![]() |
|
Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) İdarə Şurası bu həftə Qərbin anti-İran xarakterli qətnaməsini qəbul etməsə, rəsmi Tehran 60 %-ə qədər zənginləşdirilmiş uran ehtiyatlarını daha da zənginləşdirilməsindən imtina edə bilər.
Bu barədə “Reuters” agentiyi təşkilatın hesabatına istinadən məlumat yayıb.
Məlumata görə, İran zənginləşdirməni dayandırmaq üçün artıq hazırlıq addımları atıb.
Qeyd edək ki, avqust ayından etibarən 60 %-ə qədər zənginləşdirilmiş UF6 (uran heksaflorid) ehtiyatları 164,7 kq-dan 182,3 kq-a yüksəlib. BAEA isə hesab edir ki, 60 %-ə qədər zənginləşdirilmiş 42 kq uran nəzəri cəhətdən daha zənginləşdirilməklə nüvə bombası yaratmaq üçün kifayətdir.
Agentlik bildirir ki, rəsmi Tehran həmçinin BAEA-nın əlavə dörd müfəttişinin ölkəyə buraxılması məsələsini nəzərdən keçirməyə razılaşıb.
Xatırladaq ki, bundan əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi BAEA İdarə Şurasının Tehranın düşmənçiliklə hazırlanmış hesab edəcəyi qətnamə qəbul etməsinə cavab olaraq ölkəsinin müvafiq tədbirlər görəcəyini açıqlamışdı.(Report)
Qəzza zolağında aclıq böhranı dərinləşdikcə, təşkilatlanmış qruplar İsrailin əraziyə daxil olmasına icazə verdiyi humanitar yardımların böyük hissəsini oğurlayır. Bu qruplar İsrail ordusunun nəzarətində olan bölgələrdə sərbəst fəaliyyət göstərir.
"The Washington Post" qəzeti xəbərinə görə, bu barədə yardım təşkilatlarının rəsmiləri, humanitar işçilər, nəqliyyat şirkətləri və şahidlər məlumat verib.
Qəzetin əldə etdiyi Birləşmiş Millətlər Təşkilatının daxili memorandumunda qeyd olunur ki, bu qruplar “İsrail Müdafiə Qüvvələrinin xeyirxahlığından” və ya “mühafizəsindən” faydalana bilər.
Bu vəziyyət Qəzzada humanitar yardımın ədalətli paylanmasını və ehtiyacı olanlara çatdırılmasını ciddi şəkildə çətinləşdirir.
Yardım təşkilatları və beynəlxalq qurumlar bu məsələnin təcili həllini və humanitar yardımların təhlükəsizliyinin təmin olunmasını tələb edirlər.
"The Washington Post" xəbər verir ki, bu hadisələr Qəzzada humanitar vəziyyətin daha da pisləşməsinə səbəb olur və beynəlxalq ictimaiyyətin diqqətini cəlb edir.
Yardım karvanlarının təhlükəsizliyinin təmin edilməsi və ehtiyacı olan insanlara çatdırılması üçün təcili tədbirlərin görülməsi vacibdir.
Məlum olduğu kimi, ABŞ-də keçirilən prezident seçkiləri Donald Trampın qələbəsi ilə nəticələnib. Yanvarın 20-də işə başlaması gözlənilən prezidentin kabinetinin yavaş-yavaş formalaşdığı bir vaxtda komandada ən diqqət çəkən adlardan biri, şübhəsiz ki, məşhur milyarder İlon Maskdır.
Seçki kampaniyası zamanı Respublikaçı namizəd Donald Trampa verdiyi maliyyə dəstəyi və X adlı platformasındakı siyasi diskurslarla gündəmə gələn dünyanın ən zəngin iş adamı İlon yeni yaradılan Mask Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri olub.
Mask bu yeni nazirlikdə digər bir şəxs - Vivek Ramasvami ilə birgə çalışacaq. Nazirliyin məqsədi hökumətin israfçılıq siyasətinə son qoymaq və daha səmərəli bir sistem yaratmaqdır. Tramp bu yanaşmanı “müasir dövrün Manhattan layihəsi” adlandırır.
Lakin Trampın əsas müşavirlərindən olan Boris Epişteyn ilə Mask arasında ciddi fikir ayrılıqları yaranıb.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, onların arasında yaranan gərginlik Maskın idarəetmə üslubu və strateji qərarlar üzərində nəzarət məsələsində baş qaldırıb.
Epişteyn Trampın ən yaxın müşavirlərindən biri kimi, bu nazirliyin strukturu və iş rejimi ilə bağlı fərqli mövqe sərgiləyir. Onun fikrincə, Maskın sərbəst hərəkət etməsi bəzi strateji problemlərə səbəb ola bilər. Bu fərqli yanaşmaların gərgin müzakirələrə gətirib çıxardığı bildirilir.
