![]() |
|
Ermənistan Baş nazirinin səlahiyyətlərinin müvəqqəti icraçısı Nikol Paşinyan Qagik Çarukyanı oliqarxlar siyahısından çıxarıb.
Axar.az xəbər verir ki, jurnalistlərə açıqlama verən Paşinyan Çarukyanın sadəcə böyük biznes sahibi olduğunu bildirib.
Çarukyan isə öz növbəsində Paşinyan və komandasına böyük dəstək verdiyini bildirib. O, indiki hökumətə dəstək qarşılığında ondan heç bir nazirlik istəmədiyini deyib:
“Mən siyasətlə yaşamıram. Çalışıram ki, ölkədəki vəziyyəti dəyişmək üçün nəsə edim, amma jurnalistlər mənə mane olub, ölkəni dağıdırlar”.
Hindistanının Amritsar şəhərində "Dussehra" festivalını izləmək üçün toplaşan insanları qatar əzib.
Axar.az xəbər verir ki, relsdən çıxan qatar 50-dən çox insanın həyatına son qoyub.
Ölü və yaralıların sayı barədə dəqiq məlumat verilməsə də, xilasetmə əməliyyatlar davam etdirilir.
“Military Times” qəzeti ABŞ ordusunun hərbiçiləri arasında keçirdiyi sorğunun nəticələrini açıqlayıb.
sorğuda iştirak edənlərin 46 faizi ABŞ-ın qarşıdakı bir il ərzində böyük müharibəyə girə biləcəyini bildirib. 2017-ci ildə isə bu ehtimal cəmi 5 faiz olub.
Hərbiçilərin ABŞ-a ən böyük təhdid olaraq gördüyü ölkələr isə Rusiya və Çin olub. Belə ki, 71 faizi Rusiya, 69 faizi isə Çinlə müharibə ehtimalının olduğunu vurğulayıblar.