Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya və Türkiyənin aralarında fikir ayrılıqlarının olduğunu, ancaq ABŞ-la olduğu qədər böyük olmadığını söyləyib.

“Putin ölkəmizin cənub, şimal, şərq və və digər sərhədlərinə münasibətdə çox praktikdir. Bəli, Türkiyə ilə bir çox fikir ayrılıqlarımız var. Amma, bu, məsələn, ABŞ-la aramızdakı fikir ayrılıqları qədər böyük deyil, amma yenə də fikir ayrılıqları var”, - Peskov bildirib.

Onun sözlərinə görə, Türkiyə və Rusiya arasında əməkdaşlıq nöqtələri də var:

“Ticarət, iqtisadi və investisiya əməkdaşlığı üçün dərin potensialımız var, bu da eyni fikir ayrılıqlarının mənfi təsirini azaltmağa imkan verir”.

Peskov qeyd edib ki, Rusiya və Türkiyənin qaynar nöqtələrdə ən aktual mövzularda birlikdə işləmə təcrübəsinə sahibdir. ( teleqraf.com)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik (TADİV) Dərnəyinin sədri, professor Aygün Attarı və “Star” qəzetinin köşə yazarı Sevil Nuriyevanı Qarabağ məsələsi ilə bağlı qəbul edib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

İstanbuldakı Vahdettin köşkündə qəbuldan sonra professor Aygün Attar bildirib ki, səmimi atmosfer mühitində keçən görüş zamanı Türkiyə Prezidenti ölkəsinin Azərbaycana mənəvi dəstək göstərilməsi məsələsində qətiyyətli olduğunu və güclü həmrəyliyini bir daha təsdiqləyib.

TADİV sədri 1918-ci ildə Osmanlı dövlətinin ən çətin zamanlarında Qafqaz İslam Ordusunun Bakını işğaldan qurtarması üçün göstərdiyi dəstəyin Azərbaycan xalqı tərəfindən heç bir vaxt unudulmayacağına və indi də həmin ruhun mövcud olduğuna tam əminliyini ifadə edib.

Sevil Nuriyeva qeyd edib ki, Türkiyənin Azərbaycana dəstəyi savaş içində olan ölkəmizdəki psixoloji duruma müsbət təsir edir.

Jurnalist xüsusilə Türkiyə rəhbərinin Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə iki ölkənin media platformasının ortaq fəaliyyəti barədə aldıqları güclü qərara diqqəti cəlb edib.

Azərbaycanın haqq davasına qarşı Qərb dünyasında tətbiq olunan media embarqosunun Türkiyə sayəsində ortadan qalxdığı vurğulanıb.

Görüşdə Prezidentin sözçüsü İbrahim Kalın və İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altun iştirak ediblər.

Fransanın məşhur TF1 televiziya kanalında Dağlıq Qarabağdan cəbhə xəttindən yayımlanan reportajda Azərbaycandakı vəziyyət, ermənilərin mülki insanları hədəfə alması, Gəncənin yaşayış massivini bombardman etməsindən bəhs edilib.

Oxu.az xəbər verir ki, kanalın müxbiri Liseron Budul cəbhə xəttində olub və əsgərlərimiz ona ermənilərin silah və sursatlarını qoyub qaçdığını söyləyiblər. Azərbaycan ordusunun sona qədər gedəcəyini və torpaqlarımızın hər qarışını azad edəcəyini vurğulayıblar.

Reportajda cəbhə xəttinə yaxın yerlərdə insanların gündəlik həyatının çətin olduğu, onların erməni silahlı qüvvələri tərəfindən atəşə tutulduğu göstərilib. Qadın və uşaqların yeraltı xəndəklərdə sığınacaq tapdığı diqqətə çatdırılıb. 

TF1 televiziya kanalında Azərbaycanla bağlı yayımlanan üç dəqiqəlik reportaj erməni lobbisinə böyük zərbə olub. Erməni lobbisinin üzvləri sosial şəbəkələrdə TF1 televiziya kanalı haqqında təhqiramiz fikirlər, hədələr səsləndiriblər.

Ermənistan ordusu hərbçilərini nəinki silahla, heç hərbi çəkmələr ilə təmin edə bilmir.
Sosial şəbəkənin erməni seqmentində Qarabağdakı separatçı, quldur rejimin "rəhbəri” Araik Arutunyanın hərbçilərlə şəkli yayılıb.
 
