Səddam Hüseyni devirməklə səhv etdik, İrana girməli idik.

Axar.az xəbər verir ki, bu sözləri Danimarkanın ifrat sağçı Xalq Partiyasının sözçüsü Soren Espersen deyib.

Espersen 2003-cü ildə Danimarkanın İraq müharibəsinə qoşulmasını yanlış adlandırıb.

“Əlbəttə, Səddam Hüseyni devirməli və bütün bu faciələrə yol açmalı deyildik. Liviyada Qəzzafi və Misirdə Mübarək kimi sekulyar liderlər Yaxın Şərqdə sabitliyi təmin edirdi. Hamısının devrilməsinə və bugünkü xaosun yaradılmasına yardım etdik. İsrailli kürəkənim də o vaxt bunu mənə söyləmişdi. İsraildə paraşütçü idi və “Yanlış ölkəyə hücum edirsiniz. İrana hücum etməlisiniz” demişdi. Onu dinləməliydim”, - Espersen bildirib.

Latam aviaşirkətinə məxsus sərnişin təyyarəsi göyərtəsinə bomba qoyulması ehtimalı səbəbindən Perunun Arekipa şəhərində təcili eniş edib.

Axar.az xəbər verir ki, bu barədə “El Komersiya” nəşri məlumat yayıb.

Təyyarədə Perunun Kənd Təsərrüfatı və Suvarma naziri Qustava Mostaxonun da olduğu deyilib.

Bütün şərnişinlər təhlükəsiz şəkildə evakuasiya edilib.

Təyyarəyə bomba qoyulması xəbəri yalan olub.

Təxminən 10 aydan çox bir müddətdə Dağlıq Qarabağ münaqişəsi qondarma rejim və Ermənistan arasında problemə çevrilib. Tərəflər bir-birini müxtəlif məsələlərdə ittiham edirlər.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Hatəm Cabbarlı deyib. O bildirib ki, XX əsrin başlanğıcından etibarən ermənilər üçün Dağlıq Qarabağ məsələsi hər zaman prioritet olub:

“Birinci Ermənistan respublikası qurulduğu illərdən etibarən Dağlıq Qarabağ məsələsi Ermənistan dövləti və erməni diasporu arasında hər zaman birləşdirici ünsür rolunu oynayıb. Ancaq paralel olaraq da bu məsələ müxtəlif illərdə Dağlıq Qarabağ və diaspor erməniləri arasında zaman-zaman fikir ayrılığına gətirib çıxarıb. Ermənistan müstəqilliyini elan etdikdən 2018-ci ilin may ayına qədər Dağlıq Qarabağ məsələsi ilə bağlı Ermənistanın daxili ictimai, təhlükəsizlik və xarici siyasətində ciddi qırılma nöqtəsi olmamışdı. Levon-Ter Petrosyanın Dağlıq Qarabağ probleminin hər iki dövlətin mənafeyinə uyğun şəkildə həll olunması ilə bağlı təşəbbüsü istisna təşkil edir. Ermənistanın ikinci və üçüncü prezidentləri - Robert Köçəryan və Serj Sərkisyan hər zaman bu məsələdən Ermənistan və Dağlıq Qarabağ ermənilərinin, eləcə də diasporun ortaq məxrəcə gəlmələri yönündə istifadə edib. Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra istər Ermənistan, istərsə də bölgə mətbuatında (Rusiya) Paşinyanın Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll olunması istiqamətində bu günə qədər formalaşan müzakirələr kontektsindən fərqli bir aspektdən məsələyə yanaşması ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Əslində Paşinyanın Dağlıq Qarabağ probleminin həlli ilə bağlı indiyə qədər verdiyi bəyanatlara diqqət yetirdikdə, onun o qədər də konstruktiv mövqe nümayiş etdirmədiyini görmək mümkündür. Ancaq bəzi mənbələr Nikol Paşinyanın Dağlıq Qarabağ probleminin həll olunması istiqamətində müzakirələrdə müəyyən yeni nüanslar ortaya atdığını iddia edir. Əlbəttə, bu iddialar Ermənistan mətbuatında və qondarma rejimdə müxtəlif aspektlərdən müzakirə edilir”.

