![]() |
|
Rusiya Prezidenti Vladimir Putin Ukraynanı işğal etmək və xalqını özünə tabe etmək qabiliyyətini səhv hesablayıb.
Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden deyib.
Bayden Putinin genişmiqyaslı işğaldan əvvəl çıxışı zamanı qeyd etdiyi məqsədləri gülünc adlandırıb:
“Onun dediklərinə qulaq asın. O, bütün rusdilliləri birləşdirən Rusiyanın başçısı olmaq istəyir. Məncə, bu, ağılsızlıqdır”, - Bayden qeyd edib.
Siyasətçinin sözlərinə görə, Putin Ukraynanı ələ keçirə biləcəyinə inanırdı, lakin Ukrayna xalqı onun səhv etdiyini çox tez göstərdi.
G20 sammiti çərçivəsində prezident Vladimir Putinə ABŞ prezidenti Co Baydenlə görüş təklifi olarsa, o zaman Rusiya tərəfi bunu nəzərdən keçirməyə hazırdır.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Rossiya-1” telekanalında deyib.
“Biz dəfələrlə deyirik ki, biz heç vaxt görüşdən imtina etmirik. Əgər təklif olarsa, biz buna baxacağıq” – Lavrov bildirib. G20 sammiti noyabrın 15-16-da İndoneziyanın Bali adasında keçiriləcək.
Moskva Aİ-nin Ermənistanla Azərbaycan sərhədində missiyasını İrəvanla Bakı arasında münasibətlərin nizamlanmasına müdaxilə cəhdi kimi qiymətləndirir.
“Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Başa düşdüyüm qədər, Aİ-nin missiya ilə bağlı rəsmi qərarı hələ ki, xoşagələn deyil. Biz bunu Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanmasına hər hansı formada müdaxilə etmək cəhdi və növbəti cəhd kimi qiymətləndiririk. Rusiyanın vasitəçilik səylərini məhdudlaşdırmaqdır. Təbii ki, öz münasibətlərini qurmaq suveren dövlətlərdən asılıdır...”- Zaxarova qeyd edib.
Zaxarovanın sözlərinə görə, tarixdən bilirik ki, Aİ missiyaları real nizamlanmaya gətirib çıxarmayıb. “Əgər son uğurlu nümunələri bilirsinizsə, mənə deyin... Hətta deyərdim ki, onlar nəinki başqaları üçün vasitəçilik edə bilməyiblər, öz maraqlarını, birlik olaraq özlərini və üzv ölkələrini müdafiə edə bilməyiblər. Biz ondan irəli gəlirik ki, İrəvanla Bakı arasında barışığın, regionda davamlı sülhün və uzunmüddətli sabitliyin bərqərar olmasının yeganə açarı Rusiya, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli bəyanatlarının tam şəkildə həyata keçirilməsidir. Biz bu məsələ ilə bağlı erməni və azərbaycanlı həmkarlarımızla müntəzəm əlaqə saxlayırıq, Astanada MDB Nazirlər Şurası çərçivəsində keçiriləcək tədbirdən yararlanmağı gözləyirik”, - deyə Zaxarova bildirib.
"Belarusun Dövlət Təhlükəsizlik Komitəsi ölkədə silsilə terror aktları və təxribatlara hazırlıq barədə məlumat əldə edib".
Bu barədə idarənin rəisi, general-leytenant İvan Tertel məlumat verib.
Belarus DTK-nın məlumatına görə, hücumlar Belarus Respublikası Silahlı Qüvvələri və Rusiya Federasiyası Silahlı Qüvvələrinin birgə qruplaşmasının yaradılması nəzərə alınmaqla hazırlanıb.
Əvvəllər məlum olub ki, Belarus ərazisində Rusiya Federasiyası və Belarus Respublikası qoşunlarının birgə qruplaşması yaradılır.
Belarus Prezidenti Aleksandr Lukaşenko Ukraynanı ölkə ərazisinə zərbə endirməyə hazırlaşmaqda ittiham edib. O, həmçinin təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, qoşunların vəziyyətinin yoxlanılması barədə göstəriş verib.(Publika.az )
Azərbaycanla Ermənistan arasındakı 44 günlük müharibədən sonra Ukraynada da “Bayraktar TB2”-lərdən geniş istifadə olunması bu PUA-lara marağı artırıb.
Türkiyə mətbuatı xəbər verir ki, artıq ordularını modernləşdirmək istəyən bir çox ölkə “Bayraktar” almaq üçün sıraya düzülüb.
