![]() |
|
Yunanıstanın hərbi gəmiləri Türkiyəyə məxsus “Barbaros Hayrettin Paşa” gəmisinin Aralıq dənizinin şərqində apardığı kəşfiyyat-qazma işlərinə maneə olmaq istəyib.
Türkiyə Hərbi Dəniz Qüvvələrinin ərazidəki qüvvələrinin müdaxiləsi nəticəsində bu qanunsuz cəhdin qarşısı alınıb.
Məsələ bağlı Türkiyə Xarici İşlər Nazirliyi açıqlama verərək bildirib ki, Yunanıstanın əsassız iddialara davam etməsi bölgədə sabitliyin davamlılığına ziyan verəcək.
Türkiyə Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə Türkiyənin özünə məxsus iqtisadi zonada həyata keçirdiyi fəaliyyətə mane olunmasının beynəlxalq hüquqa zidd olduğunu açıqlayıb.
Rusiya Suriyada terrorizm təhlükəsi ucbatından əməliyyata başlayıb.
Axar.az xəbər verir ki, bunu Valday Klubunda çıxışı zamanı Rusiya Prezidenti Vladimir Putin deyib.
“Terrorizm bizim ölkə, eləcə də qonşular üçün çox böyük təhlükədir. Məhz buna görə biz Suriyada aktiv əməliyyatlara başladıq. Rusiya qlobal terrorizmə tam qalib gəlməyib, amma biz onlara ağır zərbələr vurmuşuq”, - Putin bildirib.
Onun sözlərinə görə, Rusiya Suriyanın dövlətçiliyini qorumağı bacarıb.
Ukrayna Pravoslav Kilsəsinə avtokefaliya verilməsi layihədir.
Axar.az xəbər verir ki, bunu “RT Frans”a açıqlamasında Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.
“Niyyət aydındır. Bu, Ukraynanı Rusiyadan təkcə siyasi yox, həm də mənəvi baxımdan uzaqlaşdırmaq üçün atılan addımdır. Artıq bir sıra yerli pravoslav kilsələrdən etirazlar gəlib. Məncə, bu, sadəcə bir-iki günlük reaksiya deyil, bu, uzunmüddətli problemdir”, – deyə o bildirib.
Rusiya prezidenti Vladimir Putinin Türkiyə səfəri dəqiqləşib.
Bu barədə prezidentin mətbuat katibi Dmitri Peskov bildirib.
Putin Ərdoğanla İstanbulda keçiriləcək Suriya Zirvəsində bir araya gələcək. Zirvədə Putinlə yanaşı, Almaniyanın kansleri Angela Merkellə Fransa prezidenti Emmanuel Makronun iştirakı da gözlənilir.