![]() |
|
Ukrayna Prezidenti Volodimir Zelenski avropalıları öz şəhərlərinin küçələrinə çıxmağa və Rusiya ilə müharibədə Ukraynaya dəstək verməyə çağırıb.
"O, bu barədə telekörpü və Ukraynaya dəstək aksiyasında iştirak edən Avropa şəhərlərinin sakinlərinə müraciəti zamanı bildirib.
Prezident Ofisinin canlı yayımı zamanı Zelenski qeyd edib ki, o, çıxışının ilk dəqiqəsini bütün həlak olan Ukrayna hərbçilərinin, xüsusi təyinatlılarının, polislərinin, kəşfiyyatçılarının, yanğınsöndürənlərinin – canını verənlərin xatirəsini əbədiləşdirməyə həsr edir.
"Mən ikinci dəqiqə susmaq istəyirəm - mülki vətəndaşlarımızın: böyüklərin və uşaqların, canını verən, lakin bundan xəbəri olmayan onlarla, yüzlərlə insanın şərəfinə. Onlar canlarını verib, əbədi istirahət ediblər. Xahiş edirəm. onların xatirəsini sükutla yad edin”, - deyə dövlət başçısı bildirib.
Prezident isə üçüncü dəqiqəni Avropa xalqlarına həsr edib.
"Susmayın. Küçələrə çıxın. Ukraynanı dəstəkləyin. Azadlığımızı dəstəkləyin. Çünki bu, təkcə Rusiya hərbçiləri üzərində qələbə deyil, bu, işığın qaranlığa qalib gəlməsidir. Bu, xeyirin şər üzərində qələbəsidir. Susmayın, Ukraynaya dəstək olun. Əgər biz qalib gəlsək – mən xalqımıza arxayınam, sizə də arxayınam – bu, demokratiyanın, dəyərlərin, azadlığın böyük qələbəsi olacaq”, - Zelenski əlavə edib.
Frankfurt, Praqa, Lion, Tbilisi, Vyana, Bratislava, Vilnüs şəhərlərində Ukraynaya dəstək mitinqlər keçirilib. Aksiyalarda ümumilikdə 200 minə yaxın insan iştirak edib.
“Avropa indi oyanmalıdır! Hazırda Avropanın ən böyük atom elektrik stansiyası yanır və Rusiya tankları nüvə bölmələrini atəşə tutur".
Bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya hərbçilərinin açdığı atəş nəticəsində Enerqodardakı Zaporojye atom elektrik stansiyasında yanğın baş verməsi barədə danışarkən deyib. O, xəbərdarlıq edib ki, bu cür hücumlar Çernobıl faciəsinin təkrarı ilə yekunlaşa bilər:
"Bunlar termal kameralarla təchiz olunmuş tanklardır. Yəni hara atəş açdıqlarını bilirlər. Onlar buna hazırlaşırdılar. Burada 6 enerji bloku var. Çernobılda cəmi 1 blok partlamışdı. Ukraynada 15 atom enerji bloku var. Burada partlayış Avropanın sonu ola bilər”.
Ukrayna Prezidenti Volodimir Zelenski son bir həftə ərzində ən azı üç sui-qəsd cəhdindən sağ çıxıb.
Bu barədə “The Times” nəşri yazıb. Qeyd edilib ki, Ukrayna prezidentini öldürmək üçün iki fərqli qruplaşma göndərilib - Kremlin dəstəklədiyi Vaqner qrupunun muzdluları və Çeçenistan xüsusi təyinatlıları.
Bildirilib ki, hər iki qrupun qarşısı Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) daxilindəki anti-müharibə elementləri tərəfindən alınıb.
Kiyevdəki Vaqner muzdluları cəhdləri zamanı itkilər verib və ukraynalıların onların hərəkətlərini nə qədər dəqiq gözlədiklərindən təşvişə düşdüyü deyilir.
Ukrayna Müdafiə Nazirliyi Rusiyaya qarşı müqavimətin doqquzuncu günü ilə bağlı məlumat yayıb.
“Report xəbərinə görə, nazirlikdən bildirilib ki, Enerqodardakı Zaporojya AES-in təlim binasında baş verən yanğın söndürülüb.
Qeyd olunub ki, ölən yoxdur.
Bildirilib ki, Rusiya qoşunları əsas səyləri Kiyevin mühasirəyə alınmasına və blokadaya alınmış yaşayış məntəqələrində müqavimətin zəifləməsinə yönəldiblər: “Bu tapşırığın icrası zamanı Rusiya Silahlı Qüvvələri əməliyyat ehtiyatlarının böyük hissəsini tükədiblər. Onlar Cənub və Şərq hərbi dairələrindən əlavə qüvvə və vasitələrin köçürülməsi üçün hazırlıqlara başlayıblar. Volın istiqamətində qarşı tərəf 2 tabor taktiki qrupunun köməyi ilə Poliske və Kuxari ərazilərində müdafiə əməliyyatlarına keçib”.
Nazirliyin məlumatına görə, Rusiya tərəfi Belarus Silahlı Qüvvələrini Ukraynaya qarşı müharibəyə cəlb etmək üçün sərhəddə silahlı təxribatlar törədə bilər.