Bu dövlətlər sırasına Polşa da qoşulub. Beləliklə tarixdə ilk dəfə bir NATO ölkısi Türkiyədən “Bayraktar” almış olacaq.
Polşa müdafiə nazirinin müavini Voyçex Skurkeviç açıqlamasında bildirib ki, Polşa ordusu oktyabrda “Bayraktar TB2” pilotsuz uçuş aparatları ilə təchiz olunacaq. O, Polşa ordusunun “Bayraktar” PUA-ları almasının ordu üçün vacib əhəmiyyət kəsb etdiyini qeyd edib:
“Bu pilotsuz təyyarələrin real təhdidlərdə və real müharibədə necə performans göstərdiyini müşahidə edirik. Bu, silahlı qüvvələrin modernləşdirilməsinin çox mühüm elementidir”,- o söyləyib.
Təbii ki, Qarabağ (Xankəndidə yaşayan separatçılar nəzərdə tutulur – red.) çətin vəziyyətdədir və istənilən varianta hazırdır, lakin Rusiya indiki vəziyyətdə Qarabağı ilhaq edə bilməz. Biz indi belə bir məsuliyyəti öz üzərimizə götürə bilmərik, çünki bu, Azərbaycan və Türkiyə ilə birbaşa qarşıdurma deməkdir. Axı biz Ermənistandan tələb etmirik ki, Ukrayna ilə münaqişədə bizim tərəfimizdə çıxış etsin.
Axar.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB ölkələri ilə iş komitəsinin sədr müavini ermənipərəst Konstantin Zatulin erməni jurnalistin “Qarabağ Rusiyaya ilhaq edilə bilərmi” sualını şərh edərkən deyib.
“Biz həm Qarabağda, həm də Ermənistan sərhədlərində rolumuzun fərqindəyik. Ancaq mənə elə gəlir ki, Ermənistan, ilk növbədə, öz daxilində məsələləri həll etməlidir. Son vaxtlar Pelosinin səfəri və müxtəlif görüşlərlə bağlı səs-küy yaranıb. Biz buna etiraz etmirik. Başa düşürük ki, Ermənistan təhlükəsizliyini təmin etmək üçün hansısa variantlar axtarır. Lakin ümid edirik ki, İrəvan Rusiya ilə sıx əlaqəni saxlayacaq qədər ağıllı olacaq”, - o bildirib.
Yaxın günlərdə Ukraynaya Belarus ərazisindən hücum olmayacaq.
Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.
“Lukaşenko Belarusu tam şəkildə heç bir varianta hazır deyil. Rus ordusu ordan külli miqdarda silah, hərbi texnika və sursat çıxarıb, bəzi məlumatlara görə, bu rəqəm 100 tondan çoxdur. Ekstremal təlimlərdə resurslarını, yanacaqlarını və s. tükədiblər. Həmçinin belaruslar ümumiyyətlə vuruşmaq istəmir”, - o bildirib.
Arestoviç qeyd edib ki, Belarusda faktiki olaraq rus hərbçiləri də yoxdur – yalnız İran dronlarının operatorları və onların mühafizəçilərindən başqa.
“Belarus səfərbərliyə də hazır deyil. O ki qaldı Lukaşenkonun Rusiya Federasiyası ilə birgə regional qoşun qrupunun yerləşdirilməsi ilə bağlı bəyanatına, bunu ondan Rusiya Prezidenti Vladimir Putin tələb edib.
Pis xəbər isə odur ki, bu yoldaşlar bir ay ərzində bizi təhdid etmək üçün sərhədə 15-20 minlik mobil qrup ata bilərlər. Müəyyən şərtlər altında Putin hətta onları silahsız, hərbi texnikasız birbaşa Kiyevin üzərinə göndərə bilər”, - Arestoviç əlavə edib.
“Volodimir Zelenskini dəstəkləyən ölkələr terrorizmə sponsorluq edirlər”.
“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, bunu Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib.
Onun sözlərinə görə, terror aktlarının törədilməsinə göstəriş verən Zelenski özünü Usama ben Laden və digər beynəlxalq terrorçularla eyni tərəziyə qoyur.
O bildirib ki, onların hər ikisi terrorçudur və onlarla danışıqlar aparmaq mümkün deyil.
Rusiyanın Kiyevi bombalamasından sonra Lukaşenko Belarusun müharibəyə qoşula biləcəyinin anonsunu verdi. Batkanın sözlərindən bəlli olur ki, Kiyevə qarşı ikinci cəbhənin açılması planı hazırdır.
