Ukrayna savaşının gedişi Kremlin qətiyyən ürəyincə deyil. Gözləniləndən qat-qat çox itkilər var. Vladimir Putinin qısa zamanda Ukraynanı ələ keçirmək planı baş tutmur. Rusiya ordusu ciddi müqavimətlə üzləşib. Kreml o qədər çarəsiz görünür ki, hətta Qarabağdakı sülhməramlıları Ukraynaya göndərir.
Bizimyol.info xəbər verir ki, Rusiya Belarusun müharibəyə qoşulmasında maraqlıdır. Ukraynalı hərbi ekspert Oleq Jdanov da məhz belə düşünür.

“Putin Lukaşenkoya təzyiq göstərir ki, Belarus müharibədə Rusiyaya kömək etsin. Lukaşenko rəsmi iştirak məsələsində hələlik yaxasını kənara çəkə, yayına bilir. O bəhanə edir ki, hər şey ondan asılı deyil, yeni konstitusiyanı gözləməlidir”.

Jdanovun fikrincə, Rusiya müharibəni alver məqsədilə dondura bilər. Hərbi ekspert Ukraynanın sona qədər getməsinin vacibliyindən danışır.

“Bizim azaldığı əldə etmək üçün yalnız bir şansımız var – Rusiya ordusunu darmadağın etmək. Başqa yol yoxdur. Biz Budapeşt memorandumu kimi yeni sənədlərə qol çəkə bilmərik. Bunun adı təslimçilik olacaq”.

Oleq Jdanov İsrailin keçmiş Baş Naziri Qolda Meirin sözlərini xatırladır. Siyasi xadim deyirdi ki, səni öldürməyə gələnlərlə razılaşma mümkünsüzdür.

“Biz düşməni 1991-ci ildəki sərhədlərə qədər qovmalıyıq. Heç bir güzəştə getmək olmaz. Rusiya ilə hər hansı razılaşma imzalamaq müharibəyə müvəqqəti fasilə vermək deməkdir. Onlar heç vaxt sakitləşməyəcək. Biz gücümüzü göstərməliyik. Doğum evinə görə qisası gələcəyə saxlaya bilmərik. Amansız cəzaya ehtiyac var”.

Jdanovun sözlərinə görə, Ukrayna ordusu vəziyyəti sabitləşdirə bilib. Heç bir cəbhədə geriləmə yoxdur. Hərbi ekspert əmindir ki, gələn həftədən ciddi nəticələri olan əks-hücumlar görəcəyik.

“Qarabağdan sülhməramlıları gətirirlər. Gəlsələr də, faydası yoxdur. Onları hazırlamağa bir-iki ay vaxt lazımdır. Biz vətəni azad etmək gücündəyik. Putin nə qədər ki sağdır, hakimiyyətdədir, məramı dəyişməyəcək. Biz işi sona çatdırmalıyıq”.

Ukraynada vəziyyətin gərginləşməsi fonunda tətbiq edilən sanksiyalara görə Rusiyanın defoltu mümkündür.

“Bunu Beynəlxalq Valyuta Fondunun Sərəncamçı direktoru Kristalina Georgiyeva deyib.

“Rusiyaya qarşı tətbiq edilən görünməmiş sanksiyalar ölkəni tənəzzülə sürükləyib. Bizim proqnozumuza görə, bu tənəzzül dərin olacaq”, - Georgiyeva bildirib.

“Defolt olaraq, bu ssenari artıq inanılmaz görünmür", - deyə əlavə edib.

BVF rəhbəri vurğulayıb ki, o, Rusiya iqtisadiyyatının mümkün defoltu ilə bağlı spekulyasiya etmək niyyətində deyil. Onun fikrincə, buna, ilk növbədə, anti-Rusiya sanksiyalarının nə qədər davam edəcəyi, həmçinin Rusiya Federasiyasının borclarını ödəyə bilib-bilməməsi təsir edə bilər.

Rusiya Prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyquya tapşırıq verib.

“TASS” xəbər verir ki, Putin Şoyquya NATO-nun hərəkətləri ilə əlaqədar Rusiya Federasiyasının qərb sərhədlərinin möhkəmləndirilməsi ilə bağlı ayrıca hesabat hazırlamağı tapşırıb.

Qeyd edilib ki, Putin Şoyqunun Rusiya hərbçilərinin əlinə keçən Qərb istehsalı olan silahların separatçı Donetsk və Luqansk Xalq Respublikalarının hərbçilərinə verilməsi təşəbbüsünü dəstəkləyib.

