“Ermənistan hakimiyyəti istənilən ssenariyə meyillidir. Buna Paşinyanın Qarabağdan xilas olmaq barədə şəxsi qənaətləri də əlavə olunur”.

“Bunu erməni politoloq Stepan Danielyan deyib .

"Ancaq həyat göstərir ki, böyük geosiyasi maraqlar olduğuna görə qərar vermək onun səlahiyyətində deyil", - o qeyd edib.

Onun fikrincə, bu məsələdə Ermənistan hakimiyyətinin atılması, vəziyyəti daha da çətinləşdirir və Cənubi Qafqaz regionunda böyük müharibəni yaxınlaşdırır.

“Ermənistan hakimiyyəti qoşunların Qarabağda qalması və statusun gələcək üçün təxirə salınması ilə bağlı Rusiyanın mövqeyi ilə razılaşdığından danışır. Digər tərəfdən bu hakimiyyət eyni zamanda Qərbin Qarabağın Azərbaycanın tərkibində qalmasına razılıq verməkdən danışırlar. İranda isə tamamilə əks bəyanatlar verirlər”, - ekspert əlavə edib.

Soçi görüşü Rusiyanın Azərbaycan və Türkiyəyə təsirinin getdikcə azaldığını göstərdi.

Bunu erməni politoloq Stepan Danielyan deyib.

Ekspert bunu Ukrayna hadisələri ilə izah edib.

Onun fikrincə, Azərbaycanın yeganə güzəşti rus qoşunlarının mövcudluğu məsələsi olub.

“Lakin bu məsələdə vaxt bəlli deyil. Moskva göstərir ki, o, əsas vasitəçi deyil və artıq postsovet məkanı ölkələrinə öz iradəsini diktə edə bilməz. İndi sual Qərbdə nəyin təklif olunacağıdır”, - Danielyan əlavə edib.

Erməni politoloq hesab edir ki, Rusiyanın hazırkı durumda vəzifəsi öz qoşunlarını Qarabağ və Ermənistanda qalmasını təmin etməkdir.

Politoloq qeyd edib ki, Cənubi Qafqaz həm Şimali Qafqaz, həm də Mərkəzi Asiya baxımından Moskva üçün çox vacib regiondur.

“Bu regionda Türkiyə və Rusiya ilə yanaşı İran üçüncü əsas oyunçuya çevrilib, yaranan boşluğu Moskvanın rolunun azalması ilə doldurmağa çalışır”, - o vurğulayıb.

Danielyan Paşinyanın Rusiyadan dərhal İrana getməsini təsadüfi hesab etmir.

“İran üçün Türkiyə-İsrail-İngiltərənin Azərbaycanda olması ekzistensial əhəmiyyət kəsb edir. Ermənistanın ərazi bütövlüyü bu gün İranın maraqları əsasında qorunur. Amma Qərbin maraqları Moskva və Tehranın maraqları ilə ziddiyyət təşkil edir. Qərbin burada maraqları Türkiyə, Azərbaycan, İngiltərənin maraqları ilə üst-üstə düşür. Qərb proqramı həyata keçirən və Mərkəzi Asiyaya qədər olan məkanda onun iqtisadi və geosiyasi maraqlarını həll etməyə çalışan Türkiyə və Azərbaycanı dəstəkləyir”, - deyə ekspert yekunlaşdırıb.

Dünən Putinə zəng etdim, bu gün taxıl dəhlizini yenidən açdılar.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “A-Haber” kanalına müsahibəsində deyib.

O qeyd edib ki, Rusiya və Ukrayna liderləri ilə bütün gün ərzində, lazım olduğu zaman danışa bilir və hər iki tərəfin tələblərinə müsbət yanaşır.

ABŞ lideri Co Bayden 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak etmək niyyətindədir.

Oxu.az xəbər verir ki, bu barədə çərşənbə günü Ağ Evin böyük müşaviri və prezidentin köməkçisi Anita Dann "Axios" informasiya portalının təşkil etdiyi konfransda bildirib.

"Biz bu məsələ ilə bağlı qabaqcadan mühakimə yürütmək fikrində deyilik. Lakin o, namizədliyini irəli sürmək niyyətini açıqlayıb. Biz bəzi planlar hazırlayırıq", - deyə Dann bəyan edib.

Xatırladaq ki, sentyabrın 19-da CBS telekanalına müsahibəsində 79 yaşlı Bayden prezidentlik yarışında iştirak etmək niyyətində olduğunu, lakin bu məsələ ilə bağlı yekun "qəti qərar" vermək üçün hələ tez olduğunu bildirib.

Qeyd edək ki, ABŞ-da növbəti prezident seçkiləri 2024-cü ilin noyabrında keçiriləcək.

"Ukrayna limanlarından humanitar dəhlizlə taxıl ixracı bərpa edilib".

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə lideri həmçinin bu gün Ukrayna Prezidenti Volodimir Zelenski ilə “taxıl sazişi”ni müzakirə etmək niyyətində olduğunu bildirib.

Qeyd edək ki, bu gün Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov vurğulayıb: "Taxıl sazişi”nin icrası davam edir, noyabrın 3-də Ukrayna limanlarını ərzaqla daşıyan 8 gəmi tərk edəcək.

Ermənistanın Baş naziri Nikol Paşinyan İrana yeni silahlar, kamikadze dronlar üçün gedib. Nikolun Tehranın daha fəal siyasi mövqeyinə ehtiyacı var. Amma unutmayaq ki, İrəvana hazırda Qərb də dəstək verir.

Axar.az xəbər verir ki, bu fikirləri tanınmış rusiyalı hərbi ekspert, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko bölüşüb.

