İranın keçmiş məhkəmə sədri Mahmud Haşimi Şahrudinin səhhəti pisləşib.

Axar.az xəbər verir ki, bu barədə İran rəsmi xəbər agentlikləri məlumat yayıb. Şahrudinin hazırda koma vəziyyətində olduğu bildirilib.

70 yaşı olan Haşimi Şahrudi 1 ildir səhhətində yaranan problerlə mübarizə aparır. Keçən il Almaniyada müalicə üçün xəstəxanaların birinə yerləşən Şahrudinin müalicəsi insan hüquqları müdafiəçilərinin etirazından sonra yarımçıq qalıb və o, İrana aparılıb.

Qeyd edək ki, Şahrudi İraqın Nəcəf şəhərində anadan olub. Hazırda “Məclisi Xubrəqan”ın (Seçilmişlər məclisi) üzvüdür. Bundan əvvəl məhkəmə sistemimin başçısı olub.

O, minlərlə insana edam hörmü çıxarması ilə məşhurdur. Onun dövründə bir çox islahatçı qəzetlər Şahrudinin göstərişi ilə bağlanılıb. Mirhüseyn Musəvi və Mehdi Kərrubinin tərəfdarlarına qarşı təzyiqlər göstərilib.

O, Xameneidən sonra İranın Ali dini rəhbərliyinə ən şanslı namizədlərdən biri sayılırdı.


Ermənistan Baş naziri Nikol Paşinyanın heykəlinə yenidən zərər yetirilib.

Axar.az xəbər verir ki, “Qraparak” qəzeti Vanadzor-Gümrü yolunda yerləşdirilən heykəlin bu dəfə başının naməlum şəxslər tərəfindən qopardıldığını yazıb.

Qeyd edək ki, bir müddət əvvəl heykəlin ayaq hissəsinə zərər vurulmuşdu.

  • Facebook 
  •  
  •  
  •  

Ukrayna Təhlükəsizlik Xidməti Mərkəzi Afrika Respublikasında Orxan Camal və daha iki rusiyalı jurnalisti qətlə yetirən Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin 10 muzdlusunun adını müəyyən edib.

Axar.az xəbər verir ki, Ukrayna Təhlükəsizlik Xidmətinin rəsmi saytında yayılan məlumatda “Vaqner” döyüşçülərinin Mərkəzi Afrika Respublikasına Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Baş İdarəsi (keçmiş QRU) tərəfindən cari ilin əvvəlində göndərildiyi qeyd olunub. Muzdlu döyüşçülər “M-Finans” şirkətinin əməkdaşları kimi təqdim ediliblər. Afrikaya onlar rusiyalı biznesmen Yevgeni Priqojinin təyyarəsi ilə çatdırılıblar.

Bura göndərilən döyüşçülər yerli hərbi dəstələrə təlim keçib, həmçinin bölgədəki qiymətli daşların Rusiyaya məxfi tədarükünü təmin ediblər. Ümumilikdə MAR-a “M-Finans” şirkətinin tərkibində 37 nəfər göndərilib. Bunlardan 10-nun adı Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən müəyyən edilib. Bu şəxslərin Ukraynanın şərqi və Suriyadakı döyüşlərdə iştirak etdiyi vurğulanıb.

Ukrayna Təhlükəsizlik Xidməti müəyyən etdiyi və Orxan Camalın öldürüldüyü gün MAR-da olan 10 şəxsin siyahısını tirajlayıb:

Zaliçev A.B. - 1984-cü il;

Qruzdenok R.V. - 1976-cı il;

Yudov S.M. - 1968-ci il;

Farafonov A.Y. - 1975-ci il;

Kirakosyan A.A. - 1976-cı il;

Sotov A.A. - 1976-cı il ;

Bubnov A. - 1971-ci il;

Vildyayev V.V. - 1977-ci il;

Minibayev İ.R. - 1988-ci il;

Zavadski S.Y. - 1975-ci il.


İsraildə “sarı jiletlilər” başda qida sektoru olmaqla, ölkədəki qiymət bahalaşmasına etiraz ediblər.

Axar.az xəbər verir ki, paytaxt Təl-Əvivdə toplaşan 300 nəfərə yaxın etirazçı hökumət və prezident əleyhinə şüarlar səsləndiriblər.

Qeyd edək ki, “sarı jiletlilər” ötən həftə də Təl-Əvivdə etiraz aksiyası keçirmişdi.

Xatırladaq ki, Təl-Əviv dünyanın ən bahalı şəhərləri sırasında 9-cu yerdədir.

Birləşmiş Millətlər Təşkilatı Venesuelada həbsdə olan 59 kolumbiyalı məhbusun dərhal azad edilməsini tələb edib.

