![]() |
|
Hollandiyada yaşayan və Azərbaycanda “siyasi məhbus” olduğu iddiası ilə “Nastoyaşeye vremya”ya müsahibə verən Leyla Yunusun adını hallandırdığı şəxslərdən biri - Praqada yaşayan azərbaycanlı hüquq müdafiəçisi, Mətanət Əzizova Axar.az-ın rus versiyasına eksklüziv müsahibə verib:
Kanadalılar artıq marixuananı mağazalardan ala biləcəklər.
“Qafqazinfo” xəbər verir ki, narkotik vasitənin satışı barədə müvafiq qərar bu gündən qüvvəyə minib. Bildirilir ki, yetkinlik yaşına çatmış hər bir şəxs lisenziyası olan mağazalardan 30 qrama qədər marixuana ala biləcək. Bundan başqa, evdə maksimum 4 ədəd olmaqla marixuana bitkisi yetişdirməyə icazə veriləcək.
ABŞ prezidenti Donald Tramp Camal Qaşıqçı məsələsi ilə bağlı Səudiyyə Ərəbistanının vəliəhds şahzadəsi Salman bin Məhəmmədlə telefonla danışıb.
Bu barədə Tramp Tvitterdəki hesabında məlumat paylşıb.
O qeyd edib ki, şahzadə hadisə ilə bağlı istintaqın genişləndiriləcəyini və tam istintaqın aparılacağını söyləyib.
Türkiyə və Rusiyanın Camal Qaşıqçı olayı ilə bağlı atdığı addımlar məmnunedicidir.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.
“İstintaqın ən qısa zamanda başa çatması ilə bağlı edilən çağırışları dəstəkləyirəm. İstintaqın nəticəsinin beynəlxalq ictimaiyyətə təqdim edilməsini arzu edirik”, - deyə nazir bildirib.
Rusiyanın Kalininqrad vilayətindən Azərbaycana balıq konservlərinin tədarükü dayandırılıb.
Trend xəbər verir ki, bu qərara ixracat zamanı qeydə alınan pozuntular səbəb olub.
Qeyd olunur ki, "MAPP Çernışevskoye” şirkətinin ümumi həcmi 360 kiloqram olan skumbriya konservlərində istehsalat tarixi baytarlıq şəhadətnaməsində göstərilməyib.
Tədarükün dayandırılması müddəti açıqlanmayıb.
ABŞ Ermənistan qarşısında dayanan regional ticarətlə bağlı çağırışları anlayır.
Axar.az xəbər verir ki, bunu İrəvanda jurnalistlərə açıqlamasında ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent deyib.
O, ABŞ-ın əvvəlki kimi İranın davranışlarından narahat olduğunu bildirib. Kent çıxışı zamanı İranla ticarət məsələsinə Ermənistana hər hansı güzəşt tətbiq edilməyəcəyini açıqlayıb:
“ABŞ-ın İrana qarşı sanksiyaları bilərəkdən bir neçə sektor və müəyyən şirkətlərə qarşı yönəldilib. Burada söhbət ticarətlə məşğul olan kiçik treyderlərdən getmir. Lakin erməni şirkətləri gürcü və Azərbaycan şirkətləri kimi müştərilərinin kim olduğunu anlamalıdırlar. Biz şirkətləri müəyyən İran təşkilatları ilə ticarət münasibətlərinə girməməyə çağırırıq. Ona görə ki, bu şirkətlər sanksiyalar altına düşə bilər”.
O, sanksiyalarla məşğul olan ABŞ məmurlarının gələn ay Gürcüstan, Ermənistan və Azərbaycana danışıqların davam etdirilməsi üçün gələcəklərini bildirib.
Leyla Yunus Çexiyanın paytaxtı Praqada rus mətbuatına verdiyi müsahibə ilə bir daha özünü ifşa edib. Açığı, şimallı həmkarlarımıza təşəkkür etmək lazımdır ki, bu nadan, yarımçıq, xain adamlara özlərini rüsvay etmək üçün münbit şərait yaradır.
Forum çərçivəsində “Nastoyaşeye vremya”ya müsahibəsində Azərbaycanda siyasi məhbusların mövcudluğunu sübut etməyə girişən Ms.Leyla deyir ki, Bakı həbsxanalarındakı siyasi məhbuslar tez-tez onun holland nömrəsinə zəng edib, situasiyanı danışırlar. (Sitat olduğu kimi belədir: Мы собираем список политзаключенных, всю информацию: мне сейчас часто звонят прямо из бакинских колоний на мой голландский номер, чтобы рассказать о ситуации).
Fikir verin: siyasi məhbus və cəzaçəkmə müəssisəsindən Hollandiyaya zəng.
Leyla Yunusun bu sözünü 2 variantda anlamaq olar: 1. Hollandiyaya belə zəng edən məhbuslarımız varmış.
Əgər Hollandiyaya zəng edəcək səviyyədə cəzaçəkmə müəssisələrimizdə şərait varsa, ta buranın harası türmə oldu? Dünyanın harasında məhbusa bu qədər şərait yaradırlar? Və bu cür həbsxanada yatanlar nədən şikayətçi ola bilər? Hansı situasiyadan gileylənə bilər?
Yox, əgər o siyasi məhbusdursa və nəzarət altındadırsa, Azərbaycan hakimiyyətinin və xalqının “xüsusi məhəbbətlə sevdiyi” Leyla Yunusa zəng edirlər və xüsusi xidmət orqanlarının bundan xəbəri yoxdur? Ya bəlkə türmə rəisləri şəxsi mobil telefonunu onlara verir; ya da yox, xüsusi-xidmət orqanları Leyla Yunusun nömrəsini tapır, onu yığır, sonra da dəstəyi siyasi məhbusa uzadır?
2. Hollandiyaya zəng edə biləcək məhbus yoxdursa və Leyla Yunus yalan deyirsə...
Məsələ də burasındadır!
“Siyasi məhbus” alveri ilə özünə xaricdə villalar alan, milyonlar sahibi olan bir təfəkkürdən bundan artıq nəsə gözləmək, əlbəttə, mümkün deyil. Maraqlıdır, görəsən, başqası deyil, Leyla Yunus özü nə danışdığını material dərc edildikdən sonra oxuyurmu?
Oxuyursa, fərqinə varırmı ki...
Yəqin ki, leylayunuslar üçün “fərqinə varmaq" anlayışı yoxdur.
Baş Konsulluğun binası və nəqliyyat vasitələri də daxil olmaqla, araşdırmalar davam edəcəkdir. Bizim məqsədimiz bəllidir.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.
“Qaşıqçının aqibətini öyrənməyə və məsələni aydınlaşdırmağa borcluyuq”, - Çavuşoğlu bildirib.
Menbiçdən terrorçuların təmizlənməsi kifayət deyil.
Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu danışıb.
“Terrorçuların təkcə Menbiçdən deyil, Fəratın şərqindən də təmizlənməsi lazımdır. ABŞ-ın öhdəliyi bu terrorçuları təmizləməkdir. ABŞ terrorçulara çox böyük dəstək verdi. Pompeo ilə ikitərəfli problemlər barədə danışacağıq. Menbiç barədə ABŞ-da hər hansı bir axsama hiss etsək, əvvəlki vəziyyətə qayıdarıq. Ya siz təmizləyin, ya da biz təmizləyərik”, - Çavuşoğlu bildirib.