|
Kamçatka yarımadasının şərq sahillərində 5,4 bal gücündə zəlzələ baş verib.
Axar.az xəbər verir ki, bu barədə RAN Geoloji Xidməti məlumat yayıb.
Yeraltı təkanların Sakit okean akvatoriyasında, yerli vaxtla səhər saat 4 radələrində baş verdiyi deyilib.
2019.07.03 - 20:08
Gürcüstanın paytaxtı Tiflisdə növbəti aksiya başlayıb.
Axar.az xəbər verir ki, 14 gündür davam edən aksiyada nümayişçilər Daxili İşlər naziri Georgi Qaxariyanın istefasını tələb edirlər.
Aksiyanın Qaxariyanın istefasına qədər davam edəcəyi gözlənilir.
***
Tiflisdə keçirilən aksiya baş çatıb. Aksiyadan sonra etirazçılar meydanda quraşdırılan lövhənin üzərinə "Qaxariya get" və digər sözlər yazıblar.
Çinin şimal-şərqində yerləşən Lyaonin əyalətində tornado nəticəsində 6 nəfər həlak olub, 120-dən çox insan xəsarət alıb.
Axar.az xəbər verir ki, tornado bu gün yerli vaxtla saat 17:15 (Bakı vaxtı ilə 13:15) radələrində Kayyuan qəzasında başlayıb. Küləyin sürəti saniyədə 23 metrə çatıb. Təxminən 15 dəqiqə sonra külək zəifləyib və şəhərin hakimiyyət orqanları yubanmadan fövqəladə hallara təcili reaksiya planını işə salıb.
Təbii fəlakət nəticəsində çoxsaylı binalar və elektrik şəbəkəsi zədələnib, 210 nəfər dağıntılar altında qalıb. Hazırda altı nəfərin öldüyü, 120-dən çox insanın zərər çəkdiyi təsdiqlənib.
Mən hər zaman təkrar edirəm ki, rusların pis, faydasız ssenariləri var.
Axar.az xəbər verir ki, bunu “Doyçe Velle”yə müsahibəsində məşhur gürcü müğənni Vaxtanq Kikabidze deyib.
“15-20 il əvvəl mən Jirinovskinin çıxışına baxırdım. O, Gürcüstanın quberniyalara bölünməsi haqqında danışır, deputatlar isə ona qulaq asıb, əl çalırdılar. Plan Gürcüstanı darmadağın edib, pis yaşayışını təmin edib, daha sonra “biz kömək edərək” deməsindən ibarət idi. Kiçik ölkəni yox etmək çox rahatdır”, – deyə o bildirib.
Onun sözlərinə görə, Rusiyanı Gürcüstanın NATO-ya inteqrasiyası qıcıqlandırır:
“Gənclər artıq dünyaya fərqli baxırlar. Kremldə olanlar köhnə düşüncəli adamlardır. Artıq dünyanın fərqli istiqamətə hərəkəti başlayıb. Bizim NATO və Qərbi istəməyimiz, demokratik ölkə olmağımız Rusiyanı qıcıqlandırır”.
O, Kremlin siyasətinin bir gün onun özünə qarşı çevriləcəyini deyib:
“Bilirəm ki, Rusiyada çoxları Putinin siyasətini xoşlayır. Onlar hesab edirlər ki, Putin Rusiya üçün ərazilər ələ keçirir. Yaxşı günlərin birində bu, pis yönə çevriləcək. Rusiyada insanlar onları işğalçı adlandırdığımız zaman inciyirlər. Sənin torpağını ələ keçirəni başqa necə adlandırmaq olar? Vladimir Putin yatıb, Gürcüstan SSR-ni yaradacağını görür”.
Böyük Britaniyanın kəşfiyyat orqanlarına rus dilini bilən əməkdaşlar axtarılır.
Axar.az xəbər verir ki, bununla bağlı qurumun rəsmi saytında müvafiq vakansiyalar açılıb.
“Mİ5, Mİ6 və GCHQ-ya qoşulmaqla Böyük Britaniyanın müdafiəsində açar rol oynaya bilərsiniz”, - vakansiya mətnində deyilib.