Rusiya Prezidenti Vladimir Putin Ukraynaya könüllülərin cəlb edilməsi ideyasına razılıq verib.

Putin bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının iclasında çıxışında deyib.

“Kiyev rejiminin qərb sponsorları beynəlxalq qanunlara məhəl qoymadan Ukraynaya açıq şəkildə muzdlu əsgərlər göndərirlər” - o bildirib.

Rusiya Prezidenti həmçinin söyləyib ki, Ukraynada Rusiyaya kömək etməyə hazır olan Yaxın Şərqdən olan könüllülərin döyüş bölgəsinə çatmaq üçün köməyə ehtiyacı var.

"Müharibədən öncə qarşıya qoyulan hədəflər və planlar savaş zamanı həmişə dəyişir. Meydandakı reallıqlar, yeni şərtlər buna məcbur edir. Bu, mütləq güzəşt demək deyil. Planları yeniləməkdir. Zelenski də hazırkı şərtlərə baxaraq siyasi planlarını yeniləyə bilər".

Bunu təqaüddə olan türkiyəli general İhsan Başbozkurt deyib.

O bildirib ki, Rusiya 48-72 saat arasında Ukraynada hər şeyi nəzarətə alacağını, Zelenskini devirə biləcəyini düşünürdü: "Amma iki həftə keçdi. Meydanda çox böyük bir üstünlüyü yoxdur. Ən azından işlər planladığı kimi getmir. Arxa planda isə iqtisadi savaş var. Rusiyanın belini qıracaq əsas faktor budur".

Ankara Universitetinin professoru Dr. Toğrul İsmail isə söyləyib ki, Rusiyanın şərtlərinin qəbul edilməsi, Ukraynanın ərazi bütövlüyünün güzəştə gedilməsidir:

"Düşünmürəm ki, Zelenski "danışa bilərik" deməklə Ukraynanın suverenliyindən vaz keçmək istəyir. Rusların irəli sürdüyü şərtlərin hər hansı birinin qəbulu Ukraynanın ərazi bütövlüyünün güzəştə gedilməsidir. Bu da Zelenskinin bu günə qədər qazandığı etibarını çox zədələyər. Mən onun danışıqlarını analiz edən zaman hər hansı bir dəyişiklik olduğunu düşünmürəm".

Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski Krım məsələsini Rusiya ilə müzakirə etməyə hazır olduğunu bildirib. O bunu Krımın və Donbasın gələcəyi ilə bağlı məsələyə aydınlıq gətirərkən deyib. Bildirib ki, Krım və Donbasda gələcəkdə insanların necə yaşayacağını müzakirə etmək və hansısa kompromisə gəlmək olar.

Dünyada qlobal ərzaq qıtlığı olacaq. "Bu barədə Fransanın kənd təsərrüfatı və ərzaq naziri Julyen Denormandi proqnoz irəli sürüb.

"Bir çox Aralıq dənizi ölkələri (Rusiya və Ukraynadan) buğda ixracından asılıdır. Qarşıdakı 12-18 ayda ərzaq böhranından qaçmalıyıq", - deyə o bildirib.

Denormand Fransanın Rusiya və ya Ukraynadan buğda idxalından çox az asılı olduğunu vurğulayıb. Eyni zamanda o qeyd edib ki, qeyri-sabit iqtisadi vəziyyət xüsusilə kənd təsərrüfatı heyvanları üçün yemin bahalaşmasına səbəb olacaq.

Qətər, Ruanda, Misir və Qırğızıstan kimi bəzi ölkələr 80 %-dən çox Rusiyadan buğda tədarükündən asılıdır. Türkiyədə bu göstərici 70 faizdir. Livan isə buğdanın 90 %-ni Ukraynadan təmin edirdi.

"Buna görə də Afrikada və Aralıq dənizi ətrafında yerləşən ölkələr Rusiya və Ukrayna ixracatının gedişatını böyük narahatlıqla izləyirlər"

Martın 10-da Ukrayna ordusu 10 Rusiya hərbi təyyarəsini vurub və Ukrayna aviasiyası rus ordusunun texnikasının iki böyük kolonuna sarsıdıcı zərbə endirib.

“Bu barədə martın 11-nə keçən gecə Ukrayna Silahlı Qüvvələrinin yaydığı məlumatda deyilir.