“İlin sonuna qədər sülh sazişinin imzalanması böyük ehtimalla baş tutacaq, eyni zamanda Azərbaycan Ermənistanın bu müddət ərzində də yeni təxribatlarına hazır olmalıdır. Amma hazırda nəyisə dəqiq söyləmək çox çətindir. Proseslər dinamik şəkildə cərəyan edir. Buna əsaslanaraq nəyinsə dəqiq proqnozlaşdırılması olduqca problemlidir. Ona görə də mən 60% qeyd edirəm ki, sülh müqaviləsi ilin sonuna kimi imzalanacaq, 40% - imzalanmayacaq. Mən Bakının sülh müqaviləsi bağlamaq istəyini başa düşürəm, İrəvanın “status” məsələsini yenidən qabartmaq və Avropa strukturlarına təzyiq göstərmək üçün bir fürsət imkanını Azərbaycanın rədd etmək istəyi də başa düşüləndir. Güman edirəm ki, Azərbaycan Prezidenti bütün bunları görür və diplomatiyasını elə quracaq ki, son nəticə ölkəsinin lehinə və məlum 5 prinsip əsasında olsun”, - deyə o bildirib.

Soçidə Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan Baş naziri Nikol Paşinyanın təkbətək görüşü zamanı maraqlı anlar baş verib. Putin ilə Paşinyan arasında demək olar ki, əməlli-başlı mübahisə gedib.

Axar.az xəbər verir ki, bu fikirləri erməni siyasi şərhçi Tevos Arşakyan bölüşüb.

“Bizdə olan məlumata görə, Nikol Rusiya Prezidentinin dediklərinə məhəl qoymayaraq, Qərbin təklif etdiyi Brüssel platformasından yararlanacağını bildirib. Sözsüz ki, bu, Putinin xoşuna gəlməyib. Tərəflər yüksək tonla mübahisə edib. Görüşdən çıxan Paşinyanın hər şey üzündə yazılmışdı. Sözsüz ki, bu danışıqlar onun ürəyincə olmadı. Ermənistan Baş nazirindən fərqli olaraq, İlham Əliyevin üzündə qələbə ruhu var idi. Artıq erməni xalqı nəticə çıxarmalıdır. Bizim yolumuz Moskva deyil, Brüsselə tərəf olmalıdır”, - deyə o qeyd edib.

İranda səfərdə olan Ermənistan Baş naziri Nikol Paşinyanın İslam Respublikasının Prezidenti İbrahim Rəisi ilə görüşdə iki ölkə arasında əməkdaşlığa dair anlaşma memorandumunun imzalanması gözlənir.

Bu barədə İRNA məlumat yayıb.

Həmçinin Rəisi və Paşinyanın birgə mətbuat konfransının baş tutacağı deyilir.

Soçi görüşündən sonra Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan barədə dedikləri diqqət çəkib.

Rusiyanın Türkiyədə təbii qaz mərkəzi yaratmaq təklifi ilə bağlı hadisələri dəyərləndirən Putin, "Məncə, Avropaya qaz nəqli üçün Türkiyədə mümkün bir mərkəz təklif etməyimizin səbəbi aydındır. Çünki avropalı tərəfdaşlarla birbaşa işləmək çox çətindir. Həmçinin boru xətlərinin bombalanması ilə bağlı faciəli hadisələrdən də xəbərimiz var. Avropalılar, demək olar ki, həmişə olduğu kimi, onların maraqlarına zərər gəlsə də, susurlar", - dedi.

“Şimal axını” boru kəmərində baş verən partlayışı terror hücumu kimi qiymətləndirən Putin, "Bütün bunlar Danimarka, İsveç və Almaniyanın müstəsna iqtisadi zonasında baş verdiyi üçün onlara nəzarət etmək bizim üçün çətindir. Bu mənada bizim Türkiyə ilə işləməyimiz daha asandır. Birincisi, Prezident Rəcəb Tayyib Ərdoğan sözünün ağası olduğu üçün onunla razılığa gəlmək bəlkə bizim üçün çətin olsa da, nədəsə razılaşsaq, onu reallaşdırmağa çalışırıq. İkincisi isə Qara dəniz sularına nəzarət etmək bizim üçün daha asandır”, - deyə bildirib.

Türkiyədə təbii qaz mərkəzi yaradılarsa, sözügedən qazın alıcılarının olacağına əmin olduğunu vurğulayan Putin, "Görək bu qış və gələn qış nə olacaq. Amma əminəm ki, yeni müqavilələr imzalanacaq", söyləyib.

“Soçidə qəbul edilmiş birgə bəyanatın mətninə əsasən deyə bilərik ki, Nikol yenidən diplomatik və siyasi cəhətdən başından qapaz alıb”.

Bunu Ermənistan müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan deyib.

Onun sözlərinə görə, Nikolanın daha bir “nailiyyəti” Qarabağ adının bəyanatın əhatə dairəsindən kənarda qalmasıdır.

“Əgər o, bəyanatın mətninə hətta Qarabağın adını, Rusiya sülhməramlı kontingentinin yerləşdiyi ərazini də daxil edə bilməyibsə, bu, alçaldıcı danışıqçıdan nə istəyirsiniz?

Ermənistanın suveren ərazilərinin işğaldan azad edilməsi və ya məhbusların geri qaytarılması, öz müqəddəratını təyinetmə hüququ haqqında bir kəlmə də yoxdur. Kommunikasiya əlaqələri üzərində suveren nəzarət haqqında bir kəlmə yoxdur”, - o qeyd edib.

Yaza bilərik ki, Soçidə o, daha bir yarım addım kapitulyasiyaya doğru addım atılıb”.

Xəbər lenti