![]() |
|
İngiltərənin keçmiş baş naziri Boris Conson Lizz Trussun istefası ilə yenidən başlayan baş nazirlik yarışından geri çəkib.
Xarici KİV xəbər verir ki, Dominikan Respublikasındakı tətildən İngiltərəyə qayıdan Conson namizədliyini hələ rəsmən açıqlamayıb. Lakin BBC-nin əldə etdiyi məlumata görə, 57 millət vəkilinin Consonu dəstəklədiyi iddia edilib. Ceyms Dədrik də Consonun namizəd olmağı düşündüyünü açıqladı.
Conson isə tətildən qayıtdıqdan sonra namizədliklə bağlı yazılanlara münasibət bildirib. O, yazılı açıqlamasında Mühafizəkarlar Partiyasının liderliyinə yenidən namizədliyini irəli sürməsi lazım olduğunu düşünənlərin sayına və 102 deputatın dəstəyini almasına təəccübləndiyini bildirib.
“Lakin mən bu yaxınlarda belə qənaətə gəldim ki, təəssüf ki, bu, düzgün iş deyil. “Parlamentdə vahid partiyanız olmasa, effektiv idarə edə bilməzsiniz.
Conson sabiq maliyyə naziri Rişi Sunak və Mühafizəkarlar Partiyasının Parlament Qrupunun sədri Penni Mordaunt ilə ortaq bir nöqtədə razılaşa bilmədiklərini izah edib:
“Ona görə də qorxuram ki, namizədliyimin davam etməsinə imkan verməmək və uğurlu namizədi dəstəkləmək daha yaxşıdır. İnanıram ki, təklif edə biləcəyim çox şey var, amma qorxuram ki, bu, doğru zaman deyil”,- o deyib.
Rişi Sunak və Conson dünən axşam görüşüb və bu hadisə Britaniya mətbuatında mümkün razılaşma kimi şərh edilib. İngiltərə qəzetlərinin yazılarına görə, iki addan birinin namizədliyi irəli sürülsə, digərinin yarışdan geri çəkiləcəyi bildirilib. İclasda namizədlikdən geri çəkilmək müqabilində qarşı tərəfə fərqli vəzifə vəd edilməsinin müzakirə olunduğu, lakin tərəflərin razılığa gələ bilmədiyi iddia edilib.
Qeyd edək ki, iyul ayında vəzifəsini tərk etməzdən əvvəl Conson ona qarşı ədalətli davranılmadığını və geri qayıtmağı düşündüyünü demişdi. Siyasi olaraq bu qayıdışın çətin olacağı bildirilirdi.
Xatırladaq ki, Böyük Britaniyanın baş naziri Liz Tras oktyabrın 20-də vəzifəsindən istefa verib. O, cəmi 45 gün idi ki, vəzifəyə seçilmişdi.
İran və Ermənistan münasibətlərində bir sıra maraqlı və müəammalı məqamlar mövcuddur.
"Bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. O, sözügedən məqamların bəzilərini sadalayıb:
- İran hazırda Ermənistan ərazisi hesab edilən Qərbi Zəngəzurda konsulluq açan yeganə ölkədir;
- İran Ermənistanın Azərbaycanla 2 kilometrlik sərhədində rəsmi nümayəndliyi olan yeganə ölkədir;
- İran Ermənistan ilə ticarət dövriyyəsini 3 dəfə artırmağı hədəfləyən yeganə ölkədir. Tehran ticarət dövriyyəsini il ərzində 1 milyard dollara, daha sonra 3 milyard dollara çatdırmağa çalışır;
- İran Ermənistanla iqtisadi əlaqələrini bu il 40 faizdən çox artıran yeganə ölkələrdəndir. Bu ilin 8 ayında iki ölkə arasındakı ticarət dövriyyəsi 43.0 % artıb;
- İran Ermənistanın xarici ticarət dövriyəsində artıq ilk üçlüyə daxil olub;
- Tehranın istədiyi kimi ticarət dövriyyəsi 3 milyard dollar olarsa o zaman İran Ermənistanın ən böyük ticarət tərəfdaşı olacaq.