Politoloq qeyd edib ki, son 20 ildə Ermənistanda hakimiyyətə gələnlər əsasən Dağlıq Qarabağ klanının nümayəndələri idi:

“Onlar hakimiyyətdə olduğu müddətdə qondarma rejimlə ciddi problemlər yaşamırdı. Paşinyan diasporu təmsil etmir, Ermənistanda doğulub və Ermənistan vətəndaşıdır. Onun Dağlıq Qarabağ məsələsi ilə bağlı verdiyi müxtəlif bəyanatlar və səsləndirdiyi fikirlər qondarma rejimdə birmənalı qarşılanmır. Eyni zamanda Paşinyanın Dağlıq Qarabağ ermənilərinin Ermənistanda hakimiyyətinə son verməsi qondarma rejimdə narahatlıq yaradıb. Çünki onlar 1998-2018-ci illər ərzində öz nümayəndələrini Ermənistanda ən yüksək zirvədə görürdülər və problemin həll olunması istiqamətində həmişə qarşılıqlı anlayış və razılaşmanın mövcud olduğunu iddia etmək mümkün idi. Paşinyanın mütəmadi olaraq Dağlıq Qarabağa səfər etməsi, qondarma rejimin “rəsmiləri” ilə görüşməsi həm separatçı rejimdə, həm də Ermənistanda problemin həll olması istiqamətində fərqli baxışın ortaya çıxmasını göstərir. Əlbəttə, Dağlıq Qarabağ probleminin həll olunması bölgə dövlətlərinin sosial, iqtisadi və təhlükəsizlik mühitinin güclənməsinə təkan verə bilər. Amma nə Ermənistan, nə də “dqr” problemin sülh yolu ilə həll olunması istiqamətində ciddi iradə nümayiş etdirir”.

Politoloq vurğulayıb ki, Azərbaycan tərəfi dəfələrlə Azərbaycanın sərhədləri daxilində Dağlıq Qarabağa ən geniş muxtariyyət verməsi şərti ilə problemin həll olunması üçün cəhdlər edir:

“Amma qarşı tərəf buna yaxın durmur. Bu gün Paşinyanın dilə gətirdiyi fikirlər qondarma rejimdə və Ermənistanın daxilində milliyyətçi təşkilatlar və qruplar tərəfindən birmənalı qarşılanmır. Onlar Paşinyanı Dağlıq Qarabağ məsələsinin həll olması istiqamətində ölkənin maraqlarını güdaza verən siyasət həyata keçirməkdə ittiham edir. Bu gün çox büruzə verilməsə də, əslində qondarma rejimin, Ermənistanın, eyni zamanda diaspor təşkilatlarının Dağlıq Qarabağ problemi ətrafında fərqli baxışları ortaya çıxıb. Bu iddialardan hansının daha qabarıq şəkildə ortaya çıxacağını qarşıdakı aylarda məsələnin həll olunması istiqamətində tərəflərin siyasi iradə nümayiş etdirməsi zamanı görmək mümkün olacaq”.


ABŞ-ın dövlət borcu yenidən rekord həddə 22,012 trilyon dollara çatıb.

Axar.az xəbər verir ki, bu məlumatı ABŞ Maliyyə Nazirliyi yayıb. Məlumata görə, 2019-cu ilin fevralın əvvəlində ABŞ-ın borcu 90 milyard dollardan çox artıb. Belə ki, son 11 ay ərzində ölkənin borcuna 1 trilyon dollar da əlavə olunub.

Beynəlxalq Böhran Qrupu 2019-cü il üzrə dünyada qarşıdurmalar və böhranlarla bağlı proqnoz hazırlayıb.

Axar.az xəbər verir ki, proqnozda dünya üçün riskli olan hadisələrin adları açıqlanıb.

1. Venesuelada qarşıdurma ilə nəticələnən hakimiyyət dəyişikliyi;

2. Cənubi Sudanda (neft gəlirləri uğrunda şimalla mübarizə) vətəndaş müharibəsinin alovlanması (2013-2018-ci illərdə 400 min insan ölüb);

3. Kamerunda ingilis və fransızdilli əhali arasında vətəndaş müharibəsi;

4. Əfqanıstanda yeni qarşıdurma (2018-ci ildə münaqişələrdə ən böyük insan itkisi qeydə alınıb - 40 min nəfər);

5. Nigeriyada yazdan başlayaraq bütün mərhələlərdə seçkilərin keçirilməsi. Adətən bu ölkədə seçkilər etnik qruplar və dini təriqətlər arasında kəskin qarşıdurmalarla müşayiət edilir;

6. Suriyada münaqişənin alovlanması;

7. ABŞ-İsrail-Səudiyyə üçlüyü ilə İran arasında münaqişənin yeni mərhələyə keçməsi;

8. ABŞ və Çin arasında iqtisadi müharibənin fəsadları;

9. Ukraynanın şərqində münaqişənin davamı;

10.Yəməndə münaqişə və humanitar böhran;

 

Emiliano Salanın ölüm səbəbi açıqlandı

Fransadan Böyük Britaniyaya yollanarkən təyyarə qəzasına uğrayan Emiliano Salanın ölüm səbəbi bəlli olub.

