuna işarə edən sözçü sözlərinə belə davam edib:
“Bu, yaxından izlədiyimiz bir məsələdir və biz müttəfiqlərimiz və tərəfdaşlarımızla, o cümlədən BMT ilə İranın Rusiyaya təhlükəli silahlar tədarükü ilə bağlı sıx təmasdayıq”.
Patel İranla hərbi əməkdaşlıq edən dövlətlərə diqqətli olmağı tövsiyə edib:
“ABŞ sanksiyalar tətbiq etməkdən və ya cinayətkarlara qarşı tədbir görməkdən çəkinməyəcək” - o bildirib.
İran Xarici İşlər Nazirliyi isə Rusiya-Ukrayna müharibəsi zamanı heç bir tərəfə silah satmadığını iddia edib.
Rusiyanın Krasnodar diyarının Yeysk şəhərində “Su-34” qırıcısının yaşayış binasına çırpılma anını əks etdirən görüntülər yayılıb.
Görüntülərdə döyüş təyyarəsinin idarəetməni itirərək yaşayış sahəsinə çırpılması öz əksini tapıb.
Eyni zamanda döyüş təyyarəsinin qəzaya uğraması nəticəsində 19 sakin də yaralanıb.