"Avropa İttifaqı İran dronlarının Ukraynaya qarşı istifadəsinə görə dünən Tehrana yeni sanksiyalarının tətbiqini razılaşdırıb", - deyə millət vəkili qeyd edib.
İran ölkə daxilində baş verən etirazları araşdırmaq əvəzinə günahı qonşularda və ya okeanın o tayında axtarır.
Məhz bu səbəbdən İran Azərbaycanla sərhəd olan Qafan şəhərində konsulluq açmaqla hiyləgər planlarını həyata keçirmək istəyir.
Millət vəkili Cavid Osmanov mövzu ilə bağlı bildirib ki, İran Ermənistana dəstək olmaqla öz daxilindəki acınacaqlı vəziyyətdən fikirləri başqa istiqamətə fokuslamaq niyyətindədir.
Daha ətraflı Baku TV-nin süjetində:
“Belarusun bu gün heç bir müharibəyə ehtiyacı yoxdur”
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu fikri Belarus prezidenti Aleksandr Lukaşenko deyib.
Qeyd edək ki, bu gün Belarus dövlətinin başçısı Baranoviçi rayonu yaxınlığında Obuz-Lesnovski poliqonunda olub. Burada Belarus Hərbi sənaye komitəsi Belarus istehsalı olan silah, hərbi və xüsusi texnika nümunələrinin döyüş qabiliyyətini nümayiş etdirir.
“Kənardakı ulamalara fikir verməyin. Bizim bir yerə getmək fikrimiz yoxdur. Hazırda müharibə yoxdur. Bu, bizə lazım deyil”, - deyə “Sputnik Belarus” xəbər agentliyi Lukaşenkonun sözlərindən sitat gətirib.
“Biz sakitləşməliyik. Müharibə olmamasını istəyiriksə, hər kəs öz işi ilə məşğul olmalıdır”, - deyə Belarus lideri vurğulayıb.
Mən prezident olsaydım Putin Ukraynaya müdaxilə etməzdi.
Bunu ABŞ-ın sabiq prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində deyib.
Bayden administrasiyasının enerji siyasətini tənqid edən Tramp bildirib ki, neftin yüksək qiymətə olması Rusiyaya müharibəni davam etdirmək imkanları yaradır. “Putin mənə hörmət edirdi və biz oyun oynamadıq və bu baş verməzdi... İndi neft o qədər bahadır ki, Putin müharibəni davam etdirə bilər. Pul onun üçün problem olmayacaq” - Tramp qeyd edib.
Çoxları vacib və təhlükəli bir məsələni anlamır, əgər Cənubi Qafqazın 3 ölkəsindən biri regiona 4-cü güc mərkəzini gətirsə, ona eyni zamanda 3 böyük qonşu ölkə - Rusiya, Türkiyə və İran tərəfindən düşmən kimi baxılacaq.
Axar.az xəbər verir ki, bu barədə erməni ekspert Stepan Danielyan Feysbuk səhifəsində yazıb.
“Çoxları anlamır ki, Cənubi Qafqazda sülh yalnız İran, Rusiya və Türkiyə arasında güc balansı və qarşılıqlı maraqlar olduqda mümkündür. Həm də başa düşmürlər ki, regiona 4-cü ölkə daxil olarsa, güc balansı pozulacaq və müharibənin genişlənməsi ehtimalı yaranacaq”, - deyə o bildirib.
Danielyan əlavə edib ki, vaxtilə bu siyasi xəttə görə Gürcüstan cəzalandırılıb:
“İndi Ermənistanın siyasi hakimiyyəti belə bir eksperiment aparır. Bunun sonu pis ola bilər. Ümid edirəm ki, İranın xarici işlər naziri İrəvanda bir daha buna aydınlıq gətirdi”.
Qeyd edək ki, Ermənistanın öz ərazisinə AB “missiyasını” buraxması İranda ciddi qıcıqla qarşılanıb.