Moskvanın nüvə düyməsini sıxması ssenarisi heç bir halda həyata keçirilməyəcək.

Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

Zaxarova xatırladıb ki, Rusiya bu məsələ ilə bağlı öz mövqeyini dəfələrlə bəyan edib.

“Düşünürəm ki, siz bizi başqası ilə səhv salırsınız. Nüvə silahından istifadəyə gəlincə, biz artıq bir neçə dəfə öz mövqeyimizi bildirmişik. Ola bilsin ki, siz bizi ABŞ-la qarışdırırsınız, lakin Rusiya Federasiyası bu barədə heç vaxt danışmadı”, - deyə o yekunlaşdırıb.

Ukrayna Prezidenti Volodimir Zelenski martın 3-nə keçən gecə xalqa növbəti dəfə müraciət edib və Rusiya ordusunun itkilərini açıqlayıb.

“Müraciətin videogörüntüsü Ukrayna dövlət başçısının teleqram kanalında yayımlanıb.

"Bir həftə ərzində təxminən 9 min rusiyalı öldürüldü. Nikolayev istiqamətində onlar helikopterlərlə 19, 20 yaşlı, 200-300 nəfər hərbçinin meyitlərini aparmalı oldular", - Zelenski bildirib.

Zelenski deyib ki, Ukrayna xalqı bir həftə ərzində düşmənin planlarını pozub: “Biz onları dayandırdıq və əzdik. Biz düşmənin planlarını bir həftədə pozan xalqıq. İllərlə qurulan planlar. Yəni ölkəmizə, xalqımıza, ürəyində azadlıq olan hər bir insana nifrətlə hesablanmış...(planları-red). Amma biz onları saxladıq və əzdik”, - Prezident vurğulayıb.

Zelenski əlavə edib ki, hərbçilərdən və hüquq-mühafizə orqanlarının əməkdaşlarından başqa, hətta sadə ukraynalılar da hər gün rus əsgərlərini əsir götürür: "Və onlar yalnız bir şey deyirlər. Nə üçün burada olduqlarını bilmirlər".

Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Üçüncü Dünya Müharibəsinin başlanacağı barədə iddialarla çıxış edib.
 Şimali Koreya lideri komandanlarına Üçüncü Dünya Müharibəsinə hazırlaşmağı tapşırıb.

Şimali Koreya lideri Əmək Partiyasının üzvlərinə səfərbərliyə hazır olmaları barədə tapşırıq verib. Kim Çen Inın Şimali Koreya komandanlarına “Üçüncü Dünya Müharibəsinə hazır olun” göstərişi verdiyi iddia edilir.

“Radio Free Asia” radiosuna danışan KXDR rəsmilərindən biri deyib ki, partiya Mərkəzi Komitəsi bütün təşkilat üzvlərinə Şimal Koreyanın müttəfiqi Rusiyanın müharibədə olduğunu bildirib: “Komitə hər kəsin səfərbərlik üçün hazır olmasını istədi”

Öz növbəsində Şimali Koreyanın Xarici İşlər Nazirliyi də ABŞ və Qərbin yürütdüyü siyasəti tənqid edib. Şimali Koreya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, Birləşmiş Ştatlar və Qərb NATO-nun şərqə doğru genişlənməsini davam etdirir, Avropanın təhlükəsizlik mühitini pozurlar.

Bu barədə müdafiə naziri M.Robles açıqlama verib.
İspaniya Ukraynanı öldürücü silahlarla təmin edəcək.

"Unian" xəbər verir ki, bu barədə İspaniyanın müdafiə naziri Marqarita Robles açıqlama verib.

Onun sözlərinə görə, martın 4-də Ukrayna ərazisinə hücum silahları olan iki Hərbi Hava Qüvvələri təyyarəsi gələcək.

Nazir bildirib ki, Kiyev İspaniyadan 1370 qumbaraatan, 700 000 mərmi, həmçinin yüngül pulemyotlar alacaq.

Rusiya hərbçiləri Ukraynanın Xarkov əyalətinin İzyum şəhərini bombalayıb.

UNİAN məlumatına görə, bu barədə şəhərin meri Volodimir Matsokin bildirib. O, Rusiya hərbçilərinin şəhərə növbəti hücumu barədə məlumat verib. Volodimir Matsokinin sözlərinə görə, atəş nəticəsində ölənlər var.

Mer bildirib ki, hücum yerli vaxtla saat 23:59 radələrində başlanıb, hündürmərtəbəli binaya və fərdi yaşayış evinə zərbə endirilib. Fərdi evdə azı 8 mülki şəxs həlak olub. Onlardan ikisi uşaqlardır.

Onun xəritə qarşısındakı açıqlaması dünya mediasının gündəmi oldu.

Təhlükəsizlik Şurasını toplayan Aleksandr Lukaşenko komandası ilə Rusiyanın hücumları və xüsusən də Belarus tərəfindən "İsgəndər" raketlərdən Ukraynadakı konkret olaraq hansı hədəfləri vurması barədə verdiyi açıqlamalar gündəm olub.

“Yol-xeber.az” xəbər verir ki, Lukaşenkonun görüş zamanı xəritə üzərindəki çıxışı dünya mətbuatında yer alıb.

Belə ki, xəritəyə baxarkən Ukraynanın 4 yerə bölündüyü görünür.

Lukaşenkonun qarşısında brifinq verdiyi xəritə də Rusiyanın Ukrayna daxilində hücumlarını hansı istiqamətdə həyata keçirdiyini göstərir.

