![]() |
|
ABŞ Konqresinin Nümayəndələr Palatası dünən axşam saatlarında Ukraynaya 13,6 milyard dollar yardımı təsdiqləyib.
“Bu barədə CNN məlumat yayıb.
Mətbu orqanının yazdığına görə, qərar dərhal qəbul edilib.
Bununla da ABŞ-ın qanunverici orqanı Rusiyanın səbəbsiz hücumu fonunda Ukraynaya dəstəklərini nümayiş etdiriblər.
"Reuters"in məlumatına görə , Ukraynaya yardım Rusiya qoşunlarına qarşı mübarizədə Silahlı Qüvvələrə dəstək olmaq və vətəndaşlara, o cümlədən təxminən 1,5 milyon qaçqına humanitar yardım göstərmək üçün nəzərdə tutulub.
Donald Tramp Üçüncü Dünya müharibəsi ehtimalı və nüvə təhlükəsinin ciddiliyi barədə xəbərdarlıq edib.
“Bunu ABŞ-ın keçmiş prezidenti “Full Send Podcast”a III Dünya Müharibəsinin mümkünlüyünü istisna etməyib. O, ABŞ-a artıq hörmət edilməməsi səbəbindən nüvə müharibəsi ehtimalını ciddi təhlükə sayıb.
“Bəli, üçüncü dünya müharibəsi şansı var və bu, ölkəmizə artıq hörmət edilməməsidir”, - Tramp deyib. Həmsöhbətin Ukraynadakı vəziyyət fonunda sadə amerikalıların nüvə müharibəsindən qorxmalı olub-olmaması ilə bağlı sualını cavablandıran ABŞ-ın keçmiş prezidenti deyib: “Bəli, siz (bundan) qorxmalısınız, çünki ölkə (ABŞ) bacarıqsız insanlar tərəfindən idarə olunur”.
Tramp sonda əlavə edib ki, bu, ciddi təhlükədir.
Qərbin hərəkətlərinə dözmək niyyətində deyil
Rusiyaya dost olmayan Avropa İttifaqı (Aİ) və NATO ölkələri təşkilatı və Avropada ümumi humanitar-hüquqi məkanı dağıtmaq xəttini davam etdirdiyi üçün Rusiya Federasiyası artıq Avropa Şurasında iştirak etmək fikrində deyil.
“Bu barədə cümə axşamı Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.
Diplomatik departamentdə qeyd olunduğu kimi, Rusiyaya dost olmayan Aİ və NATO dövlətləri Avropa Şurası Nazirlər Komitəsindəki çoxluqdan sui-istifadə edərək Avropa Şurasını və ümumi humanitar hüquq normalarını məhv etmək xəttini davam etdirirlər.
“Rusiya NATO və Aİ-nin onları itaətkarcasına Avropanın ən qədim təşkilatının ardınca Qərbin üstünlüyü ilə bağlı şirnikləndirmələr üçün başqa platformaya çevirməsində iştirak etməyəcək. Qoy onlar Rusiyasız bir-biri ilə ünsiyyətdən həzz alsınlar”, - nazirliyin məlumatında deyilir.
Rusiya Xarici İşlər Nazirliyi hadisələrin gedişatının “dönməz xarakter aldığını” vurğulayıb.
Sənəddə deyilir: “Rusiya Birləşmiş Ştatlar və onun orbiti tərəfindən tapdalanan beynəlxalq hüququ əvəz etmək üçün “qaydalara əsaslanan nizam”ın tətbiqinə uyğun olaraq kollektiv Qərb tərəfindən həyata keçirilən bu təxribatçı hərəkətlərə dözmək niyyətində deyil”.
Rus ordusunun müvəqqəti nəzarətində olan Melitopol sakinlərinə təbliğat vərəqələri paylanılır. Şəhər əhalisinə Rusiyanın sülh və təhlükəsizliyə zəmanət verdiyi bildirilir, Ukrayna hərbçilərinə silahlarını təhvil verib evlərinə getmək çağırışı edilir.
Bu barədə “Azadlıq” radiosu yazır.
Yerli sakinlərə müraciətdə deyilir:
“Hörmətli melitopollular, Rusiya Ukrayna xalqı ilə müharibə aparmır. Hakimiyyət Kiyev xuntasının deyil, xalqındır. Rusiya sizə sülh və təhlükəsizliyə zəmanət verir. Ölkənin dinc əhalisinə heç bir təhlükə yoxdur”.
Onlara doğru məlumat əldə etmək üçün Rusiyanın Teleqram kanallarını oxumaq tövsiyə olunur.