Əməkdaşlıq üçün müraciət edənlərin qarşısına qoyulan əsas tələb rus dilindəki audio materialları və canlı yayımları anlaya bilməkdir. Namizədlər həmçinin rus dili bilikləri ilə bağlı testdən keçməlidir.
Testlərdən uğurla keçən namizədlərə 32 min funta qədər illik mükafat vəd edilib.
Hər hansı respublika öz gücünə suverenliyini qorumalıdır. Rusiyaya, yaxud NATO-ya arxalanmamalıdır.
Axar.az xəbər verir ki, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko Minskdə ölkəsinin milli bayramı ilə bağlı təşkil edilən tədbirdə çıxışı zamanı deyib.
“Suverenlik və müstəqillik olduqca dəyərli nemətlərdir. Onlar çox qiymətlidir. Bu, sadəcə maddi mənada başa düşülməməlidir”, - prezident bildirib.
Lukaşenko vurğulayıb ki, müstəqilliyi, suverenliyi qorumağın bir neçə yolu var ki, onlardan biri NATO-ya müraciətdir:
“Əgər biz güclü şəkildə istəsək, onlar söz verəcəklər. İnternetdə yazılanları da məmnuniyyətlə qəbul edərdik. Siz bu variantı istəyirsiniz? Mən yox... Eyni ilə Rusiyadan da bunu istəmək olar. Nüvə çətiri, hipersəsli silahlar və daha güclüləri... Danışıb, razılaşa bilərik. Siz Rusiyanın tərkibində qorunmağı istəyirsiniz? Mən istəmirəm. Belarus üçün III variant qalır: Özü özünü qorumaq”.
“Ford Mustanq”ın yaradıcısı Li Yakokka vəfat edib.
Axar.az xəbər verir ki, bu məlumatı TMZ portalı yayıb.
Yakokka 94 yaşında ABŞ-da dünyasını dəyişib.
Qeyd edək ki, Yakokka 1946-1978-ci illərdə “Ford”un rəhbəri olub. Onun rəhbərliyi altında “Ford Mustanq” avtomobili yaradılıb. 1978-1995-ci illərdə isə o, “Kraysler” avtomobil şirkətinə rəhbərlik edib.
Nikol Paşinyanın Konstitusiya Məhkəməsinin sədrini dəyişdirmək cəhdləri və məhkəmənin hakimi Vaqe Qriqoryanın öz-özünü sədr elan etməsi Ermənistanda dövlət idarəçiliyinin hansı vəziyyətdə olduğunu göstərir.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Arzu Nağıyev Robert Köçəryanın yenidən həbs olunmasına münasibət bildirərkən deyib. Ekspertin sözlərinə görə, Paşinyan öz hərəkətləri ilə Qarabağ klanına ölkənin rəhbəri olduğunu göstərməyə çalışır:
“Köçəryanın həbsi təbii ki, adi həbslərdən deyil. Lakin Ermənistanın baş naziri üçün Köçəryanın həbsi vacib idi. Çünki onun azadlıqda qalması Nikol Paşinyana çox ciddi təhdiddir. Həmçinin, Qarabağ klanının hakimiyyətdə qalması da onun üçün təhdid hesab olunur və buna görə də Paşinyan çalışacaq ki, bundan sonra Qarabağ klanını tamamilə çökdürsün. Çünki həmin klan hakimiyyətdə olduğu müddətdə o heç vaxt tam şəkildə dövlətə rəhbərlik edə bilməyəcək”.
ABŞ İranda hakimiyyəti dəyişməyi planlaşdırmır.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.
“İranın elə həmin rəhbərliklə möhtəşəm bir ölkə olmaq şansı var”, - Tramp bildirib.
Tramp İrana zərər vurmaq istəmədiyini etiraf edib və buna görə də ABŞ tərəfinin bu ölkədə hakimiyyət dəyişikliyinə hazırlaşmadığını qeyd edib.
“İrana zərər vurmaq istəmirəm. İstəyirəm ki, İranın nüvə silahı olmasın”, - Tramp söyləyib.