Şəkildə bir işğalçı hərbçinin ayağında tərlik var.
 
Bölgənin relyefini, havanı nəzərə alaraq, düşmən hərbçilərinin hərbi çəkmə ilə təmin edilməməsi Ermənistan ordusundakı vəziyyətin nə qədər acınacaqlı olduğunu bir daha sübut edir.
 
Belə olan halda, Azərbaycan Ordusunun zərbələrinə davam gətirməyib, "qəhrəmancasına” geri çəkilən işğalçılara döyüş meydanından tərliklə qaçmaq heç də rahat olmayacaq.

“Bizim həm Ermənistanla, həm də Azərbaycanla həmişə xüsusi münasibətlərimiz olub”.

Report xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin “Valday klubu”nun iclasında bildirib.

“Bizim üçün Ermənistan da, Azərbaycan da eyni səviyyəli tərəfdaşdır, hər iki ölkə ilə tam həcmli münasibətlər qurmaq istəyirik”, - deyən Rusiya lideri daha sonra bildirib: “Qarabağdakı məsələnin həllində Rusiyadan daha çox maraqlı olan tərəf yoxdur”.

ABŞ-ın NATO-dakı səfiri Key Beyli Xatçison virtual mətbuat konfransında jurnalistlərə bildirib ki, Alyans “ABŞ və Rusiyanın etdiyini etməyə, yəni Dağlıq Qarabağda münaqişəni dayandırmağa çalışır”.

Report xəbər verir ki, bu barədə "Turan" məlumat yayıb.

“Bu problem 30 ildir çürüyür. ABŞ, Rusiya və Fransanın daxil olduğu Minsk Qrupu münaqişəni başlanğıc mərhələyə, yəni Azərbaycanın suveren sərhədlərinə qaytarmaq istəyir, erməni əhali də burada yaşaya bilər. Bunu həll etmək olar və onda münaqişə başa çatacaq”, - deyə o bildirib.

Bu arada, “biz hər iki tərəfi zorakılığı, qətlləri dayandırmağın yollarını müzakirə etməyə çağırırıq”.

“Bu, hərbi münaqişə yolu ilə həll edilə bilməz. Bunu sərhədlər və suverenlik çərçivəsində həll etmək lazımdır. Biz buna çalışırıq, Rusiya da, Fransa da bunda israr edir”, deyə o qeyd edib.

Qarabağdakı döyüş əməliyyatları zamanı Azərbaycan hərbi cəhətdən Ermənistandan daha güclü olduğunu nümayiş etdirdi.

Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktor müavini Darya Qrevtsova bu barədə Media.Az-a müsahibəsində deyib.

“İşğal altındakı bölgələrin tədricən azad edilməsi Ermənistan rəhbərliyini həddindən artıq gərgin vəziyyətdə saxlayır. Müharibə meydanında məğlubiyyətlə barışa bilməyən, humanitar atəşkəs formasında möhlətdən istifadə edən Ermənistan Gəncədəki mülki hədəflərə zərbələr endirərək intiqam almağa çalışır və bununla da KTMT mexanizmini işə salmaq üçün Azərbaycanı öz ərazilərinə cavab zərbələri endirməyə sövq etmək istəyir.

Bu cür hücumlar ATƏT-in Minsk Qrupuna, o cümlədən Rusiyaya qarşı açıq şəkildə hörmətsizlikdir. Əldə olunan razılaşmaları pozan Ermənistan daha da genişmiqyaslı hərbi əməliyyatlara səbəb olur. Paşinyan münaqişənin sülh yolu ilə həll olunacağını elan edir, eyni zamanda yalan danışır və güzəştə getməyə hazır olmadığını deyir”, - deyə Qrevtsova bildirib.

Politoloq hesab edir ki, Ermənistanın Baş nazirinin iqtisadi blokadanın qaldırılması və sərhədlərin demilitarizasiyası müqabilində Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycana qaytarılması və azərbaycanlıların öz torpaqlarına qayıdıb orada yaşamağa başladıqda Dağlıq Qarabağın statusu ilə bağlı qərar verilməsi ilə əlaqədar “Kazan formulu” adlandırılan sənədi imzalaması üçün kifayət qədər vaxtı var idi.