İddialara görə, başqa bir vərəqdə Putinin ukraynalılara müraciəti var, burada Rusiyanın özünümüdafiəsi, neonasistlər və qarşılıqlı fəaliyyət çağırışı qeyd olunub.
Beynəlxalq aləm Rusiyanın Ukrayna arasındakı müharibənin ilk günündən hərbi əməliyyatları dayandırıb, masa arxasına əyləşməyi tələb etsə də, yüksək səviyyədə görüşün reallaşması mümkün olmadı. Müharibənin davam etdiyi 15-ci günündə isə Moskva ilə Kiyev arasında ən yüksək səviyyədə ilk belə görüş keçiriləcək. Rusiya xarici işlər naziri Sergey Lavrovla və Ukrayna xarici işlər naziri Dmitri Kuleba bu gün Antaliyada bir araya gələcək. Odur ki, hazırda dünyanın gözü Antalyadadır.
Görüş Türkiyə tərəfinin təşəbbüsü və ciddi səyi nəticəsində Antalyada Diplomatiya Forumu çərçivəsində reallaşcaq.
Ankara ümumiyyətlə Rusiya-Ukrayna münaqişəsinin hələ hərbi fazaya keçməzdən öncə problemin danışıqlar yolu ilə həllinə və bu məsələdə vasitəçilik missiyası təşəbbüsünü irəli sürüb. Rusiyanın Ukraynaya hücumundan sonra isə Ankaranın hərbi əməliyyatların dayandırılması istiqamətindəki səyləri daha da intensivləşib. İstər Türkiyə prezidenti Ərdoğan, istər xarici işlər naziri, istərsə də müdafiə nazirləri səviyyəsində Rusiya və Ukrayna tərəfindəki mövqedaşları ilə dəfələrlə danışıqlar olub. Türkiyə tərəfi təkidlə Putin və Zelenskinin bir masa arxasında əyləşib bütün məsələləri danışıqlar yolu həll edilməsi istiqamətində səy göstəməkdədir. Ankaranın bu səyləri öz müsbət nəticəsini verməkdədir. Lavrov-Kuleba görüşü bunun bariz nümunəsidir. Baxmayaraq ki, digər Avropa ölkələri də vasitəçilik missiyası təşəbbüsü ilə çıxış edib. Amma tərəflər Ankaranın vastəçilikdə daha səmimi olduğunu qəbul edərək, onların təşəbbüslərini dəstəkləyərək görüşə razılıq verib. Bu isə Türkiyənin dünyada təhlükəsizliyin, sabitliyin, sülhün bərqərar olmasında müstəsna rolunu və ciddi aktor rolunu göstəməkdədir.
Antalyada Moskva ilə Kiyev arasında yüksək səviyyədə keçiriləcək bu görüşün diqqət çəkən digər məqamı da ondan ibarətdir ki, danıqşılar Ankaranın iştirakı ilə üçtərəfli formatda keçirilməsidir.
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu açıqlamasında deyib ki, hər iki nazir xüsusilə mənim Antalyadakı bu görüşdə iştirak etməyimi və üçtərəfli şəkildə keçirməyimi istədi: “Ona görə də bu görüşü üçtərəfli formatda 10 martda Antalyada keçirəcəyik. Ümid edirik ki, bu görüş dönüş nöqtəsi olacaq. Bu görüşün sülh və sabitliyə doğru mühüm bir addım olmasını arzulayırıq”.
Bu, bir daha Kiyev və Moskvanın münaqişənin həllində oynaya biləcəyi rola verdiyi yüksək dəyər kimi qiymətləndirmək olar.
Odur ki, indi bütün dünyanın diqqəti Antalyaya yönəlib.
Düzdür, bu müharibə edən tərəflər arasında ən yüksək səviyyədə ilk görüş olduğundan, görüşün yekunundan ciddi nəticələrə gözləməyə dəyməz. Çünki bunu tərəflər özləri də etiraf edib.
Amma tərəflərin danışıqlarda maraqlı olması və gələcək addımları müəyyənləşdirmək baxımdan mühüm addımdır. Bu görüş davamlı xarakter almasına və tezliklə atəşkəsin əldə edilməsinə, o cümlədən Putinlə Zelenski arasında görüşünün baş tutmasına gətirib çıxaracaq. Onsuz da prosesin hansısa mərhələsində məsələni çözmək üçün hər iki ölkənin lideri bir masa araxasında oturmaq məcburiyyətindədir. Mümkündür ki, Antalya görüşü bu istiqamətdə mühüm addıma olacaq.
Görüş uğurla nəticələnərsə, növbəti mərhələdə biz Putinlə Zelenskinin Türkiyədəki görüşlərinin də şahidi ola bilərik.