Tramp komandasındakı bu qarşıdurma onun ikinci prezidentlik dönəmi üçün düşündüyü yeni idarəetmə yanaşmasının çətinliklərlə üzləşəcəyinə işarə edir. Gərginliklərin həlli və komandanın birgə çalışması gələcəkdə planlaşdırılan islahatların uğurla həyata keçirilməsi üçün əsas amillərdən olacaq.
Rusiya prezidenti Vladimir Putin ölkənin nüvə silahından çəkindirmə sahəsində dövlət siyasətinin əsaslarını təsdiqləyib.
Rusiya prezidenti bununla bağlı müvafiq fərman imzalayıb.
Yeni sənəddə vurğulanır ki, Rusiyanın nüvə siyasəti müdafiə xarakteri daşıyır. Lakin mövcud və potensial hərbi təhdidlər fonunda siyasət yenidən formalaşdırılıb.
Əsas məqamlar:
- Təcavüzün qiymətləndirilməsi: Hər hansı hərbi koalisiyaya daxil olan dövlətin Rusiyaya və ya onun müttəfiqlərinə qarşı təcavüzü, koalisiyanın ümumi hücumu kimi qəbul ediləcək.
- Nüvə silahının tətbiqi qərarı: Doktrinaya əsasən, nüvə silahının tətbiqi barədə qərar yalnız Rusiya prezidenti tərəfindən verilir.
- Tətbiq şərtləri genişləndirilib:
- Rusiya və ya onun müttəfiqlərinə qarşı adi silahlarla edilən hücum zamanı suverenlik və ərazi bütövlüyü təhlükədə olduqda;
- Rusiya sərhədlərini qanadlı raketlər, pilotsuz uçuş aparatları və ya hərbi təyyarələrin genişmiqyaslı keçidi zamanı;
- Birlik Dövləti çərçivəsində Belarusa hücum zamanı nüvə cavabı mümkün ola bilər.
Sənəddə həmçinin qeyd olunur ki, Rusiya nüvə silahını yalnız son çarə olaraq, suverenliyinin və mövcudluğunun kritik təhlükə altına düşdüyü hallarda tətbiq etməyi nəzərdə tutur.
Bu yeni doktrina Rusiya Federasiyasının müdafiə strategiyasında əhəmiyyətli dəyişikliklərə işarə edir və beynəlxalq hərbi balansın qorunmasında önəmli yer tutur.
Volodimir Zelenski Ukraynanın 1000 günlük müharibə ərzində yaşadıqlarını əks etdirən video yayımlayıb.
Videoda yer alan məlumatlara görə:
- Rusiya 66,9 min kvadrat kilometr ərazi işğal edib;
- Ukrayna Silahlı Qüvvələri 42,5 min kvadrat kilometr ərazini azad edib;
- Ukrayna Hərbi Hava Qüvvələri 2753 qanadlı raketi və 19 073 PUA-nı (Pilotsuz Uçuş Aparatını) məhv edib.
İsrailin ötən ay İrana hücumu onun müdafiə və raket istehsal imkanlarını sarsıdıb və nüvə proqramının bəzi hissələrinə zərbə vurub.
Bu barədə İsrail Baş naziri Benyamin Netanyahu Knessetdəki çıxışı zamanı bildirib.
"Onların (İranın - red.) nüvə proqramının bu hücum nəticəsində zədələnmiş xüsusi bir komponenti var. Bu, heç kimə sirr deyil”, – baş nazir vurğulayıb.
Eyni zamanda o əlavə edib ki, İranın nüvə silahına gedən yolu bağlanmayıb.
Qeyd edək ki, İsrail İrana 26 oktyabrda hava hücumu həyata keçirib.
Şimali Koreya lideri Kim Çen İn ölkə ordusunun əsgərləri ilə görüşüb və müharibəyə tam hazır olmağın vacibliyini vurğulayıb.
Bu barədə Pxenyanın Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.
Qeyd olunub ki, Kim Çen İn xarici düşmən qüvvələrin Pxenyana yaratdığı təhdidlərdən, onlara qarşı durmağın zəruriliyindən və bu kontekstdə ordu hissələrinin hazırlıq səviyyəsinin artırılmasının vacibliyindən danışıb.
Yaxın aylarda rublun kəskin devalvasiya ehtimalını istisna etmək olmaz.
News24.az Publika.az-a istinadla xəbər verir ki, bu fikri analitik Natalya Milçakova deyib.
Onun sözlərinə görə, mövcud vəziyyətə əsasən, Rusiya milli valyutasının bir dollar üçün 200 səviyyəsinə enməsi o qədər də mümkün görünmür, lakin belə bir ssenarini tamamilə istisna etmək olmaz.