Ardını oxu...

Gürcüstanda keçiriləcək hərbi təlimlərlə əlaqədar fevralın 15-dən 20-dək hər gün müxtəlif saatlarda Tiflis üzərində hava məkanı mülki təyyarə və helikopterlər üçün bağlanacaq.

Axar.az xəbər verir ki, bu barədə Gürcüstanın Mülki Aviasiya Agentliyi məlumat yayıb. Məlumata görə, hava məkanı fevralın 15-də, 17-də və 18-də saat 10:00-dan 11:30-dək və 15:30-dan 17:00-dək, fevralın 16-da və 19-da saat 10:00-dan 11:30-dək və 13:00-dan 14:30-dək, fevralın 20-də isə 10:00-dan 11:30-dək və 14:30-dan 16:00-dək bağlı olacaq.

Bu barədə NOTAM (Notice To AirMen) agentliyinin saytında da məlumat yerləşdirilib.

ABŞ Müdafiə Nazirliyinin səlahiyyətlərinin müvəqqəti icraçısı Patrik Şanaxan gözlənilmədən Əfqanıstana səfər edib.

Axar.az xəbər verir ki, bu məlumatı “Assoşeyted Press” agentliyi yayıb. Şanaxanın Əfqanıstanda Prezident Əşrəf Qani, müdafiə naziri, Əfqanıstanda NATO qoşunlarının rəhbəri ilə görüşü planlaşdırılıb.

Qeyd edək ki, Şanaxan bundan öncə Əfqanıstanda heç vaxt olmayıb.


2018-ci ildə İran və ABŞ arasındakı ticarət ötən ilə nisbətən təxminən 3 dəfə artaraq 500 milyon dollar yüksəlib.

Axar.az xəbər verir ki, bu barədə məlumat ABŞ Ticarət Nazirliyinin bloqunda yer alıb.

ABŞ Statistika Bürosu tərəfindən təqdim olunan rəqəmlər İranla ticarətin 2018-ci ilin 11 ayında 188 faiz artdığını göstərir. İki ölkə arasındakı ticarət 2017-ci ilin yanvar-noyabrında 174.6 milyon dollar idisə, 2018-ci ildə bu rəqəm 3 dəfə artaraq 503.1 milyon dollara yüksəlib.

Məlumata görə, ABŞ-ın 2018-ci ilin yanvar-noyabr aylarında İrandan idxalatı 23 faiz artımla 67.8 milyon dollara çatıb. 2017-ci ilin 11 ayında isə bu rəqəm 54.7 milyon dollar olub.

Daim öz əməkdaşlarının inkişafına çalışan “Unibank”, bu istiqamətdə daha bir yenilik edib.

Axar.az xəbər verir ki, bank, əməkdaşlarının bilik səviyyəsini “Gamefication” vasitəsi ilə inkişaf etdirir. Bank işçilərinin bilik səviyyəsinin inkişafı və artırılması məqsədini daşıyan bu yenilik, Bankın Təlim və İnkişaf Mərkəzi tərəfindən aparılır. Dünyada müxtəlif nüfuzlu şirkətlər tərəfindən tətbiq edilən bu yeni korporativ təlim təcrübəsi, şirkətlərin maliyyə, müştəri məmnunluğu və digər göstəricilərinə müsbət təsir edir. “Gamefication”ın əsas üstünlüklərindən biri, Bankdaxili qayda, prosedur, tənzimləyici orqanların təlimatları, Bankın məhsul və xidmətləri üzrə məlumatlarını məhz oyun formatında öyrənmək və oyun zamanı səhvlərin aradan qaldırılması imkanının olmasıdır. Bu format əməkdaşlar üçün adi və yorucu təlim proqramlarından daha şən və komanda ab-havasında aparılır. “Gamefication”nın ilk formatı test rejimində Müştəri xidməti üzrə çalışan əməkdaşlarla aparılır, daha sonra isə bankın digər strukturlarına da şamil olunacaq. Gələcəkdə “Gamefication”nın onlayn kompüter oyunları vasitəsilə də aparılması planlaşdırılır.

“Unibank” hər kəsin bankı!

Xəbər lenti