Rusiya Prezidenti Vladimir Putin hərbi təcavüzlə öz məqsədilə nail ola bilmir, indi isə o, Qərbin Ukrayna ilə bağlı təvazökar addımları atmağa cəsarət edə bilməməsi sayəsində diplomatik təzyiqlə məqsədinə nail olur.
Axar.az xəbər verir ki, bu sözləri rusiyalı politoloq Andrey Piontovski öz məqaləsində qeyd edib.
“İndi isə Bennett planı haqqında... Kobud dillə desək, Moskva Donetsk, Luqansk və Krımı çıxandan sonra Ukraynanın bütünlüklə işğalından əl çəkir. Həmçininn Ukrayna NATO-ya daxil olmaqdan imtina edir, neytrallığını bəyan edir, hansısa formada Krım və Donbasın Rusiyanın olmasını qəbullanır.
Bu, kapitulyasiayaya olduqca oxşardır. Ancaq Ukrayna rəhbərliyini günahlandırmaq çətindir. Çünki bu, məhz Qərbin sözün əsl mənasında acizliyini və Ukraynanı minimal dərəcədə müdafiə etmək istəmədiyini nümayiş etdirdiyi gündə təklif olunur.
Moskva isə şantajını davam etdirir: Ya Bennett planı ilə razılaşırsınız, ya da biz daha qəddar bombardmanlara keçəcəyik: Qroznı və Hələblə etdiyimizi Ukrayna şəhərlərinə qarşı da edəcəyik. Bu vəziyyətdə Ukrayna rəhbərliyi çox çətin seçim qarşısındadır. Bennett planı Ukrayna üçün qəbuledilməzdir, lakin bu, onu da göstərir ki, Putin özünün maksimal hədəflərindən imtina etmək məcburiyyətindədir”, - deyə müəllif yazısında bildirib.
İki həftə ərzində Amerikanın 100-ə yaxın nəhəng şirkəti Rusiya bazarını tərk edib.
“Bu barədə məlumatı “RBK-Ukraina” nəşri yayıb.
Ukraynanın ABŞ-dakı səfiri Oksana Markarova sözügedən şirkətlərə mənəvi liderlik nümayiş etdirdiklərinə görə minnətdarlığını bildirib.
Onun sözlərinə görə, “Microsoft”, “Apple”, “PayPal”, “American Express”, “Visa”, “Mastercard”, “Boeing”, “Deloitte”, “Adobe”, “IBM”, “Cisco”, “Intel”, “Oracle”, “Ford”, “Dell”, “Delta Air Lines”, “General Motors”, “McDonalds”, “Starbucks” və bir çox digər nəhəng şirkət Rusiya bazarlarına gələcək investisiyaların dayandırılması, ölkə bazarlarında iştirakın dayandırılması ilə bağlı qərar qəbul ediblər.
Vaşinqtonun Rusiyaya qarşı qarşıdurmaya beynəlxalq dəstəyi gücləndirməyə çalışdığı bir vaxtda Ağ Ev ABŞ prezidenti Co Bayden ilə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin “de-fakto” liderləri arasında telefon danışıqlarını təşkil etmək cəhdi uğrusuz alınıb.
“Wall Street Journal” xəbər verir ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və BƏƏ-nin Şeyxi Məhəmməd bin Zayed hər ikisi Baydenlə danışmaqdan imtina ediblər.
Mətbu orqanının yazdığına görə, bununla belə, şahzadə və şeyx keçən həftə Rusiya prezidenti Vladimir Putinlə, həmçinin Vladimir Zelenski ilə danışıblar.
Nəşrin məlumatına görə, BƏƏ və Səudiyyə Ərəbistanı neft hasilatını artırmaqdan imtina edir və OPEK və Rusiyanın başçılıq etdiyi istehsalçılar qrupunun təsdiq etdiyi plana sadiq qalır.
Rəsmilər Əbu-Dabi və Ər-Riyadın husilərin Yəməndəki raket zərbələrinə ABŞ-ın “təmkinli” cavabından və İranla nüvə sazişinin dirçəldilməsindən narahat olduqlarını bildiriblər.
Zelenski “NATO-ya marağının itdiyini” və “Donbas və Krımla bağlı kompramisin tapılmasının mümkün olduğunu” açıqladı: bu, artıq Qərbin dəstəyini artırmaq üçün manevr xarakterli açıqlama yox, Rusiya işğalını dayandırmaq məqsədilə Moskvaya ünvanlanan mesajdır.