“Azərbaycan dəfələrlə xəbərdar etdi ki, Ermənistan söz xatirinə danışıqları davam etdirərsə, status-kvonu qoruyarsa, BMT-nin Qarabağla bağlı qətnamələrinə əhəmiyyət verməzsə, o zaman Azərbaycan torpaqlarını hərbi yolla geri qaytara bilər. İndi məhz bu baş verir”, - deyə rusiyalı mütəxəssis qeyd edib.

Türkiyənin Böyükçekmece bölgəsində təlim təyyarəsi qəzaya uğrayıb.

''Özəl şirkətə aid olan təyyarə boş əraziyə düşüb. Təyyarənin pilotu yaralı olaraq qəzadan xilas olub.

Ermənistanda son sutka ərzində koronavirusa yoluxma sayı pik həddə çatıb.
"Ölkədə bir gündə 10 nəfər ölüb, 2306 nəfər koronavirusa yoluxub.
 
Ümumilikdə isə, pandemiya qurbanlarının sayı 1131-ə yüksəlib. Son göstəriciərə görə, Ermənistanda  hazırda 19 591 aktiv koronavirus xəstəsi var.
Almaniyanın “Deutsche Welle” telekanalında “Dağlıq Qarabağ münaqişəsi: Gəncədəki matəm və qəzəb” adı ilə reportaj yayımlanıb.
Reportajda Qarabağ uğrunda gedən döyüşlərin ətraf ərazilərdə getdikcə daha çox mülki şəxsi əhatə etdiyi bildirilir. Telekanalın müxbiri Yulia Hahn Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədən hazırladığı reportajda oktyabrın 17-nə keçən gecə raket atəşi nəticəsində dağılan yaşayış massivinə baş çəkib. Alman jurnalist raket zərbəsindən məhv olmuş məhəllədə dağılan evlərin qalıqları arasında sakinlərlə söhbət edib. Evi tamamilə dağılmış Gəncə sakini Rəqibə Quliyeva gecə baş verən hadisədən danışır. O, vaxtilə çoxlu yaşayış evinin olduğu məhəllənin raket atəşi nəticəsində viran qaldığını söyləyir. Videokadrlardan da görünür ki, gəncəli xanım dağıntılar arasında öz ev əşyalarını tanıyır və onları toplamağa çalışır.

Jurnalist həmin qanlı gecədə həlak olmuş 13 sakinin xatirəsinə hazırlanan anım guşəsinə də baş çəkir. Qeyd edilir ki, Gəncə sakinləri raket zərbəsi nəticəsində həlak olanların xatirəsini yad etmək üçün məhz buraya baş çəkir, gül dəstələri və öldürülən uşaqlara görə oyuncaqlar gətirirlər. Guşədəki lövhələrdə sakinlər bu hadisənin günahkarını da qeyd ediblər: Ermənistan ordusu.

Y.Hahn bildirir ki, Dağlıq Qarabağdan onlarla kilometr uzaqda yerləşən Gəncənin sakinləri müharibənin birbaşa onları da ağuşuna alacağını heç ağıllarına belə gətirməzdilər. Lakin ötən həftəsonu şəhərin bu məhəlləsindəki evlər dağıldıqdan sonra artıq hamıya aydındır ki, bu münaqişə istənilən zaman və bütün istiqamətlər üzrə kəskinləşə bilər.

Gəncənin mərkəzində sakinlərlə müsahibələr əsasında insanların vətənpərvər ruhda olduqları, onların Azərbaycan Silahlı Qüvvələrinə inandıqları qeyd edilir. Sakinlər döyüşlərdə iştirak üçün könüllü yazıldıqlarını, düşməndən qorxmadıqlarını, Vətən üçün candan keçməyə hazır olduqlarını və tezliklə Azərbaycan bayrağının Dağlıq Qarabağda dalğalacanağına inandıqlarını söyləyirlər.

Yekunda isə qeyd edilir ki, Gəncəyə olan hücumlardan sonra Azərbaycanın özünümüdafiə hüququndan istifadə etməyə tam haqqı çatır. Bu fikri bütün şəhər sakinləri, eləcə də dağılmış evinin qalıqları arasında özünə yeni gün-güzəran qurmalı olacaq Rəqibə Quliyeva söyləyir.

Xəbər lenti