Ekspertin qeyd etdiyi kimi, ilk növbədə müəyyən fövqəladə hadisələr nəticəsində müəyyən halların birləşməsi halında rubl həqiqətən də kəskin devalvasiyaya məruz qala bilər.
Milçakova deyib ki, rublun dollarla cütlükdə misli görünməmiş səviyyələrə, xüsusən də 200 məzənnəsinə qədər ciddi və sürətlə çökməsi üçün Rusiya iqtisadiyyatı analitiklərin “qara qu quşu” adlandırdığı vəziyyətlə üzləşməlidir.
“Milli valyutanın kəskin devalvasiyası neftin qiymətinin bir barelə görə 30 dollara və ya daha da aşağı düşəcəyi, yaxud yeni pandemiya başlasa və ya hər hansı digər neqativ hadisəyə görə mümkündür. Belə olan halda rublun çökməsi və dolların 200 səviyyəsinə qalxması hadisələrin inkişafı üçün tamamilə real ssenari kimi görünür”, - ekspert izah edib.
ABŞ-nin ardınca Fransa və Böyük Britaniyanın da Ukraynaya Rusiyanın dərinliklərinə uzaqmənzilli raketlərdən istifadə etməsinə icazə verməsi ciddi səbəblərə gətirib çıxaracaq. Kreml Qərbin bu addımını NATO-nun birbaşa Rusiya ilə müharibədə tərəf olduğunu elan edib. Artıq rusiyalı rəsmilər Qərbin bu addımını Üçüncü Dünya müharibəsinin başlanğıcı kimi dəyərləndirirlər.
Rusiya prezidenti Vladimir Putin hələ bir müddət əvvəl bəyan edib ki, Ukraynanın Qərbin uzaqmənzilli silahları ilə Rusiya ərazisinə dərinlikdə zərbə endirməsinə qoyulan qadağanın götürülməsi, NATO ölkələrinin hərbi münaqişəyə birbaşa cəlb olunması demək olacaq və bu, onun mahiyyətini “əhəmiyyətli dərəcədə dəyişəcək”.
“Reuters” öz mənbələrinə istinadən xəbər verir ki, Ukrayna “yaxın günlərdə” Rusiya ərazisinə Amerikanın uzaqmənzilli raketləri ilə ilk zərbəni endirə bilər.
“Le Figaro”nun Fransa və Britaniyanın Ukraynaya SCALP və “Storm Shadow” raketlərindən istifadə edərək Rusiya ərazisinə dərin zərbələr endirməyə icazə verməsi barədə faktı da bura əlavə etsək, o zaman yaxın müddətdə Rusiya-Ukrayna müharibəsində proseslərin hansı səmtdə inkişaf edəcəyini proqnozlaşdırmaq çox çətin olacaq.
Putinin dili ilə ifadə etsək, bu, "münaqişənin mahiyyətinin əhəmiyyətli dərəcədə dəyişdirəcək". Hələ sentyabr ayında bununla bağlı məsələyə aydınlıq gətirən Putin deyib ki, Ukrayna ordusu Qərb istehsalı olan müasir uzaqmənzilli, yüksək dəqiqlikli sistemlərlə zərbələr endirmək iqtidarında deyil. “Birincisi, bu, ancaq Ukraynada olmayan peyklərdən alınan kəşfiyyat məlumatlarından istifadə etməklə mümkündür. İkinci və çox vacib, bəlkə də əsas odur ki, bu raket sistemlərinə uçuş missiyaları, əslində, yalnız NATO ölkələrinin hərbi personalı tərəfindən həyata keçirilə bilər. Ukrayna hərbçiləri bunu edə bilməz.
Bu da nəticə etibarilə NATO ölkələri, ABŞ və Avropa ölkələrinin Rusiya ilə müharibə vəziyyətində olması anlamına gələcək. Əgər bu belədirsə, o zaman bu münaqişənin mahiyyətindəki dəyişikliyi nəzərə alaraq, bizim üçün yaranacaq təhdidlərə əsaslanaraq müvafiq qərarlar qəbul edəcəyik”, - Putin bildirib.
Qərbin bu qərarını şərh edən Federasiya Şurasının beynəlxalq əlaqələr komitəsi sədrinin birinci müavini Vladimir Cabarov bildirib ki, bu, Üçüncü Dünya müharibəsinin başlaması istiqamətində çox böyük bir addımdır: "Amerikalılar bunu gedən qocanın əli ilə edəcəklər. İki aydan sonra o artıq heç nəyə cavabdeh olmayacaq".