Rəsmi informasiyaya əsasən, ruslar Xarkovu şimaldan mühasirəyə alırlar: “Rusiya qoşunları Axtırka bölgəsində uğur qazana bilməyib və əsas qüvvələrini Qadyaç və Zinkov rayonlarında cəmləşdirib. Texnikada əhəmiyyətli üstünlüyə malik olan rusiyalılar Mariupolu mühasirəyə alıb. Luqansk istiqamətində döyüşlər gedir. Nikolayev istiqamətində rusiyalıların qarşısı alınıb, lakin Voznesensk istiqamətində qismən uğur qazanıblar.
Rusiya hərbi dəniz qrupu dəniz bazalarından çıxarılıb. Ruslar bütün istiqamətlərdə itki verir. Demotivasiya olunmuş qarşı tərəf təslim olur və texnikanı atırlar”.
Moskvanın “Vnukovo”, “Domodedovo” və “Şeremetyevo” hava limanlarında 130-dan çox reys gecikir və yaxud təxirə salınıb.
“Bu barədə məlumatı “RİA Novosti” yayıb.
Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden martın 2-si bildirib ki, Amerika Rusiyaya qarşı yeni sanksiyalar qismində öz hava məkanını bu ölkənin təyyarələri üçün bağlayır. Qadağa çarter reysləri də daxil olmaqla, Rusiyada qeydiyyata alınan bütün təyyarələrə aiddir.
Avropa İttifaqı da öz növbəsində fevralın 28-i istənilən Rusiya təyyarəsinə Aİ ərazisində enməyə, buradan havaya qalxmağa və Aİ ərazisi üzərindən uçmağa qadağa qoyub.
Yanğınsöndürənlər Zaporojye Atom Elektrik Stansiyasında baş verən yanğını söndürmək üçün yola düşüblər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar Xidməti məlumat yayıb.
"Enerqodar şəhərindəki Zaporojye AES-də Fövqəladə Hallar Dövlət Xidmətinin bölmələri təlim binasında baş vermiş yanğının söndürülməsinə cəlb olunub. Fövqəladə Hallar Dövlət Xidmətindən 40 nəfər və 10 texnika cəlb olunub", - deyə məlumatda bildirilir.
Qeyd edək ki, Rusiya hərbçiləri Zaporojye AES-in birinci enerji blokunu atəşə tutub və nəticədə yanğın çıxıb.
***
Ukrayna Fövqəladə Hallar Dövlət Xidmətinin məlumatına görə, Zaporojye Atom Elektrik Stansiyasının təlim korpusunda baş verən yanğın lokallaşdırılıb.
Bildirilir ki, xəsarət alan olmayıb.
***
Enerqodar şəhərində Zaporojye Atom Elektrik Stansiyasının təlim korpusunda baş verən yanğın söndürülüb.
“Rusiya ordusu Avropanın ən böyük atom elektrik stansiyası olan Zaporojye AES-i hər tərəfdən atəşə tutur. Artıq yanğın başlayıb”.
Bu barədə Ukrayna xarici işlər naziri Dmitri Kuleba rəsmi tvitter hesabında yazıb.
Ukraynalı nazir bildirib ki, ruslar dərhal atəşi dayandırmalı, yanğınsöndürənlərə icazə verməli və təhlükəsizlik zonası yaratmalıdırlar:
“Əgər partlasa, Çernobıldan 10 dəfə böyük olacaq!”
Qeyd edək ki, Rusiya hərbçiləri Zaporojye AES-in birinci enerji blokunu atəşə tutub və nəticədə yanğın çıxıb.
“Döyüşçülərimizə əmr verin ki, Xarkovu, Kiyevi və bütün digər şəhərləri tez, aydın, səmərəli şəkildə ələ keçirsinlər”.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiya Prezidenti Vladimir Putinə müraciətində deyib.
O, özünü Putinin əsgəri saydığını bildirib:
“Cənab Prezident, dəfələrlə demişəm ki, mən sizin piyada əsgərinizəm, sizə görə canımı verməyə hazıram. Əsgərlərimizin, döyüşçülərimizin necə öldüyünü seyr edə bilmirəm. Sizdən xahiş edirəm ki, hər şeyə göz yumun və orada baş verənləri bir-iki günə bir anda bitirsinlər. Yalnız bu, dövlətimizi və xalqımızı xilas edəcək. Bu, mənim əmin fikrimdir”.
Fransa prezidenti Emmanuel Makron bu ilin aprelində keçiriləcək seçkilərdə ikinci müddətə namizəd olmaq niyyətini rəsmən təsdiqləyib.
"Onun müvafiq qərarını elan etdiyi məktubu Fransa mediası tərəfindən dərc edilib.
“Yeni prezident mandatı üçün etimad göstərməyinizi xahiş edirəm”, - deyə məktubda bildirlib.
Böyük Britaniya kraliçası II Yelizaveta Ukraynaya yardım kampaniyası çərçivəsində ianə edib.
"Bu barədə “Skay Nyus” məlumat yayıb.
Bildirilib ki, kraliça Rusiyanın Ukraynaya müdaxiləsi ilə əlaqədar Böyük Britaniyanın Fövqəladə Halların İdarə Olunması Komitəsinə (DEC) ianə edib.
İanənin məbləği açıqlanmayıb.