Meksikanın Koauila ştatının Serra-de-Parras dağlarında güclü leysan zamanı suyun səviyyəsinin qalxması nəticəsində 8 turist boğularaq ölüb.

Ardını oxu...

Cəbəllütariq boğazında İran tankerinin tutulması əla xəbərdir.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Tvitter səhifəsində yazıb.

“Əla xəbər: Böyük Britaniya Avropa Birliyi (AB) sanksiyalarını pozan və İran nefti ilə yüklənmiş Suriyaya gedən “Qreys 1” tankerini ələ keçirib”, - Bolton bildirib.

O əlavə edib ki, ABŞ və müttəfiqləri Dəməşq-Tehran ticarətinə mane olmaqda davam edir.

Qeyd edək ki, İran tərəfi sözügedən tankerin saxlanılması olayına görə Britaniya səfirini XİN-ə çağıraraq etirazını bildirib.

Mübahisəsiz olaraq, S-400 sistemi "Patriot" müdafiə sistemindən qat-qat üstündür. Dünyada ən aktiv uzunmənzilli havadan müdafiə sistemi S-400-dür.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Baş Qərargahının keçmiş rəhbəri İlkər Başbuğ deyib.

"S-400 600 kilometrdən hədəfi müəyyən edir, 400 kilometrə qədər yaxınlaşanda məhv edir. S-400-ü təsirsiz hala gətirən bir sistem yoxdur. Bu, təsirli bir sistemdir, milçək belə uça bilməz", - Başbuğ qeyd edib.

Amerikalı milyarder Kris Klayn Baham adalarında helikopter qəzasında ölüb.

Axar.az xəbər verir ki, bu barədə "BNO Nyus” saytı məlumat yayıb.

Məlumata görə, Klaynla bərabər daha 6 nəfər həlak olub. Qəzanın helikopterin havaya qalxmasından az sonra baş verdiyi bildirilib.

Qeyd edək ki, Klayn 1,8 milyard dollarlıq sərvətə sahib idi.

Səudiyyə Ərəbistanının ilk qadın səfiri Rima Bint Bəndər Əl-Səud krallığın diplomatik missiyasının rəhbəri kimi Vaşinqtonda fəaliyyətə başlayıb.

Ardını oxu...

Cənab Tramp bu məsələnin Obama dönəminin səhvi olduğunu dəfələrlə söyləyib, ancaq biz Tramp iş başına gəldiyi zaman da “Patriot” almaq niyyətimizi yazılı şəkildə ABŞ-a çatdırmışdıq. Bizə 6 ay sonra cavab gəldi. Günahı təkcə Obama dönəminin üzərinə atmayaq.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ABŞ Prezidenti Donald Trampın G20 sammitində Türkiyənin “Patriot” sistemlərini ala bilmədiyi üçün S-400-lərə yönəlməsi barədə fikirlərinə münasibət bildirərkən deyib.

“Tramp dönəmində 2 il bizə cavab gəlmədi. Trampın bu açıqlamasının Konqresə təsir etdiyi görünür. Biz məsələni diplomatik yollarla həll etmək istəyirik. Biz S-400 alacağıq. Bu proses daha sakit bir mühitdə davam edir”, - XİN rəhbəri bildirib.

S-400-lərin hücum deyil, müdafiə sistemi olduğunu bildirən Çavuşoğlu sistemin təcili vəziyyət olduğu halda aktivləşəcəyini qeyd edib:

“Ehtiyac olmadığı halda S-400-lər niyə aktivləşdirilsin? Bir halda ki xərcləri olduqca yüksəkdir. Türkiyənin hava hücumundan müdafiə sisteminə ehtiyacı var. Ancaq NATO ölkələrindən xahiş edirik, NATO-nun bu barədə potensialı bəllidir. S-400 təcili vəziyyətdə istifadə olunacaq bir sistemdir”.

Çavuşoğlu həmçinin ABŞ Prezidenti Donald Trampın F-35 açıqlamasına da münasibət bildirib:

“Tramp F-35-lərlə bağlı fikrini açıq və qəti şəkildə söylədi. Görüş zamanı özü də dedi: “Belə şey olar? Bir ölkə F-35 layihəsində ortağımız olub, pulunu ödəsin, ancaq ala bilməsin?”. Hər şey Trampın dediyi kimi ola bilər, olacaq, ancaq təmkinli olmaq gərəkdir”.

Rusiya Prezidenti Vladimir Putin jurnalistlərin “2024-cü ildən sonra nə ilə məşğul olacaqsınız?” sualını cavablandırıb.

Axar.az xəbər verir ki, Rusiya lideri bu barədə danışmaq üçün hələlik tez olduğunu bildirib. Putin qarşıda onu 5 illik gərgin iş gözlədiyini açıqlayıb.

“Müasir dünyada hər hansı proqnoz vermək çətindir”, - Putin bildirib.

Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus dərin su aparatında qəzanın əsas səbəbi akkumulyator bölməsindəki alışma olub.

Axar.az xəbər verir ki, bu sözləri Rusiyanın Müdafiə naziri Sergey Şoyqu Prezident Vladimir Putinə hesabatında deyib.

“Hadisənin əsas səbəbi müəyyən edilib. Akkumulyator bölməsində yanğın başlayıb və yayılıb”, - Şoyqu bildirib.

Xatırladaq ki, Rusiyada tədqiqat üçün nəzərdə tutulan sualtı qayıqda baş verən yanğın zamanı 14 dənizçi həlak olub.

ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutu Ermənistanda sorğu keçirib.

Axar.az xəbər verir ki, bu məlumatı “Qraparak” qəzeti yayıb. Məlumata görə, sorğunun nəticələri keçən həftə dövlət idarələrin təqdim edilsə də, ictimaiyyətə açıqlanmayıb.

Məlumata görə, hazırda Ermənistan Baş naziri Nikol Paşinyan reytinqi 56%-ə enib, əvəzində isə Prezident Armen Sərkisyanın populyarlığı 61%-ə qalxıb.

Bununla bərabər hakim Mənim Addımım Blokunun reytinqi 52%-ə qədər geriləyib. Sonrakı yerləri Çiçəklənən Ermənistan Partiyası (12%), Respublikaçılar Partiyası (5,1%) və Daşnaksütyu (3,5%) tutub.

Gürcüstan Prezidenti Salome Zurabişvilinin Rusiya ilə bağlı bəyanatı partlayan bomba effekti yaratdı.

Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər nazirinin müavini Qriqori Karasin Cenevrə görüşündən sonra jurnalistlərə açıqlamasında söyləyib.

Onun sözlərinə görə, dövlət başçısı bu cür bəyanatlara yer verməməlidir:

“Biz deyirdik ki, Tiflisdəki nümayişlərdə səsləndirilmiş məsuliyyətsiz bəyanatlar əhval-ruhiyyəyə təsir edir. Məsələn, Zurabişvilinin bəyanatı partlayan bomba effekti yaratdı. Üstəlik, nümayişçilərin də çıxışları oldu. Mən bu partlayışın təsir etdiyi adamlardan biri idim. İkitərəfli münasibətlərdə dövlət başçısı belə bəyanatlara yer verməməlidir. Biz gərək bu məsələyə ehtiyatla yanaşaq”.

Xəbər lenti