Cabarov onu da qeyd edib ki, Kiyev belə bir addım atarsa, Moskvanın cavabı daha sərt olacaq: "Cavab zərbəsi belə olacaq ki, Ukraynadakı bütün qərar qəbuletmə mərkəzləri və Dnepr üzərindəki bütün körpülər sökülə bilər”.
Federasiya Şurasının Konstitusiya Komitəsinin rəhbəri Andrey Klişas öz Telegram kanalında məsələ ilə bunları qeyd edib: "Qərb Ukraynanın qalıqları tərəfindən dövlətçiliyin tamamilə itirilməsi ilə nəticələnə biləcək eskalasiyanın elə bir səviyyəsinə qərar verdi".
Dövlət Dumasının beynəlxalq əlaqələr komitəsinin rəhbəri, LDPR lideri Leonid Slutski isə deyib ki, Amerika raketlərinin Rusiya regionlarının dərinliklərinə enməsi, qaçılmaz olaraq, ciddi eskalasiyaya gətirib çıxaracaq: "Bu da öz növbəsində daha ciddi nəticələrlə sonlanacaq. Bayden administrasiyası isə başa düşməyə bilməz ki, o, Tramp komandasını təkcə Ukrayna münaqişəsinin deyil, həm də daha aktual olan qlobal qarşıdurmanın qarşısını almaq problemi ilə üz-üzə qoyur”.
Ekspertlər hesab edir ki, bu, Tramp və onun komandasını Rusiya-Ukrayna münaqişəsində bəyan etdiyi mövqedən yayınmağa və küncə sıxışdırmaq cəhdidir.
Rusiyalı ekspert Dmitri Stefanoviç isə bunu ABŞ və NATO-nu Rusiya ilə birbaşa silahlı qarşıdurmaya cəlb etmək üçün şərait yaratmaq baxımından Kiyevin bir növ strateji uğuru kimi hesab edir.
Qeyd edək ki, ABŞ-də prezident Co Baydenin qərarı da bir çoxları tərəfindən mənfi qarşılanıb. Seçilmiş prezidentinin oğlu kiçik Donald Tramp ölkənin hərbi sənaye kompleksini eskalasiyaya can atmaqda ittiham edib. “Hərbi-sənaye kompleksi, deyəsən, atam sülh əldə etmədən və insanların həyatını xilas etməmişdən əvvəl III Dünya müharibəsini başlamaq istəyir. İnsanların həyatı onların vecinə deyil! Imbeciles (axmaq, düşüncəsiz deməkdir-red)” - o, X (Twitter) şəbəkəsindəki səhifəsində yazıb.
CNN isə yazır ki, yeni seçilmiş prezident Donald Tramp sülhdən necə danışacağını bildiyini düşünə bilər, lakin o, müharibə mirası ilə üzləşəcək.
Bütün bunlar onu göstərir ki, qarşıdakı mərhələdə proseslər yeni bir mərhələyə qədəm qoyacaq və Rusiya-Ukrayna müharibəsi yeni xarakter alacaq. Bu isə Ukraynanın atacağı addımlardan asılı olacaq. Əgər Ukrayna tərəfi tez bir zamanda uzaqmənzilli raketlərdən istifadə edəcəksə, o zaman müharibə daha kəskin xarakter almış olacaq. Bu Rusiyanı Ukraynaya qarşı yenidən aktiv genişmiqyaslı hücumları ilə müşayiət oluna bilər. Artıq son günlərdə Rusiyanın döyüş aktivliyi müşahidə olunmaqdadır. Rusiya çalışır ki, tez bir zamanda Donbasla sərhədə çıxıb orada mövqelərini möhkəmləndirsin. Eyni zamanda, yaranmış fürsətdən istifadə edib Ukraynanın ikinci ən böyük şəhəri olan Xarkovu hədəf seçə bilər.
Amerika hərbi-sənaye kompleksi (HSK), ABŞ-nin yeni seçilən prezident Donald Tramp hakimiyyətə gəlməmiş, Üçüncü Dünya müharibəsini başlamağa çalışır.
Bu barədə Trampın kiçik oğlu Donald Tramp ABŞ-nin Ukraynaya uzaqmənzilli raketlərlə Rusiyanın dərinliklərini vurmağa razılıq verməsini şərh edərkən X-də (Twitter) yazıb.
“Hərbi-sənaye kompleksi, deyəsən, atam sülh gətirmək və insanların həyatını xilas etmək şansı əldə etməmişdən əvvəl III Dünya müharibəsinə başladıqlarına əmin olmaq istəyir”, - o yazıb.
Kiçik Tramp əlavə edib ki, insanların həyatı onların vecinə deyil.
O, sonda belə bir qərarı qəbul edənləri də “axmaq” adlandırıb.