Axar.az xəbər verir ki, məsələ ilə bağlı Kolumbiya Xarici İşlər Nazirliyi açıqlamasında Karakasın özbaşına hərəkət etdiyini, saxlanılanlara görə təzminat haqqının artdığını söyləyib.

Qeyd edək ki, məhbuslar paytaxt Karakasda "La Yaquara" həbsxanasında 2 ildir həbsdə saxlanılır.

Türkiyə Yaxın Şərqin hamısını idarə edə biləcək mövqedədir.

Axar.az xəbər verir ki, bu açıqlama ilə CHP lideri Kamal Kılıçdaroğlu çıxış edib.

"Yaxın Şərqə sülh gətirəcək ölkə Türkiyədir. Bu nə ABŞ, nə də Rusiyadır. Orada axan qanı dayandıracaq ölkə Türkiyədir və orada bizim mövqeyimiz çox önəmlidir", - Kılıçdaroğlu qeyd edib.

Rusiya prezidenti olmağı planlaşdırmıram.

Publika.az xəbər verir ki, bu sözləri Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov "Moskva 24" kanalına müsahibəsində bildirib.

"Prezident vəzifəsinə iddia etmirəm və özümü federal nazirliyin başçısı rolunda görmürəm. Öz karyeramı regionun rəhbəri olaraq bitirmək istəyirəm", - o bildirib.

O əlavə edib ki, Çeçenistanın rəhbəri postunda qalmağı planlaşdırmır.

İran və amerikalı diplomatların Londonda gizli şəkildə görüşərək Yəmən böhranını müzakirə etməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Axar.az xəbər verir ki, bunu İranın Londondakı səfiri Həmid Baidnejad deyib. O, sözügedən informasiyanın yalandan başqa bir şey olmadığını söyləyib.

Qeyd edək ki, bundan əvvəl Küveytin “Əl Cəridə” qəzeti İran və ABŞ-lı diplomatların AB və Omanın vasitəçiliyi ilə Londonda otellərdən birində gizlicə görüşərək, Yəməndəki qarşıdurmalar barədə müzakirə apardıqlarını yazmışdı.

Yəmənə humanitar yardım aparan Türkiyə heyəti Birləşmiş Ərəb Əmirliklərinin təhlükəsizlik qüvvələri tərəfindən girov götürülüb.

Axar.az xəbər verir ki, bu barədə Anadolu agentliyi məlumat yayıb. Agentlik Türkiyə vətəndaşlarının dekabrın 20-də Ədən şəhərinə gedərkən yolda saxlanıldığını yazıb.

Saxlanılan Türkiyə heyətinin üzvləri polis idarəsində dindirildikdən sonra sənədləri əllərindən alınaraq otelə yerləşdirilib. Türkiyə vətəndaşları vəziyyətdən narazı olsalar da, şiddətə məruz qalmadıqlarını bildiriblər.

Xatırladaq ki, 2014-cü ildə Yəməndə başlayan vətəndaş müharibəsində Səudiyyə Ərəbistanı və BƏƏ böyük rol oynayır. Səudiyyə Ərəbistanı liderliyindəki ərəb koalisiyası 2015-ci ilin mart ayından Yəmən hökumətinə dəstək verir. Yəməndəki vətəndaş müharibəsinə görə ölkə əhalisi humanitar yardıma möhtacdır.

Macarıstan parlamentinin iki deputatı – Akoş Hadhazi və Bentse Tordai ölkənin dövlət televiziyasının binasına daxil olduqdan sonra zorla oradan çıxarılıblar.

Axar.az xəbər verir ki, deputat Tordai qanun keşikçilərinin gözü qarşısında hasarı aşaraq binaya daxil olub. Eyni zamanda, bir sıra qəzetlər teleşirkətin ofisinə 4 parlamentarinin birdən daxil olmağa cəhd göstərməsindən yazır. Qanunvericilərin məqsədi canlı efirə çıxmaq və Macarıstan əmək qanunvericiliyinə edilən dəyişikliklərlə bağlı “televiziya proqramlarında fikir plüralizmi” tələb etməkdir.

Xatırladaq ki, bu yaxınlarda hökumət tərəfindən əmək qanunvericiliyinə artıq iş vaxtının ildə 400 saatadək artırılmasını nəzərdə tutan dəyişiklik qəbul edilib. Bu sənəd xalq arasında “kölə qanunu" adlandırılıb.

Deputatların zorla televiziya binasından çıxarılması epizodu nümayişçilərlə hakimiyyət orqanları arasında artıq neçə gündür ki, davam edən qarşıdurmanın kulminasiya nöqtəsi olub. Onminlərlə insan Viktor Orban hökumətinin siyasətinə etiraz əlaməti olaraq Budapeşt küçələrinə çıxıb.

Xəbər lenti