İlkin məlumatlara görə, Ukrayna Rusiya hava-desant qoşunlarının bütöv bir alayını, həmçinin tank, piyadaların döyüş maşınları, “Qradlar” və s texnikası ilə birgə məhv edib.

Ukraynanın ZN.UA agentliyi Rusiyanın Ukraynaya müharibəni dayandırmaq üçün irəli sürdüyü tələbləri açıqlayıb.

Mətbu orqana bu barədə diplomatik mənbələrdən bildirilib.

Onlardan 5-i Kremlin istədiyi kimi, Ukrayna Konstitusiyasında təsbit edilməlidir.

Qeyd edilir ki, Rusiyanın Ukraynaya qarşı tələbləri bunlardır:

NATO-ya üzvlükdən imtina, Ukraynanın neytral statusu.

Rus dili Ukraynada ikinci dövlət dili olmalıdır. Onu məhdudlaşdıran bütün qanunlar ləğv edilməlidir.

Krımın Rusiya ərazisi kimi tanınması.

Qondarma DXR və LXR-in, regionların (hazırda Ukraynanın nəzarətində olan ərazilər də daxil olmaqla) inzibati sərhədləri daxilində müstəqilliklərinin Ukrayna tərəfindən tanınması.

"Denasifikasiya". Ultra-millətçi, nasist və neonasist partiyaların və ictimai təşkilatların fəaliyyətinin qadağan edilməsi, nasistlərin və neonasistlərin tərənnümü ilə bağlı mövcud qanunların ləğv olunması.

"Ukraynanın demilitarizasiyası". İstənilən halda istənilən növ silahların gətirilə biləcəyi hücum silahlarından tamamilə imtina.

Türkiyənin “Pegasus” aviaşirkəti Ukrayna ətrafında yaranmış  vəziyyətlə bağlı tətbiq edilən anti-Rusiya sanksiyaları fonunda martın 13-dən 27-dək Rusiyaya və Rusiyadan uçuşları dayandırıb.

“Bu barədə aviaşirkətin rəsmi saytında yerləşdirilən məlumatında deyilir.

“Aİ-nin 2022/328 saylı qaydalarına uyğun olaraq, Rusiya Federasiyasına və Rusiya Federasiyasından gedən uçuşların sığortası, təkrar sığortası, lizinqi, istismarı, texniki xidməti ilə bağlı sanksiyalar və məhdudiyyətlər tətbiq edilir. Bu şərtlərdə əməliyyat riskləri səbəbindən bütün uçuşlarımızda Rusiya Federasiyasına isə 2022-ci il martın 13-dən 27-dək dayandırılıb”, - aviaşirkətin saytında yerləşdirilən məlumatda deyilir.

Qeyd olunur ki, bu müddət ərzində  Moskva, Sankt-Peterburq, Mineralnıye Vodı, Qroznı, Mahaçqala və Krasnodara tarixlər üçün bilet almış sərnişinlər onları ya pulsuz dəyişdirə, ya da pulunu geri ala bilərlər.

Qazaxıstanın “Air Astana” aviaşirkəti də sığorta təminatının dayandırılması ilə əlaqədar Rusiyaya uçuşları dayandırdığını açıqlayıb

“Air Astana” aviaşirkətinin mətbuat xidmətinin cümə günü  yaydığı məlumatda deyilir ki, “Air Astana” təəssüflə Rusiyadan və Rusiyaya, onun ərazisi üzərindən kommersiya uçuşları üçün sığorta təminatının dayandırılması ilə əlaqədar bu istiqamətdə bütün uçuşlar dayandırılacaq.

"Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ölkəyə 100 milyard dollardan çox ziyan vurub".

"Bunu Ukrayna Prezidenti Volodimir Zelenskinin müşaviri Oleq Ustenko bildirib.

Müşavir deyib ki, müharibədən sonra ölkəni uzun bərpa prosesi gözləyir.

Ustenkonun sözlərinə görə, vəziyyət əslində hər kəsin təsəvvür edə biləcəyindən daha ağırdır:

"Bütün dünyada Rusiya nefti və qazına tam embarqo tətbiq edilməlidir. Bu, qan puludur".

Zelenskinin müşaviri, həmçinin qeyd edib ki, Ukraynada müharibə səbəbindən müəssisələrin 50%-i bağlanıb, qalanları isə öz imkanları hesabına işləyir.

Xəbər lenti