Bu məqamda diqqəti çəkən başqa bir vəziyyət də var. Xəritəyə görə Rusiya Odessanı ilhaq edir və oradakı qoşunlarını daha sonra Moldova sərhədləri daxilində Dnestryanı bölgəyə  yeridir.

“Yol-xeber.az” xəbər verir ki, məsələni işıqlandıran beynəlxalq mətbuat bunu həyəcanlı şəkildə təqdim edir və xəritənin Putinin gizli planı ola biləcəyini bildirib.

Sözügedən xəritə ilə bağlı Twitter-də mesaj paylaşan belaruslu jurnalist Tadeusz Giczan: “Təhlükəsizlik Şurasının bugünkü iclasında Lukaşenko əsl işğal xəritəsini göstərdi. Xəritədə Belarusdan atılan raketlərlə məhv edilən Ukrayna hərbi obyektləri göstərilib… Odessa-Dnestryanı bölgə istisna olmaqla!” deyib.

Avropa İttifaqının (AB) Ali Nümayəndəsi Cozef Borel, müharibənin ilk günlərində verdiyi açıqlamada, Rusiyanın Moldovada təzyiqlərinin yaxın günlərdə arta biləcəyini, Qərbi Balkanlarda da oxşar vəziyyətlərin yaşana biləcəyini bildirib.

Ukraynaya gücum edən Rusiya tanklarının üzərindəki xüsusi işarələr insanların marağına səbəb olub.

Həmin işarələrin mənasını təqdim edirik:

Hərbi geyimdə və ya texnikada "Z” işarəsi – Rusiya ordusunun şərq qüvvələri

Kvadrat içərisində "Z” işarəsi – Krım qüvvələri

 "V” – dəniz piyadaları

"A” – xüsusi təyinatlı qüvvələri

"X” isə Çeçenistandan gələn kadırovçuları simvolizə edir.

Həmçinin qeyd edilib ki, Rusiyaya məxsus helikopterlər boz rəngdədir. Ukrayna hərbi helikopterlər isə yaşıl və mavi rəngdə olur.

Rusiya helikopteri Yaponiya hava məkanını pozub.

“Report” xəbər verir ki, bunu Yaponiya Müdafiə Nazirliyi bildirib.

Hadisə Hokkaydo adasının Nemuro yarımadasında baş verib.

“NATO Ukraynanı qorumağa istəkli deyil, çünki 3-cü dünya müharibəsindən qorxur”.

Yol-xeber.az xəbər verir ki, bunu ukraynalı aktivist Daria Kaleniuk Varşavada Britaniyanın baş naziri Boris Consonun qarşısında çıxışı zamanı deyib. O, Böyük Britaniyanın Ukraynaya dəstəyinin yetərsiz olduğunu bildirib:

“Amma o artıq başlayıb və ukraynalı uşaqlar zərbə alır. Siz daha çox sanksiyadan danışırsınız, baş nazir, amma Roman Abromoviç sanksiyaya məruz qalmayıb, o Londondadır. Uşaqları Londondadır, bombardman altında eyil. Putinin uşaqları Hollandiyada və Almaniyada malikanələrdədir. Bu malikanələr onlardan alınıbmı? Mən görmürəm. Mən ailə üzvlərimi komanda üzvlərimi görürəm. Biz ağlayırıq, hara qaçacağımızı bilmirik. Baş verənlər bunlardır, baş nazir”- aktivist söyləyib.

Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahı müharibə ilə bağlı ən son vəziyyəti açıqlayıb.

“Ukrayna 24” xəbər verir ki, Podolsk istiqamətində Rusiya qüvvələri paytaxtın şimal və şimal-qərb istiqamətindən qarşısını almaq üçün Qoreniçi, Qostomel, Demidov sərhədləri boyunca Kiyev istiqamətində hücumu davam etdirməyə çalışır.

Jitomir bölgəsində 3-ə qədər batalyon-taktiki qrupları var.

Şimal istiqamətində Rusiya qüvvələrinin 17 batalyon-taktiki qrupu canlı qüvvə və texnika itkisinə baxmayaraq, şimal-şərqdən Kiyevin qarşısını almaq üçün hücum əməliyyatlarını davam etdirir.

Digər istiqamətdə, Svitilnya, Peremoqa və Hostroluçça yaşayış məntəqələri ərazilərində düşmən qoşunları hücum potensialını itirib.

Rusiya qoşunları Ukraynanın Sumı, Lebedin və Axtırka şəhərlərini mühasirədə saxlamaq üçün uğursuz cəhdlər edir.

Qarşı tərəf itki verərək Boxoduxiv, Çuqiv, Şevçenkovski yaşayış məntəqələri yaxınlığında dayandırılıb.

Donetsk istiqamətində isə uğur qazana bilməyən Rusiya qüvvələri Mariupol şəhərini blokadaya almağa yönəlib.

Tavriya istiqamətində düşmən Skadovsk, Qola Pristan, Xerson, Snihurivka, Nova Kaxovka yaşayış məntəqələri ərazilərində hücum əməliyyatlarını davam etdirir.

Qara Dəniz Əməliyyat Bölgəsində düşmən dəniz dəstəsini yerləşdirir və dəniz desant əməliyyatı üçün hazırlıqlarını davam etdirir.

Qoşunlarını irəlilədə bilməyən ruslar mülki əhalini qorxutmaq üçün mühüm infrastruktur obyektlərinə raket və bomba zərbələri endirməkdə davam edir.

Rusiya tərəfi bütün istiqamətlərdə itkilər verib.

Xəbər lenti