Rusiyanın ağır tələblərindən – Ukraynanın Donetsk və Luqanskın “müstəqilliyini” tanıması, Krımdan imtina etməsi, rusların istədiyi “neytral status”la razılaşması... – imtina edəcəyi inandırıcı deyil, lakin Ukrayna rəhbərliyi müharibə meydanındakı mövcud vəziyyətdən çıxış edərək, Kremlin şərtlərini dəyişdirə biləcəyi, ən azı “uzunmüddətli atəşkəs”ə razı olacağı ehtimalını da dəyərlənirir.
Və bu təklifi Ukrayna-Rusiya xarici işlər nazirlərinin Türkiyədə keçiriləcək görüşündən öncə irəli sürməsi təsadüfi deyil. Lavrovun martın 10-da Kuleba ilə Antalyada görüşə razı olması da Moskvanın real vəziyyət fonunda şərtlərini müzakirə etmək niyyətindən xəbər verir.
Türkiyə masası hər iki tərəf üçün sərfəlidir:
- Rusiya üçün Fransa və Almaniyanın vasitəçiliyi Qərb cəbhəsi qarşısında “geri çəkilmək”, Çinin vasitəçiliyi strateji “rəqib” kimi gördüyü bu ölkənin önə çıxması deməkdir: Türkiyə həm Qərb cəbhəsinə qarşı təklənməmək üçün lazımlıdır, həm də regional kartları paylaşa biləcəyi ölkədir;
- Ukrayna üçün Çin Rusiyanın istəyinə yaxın mövqedən çıxış edə biləcək ölkədir, Rusiya ilə iqtisadi əlaqələrə önəm verən Avropa “masası”nda isə daha çox itirə bilər: Türkiyə masasında Kiyev kompramisə getsə belə, bunun rusların ağır şərtləri çərçivəsində olmayacağı imkanı böyükdür.
Zelenski mövcud vəziyyətdə ən unikal variantı təklif edir:
Birincisi, ABŞ, Fransa, Almaniya və qonşu Türkiyənin iştirakı ilə Ukraynaya aid kollektiv təhlükəsizlik sazişi imzalansın: bu, Rusiyanın istədiyi “neytral status”un Kiyevin maraqlarına uyğun olan fərqli forması hesab oluna bilər; Ukrayna NATO-ya inteqrasiya məsələsini arxa plana keçirir, Rusiya hücumdan əl çəkir və adıçəkilən ölkələrin iştirakı ilə onun təhlükəsizliyinə kollektiv zəmanət verilir;
İkincisi, Krım və Donbas məsələsində hər iki ölkəni də qane edəcək həll yolu tapılır: Zelenski bildirir ki, “Ukraynanın bir hissəsi olmaq istəyən insanlar orada necə yaşayacaq, özünü Rusiya vətəndaşı kimi görənlər nə düşünür?! Biz Krımı Rusiyanın ərazisi kimi tanıya bilmərik, Rusiya da buranın Ukrayna ərazisi olduğunu etiraf etməyəcək”;
Mümkündür ki, Kiyevin Krım və Donbas məsələsində güzəşti bu bölgələrdə birgə idarəçilik modelinin yaradılması kimi təklifləri ola bilər.
Rusiyanın bunu qəbul edəcəyi ehtimalı zəifdir, hərçənd, istisna deyil ki, müharibənin gedişi və vaxt uzandıqca sanksiyaların əyani təsiri Moskvanı “minimum qazanca” məcbur etsin. O da istisna deyil ki, martın 10-da Türkiyənin vasitəçiliyi ilə keçiriləcək görüşdə müəyyən irəliləyişlər də olsun. Lakin rusların masada maksimum istəklərinə nail olmaq üçün hücumların miqyasını artıracağı da bəllidir.
“PepsiCo” şirkəti Rusiyada içkilərinin reklamını və satışını dayandıracaq.
Bu barədə şirkətin rəsmi saytında məlumat verilib:
“Biz “Pepsi-Cola” və qlobal içki brendlərimizin, o cümlədən “7Up” və “Mirinda”nın Rusiyada satışlarının başa çatdığını elan edirik”.
Şirkətdən bildirilib ki, Rusiya Federasiyasına investisiyaların dayandırılması barədə qərar qəbul ediblər. Vurğulanır ki, “PepsiCo” müvafiq səbəbdən ölkədə süd və uşaq qidalarının satışından imtina etməyəcək.
“PepsiCo Inc.” şirkəti “Pepsi”, “Mirinda”, “7up”, “Lay's”, “Cheetos”, “Doritos” kimi brendlərin sahibidir. Şirkət 1959-cu ildə Rusiyada fəaliyyətə başlayıb.