Müharibənin ilk günündə rusların Belarus sərhədindən Ukraynaya müdaxilə etdiyi təcrübəsi fonunda indi “hücum edən niyə xəbərdarlıq edir” sualı da yaranır: mümkündür ki, Putin bu istiqamətdən hələ ki hücuma keçməkdə tələsmir, daha çox “ikinci cəbhəni” aça biləcəyini göstərmək və bununla istəyini əldə etməyə çalışır.
Rusiya çalışır ki, Ukrayna torpaqlarının ilhaqından sonra müharibə onun şərtlərinin nəzərə alındığı müzakirə masasında yekunlaşsın. Lakin müharibənin ilk dövründən fərqli olaraq, hazırda Kiyevin əli daha güclüdür və rusların şərtləri ilə masaya gəlməyəcək, gəlsələr də, öz şərtlərini diktə edəcəklər. Moskva istədiyini əldə etmək üçün Kiyevi müharibənin ilk dövründəki vəziyyətə salmalıdır. Və bunun üçün:
- Nüvə şantajını yenilənməklə Qərbin praktiki müdaxiləsinin qarşısını alır;
- Böyük şəhərləri bombalamaqla psixoloji təzyiq yaradır;
- Belarus üzərindən ikinci cəbhəni açmaqla Ukrayna qüvvələrini parçalayır.
Bu addımlar Putinin ilhaq edilən ərazilərdə möhkəmlənmək və Kiyevi masaya gətirmək planının bir hissəsi kimi görünür.
Nüvə şantajı və raket hücumlarından sonra Belarusdan cəbhə açılması xəbərdarlığı da Ukraynanı danışıqlara məcbur etmək gedişi olaraq görünür. Rusiya bu planla Qərbin də mövqeyinə təsir edə biləcəyini hesablayır: Qərb cəbhəsinin Putinə qarşı birləşməsinə zəmin yaradan əsas amillərdən biri Kiyevin sona qədər dirənişidir, Ukrayna iki cəbhədə döyüşməli olarsa, bu, əlavə çətinliklər yarada bilər.
İkinci cəbhə xəbərdarlığı fonunda Peskovun “Putin və Ərdoğan Türkiyənin Rusiya-Ukrayna danışıqlarına ev sahibliyi etmək təklifini müzakirə edə bilər” açıqlaması da Rusiyanın atdığı addımların müharibəni bitirməyə hesablandığı fikrini gücləndirir.
Hərçənd, bu, birinci mərhələdir və Rusiyanın raket zərbələri və ikinci cəbhə xəbərdarlığı ilə Kiyevi geri çəkilməyə məcbur edəcəyi ehtimalı azdır. Bu baxımdan, Belarus üzərindən ikinci cəbhənin açılacağı gözləntisi artır.
Böyük Britaniya hökuməti əxlaq polisinə və əsas təhlükəsizlik qüvvələrinə qarşı sanksiyalar tətbiq edib.
Bu qərar kütləvi etirazlara səbəb olan Məhsa Əmininin ölümü ilə əlaqədar verilib.
Müvafiq məlumat Böyük Britaniya Xarici İşlər Nazirliyi tərəfindən yayılıb.
İran polisinin rəhbəri, briqada generalı Hüseyn Aştari, İslam İnqilabı Keşikçiləri Korpusunun (İran ordusunun elit bölmələri) tərkibində olan “Bəsic” qüvvələrinin komandiri Qulamrza Süleymani, əxlaq polisinin rəhbəri Mohammad Rostami qara siyahıya salınıb. Həmçinin güc strukturunun özü də siyahıya əlavə edilib və Xarici İşlər Nazirliyi tərəfindən qeyd edilib ki, bu qurum İranda insan haqlarının kobud şəkildə pozulmasına görə məsuliyyət daşıyır.
“Böyük Britaniya cəsarətlə öz hökumətindən cavab tələb edən və əsas insan hüquqlarına hörmət edilməsinə nail olmağa çalışan İran xalqının yanındadır. Sanksiyaların tətbiqi İran hakimiyyətinə açıq mesaj verir. Qadınlara və qızlara qarşı edilən təzyiqlərə, həmçinin öz xalqınızı məruz qoyduğunuz dəhşətli zorakılığa görə sizi məsuliyyətə cəlb edəcəyik”, - deyə Britaniya xarici işlər naziri Ceyms Kleverli vurğulayıb.